13
I. FƏSİL
“GƏLDİM, GÖRDÜM, ... MƏNİMSƏDİM”,
yaxud
“Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi
erməni ənənəsi haqqında”
“Xalqların öyrənməsinə mane olmaq mümkündür, ancaq onları
öyrəndiklərini unutmağa məcbur etmək olmaz”
Berne
Erməni plagiatı
və ya mədəni oğurluğunun yüz illər boyunca iş-
lənmiş sxemi Azərbaycan mədəni ənənələrinin və dəyərlərinin mə-
nimsənilməsi ənənəsinə çevrilmişdir. Bu əqli oğurluq ənənələri hə-
mişə torpaqlarımıza ərazi iddiaları ilə sıx bağlı olmuş, ilk növbədə
“Böyük Ermənistan” haqqında mifi qidalandırmış və onu əsaslandır-
mışdır. Azərbaycan xalqının maddi və qeyri-maddi
mədəni irsinin er-
mənilər tərəfindən ələ keçirilməsi heç də təsadüfi deyildir. Bu, yalana
və saxtakarlığa
söykənən bir siyasətdir, çünki riyakarların fikrinə
görə, mənimsənilmiş mədəniyyət nümunələri nəinki “böyük erməni
mədəniyyətinin” dəlil və sübutları kimi çıxış edir, onun Şərq mədə-
niyyətinə, ilk növbədə bir coğrafi məkanda yaşayan etnik qonşularına
əvəzolunmaz təsirini göstərir, həm də guya “bu torpaqların ilk sa-
kinləri olan cəfakeş xalqın itirilmiş əraziləri” haqqında millətçi illü-
ziyalarına təkan verir.
O da şübhəsizdir ki, ermənilərin “böyük ərazilər” haqqında uy-
durmaları və burada yaradılmış dəyərlərin hər birinə iddiaları bu böl-
gənin mədəniyyətinin, maddi və mənəvi mədəniyyətinə aid sübutların
etnik mənsubiyyətinin saxtalaşdırılması ilə sıx bağlanaraq,
həmişə
Azərbaycanın və bütövlükdə Qafqazın tarixinin təhrif olunması və
özünün yalana söykənən uydurma tarixinin yazılması ilə müşayiət
olunur.
K A M R A N İ M A N O V
14
“Böyük ərazilər” haqqında erməni mif yaradıcılığının mühüm
arqumentləri və erməni təcavüzünün və torpaqların, ilk növbədə
Azərbaycan ərazilərinin işğal edilməsinin belə demək mümkünsə,
“əsasları” kimi Urartu və Qafqaz Albaniyasının varisi olmaq tezisi
xidmət edirdi. Arxeoloji tədqiqatların heç birinin Urartu və erməni
mədəniyyətlərinin oxşarlığını təsdiq etməməsinə, urartuluların dil
mənsubiyyətinin aral-altay qrupuna, ermənilərin
isə məlum olduğu
kimi, hind-avropa qrupuna aid dildə danışmağına
baxmayaraq, onlar
bu günə qədər də özlərinin Urartu əsilli olduğunu təsdiq etmək üçün
hansısa dəlil tapmaq şansını əldən vermirlər. “Ermənistanın şərq
əyaləti” kimi göstərilən Albaniya dövləti ilə bağlı iddialara gəlincə,
uzun tarixi bir dövr ərzində Albaniyanın qüdrətli və müstəqil dövlət
olmasını və azərbaycanlıların etnik cəhətdən təşəkkül tapmasında
onun birbaşa əlaqəsini təsdiq edən yerli və xarici mütəxəssislərin
əsərlərinə baxmayaraq, bu gün biz yenə ermənilər tərəfindən bu etno-
sun inkar edilməsi və onun tarixinin, ərazisinin və mədəniyyətinin
saxtalaşdırılması ilə qarşılaşırıq.
Bu “konseptual əsas” çərçivəsində Albaniyanın bütün
maddi və
qeyri-maddi mədəniyyət abidələri erməni abidələri kimi elan edilir.
Tarixi faktların onları etiraf etməyə məcbur etdiyi hallarda isə
Albaniya əhalisi VII əsrə, olsa-olsa XII əsrə yaxın tamamilə erməni-
ləşdirilmiş elan olunur və bununla da onun mədəniyyət abidələri er-
məni mədəniyyət abidələri kimi bəyan edilir.
Hörmətli oxucular, absurd məntiqinə əsaslanan, bir neçə oxşar
residiv misal gətirməyə çalışacağıq, indi
isə biz erməni dəlillərinə
istinad edərək, bir az görünüşü dəyişdirilmiş “Gəldim, gördüm,...
mənimsədim” latın triadasına keçirik.
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
15
§1.
“Gəldim,...”də, ermənilərin kütləvi şəkildə Cənubi
Qafqazda məskunlaşdırılmasından danışılır
“Erməni xalqının tarixi”ndə iddia edilir ki, “... bəşəriyyətin beşiyi
və ən qədim vətəni məhz Ermənistan olmuşdur”. Ermənilər ən qədim
xalq, ermənilərin dili isə məlum olan dillərdən ən qədimidir. Qeyri-
adilik və məzlumluq haqqındakı şişirtmələrin erməni etnosu üçün
çıxılmaz yol olduğu barədə Ermənistanın bəzi siyasi xadimlərinin xə-
bərdarlıqlarına baxmayaraq, erməni etnosunun qeyri-adiliyi və xüsusi
rolu haqqında sərsəm ideyalar bu gün də qalmaqdadır. “Hamını düş-
mən gözündə görmək-özünü hamıya düşmən etmək deməkdir. Bu,
yol deyil, bu, dərin uçurumdur” (Suren Zolyan).
Ermənilərin qeyri-adiliyi haqqında yaradılan əfsanələrin çoxsaylı
tərəflərindən biri onların hər yerdə yaydığı belə bir iddiadır ki, guya
onlar Qafqazın yerli sakinləri, “Dənizdən dənizə uzanan Böyük Er-
mənistan”ın davamçılarıdır. Ermənilərin gəlmə olmalarını, onların
bugünkü və keçmiş “tranzit” yaşayış yerlərində sonradan məskunlaş-
masını tarix elmi çoxdan sübut etmişdir. “Xalqlar tarixinin atası”
Herodot yazır: “Fəratın yuxarı axınında yerləşən ölkəni Ermənistan
adlandırırdılar. Ermənilər “erməni yaylası adlandırılan yerin qərb
hissəsində yaşayırdılar” (Herodot, “Tarix”, “Nauka” nəşriyyatı,
Leninqrad, 1972). İndi isə məşhur tarixçi İ. Dyakonovun Ermənis-
tanda nəşr olunmuş monoqrafiyasında əks olunmuş fikri ilə tanış
olaq: “Erməni etnosu Qafqazın sərhədlərindən kənarda formalaşmış-
dır” (İ.Dyakonov, “Erməni xalqının əvvəlki tarixi”. Yerevan, 1958).
Bu gün artıq hamıya məlumdur ki, Ermənistan, erməni etnosunun və-
təni deyil. Bununla erməni alimlərinin
özləri də hesablaşmaq məc-
buriyyətindədirlər.
Akademik M.Abeqyan yazır: “... erməni xalqının kökləri hara-
dandır, o, buraya necə, nə vaxt, haradan, hansı yollarla gəlib... Bizdə
bunun dəqiq və aydın sübutları yoxdur” (“Erməni ədəbiyyatının
tarixi”, Yerevan, 1975). “Ermənilərin əcdadları Balkandan gəlmişlər”
K A M R A N İ M A N O V
16
(“Erməni xalqının tarixi”, Yerevan 1980). Hazırda erməni müəlliflə-
rinin özləri də təsdiq edirlər ki, “ermənilərin qədim əcdadları kiçik
Asiyanın şimal-şərq hissəsində yaşayan əhali olmuşdur. Bu ölkə ...
Armatan, sonra isə Hayasa adlandırılmışdır. Oradan isə ermənilərin
əcdadları Van gölünün cənub-şərqinə yaxın bir yerə (b.e.ə XII əsr)
köçmüşlər”. Tarixdən bəllidir ki, bizim
eradan əvvəl IX əsrdə Şərqi
Anadoluda Van gölünün yaxınlığında Urartu (Biani) dövləti yaran-
mış və Hayasanı b.e.ə VII əsrin ortalarında Arme adı altında özünə
birləşdirmişdir. Bununla da bugünkü Ermənistan adı “Arme”, eləcə
də “Hayasa” kimi göstərilən həmin coğrafi məkanların adından tö-
rəmişdir.
Təsadüfi deyil ki, İ. Dyakonov belə hesab edir ki, “...bir halda ki,
qədim erməni dili erməni yaylasının yerli sakinlərinin dili ilə qohum
dil deyil, onda o, buraya xaricdən gətirilmişdir”.
Üstəlik, erkən orta və sonrakı əsrlərdə ermənilərin türk etnosunun
yaşadığı ərazilərdə yayılması onların bir etnos kimi qalmasına və
yaşamasına imkan vermişdir. Məşhur mütəxəssis Levon Dabeqyan
yazırdı: “... ermənilər həyatdakı öz milli mövcudluqlarına görə, əs-
lində, səlcuq və osmanlı türklərinə borcludurlar! Əgər biz bizanslı-
ların və başqa avropalıların arasında qalsaydıq, onda erməni adına
yalnız tarix kitablarında rast gəlinə bilərdi”. Bu cür erməni etirafı ilə
razılaşmamaq olmaz, ona görə ki, elə ermənilərin özləri M.Abeqyan
adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış və 1986-cı ildə Ye-
revanda “Sovetan qrox” nəşriyyatında rus dilində buraxılmış kitabda
orta əsr erməni tarixçisi Sebeosa istinad edərək, tarixi bir sənədi –
Bizans imperatoru Mavrikinin (582-602) İran şahı Xosrova məktu-
bunu misal göstərirlər: “xalq (ermənilər)... bizim aramızda yaşayır və
ara qarışdırır”.
Daha sonra deyilir ki, onları Bizans və İran torpaqla-
rından qovmaq lazımdır. Burada əlavə izahata yer yoxdur. Tarixi xro-
noloji məlumatlara əsasən, birinci minilliyin sonunda Bizans dövləti
tərəfindən törədilmiş erməni qırğınından sonra erməni katolikosu mil-
lətinin xilası üçün Səlcuq sultanı Alp-Arslandan yalvarışla kömək
istəyir və Sultan erməniləri öz himayəsi altına alır. 26-cı erməni
katolikosu Barsesin müraciətindən sonra erməni kilsəsinin vəziyyə-