Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə14/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   10   11   12   13   14   15   16   17   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
57 
aşıqlara dastan yaradıcılığının daşıyıcıları kimi, çox tez-tez müraciət 
etmələri ilə əlaqədar bu, erməni plagiatının ayrıca bir mövzusudur.  
İndi isə Azərbaycan dastanlarının süjetlərinin erməniləşdirilmə-
sinə aid konkret misallar gətirək və məşhur məhəbbət dastanlarından, 
o cümlədən “Aşıq Qərib”dən başlayaq. Bu dastan hələ XIX əsrin əv-
vəllərində erməni  əlifbasinda yazıya köçürülmüş, onun ən məşhur 
erməni varianti isə Qars sakini erməni yazıçısı Atrpet tərəfindən ha-
zırlanmışdır. Burada orijinalın  əsas süjeti saxlanılmışdır, belə ki, 
tərcümə ilə yanaşı, şeirlərin əsli də göstərilmişdir. Keçən əsrin orta-
larından başlayaraq, bu dastan bir neçə dəfə erməni dilində nəşr olun-
muşdur. Dastanın qısa məzmunu əvvəlki fəsillərdə xatırlanan məşhur 
Haqverdyan tərəfindən 1852-ci ildə Tiflisdə “Sayat-Nova” kitabında 
verilmiş, elə  həmin ildə oradaca dastan Q.Ter-Aleksandryanın “Tif-
lislilərin mənəvi həyatı” adlı kitabında erməni dilində nəşr olunmuş-
dur. “Aşıq” Civani tərəfindən yenidən işlənmiş “Aşıq Qərib nağılı” 
(mahnıları ilə birlikdə) 1887-ci ildə Aleksandropolda
 
işıq üzü gör-
müşdür. Buradaca A.Mxitaryanın tərcüməsində həmin dastanın 1904-
cü il nəşrini də xatırlatmaq yerinə düşər. Nəticədə Azərbaycan das-
tanları ilə bağlı  qəribə metamorfozalar baş verirdi. Məsələn, erməni 
“aşığı” Civaninin “işləməsində” “Aşıq Qərib” dastanını götürək. Bu-
rada Qəribin adı Arşak adı ilə dəyişdirilir, erməni həyatının və məişə-
tinin elementləri geniş  şəkildə istifadə olunur, əhvalatın baş verdiyi 
coğrafi məkanlar (Yerevan, Salk, Şirak və s.) saxtalaşdırılır.  Əgər 
orijinalda Qərib çətinliyə düşəndə müsəlmanların müqəddəs qüvvə-
lərinə müraciət edirsə, erməni plagiatında ermənilərə: Mkrtıça, Tate-
vosa, Qriqora, Gevorka, Movsesə  və başqalarına müraciət olunur. 
“Erməniləşdirilmiş” plagiatın sərhədi olmadığı üçün iş o yerə çatır ki, 
Qərib ermənilərin Sərkis kilsəsində  Şahsənəmlə evlənir. Dastanın 
“erməniləşdirilmiş” variantında  şəhərlərin və  kəndlərin təsvirinə,  ən 
əsası onların əhalisinin (oxu: erməni) milli mənsubiyyətinə və hansı 
məzhəbə (oxu: qriqorian məzhəbinə) qulluq etməsinə daha çox diqqət 
yetirilir. Qəribin, guya Arşakın atası-Məlik Abramdır, onun anası-
Arusik, Şahsənəmin atası –Hacı Saak, anası –Zarundur, bir sözlə, baş 
qəhrəmanlar və digərləri erməni millətinin nümayəndələri kimi təq-
dim olunmuşdur. 
K A M R A N  İ M A N O V 
 
58 
Dastana erməni mifologiyası, məsələn, Gözəl Ara haqqında və s. 
əfsanə daxil edilmişdir. Azərbaycanda və Türkiyədə yaranmış bu 
dastan türk süjeti və motivi ilə erməni haşiyəsində bütün dünyaya bax 
beləcə yayılmışdır. 
İndi isə  “Əsli və  Kərəm” Azərbaycan məhəbbət dastanının mə-
nimsənilməsi və “erməniləşdirilməsi” üzərində dayanaq. Bu dastanı 
hələ erməni əlifbasında yazıya köçürmüş Atrpet yazırdı: “Biz [ermə-
nilər] Kərəmi türklərlə (asərbaycanlılarla) və türkmənlərlə  bərabər 
sevirik. Atrpatakanın (Azərbaycanın)  əyalətlərində,  əsasən də, Xoy 
və Urmiya sakinləri arasında, çətin ki, bu dastanın üç-dörd variantını 
bilməyən türk (azərbaycanlı) tapılsın. Hamıda onun həm çap, həm də 
əlyazma nüsxəsi vardır ...”. Daha sonra o qeyd edir ki, dastanı nəşrə 
hazırlayarkən 1911-ci il türk (Azərbaycan) variantından, A.Mxitarya-
nın tərcüməsindən və  aşıqların söyləmələrindən - ifasından istifadə 
etmişdir.  “Biz Polisdə  nəşr olunmuş dastanın türk variantındakı 
şeirlərin təhrif olunmuş hissələrini düzəltdik...” və “biz Atrpatakanın 
[Azərbaycanın] türk dilini onun şifahi formasında saxladıq, erməni 
tərcüməsində isə Ararat dialektini əsas götürdük” (kursiv bizimdir). 
Görək dastanın başına sonralar nələr gəldi. Beləliklə, dastanın 
Civani (1888) tərəfindən tərcüməsi və nəşri vipasanların, yəni erməni 
nağılçılarının anılmasından başlayır və bununla aydın şəkildə göstə-
rilir ki, dastanın motivləri ermənilərə uzaq keçmişdən məlum imiş, 
çünki guya onlar vipasanların repertuarına daxil olub.  
Nəşr olunmuş tərcümədə yerlərin adları “erməniləşdirilir”, əhva-
latlar erməni yaşayış yerlərinə köçürülür və orijinal toponimlərin əvə-
zinə erməni ekvivalentləri daxil edilir. Ermənilərə xas olan milli xü-
susiyyətlərin təsvirinə xüsusi diqqət yetirilir və Yerevan, Sebastiya 
erməni şəhərləri kimi təsvir olunur. Dastan erməni mifologiyası, mə-
sələn, Van şəhəri ilə qatışdırılır, “erməniləşdirilmiş” Gəmiqaya dağı 
Navameçk kimi verilir. Heç də  təsadüfi olmayan Astxiq adı daxil 
edilir. Baxmayaraq ki, bu ad assuriyalılara gedib çıxır, o, guya təmiz 
erməni adı kimi Məryəmi
 
əvəz etməli idi. Axı erməni mifologiya-
sında Astxiq Nuh peyğəmbərin qızıdır, həm də gözəllik və məhəbbət 
ilahəsi kimi tanınır. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
59 
Bir sözlə, təhriflər nəticəsində ən məşhur dastanlardan biri elə bir 
görünüş alır ki, yayılarkən onu çox asanlıqla erməni folklor nümunəsi 
kimi təqdim etmək olur. Digər dastanlar da yenidən işlənməyə, mə-
nimsənilməyə və “erməniləşdirmə”yə məruz qalmışdır. 
Misal üçün, Civani və Mxitaryanın təqdimatında verilən “Şah 
İsmayıl” dastanından o faktı göstərmək kifayətdir ki, şahın yenicə 
doğulmuş  oğlu tərbiyə olunmaq üçün Daniil Varjapetə verilir, o isə 
uşağın adını  Şah  İsmayıl qoyur. Civani Şah  İsmayılı erməni ilahəsi 
Astxiqlə  əlaqələndirir. Bunlara oxşar çoxlu digər absurdlar da 
vardır... 
Sazainin səyi nəticəsində “Əmrah-Səlmi” qəhrəmanlıq dastanı ta-
mamilə “erməniləşdirilmişdir”. Biz yalnız qəhrəmanların adlarını-
Minas, Karapet, Sro və əhvalatların baş verdiyi bəzi coğrafi yerlərin 
adlarını - Baxeş, Erçiş, Akans və s. göstərəcəyik, şübhəsiz ki, bütün 
şərait və mühit erməni kökləri ilə bağlanır. Belə bir “erməniləşdiril-
miş” metamorfoza əfsanəvi “Məlik Şah” və “Tahir və Zöhrə xanım” 
türk dastanlarını da gözləyirdi.  
Bir sözlə, mədəni sərvətlərimizin mənimsənilməsi ardıcıl və 
mərhələli şəkildə aparılırdı. Bu, praktiki olaraq, bütün dastanlarla baş 
verirdi. Buna baxmayaraq, hörmətli oxucular, “Fərhad və  Şirin” və 
“Leyli və  Məcnun” dastanlarının mənimsənilməsindən danışmaq is-
tərdik.  İş burasındadır ki, bu dastanlar xüsusi növə aiddir - onlar 
yazılı  ədəbiyyatla və klassik irslə bağlıdır və  məlum olduğu kimi, 
onların ermənilərə heç bir aidiyyəti yoxdur. Hörmətli oxucular, hər 
şeydən əvvəl bir neçə söz “Leyli və Məcnun” haqqında demək istər-
dik. Onun tərcümə - işlənməsi, daha dəqiq desək, “erməniləşdiril-
məsi” dastanın türk - Azərbaycan variantı  əsasında A.Mxutaryanın 
cəhdlərinin nəticəsidir. Məlum olduğu kimi, bu dastanın kökləri 
Şərqdə geniş yayılmış eyni adlı əfsanə ilə bağlıdır və əlbəttə ki, klas-
sik ədəbi poemalarla ilk növbədə, dahi Nizaminin “Leyli və Məcnun” 
əsəri ilə zənginləşdirilmişdir. “Leyli və Məcnun” süjetinin başlanğıcı 
qədim  ərəb mənbələrindən götürülmüşdür və islamın yayılması ilə 
əlaqədar, bu mövzu ərəb, türk və iran ədəbiyyatında, həmçinin bu 
K A M R A N  İ M A N O V 
 
60 
xalqların dastan folklor yaradıcılığı formasında geniş yayılmışdır. 
Ancaq yenə təkrar edirəm, bu mövzunun erməni yaradıcılığı ilə heç 
bir əlaqəsi olmamışdır. 
Məşhur  şərqşünas Y. Bertelsə  əsaslansaq, Nizami öz poemasını 
yazarkən, yazılı mənbələrdən, yəni ədəbi ənənələrdən və dastançıla-
rın  şifahi xalq ədəbiyyatından geniş istifadə etmişdir. Bununla da 
dastan mövzusu böyük şairin irsi ilə  sıx bağlıdır. Buna baxmayaraq 
ermənilər bu dastanın da mənimsənilməsi və “erməniləşdirilmsi”nə 
“yol” tapmışlar. Bəs necə?  İş burasındadır ki, erməni tərcümələri-
yenidən işlənmələrin çoxunda “erməniləşdirmə”yə dünyagörmüş, 
təcrübəli qoca Surp Sarkis adlı erməni obrazının daxil edilməsi ilə 
nail olunur. Belə ki, Surp Sarkis “erməniləşdirilmiş” tərcümədə aşiq-
lərə bir-birindən məktub daşıyan vasitəçi rolunu oynayır. Ona öz fa-
ciəvi məhəbbətinin qəm və kədərini və s. izhar edə bilərsən. Bununla 
da heç bir erməni kökü olmayan dastana erməni başlangıcının pərçim 
edilməsinə nail olunur. 
İndi isə “Fərhad və Şirin” dastanı haqqında. Məlum olduğu kimi 
“Fərhad və  Şirin” dastanı  Cənubi Qafqazda və Yaxın  Şərqdə çox 
geniş yayılmışdır. Dastan hələ 1910-cu ildə A. Mxitaryanın tərcümə-
sində nəşr edilmişdir. Sonra növbəti nəşr olmuşdur, lakin bu artıq tər-
cümə yox, yenidən işlənmə idi, daha dəqiq desək, obrazların, coğrafi 
yerlərin adlarını dəyişdirməklə, bir sözlə, bu artıq işlənib hazırlanmış 
vasitələrdən istifadə etməklə onu guya erməni başlanğıcına gətirib 
çıxaran “erməniləşdirmə” idi. Bu nəşr CMA, yəni təxəllüs altında 
nəşr olunmuşdur. 
Xahiş edirəm, tərcüməçinin qısa çıxışının mahiyyətinə diqqət 
yetirəsiniz: «Vaxt gələcək, rəvayətlərin dastanlarda necə saxlanılma-
sı araşdırılacaq. Qeyd etmək lazımdır ki, beş əsr boyunca türklərin öz 
xalq xanəndələri
 
olmamışdır, erməni aşıqları isə onlara şairlər, eləcə 
də müğənnilər kimi əhəmiyyətli xidmət göstərmişlər. Məhz bu səbəb-
dən erməni aşıqlarının oxuduqlarının çoxu türklərin həyatı ilə heç bir 
əlaqəsi olmayan qədim rəvayətlərin və dastanların tərcümələridir 
(kursiv bizimdir). 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə