Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə34/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   30   31   32   33   34   35   36   37   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
137 
1914-cü ildə Zaqafqaziya şəhərlərinə qastrol səfərinə çıxan Azər-
baycan truppası Azərbaycan musiqi aləti tarda çalan Sidrak Maqal-
yanı heyrətlə  gətirir. Bir sözlə, “Arşın mal alan” operettası erməni 
səhnəsində göründüyü andan onun oğuranmasına Sidrak Maqalyan 
tərəfindən ton verilir. Sarabskinin truppasının 1914-cü ildə Tiflis şə-
hərinə qastrol səfərindəki çıxışına valeh olan Qarabağda doğulmuş 
Mağalyan Ü. Hacıbəyovdan əsərin tərcümə edilməsinə icazə almağa 
nail olur. Maqalyan nəinki tərcüməçi, həm də musiqi tərtibatçısı idi, 
o, eyni zamanda Əsgər rolunu, özü də Azərbaycan, rus, gürcü və əl-
bəttə ki, erməni dillərində oynayırdı. Əsər tamaşaya qoyulana qədər 
tərcümənin ona göstərilməsi barədə Ü. Hacıbəyovun  şərtini yerinə 
yetirmədiyinə baxmayaraq ki, S. Maqalyan “Arşın mal alan” operet-
tasını ilk dəfə erməni dilində 1915-ci ildə Tiflisdə Eriksyan teatrında 
tamaşaya qoydu. Əsər yeddi dəfə göstəriləndən sonra S. Maqalyan 
onun erməni dilində tamaşaya qoyulmasına razılıq  əldə etmək üçün 
Bakıya gəlir. Bəli, məhz belə olmuşdur. Birinci mərhələdə o, Ü.Hacı-
bəyovdan hüquqi icazə alır və  həmin ildə  də  əsər tamaşaya qoyulur 
və Bakıda yaşayan ermənilərin böyük rəğbətini qazanır. 
Hörmətli oxucular, diqqət yetirin. Birinci dəfə məhz 1915-ci ildə 
“Arşın mal alan” “erməni operasıdır”,-fikri səsləndirilmiş və bununla 
da bu böyük operettanın
 
mənimsənilməsinin  əsası qoyulmuşdur. 
Üzeyir bəyin bu şah əsərində öz rolunun ifasına görə Qafqazda birin-
ci mükafat almağı azmış kimi, S. Maqalyan hələ operettanı mənimsə-
mək qərarına da gəlmişdi. 1915-ci ildə Tiflisdə qoyulmuş birinci ta-
maşadan başlayaraq 1921-ci ilə qədər S. Maqalyanın truppası operet-
tanı 800 dəfə, o cümlədən, 200 dəfə gürcü dilində, 2 dəfə rus dilində 
və bir dəfə türk dilində  İstanbulda tamaşaya qoymağa müvəffəq ol-
muşdur. S.Maqalyan bundan böyük miqdarda pul qazanmışdı. Hər ta-
maşaya görə yığılmış məbləğin 10 faizinin qonorar kimi Üzeyir bəyə 
ödənilməsi barədə razılığın olmasına baxmayaraq, S.Maqalyan bu 
şərti yalnız bir dəfə, 1915-ci ildə tamaşadan sonra yerinə yetirmişdi. 
Sonralar o, Ü.Hacıbəyovun müəllif əmlak hüquqlarını kobud şəkildə 
pozaraq, eyni zamanda əsərin qanunu yaradıcısının şəxsi qeyri-əmlak 
hüquqlarını da pozmaqla plagiat yolunu tutmuşdur. Qeyri-qanuni 
K A M R A N  İ M A N O V 
 
138 
gəlir  əldə etmək imkanı  və milli şöhrət düşkünlüyünün aramsızlığı 
digər erməni kollektivlərini bu cəlb edirdi. Müxtəlif erməni truppaları 
arılar pətəyə yığışan kimi “Arşın mal alan” operettasının üstünə cum-
muşdular. Misal üçün, İ. Voskanyan tərəfindən tələsik yaradılmış və 
ilk tamaşasını 1915-ci ildə Bakıda göstərmiş truppanın qazandığı mü-
vəffəqiyyətdən elə ermənilərin özləri şikayətçi idilər. Guya ki erməni 
truppalarının erməni tamaşalarına tamaşaçı gəlmir, ancaq Azərbaycan 
tamaşalarında anşlaq təmin olunmuşdur. Çıxışları Astraxan, Saritsın, 
Rostov və Yekaterinodora qədər gedib çatmış A. Armenyanın truppa-
sı demək olar ki, ən peşəkar erməni truppası idi. 
Armenyanın truppası da “Arşın mal alan” operettasının “erməni-
ləşdirilməsinə” öz mümkün payını vermişdir. Artıq 1916-cı ildə Vla-
diqafqazda qastrol səfəri zamanı operettanın müəllifinin adı afişadan 
çıxarılır. Erməni truppaları müəllifin  şəxsi hüquqlarını, məhz  əsərin 
toxunulmazlığı hüququnu kobud şəkildə pozaraq, Üzeyir bəyin razılı-
ğı olmadan operettaya dəyişikliklər etmiş, həmçinin düşünülmüş təh-
riflərə yol vermişdilər, Rusiya mətbuatında isə  mətnini Petroqrad 
Universitetinin məzunu Ü. Hacıbəyovun “yazdığı”, musiqisini isə Şərq 
melodiyalarından istifadə edərək cənab Armenyanın “yaratdığı” “Ar-
menyanın erməni operettası” haqqında tərif dolu rəylər doldurmuş-
du. “Cənab Armenyana eşq olsun, o nəinki milli teatr yaratdı, həm də 
erməni musiqisini bərpa etdi (“Rus musiqi qəzeti”, 21 aprel 1916-cı il). 
Beləliklə, A. Armenyanın truppasından başlayaraq, tamaşanın 
afişalarında artıq həqiqi müəllifin – Ü. Hacıbəyovun adına rast gəlin-
mir. Eyni şeylər sonrakı truppaların afişalarında da təkrar olunur. Bu 
da təsadüfi deyildi. Erməni truppaları hələ Ü. Hacıbəyovun yaşayıb-
yaratdığı Bakıda tamaşanın kanvasına yolverilməz dəyişikliklər et-
məyi özlərinə  rəva bilirdilər. Bakının hüdudlarından kənarda isə ta-
maşanın “erməniləşdirilməsi” tam sürətlə gedirdi. Bunun səbəbi tək-
cə təkəbbür və teatrdan qazanılan pul dalınca qaçmaqda deyildi. Əl-
bəttə, sonuncu amil heç də az rol oynamırdı. Axı yalnız 1917-ci ildə 
müxtəlif erməni truppaları “Arşın mal alan” operettasını ancaq Tbilisi 
və Şimali Qafqazda 700 dəfədən çox oynamışdılar. Əsərin belə mü-
vəffəqiyyətini “A...yan” soyadlı erməni müəllifi 1915-ci ilin dekabr 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
139 
tarixli “Bakı” qəzetində Voskanyan haqqında yazısında açıq qıcıqlan-
ma hissi ilə hamıdan yaxşı ifadə etmişdir: “Ü. Hacıbəyovun layiq 
olmadan görünməmiş müvəffəqiyyət qazanan “Arşın mal alan” pye-
sindən sonra Voskanyan tamaşaçılara Raffinin “Xent” tarixi romanını 
və Çalaxçinin “Tatevos İvanıç” pyesini təqdim etmişdir. Ancaq bun-
lar heç bir uğur qazanmır... Baxmayaraq ki, bu əsərlər Hacıbəyovun 
əsərindən heç nədə geri qalmırdı... Voskanyan bu uğursuz tamaşalara 
görə günahkar deyildir. Günahkar səhnə  sənətinə  tələbkar olmayan 
erməni tamaşaçılarıdır. Onlar Ü. Hacıbəyovun  əsərinə  həvəslə, həm 
də dəfələrlə baxırlar, öz tamaşalarına isə getmirlər...” 
Hörmətli oxucular, sizcə, yaranmış belə  vəziyyətin səbəbi nədə 
idi? Cavab üçün yenidən erməni müəlliflərinə müraciət edək. Məşhur 
erməni musiqişünası Qara Dərviş yazırdı: “...uzunmüddətli cəhdlərə 
baxmayaraq, Qafqaz erməni səhnəsində heç cür milli operetta yara-
dılmadı”. Bunun bu fəslin səhifələrində dəfələrlə göstərdiyimiz baş-
lıca səbəbini isə Tiflisdə çap olunan “Mşaq” qəzeti (3 sentyabr 1916-
cı il) açıq şəkildə etiraf edirdi: “Niyə “Arşın mal alan” bu qədər sevil-
di? Artıq 2 ildən çoxdur ki, erməni səhnəsində böyük uğur qazanan 
türk [Azərbaycan] operettası – “Arşın mal alan” həm də erməni zi-
yalıları arasında böyük maraq doğurur. Dünən mən “Artist cəmiy-
yəti” (Tiflis şəhəri) teatrında Q.Yeritsyanın truppasının ifasında bu 
əsərin növbəti tamaşasına baxdım. Bu dəfə də zal əhalinin orta təbə-
qəsindən olan tamaşaçılarla dolmuşdu. Onlardan başqa, zalda çoxlu 
zabitlər, ziyalı nümayəndələri, hətta ingilis missioner cənab Mak 
Kamma Adonis və  cənab Qipokbekyan da iştirak edirdilər... Mən 
tamaşanı sona qədər izlədim və mənə aydın oldu ki, qədim dövrlər-
dən bəri türklərlə qonşuluqda yaşayan və onlarla daimi ünsiyyətdə 
olan erməni xalqı niyə “Arşın mal alan”a bu qədər ləzzətlə baxır. 
Zənnimcə, biz xalqa [ermənilərə] bu tamaşaya sonsuz olaraq baxma-
ğı qadağan edə bilmərik... Buna baxmayaraq, bir çox psixoloji sə-
bəblərlə  əlaqədar bu əsər erməni xalqının diqqətini cəlb edəcəkdir. 
Ermənilər əsrlər boyu türk-tatarların və farsların əsarəti altında ya-
şayıblar. Onların qulaqları tar və kamança səsləri ilə doldurulub. 
Ona görə də şərq musiqisi erməni xalqının cisminə və qanına hopub” 
(kursiv bizimdir)
K A M R A N  İ M A N O V 
 
140 
Beləliklə, hörmətli oxucular, “Arşın mal alan” operettasının mə-
nimsənilməsi və “erməniləşdirilməsi” hazır erməni süjeti ilə  həyata 
keçirilirdi: əvvəlcə müəllifin qonorar almaq hüququnun (əmlak hüqu-
qunu) inkar edilməsi, sonra afişalarda müəllifin adının “göstərilmə-
məsi”, daha sonra Ü. Hacıbəyovu mətnin müəllifi kimi saxlamaqla, 
onun musiqisini mənimsəmək və s. Operetta rus dilinə tərcümə edil-
dikdə isə erməni truppaları, məsələn, Armenyanın truppası Rusiyaya 
qastrol səfərləri zamanı artıq operettanı erməni müəllifinin erməni 
operası kimi təqdim edirdilər. 
Yağışdan sonra çıxan göbələklər kimi əmələ gələn erməni trup-
paları Ü. Hacıbəyovun müəlliflik hüquqlarını kütləvi  şəkildə pozur-
dular (1917-ci ilə doğru belə truppaların sayı yeddiyə çatmışdı). Bö-
yük bəstəkar və onun silahdaşı Müslüm Maqomayev şübhəsiz, ermə-
nilərin bu soyğunçuluq təcrübəsinə qarşı mübarizə aparmağa çalışır-
dılar. Bəzi hallarda hüquqşünas-vəkillərin köməyinə müraciət olunur, 
digər hallarda, müəllif hüquqlarının pozulması halları ilə bağlı prak-
tiki olaraq bütün qəzetlərdə açıq elanlar verilir, hətta ekranlaşdırılmış 
“Arşın mal alan”ın “Forum” kinoteatrında nümayişi ilə bağlı halda 
olduğu kimi, şəhər rəisinin inzibati hakimiyyətindən də istifadə edi-
lirdi... Beləliklə, hörmətli oxucular, biz yenidən erməni plagiatının 
çoxüzlülüyünə, dəqiq desək, büqələmun mahiyyətinə qayıdırıq. Mü-
əllifin öz əsərini müdafiə etməklə bağlı qanuni hərəkətləri erməni 
saxtakarlarına müəyyən qədər təsir göstərirdi, lakin ermənilər müx-
təlif hiyləgərliklərə əl ataraq, əsər tamaşaçıya məhz böyük bəstəkarın 
adı altında təqdim olunduğu hallarda Üzeyir bəyin  əsərinin mahiy-
yətini təhrif etməyə, onun bədii dəyərini aşağı salmağa çalışırdılar. 
Misal gətiririk. Azərbaycan Xalq Cümhuriyyəti illərində M. Maqo-
mayev “Azərbaycan” qəzetində yazırdı: “Fevralın 4-də dövlət teatrın-
da erməni artistlərinin ifasında məşhur müsəlman bəstəkarı Ü. Hacı-
bəyovun populyar “Arşın mal alan” operettası oynanıldı. Mənə elə 
gəlir ki, bizim milli ənənələrimizin belə iyrənc  şəkildə  təhrif olun-
masına son qoymaq vaxtı artıq gəlib çatmışdır... Rejissor aktyorların 
rollarının ifasında müxtəlif hiyləgər tryuklərə yol vermişdir, Bu, əsəri 
təhqiredici səviyyəyə salmışdır. Mən bunlara baxarkən qeyri-ixtiyari 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə