eləcə də hər bir məntəqədə, kənddə və s. bütün kitabxanaların kitab
fondundan səmərəli istifadəsini təmin etməlidir.
Buna görə də əhaliyə kitabxana xidmətinin inkişafının perspektivli
ərazi proqramlarının işlənməsinin vaxtı gəlib çatmışdır. Bu istiqamətdə
Azərbaycan Respublikasında iki mühüm dövlət proqramı qəbul edil-
mişdir və müvəffəqiyyətlə həyata keçirilir. Proqramların işlənməsi za-
manı kitabxanaların sayı, kitab fondlarının həcmi, komplektləşdirməyə
ayrılan maliyyə vəsaiti, kitabxana işçilərinin sayı və s. kimi göstəricilər
mütləq nəzərə alınmalıdır. Bu zaman dəqiq kitabxana normativlərinin
müəyyənləşdirilməsini də unutmaq olmaz. Çünki normativlərin dəqiq
müəyyənləşdirilməsi ölkənin bütün rayonlarının əhalisinin maraqlarına
müvafiq olaraq kitabxana resurslarının bərabər şəkildə paylanmasına
böyük təsir göstərəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli,
3072 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkşafı üzrə
Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi tərəfindən 2009-cu ilin sentyabr ayında “Kitab-
xanaların fəaliyyəti haqqında” statistik müayinənin nəticələri barədə
statistik bülleten nəşr etdirmişdir.Həmin monitorinqin nəticələrinə görə
Azərbaycan Respublikasında kitabxana resurslarının yerləşməsi vəziy-
yəti iqtisadi rayonlar və Bakı şəhəri üzrə aşağıdakı kimi olmuşdur.
1.
Aran iqtisadi rayonu üzrə - 23.4%
2.
Gəncə-Qazax iqtisadi rayonu üzrə - 14.9%
3.
Lənkəran iqtisadi rayonu üzrə - 11.7%
4.
Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 9%
5.
Bakı şəhəri üzrə - 8.4%
6.
Quba-Xaçmaz iqtisadi rayonu üzrə - 8.2%
7.
Yuxarı-Qarabağ iqtisadi rayonu üzrə - 7.1%
8.
Naxçıvan iqtisadi rayonu üzrə - 5.8%
9.
Dağlıq Şirvan iqtisadi rayonu üzrə - 4.9%
10.
Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə - 4.5%
11.
Abşeron iqtisadi rayonu üzrə - 2.1%
Göründüyü kimi, kitabxana resurslarının iqtisadi rayonlar üzrə
bölgüsündə iqtisadi rayonun ərazisi, əhalisinin sayı, məskunlaşmanın
dayaq karkasları mühüm rol oynayır.
Monitorinqin nəticələrinə görə kitabxanaların 27.3 %-i şəhərlərdə,
72.7%-i kəndlərdə yerləşir. Ümumi kitabxana-informasiya resursunun
50.7 %-ni Təhsil Nazirliyinin, 46.6%-i Mədəniyyət və Turizm Nazirliyi-
nin, 2.7%-ni isə digər müəssisələrin nəzdində olan kitabxanalar təşkil
edir.
Məlum olduğu kimi, kitabxana-informasiya resurslarından səmə-
rəli istifadənin təşkili bilavasitə onların kadr təminatı səviyyəsindən, o
cümlədən ixtisaslı kadrların xüsusi çəkisindən. onların yaşı, peşə səviy-
yəsi, iş stajı və digər amillərdən asılıdır.
Monitorinqin nəticələri göstərir ki, respublikanın kitabxana müəs-
sisələrində 12729 işçi çalışır. Bunlardan 8727-i mütəxəssis. 4002-i isə
texniki işçilərdir. Bu işçilərin şəhər və kənd yerlərinə görə bölgüsü belə-
dir:
-
şəhər yerləri üzrə - 45.7%;
-
kənd yerləri üzrə - 54.3%
O cümlədən yaşayış yerləri üzrə mütəxəssislərin yerləşməsi aşağı-
dakı kimidir:
-
şəhər yerləri üzrə mütəxəssislər – 52.7%;
-
kənd yerləri üzrə mütəxəssislər – 47.3%
Kitabxana işçilərinin təhsil səviyyəsinə görə ümumi mənzərəsi
aşağıdakı kimi olmuşdur:
1
Ali ixtisas təhsillilər – 1579
2 Ali qeyri-ixtisas təhsillilər – 1318
3 Orta ixtisas təhsillilər – 1767
4 Orta qeyri-ixtisas təhsillilər – 1261
5 Ümumi orta təhsillilər – 2802
Hesablamalar göstərir ki, ali ixtisas təhsillilər kitabxana
mütəxəssislərinin 18%-ni, orta ixtisas təhsillilər isə 20.3%-ni təşkil edir.
Bütövlükdə ali və orta ixtisas təhsilli mütəxəssislər kitabxana işçilərinin
38.3 %-ni təşkil edir.
Ölkədə gedən təhsil islahatları, mədəniyyətin inkişafına dövlətin
qayğısının daim artması, informasiya cəmiyyətinin tələbləri ölkə kitab-
xanalarında işləyən, ölkədə gedən təhsil islahatları, mədəniyyətin inkişa-
fına dövlətin qayğısının daim artması, informasiya cəmiyyətinin tələblə-
ri ölkə kitabxanalarında işləyən ali qeyri-ixtisas təhsilli işçilərin BDU-
nun Kitabxanaçılıq-informasiya fakültəsinin nəzdində əlavə təhsil for-
masında (bunların xüsusi çəkisi 15%) təhsil almalarını müvafiq icra ha-
kimiyyəti orqanları həll edə bilər. Digər tərəfdən kitabxanası olan
nazirlik və idarələr yüksək ixtisaslı kadrlara olan tələbatlarını məhz
fakültəni bitirən bakalavr və magistrlar vasitəsilə ödəyə bilərlər.
Təhlillər göstərir ki, ali ixtisas təhsilli kitabxana mütəxəssislərinin
87%-i şəhər yaşayış yerlərinin, 13%-i isə kənd yerlərində yerləşən ki-
tabxanalarda çalışırlar. Ümumi orta təhsillilər isə kənd yerlərində xüsu-
silə çoxluq təşkil edir (77.1%). Bu da kənd yerlərində əhaliyə kitabxana
xidmətinin səviyyəsi haqqında düşünməyə əsas verir.
Kitabxanaların 111.0 milyon nüsxədən ibarət olan fondunun
80.5%-ni kitablar, 5.4%-ni qəzet və jurnallar, 14.1%-ni isə digər
materiallar təşkil edir ki. onların da 72.8%-i şəhər, 27.2%-i isə kənd
yerlərində fəaliyyət göstərən kitabxanaların payına düşür.
Kitabxana fondunun 34.6%-i ümumtəhsil məktəblərində, 32.0%-i
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan kitabxanalarda,
21.4%-i elmi və elmi-texniki kitabxanalarda, 12.0%-i isə digər müəssisə
və təşkilatların kitabxanalarındadır.
Kitabxanalarda olan fondun 65.5 faizi azərbaycan, 31.1 faizi rus, 2
faizi ingilis dillərində, 1.4 faizi digər dillərdədir. Azərbaycan dilində
olan ümumi fondun 71.98 faizi latın, 28.1 faizi isə kiril əlifbasındadır.
2009-cu ilin I yarısında kitabxanalara 4.8 milyon müraciət qeydə alın-
mış, 53.4 milyon kitab və digər informasiya mənbələrindən istifadə edil-
mişdir. Müraciətlərin 39.6 faizi 18 yaşınadək uşaqlar tərəfindən olmuş-
dur.
Beləliklə, Azərbaycan Respublikasının regionlarında kitabxana-
informasiya resurslarının yerləşməsi vəziyyəti və ondan səmərəli istifa-
dənin perspektivlərinin ümumi mənzərəsi belədir.
ƏDƏBİYYAT
1.
”Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması
haqqında”/Azərbaycan Respublikası Prezidentinin Sərəncamı //
Kitabxanaşünaslıq və biblioqrafiya(Elmi, nəzəri, təcrübi jurnal).- 2009
№ 1. S-6
2.
Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında. I
və II cild Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2007, 820s.
3.
Azərbaycanın regionları.-B.,2009.-S 35-60.
4.
Kitabxanaların fəaliyyəti haqqında statistik müayinənin
nəticələri barədə statistik bülleten.-B.,2009.-86s.
5.
Əfəndiyev V.Ə., Nağıyev S.Q. Əhali coğrafiyası.-Bakı: Bakı
Universiteti nəşriyyatı, 2006, 338 s.
Dostları ilə paylaş: |