Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə25/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   21   22   23   24   25   26   27   28   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
101 
Misal üçün, XIX əsrin axırlarında nəşr olunmuş “Uzundərə” və 
“Ceyranı” Azərbaycan folklor rəqsləri bir neçə ildən sonra tam mə-
nası ilə qədim erməni rəqsləri elan olunmuşdur. Elə bu cür də məşhur 
Azərbaycan rəqsi “Şalaxo” ermənilər tərəfindən mənimsənilmiş  və 
1959-cu ildə nəşr olunmuş “Musiqili ensiklopedik lüğət” də “erməni 
solo kişi rəqsi” kimi təqdim olunmuşdur. Baxmayaraq ki, bu sözün 
etimologiyası “şələ yüküm” (ağır yük) sözündən gəlir. Yəqin ki, “Şa-
laxo” sözünün belə  təqdimatı bu lüğətin vurğu sistemi üçün məsul 
olan M. Ter-Terovun köməyi olmadan mümkün olmazdı. Azərbaycan 
mahnı  və havalarının erməni səhnəsinə yol tapdığını da deməmək 
olmaz. O cümlədən Sundukyanın “Xatabala” (Azərbaycan sözü) pye-
sinin (1886-1867) üçüncü hissəsində nökər Sərkis tamamilə bizim 
qədim nəğmələrimizə  əsaslanan monoloqlar soyləyir (Sundukyan, 
seç.əsr. külliyyatı, c.1). 
Xalq musiqi folkloru haqqında biliklərin dərinləşdirilməsi, zaman 
göstərdiyi kimi, gələcək plagiatın “inkişafı” məqsədilə sovet döv-
ründə, 1925-ci ildə Yerevanda Elm və  İncəsənət  İnstitutu yanında 
vəzifəsi xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi olan 
xüsusi bölmə yaradıldı. Bu bölməyə çoxsəsli klassik erməni musi-
qisinin banisi S.Komitasın (Soqomonyanın)  şagirdi S.Məlikyan rəh-
bərlik edirdi. Çoxsaylı erməni tədqiqatlarında “Erməni musiqisinin 
dahisi” kimi təqdim olunan S.Komitasın özü isə 1959-cu ildə çapdan 
çıxmış “Ensiklopedik musiqili lüğət”ə uyğun olaraq, dini musiqi ilə 
aludəçilikdən savayı, üç mindən artıq mahnını yazıya köçürmüşdür 
ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. Yazıya köçürülmüş  hə-
min xalq musiqisindən biri “Yes keza tesa” adı altında erməni xalq 
mahnısı kimi verilmiş çox gözəl qədim Azərbaycan mahnısı “Sarı 
gəlin”dir (“Etnoqrafik toplu”, c.
 
1, № 56). Başqa mahnılar sırasında o 
da S.Məlikyan tərəfindın Komitasın “Etnoqrafik toplusu”nda şərhlə 
nəşr olunmuşdur. Bu kompilyasiya “SSRİ xalqları musiqisi tarixi”-
ndə (c. 1, 1970) qeyd edildiyi kimi, sonralar bəstəkar K.Zaxaryanın 
işləməsində (təxminən ötən əsrin 30-cu illərində)
 
verilmışdir. Bu mu-
siqi oğurluğunun təkrarlanması ilə indi də qarşılaşırıq: həm müxtəlif 
xarici televiziya kanallarında, həm də xarici mətbuatda arabir sezdiri-
K A M R A N  İ M A N O V 
 
102 
lir ki, bu, “erməni xalq mahnısı”dır. Misal üçün, bu yaxınlarda “Av-
ropa musiqi toplusu” tərtib olunarkən ermənilər bu musiqi incisini 
növbəti dəfə erməni mahnısı kimi keçirməyə nail olmuşlar. İnanılmaz-
dır, ancaq faktdır ki, nə tərtibçilər və naşirlər, nə də bu mahnını təq-
dim edən ermənilər “Sarı  gəlin” anlayışının etimologiyası ilə tanış 
olmamışlar. “Sarı gəlin” sadəcə sarışın saçlı, nurlu, parlaq gəlin deyil, 
həm də onun gizli mənası vardır. Azərbaycan dilində “gəlin” “gəlmək” 
felindən yaranmışdır, “sarı” isə “bizə doğru”, deməli, “bizə doğru gə-
lən gəlin” deməkdir. Beləliklə də, “Avropa musiqi toplusu”nda ermə-
niləşdirilmiş “Sarı gəlin” “Sarı rəngli gəlin” kimi qalmışdır. Hələ onu 
demirik ki, bənzərsiz “neylim-neylim” nəqarəti (“mən nə edim?” mə-
nasında) bu nəşrdə latın hərflərində Azərbaycan dilində saxlanmışdır. 
Hər bir azərbaycanlıya aydın olan bu sözlərin mənası erməni plaqiat-
çılar üçün əlçatmaz olmuşdur. Onu da qeyd etmək lazımdır ki, ermə-
ni musiqisinin banisi Komitasın bu mahnının adını erməniləşdirmək 
cəhdləri əbəs olmuşdur. Ermənilər bu mahnını Azərbaycan orijinalın-
da olduğu kimi “Sarı gəlin” adı ilə təqdim edir və oxuyurlar. 
Hörmətli oxucular, qeyd edək ki, “erməni musiqisi xəzinəsi” və 
“erməni kənd musiqisi ensiklopediyası” adlandırılan “Etnoqrafik 
toplu”nun özündə Komitasın vaxtilə topladığı Azərbaycan xalq mah-
nılarından ibarət bir yox, çoxlu not kompilyasiyaları vardır. O ki 
qaldı minə yaxın folklor mahnısını yazıya köçürmüş, “Şirak mah-
nıları” toplularını və “Van mahnıları”nın iki buraxılışını çap etdirmiş 
S.Məlikyana, onun fikri, yuxarıda qeyd etdiyimiz kimi, çox qətidir 
erməni musiqisi orijinal deyil, Komitas isə yalnız musiqi üzrə etnoq-
rafdır (kursiv bizimdir). İndi isə musiqişünas M.Muradyanın yuxarı-
da istinad etdiyimiz əsərindən bunun tam əksi olan S.Məlikyanı  lə-
nətləməsinə aid bir misal gətirək. O yazırdı: “Məlumdur ki, Qlinka 
“Ruslan və Lyudmila” operasında üçüncü pərdənin  İran xorunda 
məşhur marinist N.Ayvazovskinin ona verdiyi erməni mahnısından 
istifadə etmişdir”. Hörmətli oxucular, bu yalanı Qlinkanın yuxarıda 
göstərilən fikirləri ilə müqayisə edin və görün saxtakarlığa əsaslanan 
cəfəngiyatı  əsaslandırmaq üçün rəssam Ayvazovskinin nüfuzundan 
necə istifadə edilmişdir. Yaxud Komitas irsinin tədqiqatçılarından 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
103 
biri olan erməni musiqişünası N.Təhməzyandan başqa bir misal. O 
yazırdı: “Komitas nəinki yeni milli bəstəkar məktəbinin, eləcə  də 
qədim erməni musiqi mədəniyyəti haqqında elmin banisi olmuş, qə-
dim erməni mahnı yaradıcılığı haqqında yeni erməni elminin əsasını 
qoymuş, demək olar ki, bu elmin sonrakı inkişaf yolunu müəyyən et-
mişdir” (“Komitas və Qriqor Narekatsinin taqiləri”, “Komitas və er-
məni xazlarının oxunması problemi”, “Komitas və erməni dini mahnı 
yaradıcılığının tədqiqi məsələləri”). 
Bəli, hörmətli oxucular, siz səhv etməmişsiniz. Bu həmin Təh-
məzyandır ki, “Komitasın müəyyən etdiyi sonrakı yolla” gedərək, 
böyük Nizaminin yaradıcılığını, məhz “Xosrov və Şirin” əsərini təftiş 
edərək, 80-ci illərdə “sübut etdi” ki, saray musiqiçilərinin başçısı 
Sarkeş erməni, Şirin isə erməni şahzadəsidir və ümumiyyətlə, erməni 
musiqi mədəniyyəti bütün Şərq musiqi mədəniyyətinə böyük təsiri 
olan birinci mədəniyyət ocağı olmuşdur. Ədalət naminə qeyd etmək 
lazımdır ki, “Kitabi-Dədə-Qorqud” dastanının müəyyən hissəsinin... 
ermənilər tərəfindən yazılması” barədə  Təhməzyanın gəldiyi “nəti-
cəni” onun yaradıcılığının “zirvəsi” kimi qəbul etmək lazımdır. O, bu 
“nəticə”yə erməni aşıqları adlandırılan - qusanların yaradıcılığını 
tədqiq edərkən gəlmişdir (N.Təhməzyan, “Qədimdə erməni-iran-tacik 
qarşılıqlı əlaqələri haqqında”, Düşənbə, “Doniş”, 1989). 
 
Erməni musiqi mədəniyyətinin süni şəkildə qədimləşdirilməsində 
Təhməzyana
 
Tsiksyan, Yerncanyan və başqaları kimi erməni mütə-
xəssisləri çox böyük
 
“dəstək” göstərmişlər. 
 
Hörmətli oxucular, “SSRİ xalqlarının musiqi tarixi”nin Ermənis-
tan SSR-ə  həsr olunmuş müvafiq bölmələrində keçən yüzilliyin 20-
40-cı illərində Ermənistanın musiqi sahəsində qazandığı daha böyük 
nailiyyətlər qeyd edilmişdir. Onları təqdim edirik: 
N.Tiqranyan: “Bayatı-Şiraz” (işlənmə); 
A.Spendiyarov- “Yerevan etüdləri; süita”, 1-ci hissə, “Ənzəli” 
rəqsi, “Qərib - blbul”, Sayat Novanın mahnılarının simfonik işlən-
məsi. 
K A M R A N  İ M A N O V 
 
104 
Bütün bu əsərlər Azərbaycan musiqi folklor köklərinə söykənir. 
Böyük Üzeyir Hacıbəyovun yaradıcılığının təsirinin danılmaz olduğu 
A.Spendiyarovun “Almast” operası, A.Xaçaturyanın “Spartak” və 
“Qayane” baletləri, A.Tiqranyanın “Anuş”, A.Mailyanın “Səfa” ope-
raları və erməni bəstəkarlarının digər əsərləri haqqında hələ danışmı-
rıq. Bu, ayrıca bir mövzudur. Bununla belə, A.Babacanyanın “Vaqar-
şabat rəqsi”nin Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili 
operettasına gedib çıxan plagiat kökləri barədə qeyd etməməyi bilmə-
rik. Özü də ona görə ki, çox sonralar A.Babacanyan mərkəzi radio və 
televiziya veirilişlərinin birində  çıxış edərkən Üzeyir Hacıbəyovun 
məşhur “Arşın mal alan” operettasının “kökləri”ni Qarabağın hansısa 
erməni kəndlərindən birində oxunan melodiyalarda “tapmış” və bu-
nunla dolayısı yolla böyük Azərbaycan bəstəkarını plagiatçılıqda gü-
nahlandırmağa cəhd göstərmişdir. 
Hörmətli oxucular, musiqi folkllorumuzla bağlı erməni plagiatı 
haqqında mövzunu davam etdirərək, Heydər  Əliyev Fondunun və 
onun Prezidenti, birinci ledi Mehriban xanım Əliyevanın böyük xid-
məti sayəsində indi YUNESKO-ya, dünya mədəniyyəti xəzinəsinə 
daxil edilmiş Azərbaycan muğamı musiqi incəsənətində öz “iz”lərini 
qoymaq üçün ermənilərin hansı hiylələrə əl atdıqları barədə deməmək 
mümkün deyildir. 
Burada erməni musiqişünası A.Şaverdyanın muğamın fortepiano, 
simli kvartet və orkestr üçün işləmələri ilə bağlı bir fikrini qeyd et-
mək yerinə düşərdi. Belə ki, Şaverdyan belə  bəyan etməyi lazım 
bilmişdi ki, “muğamlara guya ən mükəmməl, ən yüksək, klassik incə-
sənət kimi apoloqetik münasibət yolverilməzdir”. Bu həm də erməni 
xalq mahnılarının və Azərbaycan xalq mahnıları  və muğamlarının 
toplanması  və  tədqiqinə çox vaxt ayıran Ermənistanın məşhur bəs-
təkarı N.Tiqranyanın ünvanına da daş atmaq idi. 
Yəqin ki, “muğam”ın “Ensiklopedik musiqi lüğət”də “Azərbay-
can xalq musiqisində bir məqam olduğu, eləcə  də özündə süita və 
rapsodiyanın xüsusiyyətlərini birləşdirən vokal-instrumental dövri 
pyes”  şəklində xalq və  ənənəvi peşəkar musiqi janrı kimi xarakte-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə