Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə18/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   14   15   16   17   18   19   20   21   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
73 
§ 9.  
“...Mənimsədim”də Azərbaycan atalar sözləri            
və məsəllərinin mənimsənilməsindən danışılır 
  
Hörmətli oxucular! “Gəldim, gördüm,...mənimsədim” materialı 
çərçivəsində
 
“Azərbaycan mədəni  ənənələrinin mənimsənilməsi er-
məni  ənənəsi haqqında” danışmağı davam etdirərək, (“... Mənimsə-
dim”, yaxud şəkli dəyişdirilmiş latın ifadəsinin üçüncü hissəsi) biz 
imkanlarımız sayəsində Azərbaycan xalqının mənimsənilmiş və “er-
məniləşdirilmiş” əqli mülkiyyətinin bəzi “ardıcıllıqları”nı sizin nəzə-
rinizə çatdırmağa çalışacağıq. İndi biz sizə atalar sözü və məsəlləri-
mizin necə erməni iddialarının obyektlərinə çevrildiyini göstərəcəyik. 
Bu geniş yayılmış folklor janrı  hər bir xalqa xasdır və bununla ya-
naşı, onun milli xüsusiyyətlərini əks etdirir. Atalar sözü “xalqın canlı 
ağlı” və “xalqın səsi”dir. Əbəs yerə deyilməmişdir: “Yaxşı atalar sö-
zü yerində deyilmiş sərrast ifadədir.” 
A.Proxorovun redaktəsi ilə  çıxan “Ensiklopedik lüğət” (1985) 
“atalar sözlərini hikmətli mənaya malik, qrammatik və  məntiqi cə-
hətdən tamamlanmış yığcam ritmik formada yaradılmış folklor janrı” 
kimi izah edir.  
“Məsəllər” atalar sözlərindən fərqli olaraq, ümumləşdirici hik-
mətli məna daşımır, kimisə və hansısa “həyat hadisəsini dəqiq müəy-
yən edən bədii ifadə, nitq tərzi” kimi şərh olunur. 
V. Dalın “Böyük rus xalqının canlı izahlı lüğəti”ndə (1907-ci il) 
çox yığcam şəkildə göstərilir ki, “atalar sözləri” qısa kəlam və nəsi-
hətdir...”. O, daha çox ibrətamiz, eyham şəklindədir, yaxud həyatın 
hökmüdür”.
 
Sonra daha incə izah verilir: “atalar  sözləri dilin, xalq 
danışığının xüsusi növüdür”, o düzəldilmir, onun özü yaranır” (kur-
siv bizimdir). V.Dala görə isə, məsəl, hər  şeydən  əvvəl,  “xalq ara-
sında çox işlənən rəvan qısa nitqdir, ancaq onlar tam atalar sözləri, 
canlı ifadələrdə qəəbul edilmiş nəsihət deyildir” (kursiv bizimdir).  
S.Ojeqovun “Rus dilinin lüğəti”ndə (1952-ci il) “atalar sözü” 
anlayışı kifayət qədər oxşar, ancaq daha qısa: “ibrətamiz mənalı xalq 
K A M R A N  İ M A N O V 
 
74 
kəlamı” kimi izah edilir, “məsəl” termininə isə “atalar sözü”ndən 
fərqli olaraq, bütöv ifadə kimi işlənə bilməyən bədii ifadə” baxılır.  
Azərbaycan xalqı saysız-hesabsız atalar sözlərinə və məsəllərinə 
malikdir.
 
Onların milli xüsusiyyəti və etnik rəngarəngliyi elədir ki, 
heç də həmişə rus dilinin izahlı lüğətlərində verilən izahatlara uyğun 
gəlmir. Bu da təbiidir, çünki göstərilən lüğətlər, ilk növbədə, rus ata-
lar sözləri və məsəlləri irsınə söykənir. Təsadüfi deyildir ki, A.Oruco-
vun redaktəsi ilə  çıxan “Rusca-azərbaycanca lüğəti”də (1975-ci il) 
“atalar sözü” və “məsəl” terminlərini aşağıdakı kimi tərcümə etmişdir: 
“poslovitsa”- “atalar sözü”, “zərbi-məsəl” 
   “poqovorka”- “məsəl”, “zərbi-məsəl”, “atalar sözü” 
Başqa sözlə desək,
 
“atalar sözü” və “məsəl” bir-birini qarşılıqlı 
olaraq müəyyən edir və bununla da müəyyən qədər rus lüğətlərində 
verilmiş izahatlara uyğun gəlmir. Üstəlik də, belə çıxır ki, Azərbay-
can dilində “atalar sözü” və “məsəl” arasında elə də xüsusi fərq yox-
dur. Ancaq iş elə bunda yox, hər şeydən əvvəl, dilin spesifik xüsusiy-
yətindədir. Azərbaycan dilində “atalar sözü” deyilərkən nəinki atalar 
sözü, eyni zamanda məsəllər, aforizmlər-hikmətlər, nəsihətlər, zərb-
məsəllər və s., bir sözlə, xalq müdrikliyi aforizmlərinə aid edilən hər 
şey başa düşülür. Bütün bunlara baxmayaraq, rus dilində olduğu kimi 
Azərbaycan dilində  də “atalar sözü” və “məsəl” terminləri müxtəlif 
anlayışlardır. Onlar eyni mənanı daşımır, mənalarına və  mənşəyinə 
görə  də  fərqlənirlər. Azərbaycan məsəlləri atalar sözlərindən fərqli 
olaraq, verilən fikrin daha çox bitkinliyinə malik olur, başlıcası isə 
konkret məqsəd bildirir. Atalar sözü isə konkret məqsədi deyil, daha 
ümumi fikri bildirir. Bununla yanaşı, adətən, hər bir məsəlin arxasın-
da hər hansı bir hadisə, hekayət,  əfsanə, nağıl və s. durur. Təsadüfi 
deyildir ki, ümumiləşmiş tam cümlələr kimi təqdim olunan məsəllər 
atalar sözlərinə, ifadələr isə idioma çevrilir. 
Beləliklə, hörmətli oxucular əbəs yerə “atalar sözləri” demirlər, 
onların “ruhu və canı  xəlqilikdən yoğrulmuşdur”, elə onun həyati 
müdrikliyinə və mentallığına da qoşularımız iddia irəli sürürlər. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
75 
Hələ K.Korş  və A.Kirpiçnikov 1892-ci ildə  çıxan “Ədəbiyyatın 
ümumi tarixi” “kitabında Azərbaycan folklorunda olan atalar sözləri 
və məsəllərini xüsusi qeyd edərək onlara çox yüksək qiymət vermiş-
lər. Azərbaycan atalar sözü və məsəlləri zəngin folklorumuzun digər 
janrlarına - nağıllara, hekayətlərə,  əfsanələrə, rəvayətlərə, lətifələrə 
borcludur. Tarixən bizim xalqımız üçün təbii olan bu gözəl folklor 
janrına bu gün də erməni danışıq dilində tez-tez rast gəlinir. 
Azərbaycan atalar sözlərinin və  məsəllərinin erməni dilinə  və 
ədəbiyyatına “köç etməsi” nə bu günün, nə də dünənin işidir. Bu pro-
sesin böyük tarixi və ənənəsi vardır. Erməni ədəbiyyatının klassikləri 
erməni xalqının istifadə etdiyi əksər atalar sözlərinin Azərbaycan di-
lində  səsləndiyini dərk edərək, nəinki onları orijinaldan tərcümə et-
məyə, həm də bu atalar sözləri və məsəllər əsasında “erməniləşdiril-
miş” variantlar yaratmaqla, erməni atalar sözləri irsini zənginləşdir-
məyə can atırdılar. 
Qeyd etmək lazımdır ki, X.Abovyan, Q.Ağayan, P.Proşyan, Q, 
Sundukyan, M.Nalbaldyan bunun üçün çox iş görmüşlər. 
Bununla yanaşı, erməni arxivlərində, o cümlədən Matenadaranda 
xalqımıza məxsus böyük həcmdə yaradıcılıq sərvəti hələ də saxlanıl-
maqdadır. Belə ki, saxlanılan həmin  əlyazmalardan biri elə “Türk 
atalar sözləri” adlanır. Nəzərə alaraq ki, onlar adətən Azərbaycan di-
lində səslənir və erməni əlifbasında yazıya alınıblar, bir neçəsini mi-
sal gətirək: 
“Aş bişirənin, iş bacaranın”; 
“Qaşı ayırarkən, gözü çıxartdın”; 
“Bir əl ilə iki qarpız tutulmaz”; 
“Gün var ayı bəslər, ay var günü bəslər”; 
“Gördün yemək, daha nə demək” və s. 
Hörmətli oxucular, başqa xalqların atalar sözlərini erməni köklə-
rinə bağlanması üçün çox işlər görmüş A.Qanalanyanın etirafına diq-
qət yetirməyinizi xahiş edirik. Bu akademikin dediklərinə  əsasən, 
onun üzərində  tədqiqat apardığı 500 erməni atalar sözündən 83-ü 
gürcü, 30-u isə ingilis dilindən tərcümə olunmuşdur. Ancaq burada 
K A M R A N  İ M A N O V 
 
76 
qəsdən onlardan nə  qədərinin Azərbaycan mənşəli atalar sözləri ol-
ması barədə məsələ müzakirə olunmur. Bu da aydındır. Onlar böyük 
əksəriyyəti təşkil edir. Həmin nümunələrdən erməni dilində səslənən 
bəziləri bunlardır: 
“Bir ı li u, pir ı li”, yaxud “Kefi qon e, kendi kiovxanı”, ermənicə 
səslənməsinə görə çox asanlıqla tanınır ki, bu, Azərbaycan atalar söz-
lərinin orijinallarıdır: “Bir olsun, pir olsun” və “Kef sənindir, kənd 
kovxanın”. 
Hələ “Xasan keçal, keçal Xasan”ı (“Həsən keçəl, keçəl Həsən”) 
haqqında heç nə demirik. Əgər bunlara Azərbaycan dilindən tərcümə 
olunmuş, həmçinin bilavasitə Azərbaycan dilində  səslənən atalar 
sözlərini  əlavə etsək, onda istənilən qədər misal çəkmək olar. Ola 
bilsin ki, “erməni” atalar sözlərinin bu cür səslənməsi A.Qanalanyanı 
etiraf etməyə məcbur etmişdir ki, yuxarıda misal göstərilən üç atalar 
sözü Azərbaycan atalar sözlərinin “erməniləşdirilmiş” variantlarıdır. 
Azərbaycan atalar sözləri ilə oxşar səslənməsi Burada, necə deyərlər, 
başqa yol da yoxdur: erməni dilində “kənd”, “bir”, “pir” sözləri sadə-
cə olaraq yoxdur. Akademik Ter-Teryanın “Abovyanın yaradıcılığı” 
kitabındakı  təsdiqi təsadüfi deyil: ”Ermənilər ünsiyyətdə  və danışıq 
dilində  həmişə Azərbaycan atalar sözü və  məsəllərinə müraciət 
edirdilər...” 
İndi isə erməni  ədəbiyyatı klassiklərinin Azərbaycan atalar söz-
lərini necə istifadə etmələrinə qayıdaq və  əvvəlki paraqraflarda gə-
tirilən misallar seriyasını davam etdirək. 
X.Abovyan: “El ağzı, çuval ağzı” (Azərbaycan orijinalı ilə eynidir); 
“Pul ki var pasdır, əl çirkidir” (Azərbaycan orijinalı: “Pul əl çir-
kidir”); 
Q.Ağayan: “Başqası üçün quyu qazan özü içinə düşər” (Azər-
baycan orijinalı: “Özgəyə quyu qazan özü düşər”); 
“Bir görəndə yoldaş, ikincidə qardaş” (Azərbaycan orijinalı: “Bir 
dəfə gələn yoldaşdır, iki dəfə gələn qardaş”); 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə