Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə21/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   17   18   19   20   21   22   23   24   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
85 
§10.  
“...Mənimsədim”də Azərbaycan nağılları və 
lətifələrinin mənimsənilməsindən danışılır 
 
Azərbaycan nağıllarında bəzən milli süjetlər “Min bir gecə” nagı-
lının məşhur motivləri ilə qarışır və hətta qədim hind ənənəvi süjet-
lərindən də xallar vardır. Bunlar heyvanlar haqqında adətən alleqorik 
formada olan nağıllar, eləcə  də nağılçılarımızın yüksək və misilsiz 
ustalığı haqqında olan “sehrli nağıllardır”, həmçinin düzlüyü və həqi-
qəti, vətənə məhəbbəti, ədaləti və fədakarlığı təbliğ edən sadə insan-
ların məişətindən götürülmüş nağıllardır. 
Bir sözlə, Azərbaycan xalqının nağıl eposu onun yüksək mənəvi-
əxlaqi xüsusiyyətlərinin və dərin vətənpərvərliyinin parlaq təsdiqidir. 
Yığcam məna və böyük xalq fantaziyası - bizim nağılları şöhrətlən-
dirən tükənməz mənbələrdir. 
“Lətifə”  (“anekdot”) termini S.Ojeqovun “Rus dii iüğəti”ndə 
“əyləncəli kiçik gülməli hekayə” və “gülməli hadisə” kimi izah olu-
nur. A.Orucovun redaktəsi ilə  çıxan “Rusca-azərbaycanca lüğət”də 
“lətifə” özünün əsas mənasından başqa, “gülməli hadisə” ilə yanaşı 
“uydurma” kimi də tərcümə olunmuşdur. 
Lətifə həmişə kiçikhəcmli, tərbiyəvi xarakter daşıyan hekayə ol-
maqla yanaşı, həm də xalq zəkasını  bədii  şəkildə  əks etdirmişdir. 
Onlar işlənərək, cilalanaraq və təkmilləşərək, əsl kollektiv yaradıcılıq 
nümunələri kimi çıxış etmişlər. 
Bir qayda olaraq, folklorşünaslar lətifələri nağılın növlərindən 
birinə aid edir və nağılların təsnifatında onlara xüsusi yer ayırırlar. 
Şübhəsiz ki, lətifələri nağıllarla yaxınlaşdıran bir cəhət də onların 
ümumi başlanğıcıdır, ancaq bununla belə lətifələr öz əsas əlamətləri-
nə görə nağıllardan fərqlənir. Əgər nağıl nağılçının, sahəsinə aiddirsə, 
lətifə istənilən adam tərəfindən söylənilə bilər. “Lətifə qəhrəmanları” 
hər bir xalqda vardır, lətifələrin özü isə yerli və əyalət xarakterli ola 
bilər, hansı bölgədəsə daha geniş yayıla və eləcə  də  məşhurluğuna 
K A M R A N  İ M A N O V 
 
86 
görə bu və ya digər xalqın yaşadığı ərazidən çıxıb uzaqlara da yayıla 
bilər. Daha məşhur Azərbaycan lətifələri Bəhlul Danəndənin, daha 
yüksək səviyyədə isə Molla Nəsrəddinin adı ilə bağlıdır. Əgər Molla 
Nəsrəddin lətifələrinə yüngül yumor, həmişə yerinə düşən dostluq 
ahəngi və lakoniklik xasdırsa, Bəhlul haqqında olan hekayələr ifşa-
edici, kəskin satiraya malikdir və bir qayda olaraq, onlar geniş yayıl-
mış süjetlərə söykənir. Məşhur türkoloq V.Qordlevski yazdığı kimi: 
“Türkiyədə, Aralıq dənizi ərazilərində, Rumıniyada, Serbiyada, Krım-
da, Zaqafqaziyada, Çeçenistanda - hər yerdə Xoca Nəsrəddini tanı-
yırlar. Dağlılarda, ermənilərdə, ərəblərdə, dağ yəhudilərində, uyğur-
larda və s. Nəsrəddin məşhur şəxsiyyətdir” (kursiv bizimdir), V. Qord-
levskiy, “Anekdotı o Xodja Nasreddine”, İVL M., 1957). Xalq isə Nəs-
rəddini Molla və ya Xoca adlandırmaqla onun elmliliyini, nüfuzunu
sanki müəllimlik mənsəbini nəzərə çarpdırırdı. 
Hörmətli oxucular! Ermənilərin Azərbaycanın nağıl irsini mə-
nimsəmələrindən danışarkən, biz mütləq nağılların belə bir xüsusiy-
yətini nəzərdə tuturuq ki, onların süjetləri bir çox xalqlarda uyğun gə-
lir və onların oxşarlığı bizə hələ plagiat deməyə əsas vermir. Müəllif 
hüququ dili ilə desək, onda formalarda, açar sözlərdə, istifadə olunan 
sloqanlarda, nağılların adlarında olan oxşarlığın və şübhəsiz ki, onları 
öz mədəni irsi kimi təqdim edənlərin tərcümələrinin başqasından 
götürülmə olduğunu iddia etmək üçün əsas olacaq.  
Ondan başlayaq ki, digər folklor nümunələrimizlə yanaşı, Azər-
baycan nağılları da orijinalda və həmişə olduğu kimi erməni  əlifba-
sında, Ermənistan arxivlərində saxlanılır. Azərbaycan nağıllarını top-
layan ermənilər əlyazmalara nəinki erməni tərcümələrinə, həm də on-
ların şeir parçalarına çoxlu sayda izahlar əlavə edirlər. Bu ilk növbə-
də, onların daha geniş  şəkildə “istifadə olunması” və sonradan cüzi 
şəkli dəyişikliklə erməni orijinalı kimi tirajlanması məqsədi ilə edilir. 
Buna görə  də nağılların  şeir hissələri Azərbaycan folklorunun əsas 
mənimsənilmə predmetinə çevrilir. Misal üçün, buraxılışı hələ 1959-
cu ildə başlanan on cildlik “Erməni xalq nağılları”nın (Yerevan, Er-
mənistan EA-nın nəşriyyatı) “Kolxozçunun nağılı” adlanan cildində 
göstərilir ki, bir komsomolçu qıza vurulan gənc onun təkidi ilə kolxo-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
87 
za daxil olur. Qəhrəmanın müraciətinin  şeir hissəsi tamamilə “Aşıq 
Qərib” Azərbaycan dastanının məşhur şeirləri ilə üst-üstə düşür. Əv-
vəlki paraqraflarda biz ermənilərin həmin dastanı mənimsəməsi cəhd-
lərindən söz açmışdıq. Yaxud “Əsli və Kərəm” Azərbaycan dastanı-
nın motivlərinin və şeir orijinallarının ermənilər tərəfindən istifadəsi-
ni götürək. Burada erməniləşdirilmiş “keşişin qızı-mollanın oğlu” 
mövzusu, yaxud əksinə, hələ əslən Ərzincandan olan keşiş O. Yerzen-
katsiyə, üstəlik, onu ilk mənimsəyənlərdən olan “aşığa” aid mövzu 
erməni nağıllarına geniş şəkildə daxil olmuşdur. Onu demək kifayət-
dir ki, bu mövzu K.Şarensin (“Vandan olan saz”, c.B,Tiflis, 1899, er-
məni dilində) “Səlcum Paşa” nağılında, bütövlükdə isə 10-dan çox 
erməni mahnısında öz əksini tapmışdır. 
Daha sonrakı nəşrləri, misal üçün, hörmətli oxucular, sizə yaxşı 
tanış olan SSRİ EA tərəfindən 1967-ci ildə buraxılmış “Erməni folk-
loru”nu götürək. Xahiş edirik, “Azaran Blbul” nağılının adına diqqət 
yetirin. Nağılda hökmdarın üç oğlu üç ünvanda sehirli bülbül axtarı-
şına çıxır. Yolun biri Yerevana, digəri Tiflisə, o birisi isə “gedən gəl-
məz” istiqamətə gedirmiş. Səhifənin altında verilən qeyddə tərtibatçı 
tərəfindən “gedən qayıtmayacaq” şəklində tərcümə olunmuşdur. 
Yaxud “Çöpçü” nağılında “çöpçü” – “çırpı yığan” kimi izah olu-
nur. “Bədəxan və Xan Allahı”ndakı adların türk mənşəli olduğunu 
şərh etməyə lüzum yoxdur. Əvəzində “Başqasına quyu qazma, özün 
düşərsən” nağılının adı vaxtilə Q.Ağayan tərəfindən “Başqası üçün 
quyu qazan özü içinə düşər” şəklində mənimsənilmiş “Özgəyə quyu 
qazan özü düşər” Azərbaycan atalar sözünün birbaşa tərcüməsidir 
(bunlar haqqında keçən paraqraflarda danışmışdıq).  
İndi isə bir neçə kəlmə erməni lətifələri haqqında. 
“Erməni lətifəsi” ifadəsi, üstəlik də “erməni radiosu”nun təqdi-
matında
 
keçmiş SSRİ-də xüsusi şöhrət qazanmışdı  və  çətin ki, bu 
keçmiş ölkənin vətəndaşlarından kimsə bu lətifələri təbəssümlə qəbul 
etməsin... Ancaq indi sizə başqa lətifələr, daha dəqiq desək, 1967-ci 
ildə rus dilində çapdan çıxmış plagiat üzrə  məşhur olan “Erməni 
folkloru” kitabında olan erməni lətifələri barədə danışacağıq. Bu 
K A M R A N  İ M A N O V 
 
88 
nəşrin tərtibçiləri
 
rusdilli oxucunu erməni lətifələri ilə bilavasitə yox
“Qarabağ zarafatçılı Pulu - Puqi”nin Q.Karapetyanın tərcüməsində 
verilmiş (“Karabaxskiy balaqur Puli – Puqi”)
 
lətifələri ilə tanış etmə-
yə üstünlük vermişlər. Burada söhbət erməni lətifələrinin çatışmazlı-
ğından deyil, elə əvvəldən bu folklor janrının siyasiləşdirilmiş təqdi-
matından gedir. Burada təqdim olunan ondan artıq əhvalat ermənilə-
rin Qarabağda yaşamasına  şahidlik etməli idi. Pulu-Puqi hazırcavab 
və zarafatcıl insan, Qarabağ folklorunun məşhur qəhrəmanı kimi təq-
dim olunur. O, hətta “məşhur Molla Nəsrəddinlə qohumdur”,- folklor 
məcmuəsinin giriş hissəsində A.Salahyan onu məhz belə təsvir edirdi 
(kursiv bizimdir). Pulu-Puqi Qarabağ  məliki Məlik-Şahnazarın ya-
nında qalan, onu “şən hekayələrlə, zərbi-məsəllərlə, ibrətamiz heka-
yələrlə, hazırcavab lətifələrlə”  əyləndirən təlxək olmuşdur. Məlum 
olduğu kimi, hörmətli oxucular, Qarabağ  məliklərinin ermənilərə 
aidiyyəti yoxdur, onlar Həsən Cəlali nəslindən çıxmış albanlar ol-
muşlar. Materialın bax belə rakursda, xüsusən də, SSRİ Elmlər Aka-
demiyasının nəşri (“Şərq redaksiyası”) vasitəsi ilə  təqdim olunması 
başqa məqsəd - erməni məliklərinin soykökünün Qarabağdan olma-
sını “təsdiq etmək”, ermənilərin qədim zamanlardan bu yerlərdə ya-
şamasını, öz əraziləri ilə burada hakim nəsil olmalarını göstərmək 
məqsədi güdürdü... 
Buna mətndəki izahla tanış olandan sonra da bir daha əmin 
olursan, burada göstərilir ki, “Qarabağ – indi DQMV” Azərbaycan 
SSR, erməni – Azərbaycan əhalisinin qarışıq yaşadığı yerdir”. Bura-
da, təbii olaraq, belə bir sual meydana çıxır.  İndiki DQMV yaran-
mamışdan  əvvəl Qarabağ hansı dövlətin tərkibinə daxil idi və onun 
etnik tərkibi tərtibçilərin qeyd etdiyi “indiki” mərhələyə  qədər necə 
idi? (kursiv bizimdir). 
İndi isə, gəlin görək Pulu-Puqi nə haqqında qaravəlli danışırdı. 
Misal üşün, “Pulu-Puqi və oğrular” nağılını götürək. 
Nağılın məzmunundan aydın olur ki, oğrular evə girəndə, əsərin 
qəhrəmanı gizlənir. Evdə heç nə tapmayan oğrular tərəfindən yaxala-
nan qəhrəman onlara cavab verir ki, o utandığından gizlənmişdir. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə