Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə16/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   12   13   14   15   16   17   18   19   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
65 
masiya bu eposla tanışlığa çox kömək etmişdir. O, bütün Azərbay-
canı  gəzmiş, bu dastanla maraqlanmış  və onu 1804-cü ildə “Müasir 
maarifin və  təhsilin məşəli” icmalında “Koroğlu” haqqında  əfsanə” 
başlığı altında çap etdirmişdir. Onun 44 hissədən və müfəssəl izahat-
dan ibarət olan nəşrində dastanın tarixi xüsusiyyətlərindən başqa, 
eposun süjeti ilə əlaqəsi olmayan çox şey var idi, elə Şopenin özü də 
qeyd etmişdir ki, tərcümənin bədiiliyinə cavabdeh deyil, ona görə ki, 
mənbələrə heç də  həmişə inamı olmamışdır. B. Jirmundskinin qeyd 
etdiyi kimi, bu nəşrin elmi əhəmiyyəti olmamışdır, mütəxəssislərin 
fikrinə görə, orada eposun finalında Koroğlunun xristianlığı qəbul et-
məsi və s. olmaqla çoxlu uydurmalar vardır.  
“Koroğlu” dastanının yayılmasında və avropalı oxucunun onunla 
tanış edilməsində polyak şərqşünası A.Xodzkonun qeydləri və onun 
əsasında 1842-ci ildə Londonda ingilis dilində nəşr olunmuş kitabın 
əvəzsiz rolu olmuşdur. Bu qeydlərin əlyazması Paris Milli Əlyazma-
lar fondunda saxlanılır. A.Xodzko Gilanda Rusiyanın səfiri olarkən 
onu Azərbaycan aşıqlarının dilindən yazıya köçürmüşdür. Bəzi nöq-
sanlarına baxmayaraq, kitabın dəyərini müəyyən etmək çətindir. O, 
1856-cı ildə rus dilinə  tərcümə edilərək, hissə-hissə “Qafqaz” qəze-
tində çap olunmuşdur. Mütəxəssislər bir fikirdə yekdildirlər: Xodzko-
nun qeydləri və  nəşri Koroğlu haqqında olan nağılların  ən köhnə 
qatlarını  əks etdirir, Azərbaycan variantına  əsaslanan  ən dolğun və 
tam variantdır və forma və  məzmununa görə bu gün xalq arasında 
Koroğlu haqqında oxunan mahnılardan az fərqlənir. Bu səbəbdən, 
hörmətli oxucular, bəzi nöqsanlarına baxmayaraq, məhz bu variant 
elmdə eposun digər tarixi milli (gürcü, erməni, türkmən və s.) vari-
antlarının əsası kimi tanınır. Bu barədə rus alimi, Peterburq və Kazan 
universitetlərinin professoru İ.Beryozinin dəqiq mühakimələri vardır. 
Eposun tədqiqatçılarının çoxu, o cümlədən A.Borovikov, İ.Braqinski, 
B.Jirmundski, B.Çiçerov da elə bu qaydada hesab edirdilər ki, 
Koroğlu haqqında olan çoxsaylı variantlar iki qolu əmələ gətirmişdir: 
Azərbaycan - buraya erməni, kürd, gürcü, türk, türkmən və Orta 
Asiya – buraya isə özbək, tacik, qazax və digər variantlar daxildir. 
Erməni iddialarının olduğu şəraitdə “Koroğlu” dastanına aid gətirilən 
K A M R A N  İ M A N O V 
 
66 
tarixi faktlar çox mühüm rol oynayır. Qeyd edək ki, 1913-cü ildən 
başlayaraq, R.Zəki və Orucovlar tərəfindən “Koroğlu”nun Azərbay-
can nəşrləri olmuşdur, 1927-ci ildə dastanın ilk Sovet nəşri çıxmış, 
sonrakı illərdə yeni nəşrləri işıq üzü görmüşdür. 
İndi isə bu qısa  şərhdən sonra “Koroğlu” dastanını ermənilərin 
necə  ələ keçirməyə girişdiklərinə baxaq. Əvvəlcə dastanın Ermənis-
tanda saxlanılan  əlyazmaları barədə. “Koroğlu” haqqında məlumata 
hələ 1662-ci ildə erməni tarixçisi Təbrizli Arakeldə rast gəlmək 
mümkündür, XVIII əsrdə isə təbrizli tacir Elyas Muşeqyan (1722-ci 
il) bu eposdan bəzi mahnıları
 
yazıyazıya köçürüb. Cəmi 13 mahnı 
yazılıb ki, onlar da sonralar 1954-cü ildə Yerevanda çap olunmuşdur 
(A. Arayan, D.Qabrielyan, “Koroğlunun nəşr olunmamış nəğmələri”. 
Matenadaranda da “Koroğlu”nun üç qolunu - “Koroğlu - Alı kişi-
Rövşən”, “Giziroğlu Mustafa bəy” və “Bolubəy”, əhatə edən və va-
hid bir süjet ətrafında birləşdirilən 55 mahnıdan ibarət XIX əsrə aid 
əlyazması saxlanılır. Elə bu qaydada da “Koroğlu” eposunun ayrı-
ayrı hissələri toplanıb yazıya alınmış  və 1908-1909-cu illərdə onun 
yeddi qolu, o cümlədən “Eyvaz bolu” daxil olmaqla, M.Qaraxanyan 
tərəfindən qismən tərcümə edilmiş  və Eçmiədzinə saxlanılmağa ve-
rilmişdir. Elə bu cür iş 1908-ci ildə Q.Kalantaryan tərəfindən də gö-
rülmüşdür. Xatırladaq ki, “Koroğlu” dastanının bütün bu variantları 
Azərbaycan dilində erməni əlifbasında yazıya alınmışdır. 
M. Qaraxanyanın yazılarından başlayaraq, dastandakı  əhvalatla-
rın süjetinin Ermənistana bağlanması, məişət aspektlərinin “erməni-
ləşdirilməsi” və s. möhkəmləndirilir. Artıq bu yazılarda “Eyvaz bolu” 
hissəsinin “erməniləşdirilmiş” redaksiyasında süjetə  qəsdən erməni 
mühitinin elementləri daxil edilir və Koroğlunun Aniyə səfəri, onun 
erməni pəhləvanı Vaqanla döyüşü və s. kimi uydurulmuş epizodlar 
daxil edilir. Elə bu prinsip üzrə də Kalantaryan tərəfindən Həsən paşa 
və Koroğlu nağılı”nın əlyazma hissəsinə təhriflər daxil edilir və yenə 
də həmin sxemə uyğun şəkildə süjet bu uydurmalarla qatışdırılır. 
1913-cü ildən saxlanılan  əlyazma isə  nə az, nə çox, “Arşak B” 
adlanır. Süjetin təhrif olunmasına “Koroğlunun ölümü” adlı  əlavə 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
67 
olunmuş hissədəki uydurmalar hesabına nail olunur ki, burada Ko-
roğlu qocalığa doğru öz mübarizəsini dayandırır, Xosrov şahın hima-
yədarlığı altına getmək qərarına gəlir, ancaq onu yolda öldürürlər. 
Bütün bunlar nəinki eposun ruhuna yaddır, həm də onun qəhrəmanlıq 
motivinə dağıdır. 
Bununla belə, bütün bu deyilənlər - “erməniləşdirmə” prosesi 
üçün hazırlıq funksiyalarına aparan təhriflərin və  mənimsəmələrin 
yalnız mənbələridir. Qeyd edək ki, dastanın mətnləri həmçinin Azər-
baycan dilində erməni  əlifbası ilə, məsələn, 1872-ci ildə “Hekayəti 
Koroğlu” - “Koroğlu haqqında nağıl” adı altında nəşr olunmuşdur. 
Bununla da dastanın təxminən XIX əsrin 60-cı illərindən başlanan 
sonrakı tərcümələri, yenidən işlənmələri, həmçinin “erməniləşdirmə-
si” və nəşri üçün şərait yaradılırdı. Xatırladaq ki, biz bundan əvvəlki 
paraqrafda “erməni aşıq məktəbinin” nümayəndələri tərəfindən 
(Civani, Sazai, Camali, Həyat və başqaları) “Koroğlu” dastanı özgə-
ninkiləşdirilməyə məruz qalmış və onun, eləcə də xalqımızın dastan 
yaradıcılığının digər nümunələri üzərində ciddi metamorfozalar baş 
vermişdir. Qeyd etmək kifayətdir ki, dastanın “Giziroğlu və Bolubəy 
macərası”, “Dəmirçi oğlu və Xəmsə bəy macərası”, “Bolu bəy” qol-
ları bu cür təhrif olunmuş və “erməniləşdirilmiş” redaksiyada 1897, 
1900, 1904-cü illərdə bir-birinin ardınca ayrı-ayrı kitablar şəklində 
nəşr olunmuşdur. Misal üçün, “Koroğlu haqqında nağıl, Giziroğlu və 
Bolu bəylə bağlı baş verən hadisələr” Camalinin “cəhdləri” hesabına 
nəşr olunmuşdur. Təhrif edilmiş- yenidən işlənmiş tərcümənin Camali 
tərəfindən  əsaslandırılması da
 
çox maraqlıdır: “...bu nağılların tər-
cümə olunmasında məqsəd ondan ibarətdir ki, xalqın kitab oxumağa 
meyli artsın, çünki sonuncuların vəziyyəti  əyani olaraq onu göstərir 
ki, digər lazımsız və tarixi kitablardan daha çox bunlar oxunur.” 
Ermənilərə hansı lazımsız və tarixi nəşrlərlə mənəvi qida verdiklərini 
demək çətindi, ancaq sonra çıxarılmış  nəticə çox əhəmiyyətlidir
“Erməni zəhmətkeşləri uşaqlıqdan başlayaraq türk aşıqlarının dilin-
dən eşitdikləri müxtəlif dastanların təsiri altında olurdular. Buna gö-
rə müasir cəmiyyət bu dastanları erməni dilində oxumağı arzu edir” 
(kursiv bizimdir) (Tiflis, Vartanyans nəşriyyatı, 1897). 
K A M R A N  İ M A N O V 
 
68 
Dastanın süjeti ilə bağlı metamorfozalar daha maraqlıdır.
 
Epos 
tamamilə erməni xalqının
 
həyatına yaxınlaşdırılmış, erməni coğrafi 
adları ilə doldurulmuşdur, Koroğlunun Qıratı Pisak adlandırılmış, 
“Eyvaz Bolu”ya erməni taciri obrazı daxil edilmişdir. Tərcümədə 
“şərabı  və arağı su kimi içirdilər”, yaxud “Koroğlunun dəliləri içə-
risində müsəlmanlar və xristianlar var idi” kimi eposa yad olan çoxlu 
sətirlər vardır. Belə yad nəfəs “Koroğlu haqqında nağıl, Dəmirçi bəy 
və Həmzə bəylə baş verən əhvalat”ın tərcüməsinə də daxil edilmişdir. 
Nəticədə təhriflər nəticəsində bizim gözümüz qarşısında “Koroğ-
lu”ya az qala heç oxşarı olmayan, oğurlanmış süjetlər və erməni 
pərdəsi çəkilmiş ordan-burdan götürülmüş obrazlarla doldurulmuş 
orijinaldan uzaq hansısa bir əsər canlanır. 
Hətta Camalinin və  Həyatın “erməniləşdirilmiş” tərcümələrinin 
Azərbaycanın orijinalına  əsaslanan  ən yaxşı nümunələrdən olan 
Xodzko variantı ilə ötəri müqayisəsi dastanın təhrif olunması mexa-
nizmini və məqsədyönlü transformasiyasını əyani şəkildə təsdiq edir. 
Bütün bunlar nəinki “ağla xilaf olaraq, mühitin ziddinə  çıxaraq”, 
Azərbaycan dastanını Azərbaycan xalqından qopartmaq məqsədinə 
xidmət edən dərindən düşünülmüş  və  işlənmiş sxemə uyğun olaraq 
aparılırdı. 
Qeyd edək ki, ermənilərin “canfəşanlığı” ilə  Şopenə ötürülmüş 
“Koroğlu” dastanının hələ birinci nəşrində  gələcək saxtalaşdırmalar 
üçün zəmin yaradılırdı.  Şopen öz yazılarına aid qeydlərində göstə-
rirdi ki, Çamçyan “Erməni tarixi” kitabında söyləyir ki, özünü könül-
lü şəkildə Azərbaycan əmiri Yusifə təslim olan çar Sumbat-Baqratid 
914-cü ildə Dvin şəhərində Şərq xalqlarının adəti üzrə edam edilmiş 
və gözləri çıxardılmışdır. Onun oğlu Aşot rəiyyətə başçılıq edərək 
atasının qisasını almağa başlamışdır. Beləliklə, Aşot adı altında er-
mənilərdən türklərə keçmiş və beləcə Koroğlu haqqında hekayələrin 
əsası qoyulmuşdur. 
Burada, göründüyü kimi, hörmətli oxucular, iddialar “Koroğlu” 
süjetinin ermənilər tərəfindən “ilk dəfə yaradılmasına” və təsvir olu-
nan hadisələrin “kökünun” onlarla bağlı olmasına yönəldilmişdir. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə