Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə38/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   34   35   36   37   38   39   40   41   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
153 
Məşhur Azərbaycan plovu “aş” da “aş” kökü ilə bağlıdır. Ermə-
nilər “loba xaşu” xörəkləri haqqında izahat verəndə onu “qırmızı 
lobyalı  şorba” kimi izah edirlər, bu isə Azərbaycan dilində “qırmızı 
iobyadan hazırlanmış xörək”
 
mənasını ifadə edir. “Lobya” (rus di-
lində “fasol”) Azərbaycan sözü olduğu üçün buradan da Azərbaycan 
plovunun bir növü olan “lobyalı aş”ın adı yaranmşdır. Yaxud ermə-
nilərin “un xaşılı” kimi adlandırırdıqları “erməni xörəyi-xəşil”i götü-
rək. “Xaşıl” sözü Azərbaycan dilində qatı undan sıyıq şəklində hazır-
lanmış xörəyi bildirir, azərbaycanlılar eyni adlı xörəyi una yağ, do-
şab, yaxud bal əlavə etməklə hazırlayırlar. 
Hörmətli oxucular, sizcə, “erməni xörəyi” “südlü sıyıq” hansı mə-
nanı bildirir? Azərbaycan dilində “yarıduru” mənasında olan “sıyıq” 
süd və ya su ilə qarışdırılaraq hazırlanmış “qatı” xörək növüdür, 
“südlü” isə Azərbaycan dilində “südlə hazırlanmış” deməkdir. Bax 
budur, Azərbaycan mətbəxinə aid olan “erməni xörəyi!” Buna oxşar 
misalları davam etdirmək olar. 
İndi isə qədim “tonir”lərdə - gil sobalarında bişirilən məşhur “er-
məni milli çörəyi-“lavaş” haqqında. Ermənilər yazırlar ki, “tonir” ocaq 
növü kimi ilk dəfə ermənilərdə olmuş və sonra bütün Zaqafqaziyaya” 
yayılmış  və elə “lavaş” da bu qaydada ermənilərdən mənimsənil-
mişdir. Gəlin indi, bişirilən bu qida məhsulunun və onun bişirilməsi 
üçün istifadə olunan qurğunun etimoloji nöqteyi-nəzərdən hansı 
məna daşıdığını araşdıraq. 
Azərbaycanlılar əsrlərdən bəri çörəyi təndirdə (erməniləşdirilmiş 
“tonir” variantı da buradan yaranmışdır) bişirirlər. Təsadüfi deyildir 
ki, ən qədim təndir Azərbaycan ərazisində tapılmışdır. Bu xüsusi gil 
sobalarında çörək bişirilərkən, xüsusən də yanacaq kimi təzəkdən 
istifadə edilərkən, “dəm qazı” əmələ gəir. Elə “tindir” sözü də Azər-
baycan dilində “dəm qazı” mənasını bildirir. Bütün təndirlərin, o cüm-
lədən erməni redaksiyasınada
 
verilən “tonir”lərin hava çəkən yeri - 
“külfə”si vardır. Təndirdən istifadə edən xalqlar onu məhz belə ad-
landırmışlar. O, Azərbaycan dilində “kül üfürən” deməkdir. Biz artıq 
izah etmişik ki, “lavaş” çörəyi türk sözü “aş”-dan yaranmışdır. Onun 
K A M R A N  İ M A N O V 
 
154 
ən nazik növünü isə azərbacanlılar “yuxa”, yaxud “yayma” kimi ad-
landırırlar. Çörəyin bu növlərini azərbaycanlılar təndirdə bişirirlər və 
onlar ermənilər tərəfindən mənimsənilmişdir. 
“Erməni mətbəxinin bəzi sirləri” qısaca bundan ibarətdir.  
İndi isə bir az xalçalar haqqında. Madam ki, biz bu işi görməyə 
hazırlaşırıq, onda zamana görə vaxtı uzadılmış “xalça” qəbilli  əqli 
mülkiyyət oğurluqlarına aid misallar üzərində dayanmaya bilmərik. 
Söhbət ermənilərin Azərbaycan xalçalarını dünyaya erməni xalçaları 
kimi təqdim edərək, onları “erməniləşdirmək” üçün əllərindən
 
gələni 
etməklərindən gedir

Hətta “Sovet Ensiklopediya Lüğəti”ndə (1985-
ci il) belə göstərilir ki, “İran, Azərbaycan, türkmən, türk və çin xalça-
ları dünyada məşhurdur”. Bir sözlə, erməni xalçalarının tanınması ba-
rədə heç bir məlumat yoxdur. Buna baxmayaraq, Avropada olan hər 
kəs mağazalarda “erməni xalçaları” olan lövhələrə, yaxud sahibləri 
sadəcə ermənilər olan “Xalça” mağazalarında erməni etnosuna heç 
bir aidiyyəti olmayan “erməni xalçaları”ının satılmasına diqqət yetirə 
bilər. 
 Azərbaycan xalçalarından başlayaq. Xalçalar Azərbaycan xalqı-
nın həyatında xüsusi rol oynayır. Onların üzərində xalqımızın nəinki 
mənəvi aləmi, intellekti, xarakteri və dünyagörüşü  əks olunur, həm 
də minilliklər boyu azərbaycanlılar xalçaların
 
üstündə doğulur və 
dünyadan köçürdülər. Bir sözlə, xalça adət və ənənə kimi bizi beşik-
də qarşılaylır və biz o dünyaya gedəndə də bizimlə vidalaşır. Xalça-
çılıq milli mədəniyyətimizin tarixində, demək olar ki, mərkəzi yeri 
tutaraq, Azərbaycan xalqınin məişəti ilə o qədər sıx bağlanmışdır ki, 
mahiyyətcə onun simvoluna çevrilmişdir. Müxtəlif naxışlar və təsvir-
lərlə  bəzədilmiş xovlu və xovsuz xalçalar Azərbaycanda divarların 
bəzədilməsi və döşəmənin üstünə salınması üçün istifadə olunmuş və 
istifadə olunmaqdadır. Yalnız xovsuz xalçaların 8 növü vardır: bunlar 
palazlar, cecimlər, kilimlər, şedlelər,
 
vərnilər, zililər və sumaxlardır. 
Toxunmanın üslubuna, kompozisiya quruluşuna, naxışın zəngilliyinə 
və  rəng koloritinə görə, onlar öz texnologiyaları ilə uzaq keçmişin 
həsirlərinə və hörmələrinə gedib çıxır. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
155 
Azərbaycan xalçaçılıq  ənənəsinin qədimliyinə  şübhə yoxdur. 
Arxeoloji axtarışlar və yazılı mənbələr göstərir ki, Azərbaycanda bu 
sənətlə hələ bürünc dövründən (b.e.ə. II əsrin sonu və I əsrin başlan-
ğıcı) məşğul olurmuşlar. Azərbaycan ərazisində tapılmış gil at fiquru 
üzərində təsvirlərlə bəzədilməş çul şəkli b.e.ə. II minilliyə, belinə çul 
atılmış  şir təsviri isə b.e.ə. I minilliyə aid edilir. Mingəçevirdə  sər-
dabə məzarlıqlarında aparılan arxeoloji qazıntılar zamanı I –II əsrlərə 
aid olan palaz və xalça qalıqları tapılmışdır. Herodot, Klavdiy Elian, 
Ksenofont və digər antik mənbələr, eləcə də alban tarixçisi Kalantuk-
lu Azərbaycan xalçaçılığı haqqında məlumat vermişlər. “Kitabi-Dədə-
Qorqud” dastanında Azərbaycanın ipək xalçaları  tərənnüm edilir, 
Nizaminin, Qətran Təbrizinin və Xaqaninin əsərlərində xovlu və xov-
suz xalçalar haqqında söz açılır, ingilis səyyahı Antoni Cenkinson 
(XVI əsr), hollandiyalı Yan Streyts (XVII əsr) qızıl və gümüş saplar-
la toxunmuş Azərbaycan xalçaları haqqında məlumat verirlər. Azər-
baycan xalçalarının naxışları  və ornamentləri onları Hans Memlinq, 
Van Eyk, Hans Holbeyn (XV əsr) kimi bir çox Avropa rəssamlarının 
əsərlərinə  və miniatürlərinə  gətirmişdir. Heç də  təsadüfi deyildir ki, 
alman sənətşünası Q.Rop “Şərq xalçası” kitabında (“Qafqaz xalça-
ları” bölməsi) sübut etmişdir ki, Asiya xalçalarından əvvəl yaranmış 
xovsuz Azərbaycan kilimləri Qafqazda ən yaxşı kilimlər sayılır. Mü-
təxəssislərin rəyinə görə, Qafqaz xalçaçılıq məktəbi məhz Azərbay-
can məktəbidir və  məşhur Qafqaz xalçalarının kompozisiyasının 90 
faizini Azərbaycan ustalarının əl işləri təşkil edir. 
Xalçaların coğrafi  ənənəsi
 

 
çox zəngindir. Bunların sırasında 
Quba, Bakı (Abşeron),  Şirvan, Gəncə, Qazax, Qarabağ  və  Təbriz 
məktəbləri fərqlənir. Naxışlarına, quruluşuna və  rəng seçiminə görə 
fərqlənərək, onlar bir-birini tamamlayır və koloritli və dünya şöhrətli 
Azərbaycan xalçası fenomenini formalaşdırır. Məhz, elə buna görə də 
Azərbaycan xalça ustalarının şah əsərləri dünyanın ən yaxşı muzey-
lərini bəzəyir. 
Əgər Quba xalçalarının bəzəyini üslublaşdırılmış bitki, bəzən hən-
dəsi bəzəkli naxışların zoomorf motivləri təşkil edirsə, Bakı xalça-
çılıq məktəbi üçün oval, yumşaqlığı və rəng həllərinin intensivliyi ilə 
K A M R A N  İ M A N O V 
 
156 
seçilən  əyri cizgili bitki elementləri xarakterikdir. Şirvan xalçaları 
mürəkkəb kompozisiya naxışlarına malikdir, Gəncə  məktəbi ipək 
xalçaların yüksək keyfiyyəti, Qazax məktəbi isə kolorit həmahəngliyi 
ilə şöhrət tapmışdır. Azərbaycanda ən qədim və məşhur olan Təbriz 
xalçaçılıq məktəbinə  gəlincə, o, İran xalçaçılığının meydana gəlmə-
sinə və formalaşmasına böyük təsir göstərmişdir. Yalnız onu xatırlat-
maq kifayətdir ki, Təbrizdə toxunmuş (1539-cu il) məşhur “Şeyx 
Səfi” xalçası (sahəsi 56,12 kv m.) naxışlı xalçaların mirvarisi kimi bu 
gün də Londonun Viktoriya və Albert muzeyində saxlanılmaqdadır.  
Bir neçə kəlmə də ərəb tarixçiləri al-Müqəddəsi və Məsudi tərə-
findən xatırladılan Qarabağ xalçaçılıq məktəbi haqqında. Zəngəzur 
və Naxçıvan xalçaçılıq mərkəzlərini də yaxınlığına görə bu məktəbə 
aid etmək olar. Qarabağ xalçaları Qarabağ təbiətinin çox zəngin rəng 
çalarllarını əks etdirən rəngarəng boyalı palitranı xatırladır. Bu xalça-
ların  ən bariz xüsusiyyətlərindən biri, qədim  ənənəyə uyğun olaraq, 
xalçaların aralıq hissələrinin qırmızı rənglə işlənməsidir, boyaq mad-
dəsi isə  nəinki bitkilrdən, eləcə  də  həşaratlardan alınırmış. Qarabağ 
xalçalarının bir çoxu təsadüfən dünyanın ən gözəl muzeylərini bəzə-
mir, XIX əsr mətbuatında yazılanlara görə, Şuşada toxunmuş xalçalar 
və palazlar Qafqazda o dövrün ən yaxşı nümunələri sayılırdı. Qara-
bağ xalçalarına ümumdünya şöhrəti gətirən XVI-XVII əsrlərdə Bər-
dədə toxunmuş  və hazırda Berlində incəsənət muzeyində saxlanılan 
ipək zili olmuşdur. Ləmbəranda toxunan xovsuz “Vərni” xalçası isə 
Nyu-York şəhərində “Metropoliten” muzeyində saxlanılır. 
Hörmətli oxucular! Tam təbii səbəblərə görə məşhur Azərbaycan 
xalçaçılığının bəzi incə  məqamları üzərində dayanırıq. Son dərəcə 
gözəl tətbiqi incəsənət nümunələrimiz yüz illər boyu erməni təca-
vüzünə  məruz qalmış, son onilliklərdə isə qarət edilmiş Qarabağ 
xalçaları, o cümlədən Şuşa tarix-diyarşünaslıq muzeyinin kolleksiya-
sından qarət edilmiş nümunələr “erməni mədəniyyəti predmetləri”nə 
çevrilmiş və Azərbaycanın hüdudlarından kənarda “erməni xalçaçılıq 
nümunələri” kimi nümayiş etdirilir. 
Erməni xalçaçılıq-təbliğat maşını iki istiqamətdə çalışır: birincisi, 
ermənilər bütün üsullarla “milli xalçaçılığın tarixi keçmişi”ni yarat-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə