Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə17/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   13   14   15   16   17   18   19   20   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
69 
Gəlin görək, daha sonra Xodzkonun bu məşhur variantının başına 
nə oyun açılır.
 
Bəlli olur ki, müxtəlif elmdənkənar araşdırmalar və 
yalançı elmi mühakimələr işə düşür. Xüsusən Fransada yaşayan şərq-
şünas Q.Berberyan Xodzkonun “Koroğlu” dastanının  əslini erməni 
“variantları ilə” (onların sayı 40-dan az deyil!) müqayisə edir və öz 
“tədqiqatında” Koroğlunun “arşak” kökünü inkişaf etdirir (Q.Berber-
yan, “Arşak və Koroğlu”, Paris, X. Matikunyan nəşriyyatı, 1938. 
“Tiran -Arşak” (Tiran-Arşakın atası)  əlaqəsi “təhlil olunur” və ... 
aydınlaşdırılır ki, V əsr erməni tarixçisi F.Buzandın verdiyi məlumat-
lara əsasən, Atrpatakanın (Azərbaycanın) hökmdarı Varaz Şapux İra-
nın adından erməni çarı Tiranla (339-350-ci illər) danışıqlar aparıb. 
Bu danışıqlarda Tiranın adından iştirak edən Pisak öz hökmdarına 
xəyanət edərək, gizlincə Varaz Şapuxa deyir ki, o, hədiyyə kimi Tira-
nın gözəl atını tələb etsin. Tiran hiyləgərlik edir və ona başqa bir at 
verir. Yenə Pisakın çuğulluğu nəticəsində erməni çarı tutulur və onun 
gözləri çıxardılıb kor edilir... Başa düşmək olmur ki, burada hansı 
ideya əsasdır: Pisakın satqınlığı və xəyanəti, yoxsa Tiranın hiyləgər-
liyi və ikiüzlülüyü? Əvəzində, at artıq erməni atıdır! Bunun ardınca 
Tiranın yerinə onun oğlu Arşak hakimiyyətə  gəlir, indi artıq o, kor 
oğludur! Düşünürük ki, hadisələrin belə təsvirinin məqsədlərini şərh 
etməyə ehtiyac yoxdur. Üstəlik də, buna bənzər fikirləri “Erməni 
tarixi”nin atası M.Xorenskidə  də tapmaq olur, əvvəlki paraqraflarda 
Herodotun mətnlərinin onun tərəfindən oğurlanması, təhrif edilməsi, 
mənimsənilməsi və “erməniləşdirilməsi” haqqında danışmışdıq. Bir 
sözlə, M. Xorenskidə də yenə həmin fabuladır: “Tiranın atı”- “Tiran 
Arşakın kor edilmiş atasıdır, Arşak isə kor oğludur.” 
Dastanla tanış olan Avropa alimləri də ermənilərin eposun bu cür 
başa düşülməsini təsdiq etmək cəhdlərini kənara qoymamışlar.  
Berberyanın araşdırmalarına müdaxilə edən fransız alimi D. 
Dyumezil Koroğlu haqqında xalq rəvayəti və nağılını müqayisəli şə-
kildə öyrənərək, bir neçə son dərəcə aydın nəticələr çıxarmışdır. Bi-
rincisi, “Koroğlu” eposu ilə Arşak haqqında rəvayət arasında heç bir 
genezis yoxdur, ancaq “Koroğlu” dastanının Arşak haqqında rəvayətə 
böyük təsiri ilə  əlaqədar müəyyən uyğunluq vardır.  İkincisi, “kor 
K A M R A N  İ M A N O V 
 
70 
oğlu”nun ən erkən süjetinin “Tiran-Arşak” mövzusuna təsiri tam hiss 
olunur! Ancaq necə olursa olsun “Koroğlu” dastanının meydana gəl-
məsini “erməni” kökləri ilə bağlamaq cəhdləri ona gətirib çıxarır ki, 
Bərbəryan fransız aliminin gəldiyi nəticələri təftiş edərək, ondan ya-
pışır ki, türk nəşrlərində  və oxuculara yaxşı tanış olan Q.Ağayanın 
işlərində Koroğlu hökmdar kimi təqdim olunmuşdur. Axı Arşak da 
hökmdar olmuşdur. Berberyana görə, Koroğlunun atası da Tiran kimi 
hökmdar olmuşdur!? Bu kimi məntiqi fikirlərə söykənərək, belə 
nəticə çıxarılır ki, Koroğlunun Çənlibeli elə Arşakın - Arşakavanıdır. 
Arşakavanda oğrular və quldurlar yaşamışlar, Çənlibelin dəliləri niyə 
soyğunçu olmasınlar və s. və i. a. 
Hörmətli oxucular, bir anlığa bu cür şübhəli, daha dəqiq desək, 
cəfəng “dəlilləri” bir yana qoyaraq, hələ Herodotda (b.e.ə V əsr) “Kor 
oğulları haqqında” qədim əfsanənin, daha dörusu, “Koroğlu” dastanı 
ilə süjet paralelliyinin öz əksini tapdığını xatırlayaq. Yeri gəlmişkən, 
burada söhbət skiflərə gedib çatan qədim əfsanədən gedir. Skiflər isə 
yalnız rusdilli ədəbiyyatda “skiflər” adlanır. Yunanlar onları “skuzay” 
(cəm şəkildə), assuriya və babil mənbələri “aşquzay”, “işquzay” ad-
landırırlar. Bu adların kök hissələrində bir eynilik vardır: “uz-kuz-
quz” (xahiş edirik “oğuz” sözü ilə müqayisə edin). 
Koroğlunun erməni köklərinin meydana gəlməsi haqqında Ber-
beryanın “dəlilləri”nə qayıdaraq qeyd edək ki, o, gətirdiyi dəlilin lax 
vəziyyətdə olduğunu bildiyinə görə, başqa bir sübut da gətirir. Sən 
demə, Koroğlu kor oğlu deyilmiş, yeniyetmə çağında o, öz təxəllüsü 
ilə deyil, Rövşən (daha doğrusu “işıqlı”) adı ilə çağırılırmış. Koroğlu 
adını isə atasının kor edildiyi andan, onun qisasını almaq qərarından 
sonra daşımağa başlamışdır. Daha sonra Berberyana görə, əgər xalq 
qəhrəmanın adında onun igidliyini, mərdliyini və  qəhrəmanlığını 
xüsusi olaraq nəzərə çarpdırmaq istəyirsə, onda ona bu keyfiyyətləri 
özündə təcəssüm etdirən ad verərdi. Buradan da belə bir nəticə çıxar-
maq olur ki... Koroğlu nəsillə bağlı soyadıdır. Beləliklə, “əlavə” sü-
butda “Koroğlu” sözünün sülalə etimologiyası, özü işıqla bağlı, təbliğ 
olunur. Beləliklə gəlib çatdıq Q.Ağayana, çox əvvəllər o, erməni rə-
vayətinə əsaslanaraq, “sübut etməyə” çalışırdı ki, Rövşənin atası kor 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
71 
yox, erməni, özü də “Xor”olmuş  və “Xorxarunidilər” knyaz nəslinə 
mənsub olmuşdur. “Xor” isə zaman keçdikcə “kor”a çevrilmişdir (Q. 
Ağayan, “Koroğlunun həyatından macəralar“,  İstanbul, “Purat” ki-
tabxanası, 1924, erməni dilində). Bu cəfəngiyatın dərinliyinə varma-
dan qeyd edək ki, öz zamanında Baratov bu uydurmanı  dəqiq öz 
yerinə qoymuş  və göstərmişdir ki, şeirlərdə “Mən Koroğlu yox, 
xoroğluyam” formasında türk dillərində  hərflərin təbii  əvəzlənməsi 
səbəbindən özbək- türkmən variantına gedib çıxan hərf yerdəyişməsi 
vardır. 
Koroğlunun “erməniləşdirilməsi” ilə bağlı daha bir maraqlı  mə-
qamla tanış olaq. İş burasındadır ki, Çənlibelin yerinin “erməni sayağı” 
müəyyən edilməsi və onun eposun meydana gəldiyi yerdən çox uzaq-
lara aparılması üçün həqiqətən var qüvvə ilə  tədbirlər görmüşlər. 
Burada Camaliyə görə,
 
Baz da, Arşakavan da Sebastiyanın yanında 
olmuşdur.
 
Ayat isə Çənlibeli gah İranda, Salmastın yanında, gah da 
Camali kimi Türkiyədə, Sebastiya yaxınlığında göstərirdi. Hələ Mu-
şeqyan da Çənlibelin Qars yaxınlığında olduğunu sübut etməyə çalış-
mışdır. Bir sözlə, Çənlibeli, daha doğrusu, dastanın yaranma yerini 
Azərbaycandan, yaxud Şərqi Anadoludan “qopartmaq” cəhdi aydın 
şəkildə “həyata keçirilirdi.” 
“Koroğlu” dastanına olan erməni iddiaları ilə bağlı olan bu pa-
raqrafı yekunlaşdıraraq, qeyd edək ki, nəinki bu dastanın erməni 
tərcümələri və yenidən işlənmələri, eləcə  də “Koroğlu  əsirlikdə”, 
“Dəyirmançı Koroğlu”, “Koroğlunun qılıncı” kimi “erməniləşdiril-
miş” nümunələr də dastanın Azərbaycan variantına əsaslanan Xodzko 
variantına gedib çıxır. Koroğlu”nun Azərbaycan variantından kom-
pilyasiya edilmiş və Samuelyanın müqəddiməsi ilə 1941-ci ildə Yere-
vanda nəşr olunmuş  ən məşhur erməni variantı da belədir. Burada 
Samuelyanın aşağıdakı etiraflarını görmək olar. Birincisi, onun fik-
rinə görə, Koroğlunun mahnıları erməni aşıqlarının-qusanlarının re-
pertuarında  əsas yer tutur. İkincisi, “erməni variantlarının xeyli his-
səsini Azərbaycan aşıqlarının ifalarından götürülmüş erməni tərcü-
mələri təşkil edir, Azərbaycan eposu tam erməniləşdirilir, Koroğlu-
nun özü isə erməni qəhrəmanı olur”. 
K A M R A N  İ M A N O V 
 
72 
Çətin ki, buna nə isə  əlavə etmək mümkün olsun. Yəqin yalnız 
bunu demək lazımdır ki, 1856-cı ildə “Koroğlu” adı ilə nəzmlə das-
tan yazan və onu 1893-cü ildə Peterburqda nəşr etdirən XIX əsr 
erməni  şairi R.Patkanyan açıq  şəkildə etiraf edərək bildirmişdir ki, 
onun yaradıcılığı “Koroğlu”nun Azərbaycan variantı ilə bağlı olmuş-
dur. Böyük Höte də belə demişdir: “Mühüm iş üzərində düşünmək 
heç vaxt gərəksiz deyildir.” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə