Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə24/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   20   21   22   23   24   25   26   27   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
97 
ziya xəbərləri” (N 21) məcmuəsində bölüşmüşdü. Buzovna bəyi 
Əliyar bəyin qonağı olarkən nağara, saz, balaban və qavaldan ibarət 
ansambl haqqında yazırdı:  “Orkestri ton verən saz və sazda çalan 
musiqiçi idarə edirdi, onunla birlikdə prima tenora var idi... Son-
ralar da Tehranda, Qahirədə,  İstambulda
 
mənə  ən yaxşı müsəlman 
artistlərinə qulaq asmaq nəsib olmuşdur, ancaq Abşeron yarımada-
sında Əliyar bəyin evində eşitdiyim musiqi mənə həmişə daha xoş gə-
lirdi”(kursiv bizimdir). 
Bununla birlikdə, məhz XIX əsrin əvvəllərindən Azərbaycan mu-
siqisinin nota alınması  və  nəşri tarixi başlanır. Xatırlatmağa ehtiyac 
yoxdur ki, o illərdə musiqinin maddi daşıyıcıda fiksasiyası üçün not-
dan başqa bir vasitə yox idi. Aydındır ki, bunu yalnız not savadı
 
olanlar bacara bilərdilər. Azərbaycan musiqi folklorunun nəşri, adə-
tən, bu musiqi irsinin daha geniş yayılması, tanışlıq və istifadə olun-
ması məqsədi güdürdü. Lakin ermənilərin yazılmaları və nəşrləri ta-
mam başqa cür izah olunurdu: müəllif hüququ analogiyası üzrə - ilkin 
nəşr hüququ almaq üçün musiqi folklor nümunəsini not formasında 
yazmaq və sonradan onu özünün, erməni musiqisi kimi elan etmək... 
1817-ci ildə İ.Dobrovolskinin Həştərxanda nəşr etdirdiyi “Asiya mu-
siqi jurnalı”nda başqa Şərq mahnıları içərisində “Fətəli Dərbəndski-
nin İran mahnısı” adı altında Azərbaycan xalq mahnısının da not ya-
zısı verilmişdi. Eləcə də 1861-ci ildə Peterburqda P.Sielski tərəfindən 
“İllüstrasiya” jurnalında “Qaladan-qalaya” Azərbaycan xalq mahnı-
sını çap edilmişdi. Bu mahnını məşhur rus bəstəkarı M.Qlinka daha 
əvvəl, 1829-cu ilin payızında Peterburq salonlarının birində  eşit-
mişdi. Bununla bağlı o, yazmışdır: “Mən həmin ilin payızında Steri-
çin yanında xarici işlər nazirinin katibi Xozrev Mirzənin oxuduğu iran 
[Azərbaycan] mahnısını  eşitdim. Bu motiv “Ruslan və Lyudmila” 
operasında “Gecənin zülməti tarlaya çökdü” xorunda istifadə etmək 
üçün mənə lazım oldu” (kursiv bizimdir). (M.Qlinka, “Ədəbi irs”, c.
 
1, L-M, Muzqiz, 1952). Söhbət “Ruslan və Lyudmila” operasındakı 
“İran xoru”nun əsasını  təşkil edən “Qalanın dibində” Azərbaycan 
mahnısından gedir ki, bunun da haqqında böyük bəstəkarlara xas olan 
qaydada məşhur bəstəkarın özü yazmışdır. Xahiş edirik, hörmətli oxu-
K A M R A N  İ M A N O V 
 
98 
cular, bu faktı unutmayın, ona görə ki, erməni plagiatı ilə  əlaqədar 
ona bir də qayıdacağıq. 1834-cü ildə Moskvada A.Alyabyev tərə-
findən kadril kimi nəşr olunur və “Altı nömrə” və “Darçını” hava-
larına yaxın “Azərbaycan” xalq melodiyası adı qoyulur.  
Musiqimizin o dövrə aid not yazıları  və sonrakı  bəstəkar işlə-
mələri rus musiqisi incəsənətinin  şanlı  nəslinin nümayəndələrinə 
xalqımızın musiqi ənənələrini öyrənməyə  və istifadə etməyə imkan 
imkan verirdi. Təsadüfi deyil biz M.Balakirevdə, N.Rimski-Korsa-
kovda, M.Musorqskidə, M.Qlinkada, A.Borodində, P.Çaykovskidə 
Azərbaycan xalq musiqisi ənənələrinin melodiyası və intonasiyası ilə 
əsrarəngiz Şərq nişanələrini görürük. 
Hörmətli oxucular! Qeyd etmək istərdik ki, folklor orijinalının 
yaradıcı şəkildə yenidən işlənməsi, musiqi nümunəsindəki melodiya 
kanvasının yeni əsərə daxil edilməsi, bir sözlə, folklor (o cümlədən 
musiqi) ifadələrinin yeni müəllif  əsərinin yaradılması  məqsədi ilə 
istifadə olunması plagiat deyildir. Bu öz əksini bir neçə il bundan 
əvvəl qəbul edilmiş Avropa və MDB məkanında ilk qanun olan 
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” 
qanunda da tapmışdır. Ancaq folklor nümunəsinin orijinalının mə-
nimsənilməsi, onun tarixi mənşəyinin inkar edilməsi və öz şəxsi yara-
dıcılıq məhsulu kimi verilməsi plagiat, daha dəqiq desək, mədəni 
oğurluq sayılır. 
Biz R.Qliyerin onlarla Azərbaycan melodiyasının motivlərinin 
səsləndiyi “Şahsənəm”i, adını  çəkilən Qlinkanın “Ruslan və Lyud-
mila” əsərini, S.Raxmaninovun “çahargah” muğamımızın intonasiya 
tonundan istifadə edilmiş “Mənim yanımda oxuma, gözəl” roman-
sını, A.Qlazunovun “Şərq romansı”nı  və başqa  əsərləri böyük ruh 
yüksəkliyi ilə dinləyirik. 
Hörmətli oxucular, “Azərbaycan mədəni  ənənələrinin mənimsə-
nilməsi erməni ənənəsinə”nə qayıdaq və musiqi ilə bağlı məşhur er-
məni xadimlərinin yaxın keçmişdə (XIX əsr) səslənən açıqlamala-
rından başlayaq. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
99 
M.Nalbandyan: “...Ancaq melodiya və havaların çoxu türklərdən 
[azərbaycanlılardan] götürülmüşdür. Mən ermənilərin yaşadığı çox 
yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istə-
mişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam!” Düşü-
nürəm ki, “bizim musiqi alətlərinin adları: saz, santur, kaman-hamısı 
türkcədir” (“Qədim şeirlər və mahnılar haqqında”, Əsər. tam külliy-
yatı, c. 1). Məşhur ədəbiyyatşünas S. Palasanyanın 1868-ci ildə özü-
nün “Erməni melodiyaları” kitabında verdiyi açıqlama da təsadüfi 
deyil: “Bizim mahnıların motivləri çox fərqlənir...və ümumiyyətlə, 
biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümü-
zünkü hesab edirik...”. 
Bu isə Q.Ağayanın məşhur fikridir: “...Bu dil [Azərbaycan] er-
mənilər üçün doğma kimidir... Məhz buna görə də biz azərbaycanca 
oxuyuruq.” 
Biz X. Abovyanın sözlərini də  təkrar etməməyi bilmərik: “...er-
mənilər ancaq türkcə (azərbaycanca) oxuyurlar”, çünki “ermənilərin 
mahnı ilə dastanları yoxdur” və s. A. Brutyan isə bütün bunlara əlavə 
etmişdir ki, “ən məşhur erməni muğam ifaçıları Bakıdan və Şuşadan 
çıxmışlar.” 
Biz də, öz növbəsində,  əlavə edək ki, hələ  məşhur mütəxəssis 
A.Koroşşenko öznün “Şərq, daha çox Qafqaz musiqisi üzərində müşa-
hidələr” əsərində yazırdı: “...ermənilərin özlərinin xalq musiqisi yox-
dur”  (kursiv
 
bizimdir) (“Moskva xəbərləri”,1896). Sovet dövründə 
xalq musiqisinin toplanması  və yazıya köçürülməsi ilə çox məşğul 
olmuş erməni bəstəkarı  və musiqişünası Sp.Məlikyan da onun 
nöqteyi-nəzəri ilə  həmfikir idi. M.Muradyan və Q. Tiqranovun da 
redaksiya heyətinə daxil olduğu “SSRİ xalqları musiqisinin tarixi”-
ndə (M., 1970) də bu barədə belə yazılmışrdı:  “O, [xalq musiqisini 
toplamaq və yazmaq məqsədi ilə], ekspedisiya işlərində müntəzəm 
iştirak edərək, əsl xalq mahnılarını aşkar edib qələmə alarkən erməni 
xalq musiqisinin orijinallığını, özünəməxsusluğunu inkar etdi” (kur-
siv bizimdir). Məhz, bu səbəbdən M.Muradyan “XIX-XX əsrlərdə 
erməni-rus musiqi əlaqələri tarixindən”  əsərində Sp.Melikyanın fik-
K A M R A N  İ M A N O V 
 
100 
rini  əsaslandıran “təsir nəzəriyyəsi”ni kəskin tənqid etmişdir, çünki 
bu nəzəriyyəyə  əsasən, “erməni musiqisi müxtəlif mədəniyyətlərin 
təsirinin nizamsız yığımından ibarərdir” (kursiv bizimdir).  
Buna nə isə əlavə etmək çətindir, ancaq onu qeyd etmək lazımdır 
ki, Ermənistanda xalq mahnıları və rəqslərinin toplanması və yazıya 
alınması ilə  məşğul olan Sp. Məlikyan onların köklərinin haradan 
gəlməsini, hansı  mənşəyə malik olmasını  və  nəyə görə erməni xalq 
musiqisinin bütövlükdə  mənimsənilmiş, xüsusən də azərbaycanlılar-
dan götürülmüş nümunələrdən ibarət olduğunu bilməmiş deyildi. 
Üstəlik də, qədim Azərbaycan mahnıları çoxdan “erməni qalpa-
ğının”nın altında idi. İstəyirik, biləsiniz, hörmətli oxucular, XVII-
XVIII əsrlərin, daha çox da XIX əsrin elə bir erməni əlyazmasına rast 
gəlmək çətindir ki, onlarda qədim Azərbaycan mahnıları və havaları 
olmasın. Onların mətnlərinin çoxu Matenadaranda və Ermənistanın 
digər arxivlərində saxlanılır. Nəğmələr daha geniş yayılmışdır və 
qeyd etdiyimiz kimi, erməni xalq mahnıları və havalarının tam əksə-
riyyəti (90%-ə yaxın) Azərbaycan xalq mahnılarına əsaslanır. Qədim 
Azərbaycan nəğmələri nəinki erməni mühitində geniş istifadə edilir, 
nəinki toplanaraq arxivlərdə saxlanılır və imkan daxilində  tərcümə 
olunur, həm də onlar digər folklor nümunələrimiz kimi, ermənilər 
tərəfindən nəşr olunurdu. Bir qayda olaraq, Azərbaycan yaradıcılıq 
nümunələri xarici mənbələrdə erməni yaradıcılıq məhsulları kimi təq-
dim olunurdu. R.Boyaçyan tərəfindən toplanmış və A.Seriyeks tərə-
findən çapa hazırlanmış “Erməni xalq nəğmələri” kitabının Paris nəş-
rini misal kimi göstərmək olar. Bu kitabda nəşr olunanların əksər his-
səsini orijinal mətnləri ilə verilmiş Azərbaycan xalq melodiyaları 
təşkil edirdi. 
Mahnı  və havalarımızın mətnləri də geniş  şəkildə erməni  ədə-
biyyatına və peşəkar musiqisinə daxil olmuş və erməni aşıq-qusanları 
tərəfindən geniş yayılmışdır.  
İstər instrumental-vokal, istərsə  də musiqili-rəqs nümunələrimi-
zin erşənilər tərəfindən not nəşrləri isə, qeyd etdiyimiz kimi, mahiy-
yət etibarı ilə, mənimsəmənin və plagiatın başlanğıcını qoymuşdu. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə