Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə20/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   16   17   18   19   20   21   22   23   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
81 
özəlləşdirilməsindən gedəcək. Bu atalar sözünün erməni mənşəli 
olmasının yeganə arqumenti kimi A. Qanalanyanın “Ermənistan dağ 
ölkəsidir” fikrinin əsas göstərilməsidir. Elə bu cür “məntiqi” sxemə 
uyğun olaraq, ancaq Ermənistanın iqlim şəraitinə və faunasına istinad 
etməklə “Ayı meşədən küsüb, meşənin xəbəri yoxdur”, yaxud “İlan 
hər yeri əyri gəzsə də, öz yuvasına girərkən düzəlir” Azərbaycan mə-
səllərinin mənimsənilməsi “əsaslandırılır”. Belə arqumentlərə  nə isə 
əlavə etmək çətindir, buna baxmayaraq qeyd edək ki, Azərbaycan coğ-
rafi və iqlim şəraitinə görə Ermənistanla kifayət qədər oxşardır, üstə-
lik də söhbət indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycandan 
gedir. Folklorumuzu “mənimsəyənlər”in bu cür yararsız arqumentləri 
yumşaq “əsaslandırmalar”la müşayiət olunur, bunlara uyğun olaraq, 
atalar sözlərinin məzmun oxşarlığı və təqdimat formasının ümumiliyi 
tarixi, iqtisadi, ictimai və başqa əlaqələrlə, eyni zamanda Azərbaycan 
və erməni xalqlarının coğrafi yaşayış arealının ümumiliyi ilə izah olu-
nur. Misal üçün, E.Arustamyan “Erməni və Azərbaycan atalar sözləri 
və məsəllərinin ümumi əlamətləri” əsərində onların oxşarlığını məhz 
belə əsaslandırır. Aşağıdakı açıqlama da ona məxsusdur: Azərbaycan 
atalar sözü və məsəllərinin çoxu ermənilər tərəfindən ilkin halda, yəni 
erməni dilinə tərcümə olunmadan istifadə olunur, çünki onların dərin 
fəlsəfi mahiyyətinin saxlanması bu cür tərcüməyə yol vermir (kursiv 
bizimdir). 
Bu barədə biz əvvəlki paraqraflarda yazmışdıq, ancaq burada 
qeyd etmək lazımdır ki, azərbaycanlılar heç bir erməni atalar sözünü 
işlətmir, ermənilər isə bizim folklor sərvətlərindən geniş istifadə edir-
lər.
.
Oxşarlıq həmişə ikitərəfli hərəkətdir və əgər bu belə deyilsə, onda 
oxşarlığı olduğu kimi adlandırmaq yerinə düşər, yəni o, başqa dildən 
alınmadır. Əvvəllər qeyd etdiyimiz kimi, bu cür alınmanın stimullaş-
dırılması, onun sonrakı “erməniləşdirilməsi” heç də təsadüfi deyildir. 
“Erməni mahnıları” və digər dövri nəşrlərin səhifələrində XIX əsrin 
axırlarından başlayaraq uzun müddət müntəzəm olaraq Azərbaycan 
atalar sözləri və məsəlləri Azərbaycan dilində, eyni zamanda paralel 
olaraq, erməni dilində çap olunurdu və sonra onlar saxlanılmaq üçün 
erməni arxivlərinə ötürülürdü. 
K A M R A N  İ M A N O V 
 
82 
Başqa bir misalda Molla Nəsrəddin lətifələrindən “Eşşəyə inanır, 
mənə isə yox” “erməni məsəli” baxın necə  “əsaslandırılır”. Bunun 
üçün əvvəlcə ermənilərlə əlaqəsi olmayan bir lətifə söylənilir. Kimsə 
Nəsrəddindən dəyirmana dən aparmaq üçün onun eşşəyini istəyir. O 
isə cavab verir ki, onun eşşəyi yoxdur. Elə bu vaxt heyvan arxacın-
dan eşşəyin “i-a” anqırtısı eşidilir. Eşşəyi istəyən adam bu diqqətçə-
kən səsi eşidəndə deyir ki, Molla onu aldadır və onun eşşəyi vardır. 
Onda Molla Nəsrəddin cavab verir: “Eşşəyə inanırsan, mənə yox”. 
Bax beləcə, hörmətli oxucu, “Buanıx, yaxud xarq qavar” ifadə-
sinə istinad etsək (toplayanı Beneses, redaktə  və  nəşr edəni Yer. 
Malayan, Q.Martinosyan mətbəsi, Tiflis, 1901, erməni dilində), bu 
erməni məsəli də belə yaranmışdır.  
Yalnız təəccüb etmək, ya da təəssüflənmək: necə olub ki, Molla 
Nəsrəddin, yaxud Xoca Nəsrəddin haqqında belə gözəl lətifələri ya-
radanların ağlına gəlməyib ki, “eşşəyə inanırsan, mənə yox” kəlamını  
məsələ çevirsinlər. Və necə oldu ki, məşhur lətifələrin dolaşdığı  və 
bunların müəllif-qəhrəmanlarının doğulduğu etnik mühitdə bu cür 
məsəl uyğunlaşıb qalmadı?
 
 
Ermənilər isə bunu bacarmışlar... 
İndi isə son dövrlərə aid misallara baxaq, bu zaman erməni atalar 
sözlərinin sayı Azərbaycanın “ermənilşdirilmiş” plagiat surətləri he-
sabına “gen-bol”
 
çoxalmışdır. 
Akademik A.Qanalanyanın 1960-cı ildə Ermənistan EA tərəfin-
dən nəşr olunmuş “Erməni atalar sözləri” kitabı (“Armyanskie poslo-
vitsı”  İzd. AN Armenii, 396 str. na arm. yazıke) qarşımızdadır. Bu 
kitabdan seçilmiş və erməni dilindən tərcümə edilmiş atalar sözlərin-
dən 233-ü mahiyyətcə Azərbaycan atalar sözləridir. 
Onlardan bəzilərini veririk:  
“Bir var minə dəyər, min var birə dəyməz” (səh.5);  
“Meyvəli ağac başını aşağı salır” (səh.5); 
“Aşağıda otur ki, yuxarıda sənə yer versinlər” (səh.5); 
“Çox bil, az danış” (səh.5); 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
83 
“Üz verdilər, astar istədi” (səh.21); 
“Nə etsən, qarşına çıxacaq” (səh.122); 
“Qızım sənə deyim, gəlinim sən bil” (səh.143). 
Çox maraqlıdır ki, bir çox “erməniləşdirilmiş” atalar sözlərində 
açar sözlər tərcümə olunmamış, ilkin Azərbaycan orijinalında olduğu 
kimi saxlanılmışdır (kursiv bizim dir). 
“Düz danışanın papağı deşik olar” (səh.8); 
“Yeməyənin malı yeyənə halaldır” (səh.27); 
“Gah nala vurur, gah mıxa” (səh.103); 
“Allah sağ əli sol ələ möhtac eləməsin” (səh.142); 
“Aşığın sözü qurtaranda neylim-neylim deyir” (səh.158); 
“Dəlləkliyi mənim başımda öyrənir” (səh.163); 
“Zərin qədrini zərgər bilər” (səh.170); 
“Para var, çarə var” (səh.243); 
“Qonaq Allah qonağıdır” (səh.278); 
“Meşə çaqqalsız olmaz” (səh.231). 
Aydın səbəbə görə biz mənimsənilmiş atalar sözlərinin hamısını 
misal çəkmirik və onların şərhini oxucuların öhdəsinə buraxırıq... 
Ancaq bir neçə il keçir və SSRİ EA, “Nauka” nəşriyyatı,  Şərq 
ədəbiyyatı baş redaksiyası (1967-ci il) rus dilində “Erməni folkloru” 
(ermənicədən tərcümə) kitabını buraxır. Bu nəşrin tirajı 100 min 
nüsxə  təşkil edir. Paradoksal faktdır ki, göstərilən nəşriyyat L. 
Qumilevin, yaxud akademik Baskakovun hətta ən məşhur kitablarını 
5-10 min nüsxə tirajla buraxmışdır. Bəs bu nəşrin belə kutləvi olma-
sının səbəbi nədədir? Sən demə,  əvvəllər Qanalanyanın erməniləş-
dirdiyi atalar sözlərimiz rus dilinə  tərcümə olunmuş, eyni zamanda 
yeni plagiat nümunələri: “Can de, can eşit”, “Elə et ki, nə kabab 
yansın, nə  də  şiş”, “Həsən keçəl və yaxud keçəl Həsən, hamısı bir 
çey deyilmi?” “Əyri oturaq, düz danışaq”, “Aşığı evə buraxmırıq, o 
isə soruşur: “Sazı hara qoyum”, “Yağışdan qaçdı-dolunun altına düş-
dü” və s. hesabına onların sayı artırılmışdır. 
Əvəzində A.Salaxyanın bu tirajlanmış plagiata  yazdığı müqəddi-
mədə göstərilir ki, “erməni xalqının tarixi iki min ildən artıqdır,” 
K A M R A N  İ M A N O V 
 
84 
həmçinin xüsusi olaraq qeyd olunur ki, ermənilər bu mənəvi sərvətə 
görə “müasirləri və gələcək nəsillər qarşısında böyük cavabdehlik və 
ruh yüksəkliyi ilə öz əsərlərini yaradan insanlara”: “xalq nağılçılarına 
və erməni aşıq-qusanlara borcludurlar və  qəlbləri onlara qarşı  dərin 
rəğbət hissi ilə aşıb-daşır...” 
Bax beləcə. Biz də bu paraqrafı  məsuliyyət hissi ilə başa vur-
mağa çalışdıq, müdrik xalq kəlamında deyildiyi kimi, “Qarğadan 
bülbül olmaz, tülküdən aslan”. 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə