Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə10/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   6   7   8   9   10   11   12   13   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
41 
Q.Ağayanın Azərbaycan dilində topladığı bayatılardan birini mi-
sal gətirək. Bu bayatı Tiflisdə olan (Xoçi kilsəsi) qəbir daşından kö-
çürülmüşdür: 
Bir quş çıxdı dərədən, 
Xəbər aldı dünyadan, 
Mən ki öləcəydim,  
Niyə doğdum anadan. 
           (Q. Ağayan, c.1).  
Q.Ağayan bayatılara o qədər böyük əhəmiyyət verirdi ki, hətta 
“Hələ bir az da, bir az da” nağılını bayatılarla tamamlamışdı. Bu-
nunla da onun yazdığı nağılın ideya və  mənasını  məhz bayatılar 
özündə daşıyır. Q.Ağayanın “Arutyun və Manvel” və ya elə  həmin 
“Hələ bir az da, bir az da” nağılı kimi əsərləri ilə tanışlıq da onun 
Azərbaycan bayatılarından necə geniş istifadə etdiyinə əmin olmağa 
kifayət edir. O, 1940-cı ildə Yerevan dövlət nəşriyyatı tərəfindən (er-
məni dilində) nəşr olunmuş  əsərlərində ermənilərin bayatılara “bağ-
lılığı”nı  və bu nümunələrin geniş yayılmasını belə izah etmişdir: 
“...Ən çox yayılan bayatılardır... Hər kəs onları bilir. Qoca da, cavan 
da, qadın da, kişi də... bütün arzu-diləklərini bayatılar vasitəsi ilə ifa-
də edə bilirdilər”. Doğrudan da, hörmətli oxucular, görün, Q. Ağayan 
öz məşhur “Arutyun və Manvel” əsərində “aşıq” məclisini necə təsvir 
edir. Burada məğlub olmuş Şahlan öz sazını Arutyuna verir və “so-
nuncu sevincindən bilmir ki, nə desin: nə isə Koroğludanmı, yoxsa 
hər hansı bir xalq mahnısınımı oxusun. Birdən onun yadına bayatılar 
düşür və o oxumağa başlayır.” Buna, necə deyərlər, nə isə əlavə et-
mək çətindir. Qeyd edək ki, bayatılardan həm məşhur erməni naşiri 
P.Proşyan, həm də məşhur dramaturq Q. Sundukyan da geniş istifadə 
etmişlər. Hələ biz onların aşıq yaradıcılığında istifadə olunmasından 
danışmırıq. 
Baxın, bu da P. Proşyandan bir misal. Onun “Sos və Vartiter” 
(Seç. əsər., I cild, Yerevan, Xaypetrat, 1953, erməni dilində) əsərində 
bayatılar ruhunda çoxlu rübailər vardır. Burada həmçinin bizim adət 
və ənənələrin, mərasim və ayinlərin mənimsənilmiş bariz nümunələri 
ilə də rastlaşırıq. Xahiş edirik, diqqət yetirin, görün, müəllif Ambar-
K A M R A N  İ M A N O V 
 
42 
sumun
 
mərasimini necə  təsvir edir: onlar mərhumun adını anır, kə-
dərlə bölüşərək, onu ağlayırlar. Sitat gətiririk: “Onlar türkcə üstündə 
ağlayır, bayatılardan istifadə edir və aram-aram hönkürürlər, digər 
qadınlar isə öz ah-zarları ilə onları dəstəkləyirlər”. Erməni nasiri in-
san qəlbini sakitləşdirən və kədərini söndürən Azərbaycan bayatıları-
nın məna dərinliyini məhz bu cür izah edir. Başqa bir yerdə P. Proş-
yan göstərir ki, bayatı ifa olunduqda, zurnaçılar və dəfçilər “son də-
rəcə cuşa gəlirlər”. 
Təsadüfi deyil ki, o, “Seçilmiş  əsərləri”nin ikinci cildində öz 
qəhrəmanı usta Simon haqqında yazırdı: “onun qohumları və yaxın-
ları  işdən sonra, boş vaxtlarında yemək-içmək və  şənlənmək, başlı-
cası isə onun [Simonun] yüksək notlarda oxuduğu sevimli mahnı və 
bayatılara qulaq asmaq üçün ora toplaşardılar”  (kursiv bizimdir). 
Növbəti misal isə onun “Quno” povestindəndir: “Səs Nəsir bəyin ça-
dırından gəlirdi. Bu, ev sahibinin xanımının səsi idi: 
Əzizim, ağam gəl, 
Ölməmişəm, ağam gəl, 
Boynumda qəm zənciri 
Qapında dustağam, gəl”. 
Erməni müəllifləri tərəfindən orijinalda verilən bu Azərbaycan 
bayatısında öz sevgilisinin həsrətində olan insanın üzücü kədərindən 
danışılır. 
Azərbaycan bayatıları o illərdə nəinki erməni nəsr əsərlərinə yol 
“tapır”, həm də ermənilərin səhnə, dramaturgiya sənətinə daxil olma-
ğı “bacarır”. Sundukyanın səhnə personajları da bayatılardan geniş 
şəkildə istifadə edirlər. Aşağıdakı nümunələr “Pepo” əsərindən (Sun-
dukyan,  Əsər. tam külliyyatı, cild III, Yerevan, Ermənistan EA-nın 
nəşriyyatı, 1951, erməni dilində) gətirilmişdir: 
“Əzizim, naçar ağlama, 
Gün də keçər, ağlama. 
Bu qapını tərs bağlayan 
Sonra Pepo başını tərpədərək, incə səslə: 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
43 
Bir gün açar, ağlama. 
Qaquli isə bayatını tamamlayır: 
Bir gün açar, ağlama”. 
Erməni müəlliflərinin orijinalda işlətdiyi Azərbaycan bayatısında 
belə nağıl edilir ki, sonsuz qəm çəkmək olmaz, gec-tez və ya tez yax-
şı günlər gələcək. 
Düşünürük ki, hər hansı şərhə ehtiyac yoxdur. 
Daha bir şərhsiz nümunə  də  gətirək. Bizim bayatılar nəinki qə-
dim  əlyazmaların səhifələrində saxlanılır, nəinki geniş istifadə olu-
nur, onlar həm də bir çox hallarda guya erməni “aşıqları”nın əlyaz-
maları kimi tapılırdı. Məsələn, XIX əsrin birinci yarısında yaşamış 
məşhur erməni xalq şairi Miskin Burcunun əlyazması  şeirlər dəftə-
rində bayatılar da tapılmışdır. Burada onun şeirləri və öz əli ilə yazı-
ya köçürdüyü bayatılarla yanaşı, əksər hissəsi sonralar kiminsə tərə-
findən yazıya köçürülmüş müəllifliyi göstərilməyən xeyli bayatılar 
da saxlanılır. Sonradan buraya köçürülmüş həmin bayatıların əksəriy-
yəti XVII əsrdə yaşamış və bu növdə çoxlu əsər nümunələri yaratmış 
Sarı aşığın bayatıları ilə həddən artıq oxşardır. Deməli, bizim baya-
tıların geniş istifadə olunması ənənələri həm əvvəlki illərdə, həm də 
bu gün çox az istisnalarla, onların erməni folklor nümunəsi kimi “elan 
olunması” arzusuna çevrilir. 
Hörmətli oxucular! Yuxarıda söhbət açdığımız bənzərsiz bayatı-
lar Azərbaycan aşıq yaradıcılığı  və musiqi irsi ilə  sıx bağlıdır ki, 
bunlar da ermənilərin “özününküləşdirilməsi”nə yönəlmiş bütün 
mümkün təcavüzünə məruz qalır. Bu isə başqa mövzunun söhbətidir. 
Azərbaycan  əqli mülkiyyətinin vicdansızcasına istifadə olunması  və 
mənimsənilməsinin bu və bir çox digər faktları üzərində aşağıda da-
yanacağıq. Bu paraqrafı isə parodokslar həddində qeyri-adi fikirlər 
qurmaqda fövqəladə xüsusiyyətlərə  və fenomenal biliyə malik olan 
məşhur fransız yazıçısı Anatol Fransın gözəl sözləri ilə bitirmək 
istərdik. Plagiata həsr olunmuş  məqalələrinin birində A.Frans belə 
yazmışdır: “Plagiat axtarışı  həmişə düşündüyündən və istədiyindən 
daha uzaqlara gedir”. Bu fikri biz belə başa düşürük ki, erməni pla-
giatının arxasında həmişə torpaqlarımıza olan iddialar görünür... 
K A M R A N  İ M A N O V 
 
44 
§6.  
“..., Mənimsədim”də Azərbaycan rəvayətlərinin 
mənimsənilməsindən danışılır 
 
Hörmətli oxucular! “Gəldim, gördüm,... mənimsədim” mövzu-
sunu davam etdiririk və onun “...mənimsədim” hissəsinə riayət edə-
rək, istərdik ki, sizi Azərbaycan rəvayətlərinin necə mənimsənilməsi 
ilə tanış edək. Məlum olduğu kimi, rəvayətlər  ən qədim  əsrlərin 
dərinliklərindən gələn bir dastan yaddaşıdır, bu keçmişdir, onsuz bu 
günün gələcəyi yoxdur. Yəqin, “rəvayət” sözü qədimliyin müjdəçisi 
kimi son dərəcə heyranedici
 
bir səslənməyə malikdir. Rəvayətlər 
etnosun həm dərketmə, həm də ibrətamiz xüsusiyyətlər daşıyan nadir 
folklor nümunələridir. Onlar folkloristikada xüsusi yer tutur və “En-
siklopedik lüğət”ə (1985-ci il) əsaslansaq, “rəvayət” termininin
 
mə-
nası “tarixi şəxslər, hadisələr, yerlər haqqında nəsildən-nəslə ötürülən 
məlumatları özündə saxlayan folklor janrı,  şifahi hekayə” kimi izah 
edilir. Hətta hadisənin şahidi tərəfindən ilk dəfə söylənmiş rəvayət də 
vaxt geçdikcə, təbii şəkildə ötürülərkən xalq dilində olan deyimlərlə 
ötürülür və sərbəst şərh olunur. Ojeqovun “Rus dilinin izahlı lüğəti”-
ndə doğru olaraq, qeyd olunduğu kimi, “olmuş həqiqət haqqında nağıl” 
na çevrilir. Doğrudan da, 1968-ci ildə buraxılan “Rus dilinin sino-
nimlər lüğəti “əfsanə” (leqenda), “mif” (mif),  “nağıl” (skazanie), 
“rəvayət” (predanie) sözlərini birlikdə verir və sinonim hesab edir, 
ona görə ki, onlar oxşar anlayışları ifadə edir və “mənalarına görə 
oxşar və eyniyyət təşkil edərək, ancaq incə tonlarına və stilistik 
çalarlarına görə fərqlənir”. Müəyyən mənada “rəvayət” digər folklor 
janrı olan “əfsanə” ilə qohumdur, çünki onlar tarixi və  əfsanəvi xa-
rakterli folklor nümunələri olan “rəvayət”i,
 
“əfsanəni və “dastan”ı 
özündə birləşdirən daha ümumi anlayışın-nağılın tərkib hissələridir. 
Bununla belə, “rəvayət”, “əfsanə” və elə “mif” özü də fərqlənir. Tə-
sadüfi deyil ki, “Xarici sözlər lüğəti”ndə (Moskva, 1985-ci il) gös-
tərilir ki, “əfsanə” (leqenda) sözünün kökü latıncadır və birbaşa mə-
nası “oxumaq üçün lazım olandır”. Əfsanə ilkin halda dini-tərbiyəvi 
mənanı, sonralar isə “qeyri-adi və mötəbər olmayan tarix”i əks etdi-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə