Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə19/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   15   16   17   18   19   20   21   22   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
77 
P.Proşyan: “İlanın qarasına da lənət, ağına da” (Azərbaycan oriji-
nalı: “İlanın ağına da lənət, qarasına da”); 
“Dünyanın malı dünyada qalacaq” (Azərbaycan orijinalı: “Dünya 
malı dünyada qalar”); 
Q.Sundukyan: “Nə əkərsən, onu biçirsən” (Azərbaycan orijinalı: 
“Nə əkərsən, onu da biçərsən”).  
Buradan göründüyü kimi, erməni klassiklərinin istifadə etdikləri 
guya erməni dilində səslənən atalar sözlərinin mahiyyəti Azərbaycan 
atalar sözlərininin tərcümələrindən ibarətdir. 
İndi isə erməni klassiklərinin Azərbaycan atalar sözlərinə əsasla-
naraq və onlara cüzi dəyişiklik etməklə yaratdıqları “yeni” atalar söz-
ləri üzərində dayanaq. 
X,Abovyan: “Dava bilirsən, öz başına elə” (Azərbaycan orijinalı: 
“Keçəl dərman bilsə, öz başına eylər”); 
“Doğru danışanın papağı deşik olar” (Azərbaycan orijinalı: “Doğ-
ru danışanın papağı yırtıq olar” və “Doğru deyənin başı keçəl olar”); 
Q.Ağayan: “İgidin malı gözünün qabağında gərək” (Azərbaycan 
orijinalı: “Kişinin malı göz qabağında olar”); 
“Göz sevən çirkin olmaz” (Azərbaycan orijinalı: “Könül sevən 
göyçək olar”); 
 P.Proşyan: “Yaxşılıq elə, at suya” (Azərbaycan orijinalı: “Yaxşı-
lıq elə, at dəryaya”); 
Erməni klassiklərinin öz əsərlərinə daxil etdikləri bu atalar söz-
ləri isə antiteza və ya Azərbaycan orijinallarına bənzətmə prinsipinə 
söykənir. 
X.Abovyan: “Köhnə malın qiyməti olmaz” (Azərbaycan orijinalı: 
“Ucuz ətin şorbası olmaz”); 
“Siçan deşiyini min tümənə alırlar” (Azərbaycan orijinalı: “Siçan 
deşiyini satın alır”); 
K A M R A N  İ M A N O V 
 
78 
“Çıraq öz dibinə işıq salar” (Azərbaycan orijinalı: “Çıraq öz di-
binə işıq salmaz”). 
Erməni atalar sözlərinin sırasına daxil edilmənin digər prinsipi 
isə Azərbaycan prototiplərinin sayının artırılması olmuşdur. 
X.Abovyan: “Dəli bir gün qırdı, yüz ağıllı töküldü düzəldə bil-
mədi”;
  
“Məsəldir ki, dəli dənizə bir daş atdı, min ağıllı töküldü çıxarda 
bilmədi” (Azərbaycan orijinalı: “Bir dəli quyuya bir daş atdı, min 
ağıllı çıxarda bilmədi”). 
 
Yaxud Q.Ağayanın birbaşa “erməniləşdirdiyi” “Dağ dağa rast 
gəlməz, insan insana rast gələr” Azərbaycan atalar sözü P.Proşyan tə-
rəfindən “Dağ dağa qovuşmaz, insan insana qovuşar” şəklində ermə-
ni dilinə uyğunlaşdırılmışdır (bunun da səbəbi ondan ibarətdir ki, 
erməni leksikasında “rast gəlmək” – “görüşmək” sözü iki dəfə işlən-
mir). 
X.Abovyan öz yaradıcılığında çoxlu sayda, onun davamçısı Q. 
Ağayan isə cəmi-cümlətani 163 “erməniləşdirilmiş” Azərbaycan ata-
lar sözlərindən istifadə etmişdir! A.Qanalanyan X.Abovyanın yaradı-
cılığını təhlil edərək, onun istifadə etdiyi Azərbaycan atalar sözlərini 
ayrıca qrupda seçmişdir (A.Qanalanyan, “X.Abovyan və  şifahi  ədə-
biyyat”, Yerevan, 1941, erməni dilində). 
Maraqlı bir misala fikir verin. Əgər X. Abovyan çox gözəl bir 
Azərbaycan atalar sözünü - “Bilənə bir, bilməyənə min” birbaşa tər-
cümə variantında verirsə, sonradan Q.Ağayanın tərcüməsi onu başqa 
bir şəklə salır: “Başa düşənə bir, başa düşməyənə min”. 
Nəticədə  qısa müddət  ərzində Azərbaycan atalar sözü erməni 
dilinə “orijinal” kimi köç edir və danışıq dilində işlənməyə başlayır.
 
Əlbəttə, bu onun plagiat mahiyyətini itirmir. P. Proşyan “Sos və Var-
titer” əsərində öz qəhrəmanının dili ilə belə deyir: “Elə o gedəndir ki, 
getdi” və bu Azərbaycan aforizmi Azərbaycan dilində səslənir. Yenə 
həmin  əsərdə başqa bir epizodda deyilir: “Bablı babını tapmasa, 
dünya ah-vaynan keçər”. Bu folklor nümunəsi başqa bir variantda bu 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
79 
cür səslənir: “Türk demişkən, yoldaş yoldaşını tapmasa, dünya ah-
vayla keşər”. (P.Proşyan, “Seç. əsər”, c.
 
2). 
P.Proşyan bizim məsəllərə  və atalar sözlərinə tez-tez bu şəkildə 
müraciət edir: “Türkün bir məsəli var” və ya “Türk demişkən”. Mə-
sələn, “Türk deyir ki, kənd dəli olanda mollaya müraciət edir, molla 
dəli olsa kimə müraciət edəcək”. 
Q.Ağayan bizim məsəllərdən geniş şəkildə istifadə edən P.Proş-
yanın obrazlarının dilinə heyran olaraq yazırdı: “İlahi, Vartiter hələ 
uşaqdır, onun hələ on dörd yaşı var. Buna baxmayaraq o, yaşına görə 
çox  şey bilir, nəinki təkcə  uşaq kimi danışır, hətta danışığında “Zər 
qədrini zərgər bilər” kimi türk (Azərbaycan) atalar sözünü işlədir (Q. 
Ağayan, “Əsərləri”, c.3). 
A.Qanalanyan isə P. Proşyanın əsərlərində 600-ə qədər Azərbay-
can, yaxud “erməniləşdirilmiş” atalar sözü və  məsəllərin olduğunu 
saymışdır. (A.Qanalanyan, “P.Proşyan və şifahi ədəbiyyat”, Yerevan, 
1938, erməni dilində). 
Bu nümunə isə dramaturq Q.Sundukyanın “Məhəbbət və azadlıq” 
pyesinin ikinci pərdəsində müdrik bir insan olan Şikaronun dilindən 
Azərbaycan xalq müdrikliyinə aid aforizmlər verilir: 
“Adam var ki, adamların naxşıdır, 
Adam var ki, qeyri ondan yaxşıdır, 
Adam var ki, heyvan ondan yaxşıdır, 
Adam var ki, dindirməsən yaxşıdır. 
                          (Q.Sundukyan, seç., əsər. külliyyatı, c.3). 
Hörmətli oxucular ! Siz başa düşdüyünüz kimi, söhbətin açıldığı 
hər şeyin bir izahı olmalıdır. Erməni akademiki M.Nalbandyan (“Seç. 
əsər. külliyyatı”, c.
 
3) P.Proşyanın timsalında bir xalqın klassiklərinin 
başqalarının xalq yaradıcılığına hədsiz müraciətini belə izah edir: 
“Hörmətli müəllif, (Proşyan) Abovyanın yolunu davam etdirərək, öz 
əsərində milli atalar sözləri və məsəllərdən geniş istifadə edir. Buna 
görə biz ona minnətdarıq... Məlumdur ki, onun müəyyən hissəsi türk-
lərə (azərbaycanlılara) məxsusdur” (kursiv bizimdir). 
K A M R A N  İ M A N O V 
 
80 
Bax buradaca demək istəyirsən ki, ədəbiyyatda və mənəviyyatda 
düzlük, riyaziyyatda olduğu kimi, həqiqətə  və düzgünlüyə doğru  ən 
qısa yoldur. Doğrudan da, yaxın keçmişdə erməni elm adamının bu 
cür etirafı mümkün idi. Elə bu cür də erməni mənbələrində paralel 
olaraq iki dildə - Azərbaycan dilində erməni əlifbası ilə və Azərbay-
can atalar sözləri və  məsəllərin erməni tərcüməsində çap olunması 
mümkün idi və qəbahət sayılmırdı. 
Daha sonralar, yəni XX əsrin ikinci yarısına yaxın vəziyyət 
dəyişməyə başladı. Azərbaycan xalq yaradıcılığı nümunələrinin er-
məni mənşəli olmasının “əsaslan-dırılması” üçün hər cür üsullar işə 
salındı. Erməni millətinin hər hansı bir nümayəndəsi tərəfindən atalar 
sözü və məsəlin təkrar olunması kifayət edirdi ki, onlar təcili surətdə 
erməni yaradıcılıq nümunələrinə aid edilirdi. 
Atalar sözünün plagiatını “əsaslandırmaq” cəhdləri tez-tez cəfən-
giyat həddinə çatır. Misal üçün, hamıya yaxşı  məlum olan “xəncər 
yarası sağalar, dil yarası sağalmaz” Azərbaycan atalar sözünü götü-
rək. Ermənilər bu atalar sözünə öz iddialarını başqa cür yox, bu sö-
zün həqiqi və  məcazi mənasında nağıllar vasitəsi ilə  “əsaslandırır-
lar”. Deyilənləri təsdiq etmək üçün əvvəlki paraqrqaflarda Azərbay-
can rəvayətlərini mənimsəməsi haqqında söz açdığımız məşhur ermə-
ni  ədəbiyyatşünası  və folklorşünası A.Qanalanyana (A.Qanalanyan, 
“Erməni  şifahi  ədəbiyyatı”, 9-cu buraxılış, Atalar sözləri və  məsəl-
ləri. Yerevan, 1946, erməni dilində) müraciət edək.  
Sən demə, ayı güclü yağışa düşmüş ovçunu öz mağarasına dəvət 
edir. Yağış  kəsəndən sonra ovçu ayıya təşəkkür edir və üstəlik də 
ondan pis iy gəldiyini əlavə edir. Bunun cavabında ayı ovçudan tələb 
edir ki, ona xəncərlə bir yara yetirsin. Müəyyən vaxt keçəndən sonra 
görüş zamanı ovçu ayının yarasının sağalması ilə maraqlanır. Ayı 
yaranın yerini göstərib deyir ki, xəncərin yarası sağalıb, ancaq dil 
yarası hələ də sağalmamışdır. Biz gətirilən erməni “izahı”nı şərh et-
mirik, belə hesab esək ki, bu, həqiqətən nağıldır. Folklor nümunə-
lərimizin “erməniləşdirilməsi”nin bu cür “əsaslandırılması” bizi təəc-
cübləndirmədiyinə görə daha bir misal çəkək. Bu halda söhbət “dağ 
dağa rast gəlməz, insan insana rast gələr” Azərbaycan atalar sözünün 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə