Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə27/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   23   24   25   26   27   28   29   30   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
109 
 Erməni plagiatının həmin o prinsipləri, elə burada Rusiya 
internet–mağazaları  tərəfindən təklif olunan disklərdə
 
də öz əksini 
tapmışdır. D.Qasparyanın, S.Asaduryanın və başqalarının tütəkdə 
ifalarının müxtəlif kolleksiyaları və bunların arasında “Ermənistanın 
göz yaşı: tütək səsi” və “Erməni tütəyinin sehri” və s. disklər də 
vardır. Yəqin ki, oxucu “qədim erməni aləti”nin, üstəlik də S.Sadur-
yanın ifasında hansı musiqinin sehrini yaydığını yaxşı başa düşür. 
Biz pirat SD-də göstərilmiş 8 kompozisiyanın adlarını orada olduğu 
kimi veririk: “Qayıqçı”, “Günüm, günəşim olarsan sən”, “Uca dağ-
lar”, “Tutam yar əlindən, tutam”, “Bir çiçək gibi”, “Allı durnam”, 
“Yelli yaş”, “Qırmızı gülüm soldu”. Azərbaycan və ya türk musiqi 
nümunələri olan bu mahnıların heç birinin mənşəyi göstərilməmişdir. 
Əvəzində elə  həmin lisenziyasız toplularda məşhur Azərbaycan 
balabançısı  Əlixan Səmədovun çox gözəl albomu, həmişə olduğu 
kimi “yaxşı erməni musiqisi” adı altında təklif olunur. Kompozisiya-
ların rus dilində göstərilmiş adları: “Tı ne prişla”, “Svetlovolosaya 
nevesta”, “Ne prişla”, “Lirika”, “Ayvovıy tsvetok” ermənilər tərəfin-
dən qoyulmuş elə həmin kiçik yaradıcılıq elementidir. Axı, söhbət elə 
Ə.Tağıyevin “Sən gəlməz oldun” mahnısından, “Sarı gəlin”, “Gəlmə-
din” Azərbaycan xalq mahnılarından,
 
“Mirzeyi” və “Heyva gülü” 
Azərbaycan rəqs havalarından gedir. Təbii ki, plagiatçılar nə kompo-
zisiyalarının mənşəyini, nə də onun əsil ifaçılarını göstərmirlər. 
Şəbəkədə bircə dəfə “erməni xalq musiqisi”nə “müraciət etmək” 
kifayətdir ki, istinad etmək üçün on minlərlə internet ünvanı alasan. 
Onların çoxu, bir qayda olaraq, erməni saytları erməni xalq musiqisi-
nin mənbələrini ləzzətlə bizim eradan əvvəl VI-IV əsrlərə aid edirlər. 
Azərbaycan köklü erməni xalq musiqisi, bax beləcə  təqdim olunur. 
Buradaca, “Erməni musiqisi antologiyası”nda (c.4) qədim erməni 
musiqi aləti “düdük” haqqında  ətraflı  məlumat almaq olar. Məlum 
olur ki, Orta Asiya xalqlarında, Gürcüstanda, Rusiyada, Belorusda, 
Bolqarıstanda, Yuqoslaviyada və Türkiyədə “quruluşına və  səslən-
məsinə görə oxşar olan nəfəsli alətlər vardır”.  Əlbəttə, bu siyahıda 
Azərbaycana yer yoxdur, ona görə ki, Azərbaycan milli balabanında 
Azərbaycan mahnılarını ifa edən Azərbaycan ifaçıları erməni düdü-
K A M R A N  İ M A N O V 
 
110 
yündə
 
erməni musiqisini ifa edən erməni ifaçları kimi təqdim olun-
muşdur. “Düdük” sözünün kökünü xatırlatmaq da yerinə düşər. O, 
türk və Azərbaycan dillərində “tütək” kimi səslənir. Antologiyada 
(c.7) diqqətlə seçilmiş  və naşirlərin təqdim etdikləri kimi, “erməni 
xalq musiqisinin nadir arxiv yazıları  əsasında Ermənistanın folklor 
kollektivləri tərəfindən qayğı ilə  bərpa olunmuş “Erməni folkloru” 
nümunələri gülüş doğurmaya bilmir. Qədimlərdən gələn həmin “er-
məni musiqi incilərindən” bir neçəsinin adına baxın, onlar latın hərf-
ləri ilə verilmişdir, biz onları elə belə  təqdim edirik: “Kele kele”, 
“Aliagyaz”, “Tsolako” və s. Şərhi sizin öz öhdənizə buraxırıq, hör-
mətli oxucular. “Çalır Qəribyanın triosu” (Antologiyanın 3-cü cildi) 
adlı erməni diasporunun musiqisinə qulaq asmaq istəyənlərə isə nəin-
ki Ermənistanda, eləcə də ermənilərin yayıldığı başqa ərazilərdə ya-
ranmış “müasir erməni musiqi dili”ni tövsiyə edirik: “Mirzeyi”, 
“Tərəkəmə”, “Otaramaci” və bir çox başqaları. 
Biz yekuna yaxınlaşırıq, ancaq bir şeyi qeyd etmək istəyirik ki, 
Azərbaycan xalqının çox gözəl musiqi folklor ənənələri və o qədər də 
gozəl müasir musiqi incəsənəti vardır. Gözəl musiqi yazmaq - eyni 
zamanda gözəl düşünmək, gözəl duymaq və duyğularını gözəl ifadə 
etmək deməkdir. Bir sözlə, eyni dərəcədə ağıla, qəlbə və zövqə malik 
olmaqdır. 
Hörmətli oxucular! Erməni musiqi oğurluqları haqqında danışığı-
mızın birinci hissəsini yekunlaşdıraraq, onu Valerinin gözəl bir fikri 
ilə tamamlamaq istərdik: “Tapmaq asandır, tapılanı canına hopdur-
maq isə çətindir”.  
 
 
 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
111 
§12.  
“...Mənimsədim”də Azərbaycan bəstəkarlarının, 
ilk növbədə Üzeyir Hacibəyovun yaradıcılıq 
nümunələrinin ermənilər tərəfindən 
mənimsənilməsindən danışılır 
 
Hörmətli oxucular! Biz latın aforizminin müəyyən qədər dəyişdi-
rilmiş “Gəldim, gördüm, ...mənimsədim” silsiləsinin “...mənimsə-
dim” hissəsini davam etdiririk və bu bölmədə sizi azərbaycanlıların 
əqli mülkiyyətinin ermənilər tərəfindən mənimsənilməsi ilə tanış edə-
cəyik ki, bu da həmin mədəni sərvətlərin yaradıcıları  və sahibləri 
olan azərbaycanlıların ərazilərinə olan iddialarla sıx bağlıdır. Əvvəlki 
paraqrafda ermənilərin musiqi oğurluqları və mənimsəmələri, o cüm-
lədən instrumental-musiqili, musiqili-rəqs folklor nümunələrinin, 
xalq havalarının mənimsənilməsi və erməniləşdirilməsi, həmçinin 
onların erməni peşəkar-bəstəkar yaradıcılığında istifadə olunması 
haqqında başladığımız hekayəni davam etdirərək, istərdik ki, Azər-
baycan bəstəkarlarının və ilk növbədə dahi Üzeyir Hacıbəyovun ya-
radıcılıq nümunələrinin
 
ermənilər tərəfindən mənimsənilməsi halla-
rını nəzərdən keçirək. 
Məlumdur ki, peşəkar bəstəkar musiqisi həmişə folklor musiqi 
ənənələrinin təməlinə söykənmişdir. Bu ənənə  nə  qədər parlaq və 
zəngin olarsa, bəstəkarlar tərəfindən daha dərindən istifadə olunar və 
yenidən işlənər və bununla daha əhəmiyyətli əsərlər yaradılardı. 
Azərbaycan musiqi mədəniyyəti birbaşa üç ənənəvi nəhəng amilə 
- mahnı  və  rəqs folkloruna, aşıq sənətinə  və muğamata  əsaslanırdı. 
Xalqımızın bütün bu şifahi musiqi ənənəsinin iki nəhəng təbəqəsi 
vardır. Hər şeydən öncə, xalq mahnıları, havaları və rəqsləri şəklində 
yazılı forması olmayan şifahi musiqi folkloru və əlbəttə, peşəkar şifa-
hi ənənə musiqisi: muğam sənəti və musiqili-poetik aşıq yaradıcılığı. 
Azərbaycan bəstəkar məktəbinin banisi Üzeyir Hacıbəyovun bö-
yüklüyü onda olmuşdur ki, ona qarşı yol verilən bütün yanlış  hərə-
K A M R A N  İ M A N O V 
 
112 
kətlərə baxmayaraq, bu dahi bəstəkar Azərbaycan musiqisini həmin 
musiqi ənənələrinə əsaslanaraq yaratmışdır. Bu ənənələr Üzeyir bəy 
tərəfindən nəinki dahiyanə  şəkildə  şərh olunmuş, o həm də onların 
istifadəsinin nəzəri  əsasını yaratmışdır. Və bu, Azərbaycan musiqi 
məqamlarının həmahəng bir sistemi idi. Məhz Ü.Hacıbəyov Şərq və 
Qərb melodiya ahənglərini sintez edən nadir musiqi üslubunun banisi 
olmuşdur. Görün “Koroğlu” operası ilə bağlı böyük bəstəkarımız nə 
yazırdı. O qeyd edirdi ki, yaradıcılıq xalqın hazır melodiyalarını gö-
türmək deyil, “vacibdir ki, operaya xalq musiqisinin  ruhunu verə-
sən” (kursiv bizimdir). Bu, dahi bəstəkarın böyük əqidəsi idi: mə-
nimsəmək yox, milli melosu
 
yaradıcı şəkildə yenidən işləmək və çox 
qayğı ilə öz şəxsi musiqi aləminə daxil etməklə  əsl müəllif  əsəri 
yaratmaqdır. 
Bunu onun müasirləri də etiraf edirdilər. Y.Qroşeva 1938-ci ildə 
“Sovetskoe iskusstvo” jurnalında yazırdı: “...əbədi gözəllik,  əsl rea-
lizm və  xəlqilik “Arşın mal alan”ı musiqili komediyanın  ən yaxşı 
klassik nümunələri ilə bir sıraya qoyur”. Uzeyir Hacıbəyov yaradıcı-
lığına daha konkret və dərin qiymət məşhur “Opernıye libretto” (M., 
“Muzizdat”, 1962) kitabında verilmişdir: “Bəstəkar Azərbaycan mu-
siqisinin milli özünəxas olan formasını klassik opera formalarına 
[“Leyli və Məcnun”] mümkün qədər yaxınlaşdırmağa çalışmışdır”... 
Əsərdə ənənəvi opera formaları üstünlük təşkil edir: bununla yanaşı, 
bəstəkar Azərbaycan xalq musiqisninin, xüsusən də, aşıq musiqi üslu-
bunun melodiya, ahəng və ritmikanın xarakterik inkişaf prinsiplə-
rindən, melodiyaların xüsusiyyətlərindən və digər ifadə vasitələrin-
dən istifadə edir [“Koroğlu” haqqında] (kursiv bizimdir). 
Deyilənləri erməni tədqiqatçıları da etiraf etmiş və bunu qeyd et-
mişlər. Məsələn, N.Şahnazarova “Leyli və  Məcnun” operasının bö-
yük  əhəmiyyətindən  danışaraq  (“Muzıka Vostoka i Zapada”, M., 
“Sovetskiy kompozitor”, 1983) qeyd etmişdir: “Muğam operası kimi 
özünəməxsus bir yanrın yaranması öz milli ənənələrində  sərbəst 
yaşayan peşəkar  Şərq musiqisinin bilicisinin səhvsiz intuisiyası ilə 
tərənnüm edilmişdir...
 
Hacıbəyov dərhal musiqi  peşəkarlığının iki 
müxtəlif növünü: Avropa operası  və Azərbaycan muğamını  sintez 
etmək yolunu tutdu” (kursiv bizimdir).  


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə