Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə30/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   26   27   28   29   30   31   32   33   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
121 
sin ki, bu ahəngin  Ərəbistandan gəlmiş adı Spendiyarovu çaşdır-
mışdır, baxmayaraq ki, Zaqafqaziyada bu terminlə tamamilə başqa 
quruluşa malik ahəng ifadə olunurdu”. Ancaq hörmətli oxucular başa 
düşürlər ki, “Ənzəli”nin melodiya əsasını xalq mahnısı  və  məşhur 
“Ənzəli” Azərbaycan rəqsi təşkil edirdi. Eləcə  də geniş yayılmış 
“Hincas”ın  əsasında ermənilərə heç bir aidiyyəti olmayan populyar 
“Hincas” muğam ahəngi durur. Deməli, söhbət muğamların simfoni-
yalaşdırma təcrübəsindən getmişdir. Spendiyarovun Azərbaycan mu-
siqi ənənələrinə marağı o qədər böyük idi ki, İrəvana köçəndən sonra 
o, həddən artıq həvəslə mahnılarımıza göz yetirirdi. Avetis İsaakyan 
öz xatirələrində belə yazırdı: “Biz [Spendiyarovla] birlikdə yerli və 
kənardan gəlmə Azərbaycan aşıqlarının bir-biri ilə yarışaraq, çoxsim-
li uzunqollu sazlarda Koroğludan, “Aşıq Qərib”dən, “Əsli və Kərəm” 
dən və başqalarından mahnılar ifa etdikləri çayxanalarda olurduq”. 
Azərbaycan musiqisininn və böyük Ü.Hacıbəyov yaradıcılığının er-
məni musiqi məktəbinin banilərinin peşəkar musiqisinə təsir qüvvəsi 
bax belə idi. 
 
  
 
 
 
K A M R A N  İ M A N O V 
 
122 
§13.  
“..., Mənimsədim“də Azərbaycan musiqisinin və 
Üzeyir Hacıbəyov yaradıcılığının peşəkar erməni 
musiqi məktəbinin təşəkkülünə böyük təsiri 
haqqında danışılır  
 
Öncə qeyd etdiyimiz kimi, oxucuların diqqətini Ü. Hacıbəyov 
yaradıcılığının və bütövlükdə Azərbaycan musiqisinin peşəkar 
erməni musiqi məktəbinin təşəkkül tapmasına göstədiyi böyük təsirə 
yönəltmək istəyirik. 
Hörmətli oxucular! XX əsrin əvvəllərində Cənubi Qafqaz həqiqə-
tən Ü. Hacıbəyovun bənzərsiz musiqisi ilə yaşayırdı. Onun 1907-ci 
ildə yazılmış  və ilk dəfə 1908-ci ildə  səhnəyə qoyulmuş “Leyli və 
Məcnun” muğam operası böyük müvəffəqiyyət qazanmışdı. Bu, 
Şərqdə ilk opera idi. Üzeyir bəyin “O olmasın, bu olsun” (1911) və 
xüsusən də 1913-cü ildə ilk dəfə tamaşaya qoyulmuş “Arşın mal 
alan” musiqili operettaları çox məşhur idi. A. Tiqranyanın 1912-ci 
ildə yazılmış  və  həvəskar truppanın səyi ilə Aleksandropolda
 
tama-
şaya qoyulmuş “Anuş” operasını nəzərə almasaq, ermənilərin həmin 
illərdə musiqili-səhnə  əsərləri olmamışdır. Bax buna görə, 1959-cu 
ildə nəşr olunmuş “Ensiklopedik musiqi lüğəti“ndə qeyd edilir ki, ilk 
erməni operası “xalq-məişət” operası olmuşdur, daha dəqiq desək, o, 
ilkin variantında  ənənəvi anlamda olan opera yox, O. Tumanyanın 
“Anuş“ süjeti əsasında yaradılmış və bir necə xalq mahnısı ilə bəzə-
dilmiş bir tamaşa idi. Baxmayaraq ki, 1962-ci ildə  nəşr olunmuş 
“Opera librettoları”nda bu əsərin yaradılmasının A. Tiqranyanın çox-
dankı arzusu olduğu göstərilir, ancaq bu faktı da qeyd etmək lazımdır 
ki, erməni klassik musiqisinin banisi Komitas da bu süjet üzərində 
uzun müddət işləmişdir. Ancaq o, niyyətdən irəli bir addım ata bilmə-
mışdir. Üstəlik, sonralar həmin süjet O. Tumanyanın özü tərəfindən 
məşhur peşəkar bəstəkar Spendiyarova təklif edilmiş, lakin bəstəkar 
bu təklifi rədd etmişdir. Bir sözlə, hörmətli oxucular başa düşürlər ki, 
“Anuş” süjetinin musiqi tərtibatına dəfələrlə qayıdılması A. Tiqran-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
123 
yanın “Anuş” ilkin “xalq-məişət operası”nın səviyyəsinin əyani təsdi-
qidir. İndi erməni musiqi ənənəsinin formalaşması ilə bağlı problemi, 
eləcə  də bu ənənəni erməni birsəsli-monodiyası  əsasında görən er-
məni kilsə xadimlərinin qarşıdurmasını şərh etməyəcəyik. Biz yalnız 
onu təsdiq edirik ki, o illərdə Komitasın, N. Tiqranyanın, M, Yermal-
yanın, X.Qara-Murzanın və digər erməni bəstəkarlarının böyük for-
malı  əsər yaratmaq səyləri xoş arzu olaraq qalmışdı. Bax elə buna 
görə də Bakıda, Tbilisidə və başqa şəhərlərdə yaradılmış erməni mu-
siqi cəmiyyətləri gözlərini,  əvvəlki paraqrafda qeyd olunduğu kimi, 
türk musiqisi üzərində qurulan əsərləri ilə Avropa dairələrində  də 
tanınan bəstəkara- A. Spendiyarova dikmişdilər. S. Ginzburqun 
“Sovet musiqi ədəbiyyatı”nda (M., “Muzıka”, 1970) qeyd edildiyi 
kimi:
 
“Oktyabr inqilabından  əvvəlki mərhələdə Spendiyarovun əsas 
nailiyyəti musiqidə  Şərq obrazlarının təcəssümü üçün yeni təsirli 
vasitələri tapması idi”. Əsasən türk-Azərbaycan musiqi ənənələrinin 
əksini tapdığı “Krım eskizləri”, “Üç palma”, “Şərq beşiyi”, “Tatar 
mahnısı” və Spendiyarovun digər əsərləri Lyadova israr etməyə im-
kan verdi ki, “onun (Spendiyarovun) Şərqi bizim yaradıcılarımız tə-
rəfindən istifadə olunmayana qədər yeni idi” (С.Гинзбург, «Совет-
ская музыкальная литература», М., «Музыка», 1970). 
Rus klassik musiqi məktəbinin tələbəsi, N. Rimski-Korsakovun 
şagirdi A.Spendiyarov müəyyən müddət heç erməni bəstəkarı da 
sayılmırdı. Bununla belə, o, 1916-cı ildə Tbilisiyə  gələndən sonra 
“erməni  ədəbi-bədii dairələri tərəfindən fərəhlə qarşılanmışdır”. 
Tbilisidə o, xalq xanəndələrinə  və çalğıçılara diqqətlə qulaq asır və 
Azərbaycan musiqisindən vəcdə  gələrək, “Almast” operası üzərində 
işləməyə başlayır. “SSRİ xalqları musiqisinin tarixi”ndə (c.1, M., 1970) 
göstərilir ki, “bəstəkar onun (əsərin) üzərində ömrünün sonuna, daha 
doğrusu, 1928-ci ilə qədər işləmişdir“. Bu, sadə iş deyildi, “Spendi-
yarov erməni operasının yaradılmasına doğru özünün xüsusi yolu ilə 
getmişdir. Onun erməni bəstəkarlarının bu sahədə hər hansı bir təc-
rübəsinə  əsaslanmaq imkanı yox idi” (kursiv bizimdir). Bu etiraf 
məşhur erməni musiqişünaslarından birinin - Q. Tiqranovun “A.A. 
Spendiyarov” (“Muzıka”, M., 1971“) adlı monoqrafiyasındandır. Deməli, 
K A M R A N  İ M A N O V 
 
124 
Tiqranyanın “ilk xalq-məişət operası” adlandırılan “Anuş” operasının 
təcrübəsi, eləcə də guya erməni operalarının hələ XIX əsrin ortaların-
da yaradılması barədə çap nəşrlərində rast gəlinən təcrübəsiz insanla-
rı inandırmaq məqsədi ilə edilən erməni cəhdləri həqiqətə uyğun ol-
mayan iddialardan başqa bir şey deyildir. Onun qızı belə xatırlayır ki, 
bəstəkar hələ Krımda olarkən tar və kamança xalq musiqi alətlərində 
çalmağı bacaran marinist İ. Ayvazovskidən türk melodiyalarını ifa et-
məyi xahiş edərdi. İ. Ayvazovski böyük həvəslə erməni, tatar və baş-
qa motivləri çalırdı, Spendiyarov isə acgözlüklə onları yazıya köçü-
rürdü. Bəstəkar olarkən o, xalq melodiyalarında  əks olunmuş türk 
musiqisinin necə  dərin köklərə malik olduğunu başa düşürdü. Qeyd 
edək ki, operanın yazılması ideyası N. Rimski-Korsakov tərəfindən 
verilmişdi. Özü də söhbət  Şərq operasının yaradılmasından gedirdi. 
Bu da təsadüfi deyildi. Məşhur rus bəstəkarı öz şagirdinin musiqi 
zövqlərini və türk musiqisini bilməsini hamıdan yaxşı bilirdi. Spen-
dayarovun əvvəllər türk motivləri əsasında yaradılmış və geniş şöhrət 
qazanmış simfonik əsərləri də onun sonrakı  fəalliyyəti üçün uğurlu 
bir təminat idi. Bununla birlikdə, Spendiyarov peşəkar musiqiçi kimi 
öz operası üçün mövzu seçimində çox vasvası idi. Ona müxtəlif möv-
zular təklif olunurdu və hətta bəstəkarı ədəbi materiallarla təchiz et-
mək üçün ona kömək göstərilərək, qrupa oxşar bir şey yaradılmışdı 
və o, gələcək opera üçün süjet seçimi ilə məşgul olurdu. Bu səbəbdən 
opera yazmaq üçün Spendiyarova müxtəlif süjetlər, o cümlədən 
L.Yeqizaryan “Gözəl Ara və Semiramida” əfsanəsinin, 1911-ci ildə 
isə S. Merkurov Babayanın “Semiramida” dramının süjetini
 
və bir 
çox başqalarını təklif etməyə başladılar. T. Tiqranov özünün “A. A. 
Spendiyarov” kitabında yazırdı ki, bütün bu süjetlər bəstəkar tərəfin-
dən, “həqiqətdən uzaq, şərti və bufator ekzotik süjetlər “təngə gətir-
diyi üçün” rədd olunmuşdu (kursiv bizimdir). Və bunu “ilk erməni 
xalq-məişət operası”nın müəllifı Spendiyarovun özü bəstəkar A.Tiq-
ranyana yazmışdı. O, seçilmiş  ən yaxşı erməni süjetləri barədə bir 
sadə  səbəbdən yazırdı ki, onlar həyatilikdən uzaq idi və heç cür er-
mənilərin keçdiyi yolu təcəssüm etdirmirdi. Hətta rəssam M.Saryanın 
yazdığına görə, Spendiyarovun zəif damarından tutmaq cəhdi, yəni 
“Anuş“ operasının yazılmasının rus bəstəkarı Qreçaninova sifariş 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə