Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə11/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   7   8   9   10   11   12   13   14   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
45 
rirdi, bir sözlə, hansısa möcüzə haqqında onu danışan və dinləyən 
tərəfindən həqiqət kimi qavranılan ənənəvi xalq nağılı idi. Yeri gəlmiş-
kən, məhz buna görə, “əfsanə” sözü məcazi, adi mənasında “xəyali, 
uydurma, nə isə inanılmaz olan şey” kimi başa düşülür.  
Qeyd etmək istərdik ki, “rəvayət” həmişə tarixi-coğrafi əsası olan 
hadisələrlə bağlı olur, onun üçün konkret etnosun yaşadığı hadisələr 
səciyyəvidir və həmin etnosun tarixi şəxsləri və coğrafi yaşayış arealı 
ilə birlikdə tarixini əks etdirir. V. Dalın “İzahlı lüğəti” “rəvayət” 
(“predaniye”) və “əfsanə” (“leqenda”) terminlərinin mənalarını çox 
aydın  şəkildə izah edir, rəvayəti (“predaniye”) “hekayə, nağıl etmə, 
hadisə haqqında xatirə”,  əfsanəni  (“leqenda”) isə “hadisənin olma-
sına inam” kimi təqdim edir (kursiv bizimdir). Əgər söhbət rəvayət-
lərin etnik mənsubiyyətinin dəyişməsindən, qeyri-ənənəvi  əqli mül-
kiyyətin çox vacib növü olan folklorun bütövlükdə  və cümlədən də 
rəvayətin mənimsənilməsi məsələsindən getməsə idi, onda yəqin ki, 
folkloristikanın bu incəlikləri o qədər də prinsipial rol oynamazdı.  
Arximandrit Marko Orbininin 1601-ci ildə  çıxmış “Slavyan 
xalqının yayılması” kitabında onun qələminə  məxsus gözəl bir fikir 
vardır. Həmin elm xadimi lap çoxdan müşahidə etmişdi ki, “bəziləri 
vuruşur, digərləri isə tarix yazır”, bəziləri tarix yaradır, digərləri isə 
onu istədikləri sərfəli şəkildə təsvir edirlər. Elə bu cür də bəziləri bu 
rəvayətlərin  əsasını  təşkil edən hadisələrin yaradıcıları, digərləri isə 
daha sonralar onları istədikləri kimi söyləyən, dəyişdirən və özününkü 
kimi yazıya alanlardır. Bir sözlə, rəvayətlərin və dastanların  əsasını 
təşkil edən tarixi xronikalar, tarixi hadisələr siyasi reklamlar və daha 
uzaqlara gedən digər məqsədlər üçün bacarıqla istifadə olunurdu. 
Beləliklə, biz növbəti sualı qoyuruq. 
Rəvayəti konkret hansı millətin nümayəndəsinin danışması və ya 
yazıya köçürməsi  əsasında onun etnik mənşəyini və  mənsubiyyətini 
təyin etmək olarmı?  İlk baxışda bu, qəliz məsələdir, ancaq möv-
cuddur. Buna təəccüblənməmək də olar, çünki bizim bir çoxumuz 
hələ məktəb illərindən rus bılinaları ilə çox gözəl tanışıq və hələ ola 
bilsin ki, bunlara aid ifadə də yazmışıq. Elə bu qaydada da, əziz oxu-
K A M R A N  İ M A N O V 
 
46 
cular, bizim bir çoxumuz başqa xalqların rəvayətləri və ya süjetinin 
əsasında yenə elə rəvayətin durduğu eposla tanış olmuşuq. Lakin çə-
tin ki, kimdəsə yunan eposunu, yaxud almanların “Nibelunqlar haq-
qında nəğmə”sini və ya fransız eposu “Roland haqqında nəğmə”ni 
mənimsəmək fikri oyansın. Onlar haqqında danışmağımız o demək 
deyildir ki, bu eposlar onları danışan və ya təsvir edən hər birimizin 
ayrılıqda mənsub olduğumuz etnik kökdən yaranmışdır. Əvvəlki pa-
raqraflarda başqa etnosa məxsus olan və ermənilərə heç bir aidiyyəti 
olmayan rəvayətlərin necə saxtalaşdırılması, erməniləşdirilməsi və 
M.Xorenskinin “Ermənistan tarixi” kitabının əsasını necə təşkil etmə-
si barədə söylədiklərimizi yada salın. Ola bilər, deyilənin ermənilərə 
aidiyyəti yoxdur, ona görə ki, onlar üçün rəvayət heç əfsanə də deyil, 
təzəcə meydana çıxmış mifdir və bax bunlara görə...  
Biz erməni rəvayətlərinin əksini tapdığı mötəbər toplulardan bi-
rinə  nəzər salaq. Qarşımızdakı  məşhur erməni  ədəbiyyatşünası  və 
folklor mütəxəssisi Aram Qanalanyanın 1969-cu ildə Ermənistan EA 
tərəfindən buraxılmış “Erməni rəvayətləri” (erməni dilində) kitabıdır. 
Rəvayətlərin bəzilərinin adları ilə tanış olaq: “Gəmiqaya”, “İlandağ”, 
“Şuşa”, “Qaraköpək”, “Qaravolçu”, “Şahgəldi”, “Qanlı  zəmi”, “Şir-
van rahibxanası”, “Sultan Murad daşı”, “Minkənd”, “Yarımça”, “Sə-
limin karvansarayı”, “Qarnıyapıx” və başqaları. Türk (Azərbaycan) 
dilində  səslənən belə  rəvayətlərin sayı 25-dən çoxdur. Türk toponi-
mini, etnonimini və tarixi süjet əsasını saxlayan həmin rəvayətlər er-
mənilərə aid edilmişdir. Hörmətli oxucular! İndi biz onların coğrafi 
məkanını  və erməni mənbəsindəki səhifələrini göstərməklə  bəziləri-
nin qısa məzmununu verəcəyik. 
“Gəmiqaya” (Naxçıvan Muxtar Respublikası):  
“Nuhun gəmisi dağın zirvəsinə toxunur... Dağ peyğəmbərdən so-
ruşur: Mən ucayam, yoxsa Ağrıdağ?” Bundan sonra dağın adı Gəmi-
qaya kimi qalır” (səh.12). 
“İlandağ” (Naxçıvan Muxtar Respublikası):  
Böyük tufan zamanı
 
gecə Nuhun gəmisi bu dağa toxunur. Zərbə 
o qədər qüvvətli olur ki, dağ iki yerə bölünür. Nuhun qarğışının nə-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
47 
ticəsi olaraq, ilanlar və əjdahalar bu dağa toplaşırlar. Ona görə də dağ 
İlandağ adlanır” (səh.11). 
“Qaraköpək” (Cəbrayıl rayonunun Qarabulaq kəndi):  
“Nə vaxtsa padşah öz qoşununun başında buradan keçirmiş. Dö-
yüşlərin birində onun həyatını xilas edən iti də onunla imiş. Çayı 
keçərkən it qəflətən xəstələnir və ölür. Padşah onu dəfn edir, döyüş-
çülərə  əmr edir ki, hər bir döyüşçü bir ovuc torpaq gətirib qəbrin 
üstünə töksün. Nəticədə böyük bir dağ yaranır. Padşah öz itinin 
xatirəsi naminə bu yerin adını Qaraköpək qoyur” (səh. 32-33). 
“Sultan Murad daşı” (Malatya yaxınlığında, Türkiyə):  
“Qız bu daşla Sultan Muradın qarşısına çıxır. Onun qəhrəmanlığı 
şərəfinə Sultan ona heykəl qoydurur və onun başını  qızılla bəzədir. 
Bağdaddan qayıdandan sonra qızılın heç kəs tərəfindən toxunulma-
dığını görür. O təəccüblənir və malatyalıların bu hərəkətinə heyran 
olur, çünki onların arasında başqasının əmlakına toxunan bir adam - 
dilənçi olmamışdı...” (səh.76). 
“Səlimin karvansarayı” (Dəryalaz, indiki Ermənistan Respubli-
kası): 
“Bir dəfə yerli hökmdarın oğlu bir dərədən keçməyə məcbur olur. 
Gözlənilmədən qar yağır və çovğun başlayır. Nicat yolunu tapmayan 
hökmdarın oğlu dəstəsi ilə birlikdə  həlak olur. Hökmdarın xanımı 
oğlunun xatirəsini əbədiləşdirmək üçün qışda buradan keçən karvan-
ların daldalanması üçün karvansaray tikdirir. Bu tikilini hökmdarın 
oğlunun şərəfinə Səlimin karvansarayı adlandırırlar” (səh.384). 
“Şuşa” (Qarabağ): 
“Nə vaxtsa Qarabağın hökmdarı Pənah xan Bərdə xanına qonaq 
gəlir. Sonuncu şərəfli qonağa öz hörmətini bildirmək üçün ov təşkil 
edir. Onlar öz xidmətçiləri ilə məşhur Qarabağ atlarına minərək, dağ-
lara və yaxınlıqdakı sıx meşələrə ova çıxırlar. 
Pənah xan qarşısındakı  mənzərəyə heyran olaraq ucadan deyir: 
“Nə gözəl diyardır! Nə  təmiz havadır! Elə bil şüşədir; uzaqdan hər 
K A M R A N  İ M A N O V 
 
48 
şey şüşədəki kimi, şəffaf görünür. Burada gözəl şəhər salmaq lazım-
dır. Elə  də edirlər. Qarabağda, yüksəkliklərdə  şüşə kimi şəffaf və 
təmiz hava olan yerdə Şuşa salınır” (səh.158). 
“Şahgəldi” (Türkiyə): 
“Şah Vanı almağa gedəndə, onu uzaqdan görən kənd sakinləri 
qışqırırlar: “Şah gəldi”. O vaxtdan kəndin adı da elə “Şahgəldi” ad-
lanır” (səh.193). 
“Şirvan rahibxanası” (Şamaxının yanında) 
“Deyilənə görə, rahibxananı padşahın qızı tikdirmişdir. Atası qı-
zını türk xanına verməyə hazırlaşırmış. Bu taledən qaçmaq üçün qız 
monastır tikdirmək qərarına gəlir və rahibliyə gedir” (səh.236). 
“Minkənd” (Laçın rayonu): 
“Teymurləng öz qoşunu ilə bura gələrkən hamını  məğlub edib, 
Zəngəzurun kəndlərindən birinə çatır. Oranı da tutandan sonra neçə 
kənd fəth etdiyini saymaq qərarına gəlir. O, min rəqəminə çatanda 
ucadan deyir: “Minkənd!” Elə o vaxtdan da kəndin adı Minkənd 
qalır” (səh.172). 
Hörmətli oxucular! Sizi yormamaq üçün misal gətirilən rəvayət-
lərin tərcümələrindən parçalarla kifayətlənəcəyik. Hətta erməni rəva-
yətlərində onların orijinalları olan bizim folklor nümunələrimizlə mü-
qayisədə plagiatın necə “həyata keçirildiyi” barədə sual qoymadan 
belə görünür ki, bu rəvayətlərdən bir çoxunun adı nəinki Azərbaycan 
dilində  səslənir,
 
həm də onlar sadəcə olaraq Azərbaycan, Türkiyə, 
İran və Gürcüstan ərazilərində olan müasir coğrafi yer adlarıdır. 
Tam təbii olaraq, ortaya belə bir sual çıxır: bir çox rəvayətlərin 
erməni mənşəli olması fikri nə ilə  əsaslandırılır? Yuxarıda misal 
gətirilən monoqrafiyadakı  rəvayətlərin mənbələrinin siyahısına diq-
qət yetirərkən möcüzələrin şahidi olursan! Sən demə, “Gəmiqaya” rə-
vayəti onu 1904-cü ildə Tiflisdə “Etnoqrafiya məcmuəsi”ndə
 
çap et-
dirən Yervand Lalayan adlı birisinə “məxsusdur”. Elə həmin Lalayan 
1897-ci il tarixli “Etnoqrafik məcmuə”də “Qaraköpək” rəvayətini 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə