Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə23/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   19   20   21   22   23   24   25   26   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
93 
Təsadüfi deyil ki, erməni  ədəbiyyatının klassiki X.Abovyan, 
onun ardınca məşhur erməni ədəbiyyatşünası M.Nalbandyan da belə 
hesab edirdilər ki, “yeni erməni dilinin sistemi türk-tatar (Azərbay-
can) dilinin təsiri altında yaranmışdır”. Yəqin elə bu səbəbdən Q. 
Antonyan yazırdı: “dili ayrı-ayrı adamlar yaratmırlar, ancaq bu, bü-
tün xalqın milli təlabatının ifadəsədir” (kursiv bizimdir) (Q.Anton-
yan, “Erməni və Azərbaycan xalqlarının ədəbi əlaqələri”, 1955). 
 
Ancaq bunlar yaxın keçmişdə olmuşdur. Bəs indi? Hörmətli oxu-
cular, sizə S.Ayvazyanın bu yaxınlarda nəşr olunmuş “Rusiyanın ta-
rixi. Erməni izi” (Moskva, 1998) kitabından bir misal gətirəcəyik. 
Beləliklə, təqdimatın adından çıxanlardan başqa, müəllif sübut 
edir ki, ...şifahi xalq yaradıcılığının (folklorun) təşəkkül tapmasına, 
eposun meydana gəlməsinə, məbədlərin yüksəlməsinə, xalçaçılığa və 
atçılığa, onlarla birgə metallurgiyanın yaranmasına, dəmirin əridil-
məsinə, Kainat modelinin yaranmasına, işığın kəşf edilməsinə görə 
biz ermənilərə borcluyuq!” (kursiv bizimdir). 
Bəşəriyyətə əlifbanın iltifat edilməsi, dənli bitkilərin, üzümün, na-
rın, əriyin və bir çox başqalarının mədəniləşdirilməsi də yaddan çıx-
mamışdır. Rostan əbəs yerə deməmişdir: “ Başqa dildə danışanlarla 
anlaşmaq olar, ancaq həmin sözlərə başqa məna verənlərlə yox”. Elə 
buna görə də Tövrat kəlamına əməl edərək: “Hansı ölçü ilə ölçsəniz, 
sizi də həmin ölçü ilə ölçəcəklər”, İ.K.Kapadpevin “Zaqafqaziya hə-
yatından oçerklər” kitabındakı cavabına da diqqət yetirək: “Mədə-
niyyət erməni millətinə 37 il bundan əvvəl toxunmuşdur (söhbət 
1901-ci ildə olmuşdur). 
Hörmətli oxucular! Biz sizi erməni mənimsəmələrinin geniş 
dairəsi və sadəcə, Azərbaycan folklorunun qarət edilməsi faktları ilə 
tanış etdik. Yaxın keçmişdə məşhur erməni müəlliflərinin bu faktlarla 
bağlı  səslənmiş  və erməni dilində çap olunmuş kitablarında çap 
olunmuş kifayət qədər etirafları və aşıqlamaları misal çəkildi. Və siz 
başa düşdüyünüz kimi, bütün bu materiallar tərcümə olunmalı, işlən-
məli və elmi şəkildə  təqdim olunmalıdır. Biz vaxtilə bu missiyanı 
yerinə yetirmiş professor İ. Abbasova öz minnətdarlığımızı bildirir və 
K A M R A N  İ M A N O V 
 
94 
onun “Azərbaycan folkloru XIX əsr erməni mənbələrində” (Bakı, 
“Elm”, 1977) və “Azərbaycan dastanlarının yayılması və təsir məsə-
lələri” (Bakı, AMEA, Folklor İnstitutu, 2007)
 
adlı kitablarını oxucu-
ların öhdəsinə buraxırıq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
95 
§11.  
“...Mənimsədim”də erməni musiqi plagiatının 
mənbələri və “inkişafı” haqqında danışılır 
  
Hörmətli oxucular! “Gəldim, gördüm,...mənimsədim” silsiləsini 
davam etdirərək, bu dəfə sizə erməni musiqi plagiatından danışmaq 
istərdik. Erməni musiqi plagiatı folklor yaradıcılığımızın digər növlə-
rinin və Azərbaycan müəllif  əsərlərinin mənimsənilməsində olduğu 
kimi, Azərbaycan torpaqlarına olan iddialarla (bu barədə  dəfələrlə 
qeyd olunmuşdur) sıx şəkildə əlaqəlidir.  
Hörmətli oxucular, musiqi, bütün zamanlarda bizim mənəvi və 
cismani həyatımız arasında  əlaqəni canlandıran xüsusi bir aləm 
olmuşdur. O, qəlbdən gəlib qəlbə dolmalıdır. Musiqi “düşüncələri tə-
cəssüm etdirmişdir” (Vaqner) və “bəlağətli təfəkkürü oyatmışdır” 
(Emerson), “fəlsəfədəki müdriklikdən daha yüksək kəşf” gətirmişdir 
(Bethoven) və “ümumbəşəri dil olmuşdur” (Veber). “Söz qurtardı – 
musiqi başladı”. Musiqi və poeziya həmişə Azərbaycan mədəniyyə-
tinin canı olmuşdur. Qofmillerin çox dəqiq ifadəsinə görə: “mədə-
niyyətin canı – canın mədəniyyətidir” və biz azərbaycanlılar da təsa-
düfi deyildir ki, bizi ruhlandıran nə varsa, ona qəlb adı veririk. Mu-
siqinin bilavasitə emosianal təsirinin böyük gücünü dəyərləndirmək 
mümkün deyildir. Əlbəttə ki, hər xalqın musiqisi özünəməxsus milli 
xüsusiyyətləri ilə fərqlənir. 
Azərbaycan, kökləri  əsrlərin dərinliyinə gedib çıxan son dərəcə 
zəngin folklor ənənələrinə malik olan ölkədir. Və bunların içərisində 
bəlkə də ən vacib yeri musiqili ənənələrimiz tutur, o ənənələr ki, on-
larsız bu günümüzün gələcəyi də yoxdur. Buna görə  də bizim üçün 
musiqi həm mədəniyyət abidəsi, həm də milli bəstəkar sənətinin ye-
niləşməsi üçün zəngin  əsasdır.  İstər qədim mahnı  və  nəğmələrimiz, 
lirik bayatılarımız, mərsiyələrimiz, ağılarımız və s., istərsə  də son 
dərəcə gözəl aşıq mahnıları, musiqili-oyun folklorumuz və  şübhəsiz 
ki, xalq musiqimizin zirvəsi olan muğam- bütün bunlar Azərbaycan 
xalqının zəngin xəzinəsidir. Folklorumuzun instrumental-vokal nü-
K A M R A N  İ M A N O V 
 
96 
munələrinin mətn əsasını xalq poeziyası-bayatı, qoşma, bəzən də gə-
raylı üçün xarakterik olan şeir mətnləri təşkil edir. Muğamların poe-
tik mətnləri kimi daha çox Şərq  ədəbiyyatı klassiklərinin – Nizami, 
Füzuli, Nəsimi, Xaqani, Vidadi, Vaqif, Vahid, Vurğun, Şəhriyarın və 
başqalarının qəzəlləri və qəsidələri çıxış edir. 
İnstrumental- vokal və musiqili - rəqs folklorunun - rast, şur, şüş-
tər, bayatı – şirazın ahəng əsası da çox gözəldir. Əlbəttə, mahnıları-
mızın xüsusi lirikliyinə görə ən çox oxunanı segahdır. 
Azərbaycan rəqs musiqisi olduqca rəngarəngdir. Bunlara həm 
lirik “Vağzalı” və “Uzundərə” qadın rəqslərini, həm “Qazağı”, “Qay-
tağı” və “Xançobanı” cəld hərəkətli kişi rəqslərini, həm kollektiv- xor 
üçün “Yallı” rəqsini, mübariz “Cəngi” rəqsini, həm də ağır “Mirzəyi” 
və bir çox başqa rəqsləri göstərmək olar. 
Mahnılarımız kimi rəqslərimiz də xalq bədii təfəkküründə daha 
çox məşhur olan ahənglərdə: şur, segah, rast və bəzən şüştər və ca-
hargah üstündə səslənir. 
Beləliklə, hörmətli oxucular, ermənilər Azərbaycan xalqının məhz 
bu musiqi- folklor ənənəsinə də iddia irəli sürməyə çalışırlar. Biz də 
məhz həmin musiqi oğurluqları barədə söhbət açacağıq. 
Ondan başlayaq ki, Azərbaycan musiqi folklorunun qavranılması 
və mənimsənilməsi üzrə iş necə hazırlanır. Xatırladaq ki, Azərbaycan 
dili XVIII-XIX əsrlərdə millətlər və dövlətlərarası ünsiyyət vasitəsi 
olduğu kimi, o illərin Azərbaycan musiqisi də Qafqazda əsas təyin-
edici mədəni amil olmuşdur. 
Qeyd edirik, XIX əsrin Azərbaycan dili və musiqisi Cənubi Qaf-
qazın ümum-folkloruna çevrilmişdi ki, bu da öz-özlüyündə  əlaqələr 
və qarşılıqlı təsirlər tarixində nadir bir fakt olmuşdur. Bu, Azərbay-
cana gələn və öz təəssüratlarını gündəliklərində  və  mətbuat səhifə-
lərində bölüşən səyyahların Azərbaycan musiqi incəsənəti ilə geniş 
tanışlıq dövrü idi. Misal üçün, rus şərqşünası M. Beryozin 1824-cü il-
dəki səyahəti zamanı Bakıda və Abşeron kəndlərində olarkən Azər-
baycan musiqisini necə qavraması barədə təəssüratları ilə “Zaqafqa-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə