olunmuş, ədəbiyyat, xarici müəlliflərin türk dilinə tərcümə edilmiş
əsərləri. Həmçinin Türkiyənin azlıq təşkil edən millətlərinin dillərində
çıxmış əsərlər vəsaitin uyğyn şöbələrində əks olunur. Ayrıca «Musiqi»
bölməsində notlar, coğrafiya bölməsində isə xəritə və atlaslar təsvir
olunur. «Türkiyə biblioqrafiyası» müasir Türkiyənin bütün çap məhsulu
haqqında cari biblioqrafik məlumatı əks etdirir.
«Türkiyə biblioqrafiyası»nda biblioqrafik təsvir 1985-ci ildən
ingilis-amerikan kataloqlaşdırma qaydalarına uyğunlaşdırılmış və bura-
xılışlar aylıq olaraq yayımlanır.
Göstəricinin sonunda mətbəə və nəşriyyatların əlifba üzrə adları
verilir və hər birininin qarşısında ünvanları göstərilir.
Ölkənin cari Milli biblioqrafiya orqanı olan bu nəşr 1989-cu ildən
avtomatlaşdırılmış qaydada kompüterdə hazırlanır. 2003-cü ildən isə
CD-ROM formasında aylıq olaraq yayımlanır. Türkiyədə çapdan çıxan
bütün nəşrlər haqqında burada biblioqrafik məlumat əks olunduğu üçün
«Türkiyə biblioqrafiyası»nı ölkənin mətbu həyatının güzgüsü hesab et-
mək olar. Ayrıca «Türkiyə biblioqrafiyası»nın sonundakı statistik məlu-
matlar hansı mövzuda nə qədər əsərin çap olunduğunu müəyyənləşdir-
məyə imkan verir. Bu nəşr bir çox kütləvi, məktəb və uşaq kitabxanaları
tərəfindən kataloqlaşdırma və təsnifləşdirmə işlərində rəhbər olaraq isti-
fadə edilir.
1952-ci ildən Turkiyədə ikinci cari Milli biblioqrafiya orqanı olan
«Türkiyə məqalələr biblioqrafiyası» çap olunmağa başlayır. Bu Milli
Kitabxanaya daxil olan elmə və mədəniyyətə dair dövri nəşrlərin anali-
tik olaraq məzmununu açan beynəlxalq səviyyəli biblioqrafik nəşrdir.
1950-ci ildə YUNESKO tərəfindən Parisdə keçirilmiş beynəlxalq kon-
fransın tövsiyələrinə uyğun olaraq çap edilən bu nəşr rüblük nəşr olu-
nurdu. Həmin konfransın qərarına müvafiq olaraq «Türkiyə məqalələr
biblioqrafiyası»nda məqalələrin sərlövhələri fransızca tərcümələri ilə
birlikdə verilirdi. Belə ki, məqalələr təsvir olunarkən aşağıdakı məlu-
matlar verilirdi: sıra nömrəsi (hər ilin dörd buraxılışında nömrələmə
ardıcıldır), müəllifin soyadı, elmi dərəcəsi və ya hərbi rütbəsi, adı, mə-
qalənin sərlövhəsi (əgər məqalə türk dilində çap olunmayıbsa, mötə-
rizədə onun türkcə adı verilir), məqalənin fransız dilində sərlövhəsi,
dövri mətbuatın ixtisar olunmuş adı, nömrəsi, buraxılış tarixi.
1964-cü ildən məqalələrin fransızca adları verilmir. «Türkiyə mə-
qalələr biblioqrafiyası»nda da materiallar «Türkiyə biblioqrafiyası»nda
tətbiq olunan təsnifat əsasında qruplaşğdırılır.
1952-1985-ci illər arasında üç aydan bir, yəni rüblük çap olunan
«Türkiyə məqalələr biblioqrafiyası» 1986-cı ildən etibarən aylıq buraxı-
lır Göstərici üçün materimallar seçilərkən əsasən elmi və mədəni dəyəri
olan məqalələrə üstünlük verilir.
2003-cü ildən etibarən «Türkiyə məqalələr biblioqrafiyası» CD
formasında aylıq olaraq yayımlanmağa başlamışdır. Onlardan istifadəni
asanlaşdırmaq, yəni çap formasında olan tərtibatı qoruyub saxlamaq
məqsədilə göstəriciyə aid RDF fayllarına da yer ayrılır. CD-də verilmiş
məqalələrin sərlövhəsi Türk və İngilis dillərində olan axtarış proqramla-
rı ilə təmin olunmuşdur ki, bu da müvafiq biblioqrafik axtarışın səmərə-
liliyini təmin etmişdir.
Milli kitabxananın çap etdirdiyi «Türkiyə məqalələr biblioqrafiya-
sı»nda əks olunan məqalələr haqqındakı biblioqrafik məlumatlar 1995-
ci ildən etibarən İnternetdə də verilir.
Bütün bünlar Türkiyə cumhuriyyətində çap məhsulu haqqında
müntəzəm, ardıcıl, hərtərəfli axtarış aparmağa imkan verir.
Türkiyədə müəyyən dövrlərdə digər cari Milli biblioqrafiya
orqanları da çap olunmuşdur. Bunlardan «Seçilmiş qəzet məqalələri bib-
lioqrafiyası», «Yeni kitablar» və digər nəşrləri göstərmək olar.
«Türkiyə Milli kitabxanası türk kitablarının biblioqrafik reper-
tuarının yaradılması sahəsində də əsaslı işlər aparır. Hələ 1956-1957-ci
illərdə kitabxana öz fondunda olan Türkiyədə ərəb əlifbası ilə çap olun-
muş kitabların kataloqunu çap etdirmişdir. 1928-1929-cu illəri əhatə
edən bu iki cildlik kataloqda 30 minə yaxın ədəbiyyat haqqında məlu-
mat verilmişdir. Həmin kataloq ölkənin bütün iri kitabxanalarına
göndərilmişdir. Bunda məqsəd Milli kitabxananın fondunda olmayan
digər nəşrləri də aşkar etmək idi.
Milli kitabxana bir çox şəxslərdən daxil olan hədiyyəllər və satın
alma yolu ilə öz fondunu ərəb hərfli çap kitabları ilə daha da zənginləş-
dirmiş və 1964-1968-ci illər arasında kataloqun ikinci nəşrini çap et-
dirmişdir. 1971-ci ildə isə buna əlavələr buraxılmışdır.
1990-cı ildən mədəniyyət və Turizm Nazirliyi Milli kitabxana ilə
birlikdə Türkiyə çap kitablarının toplu kataloqunun (TUVATOK) nəşri-
nə başlamışdır. Ərəb hərfi türkcə kitabları əhatə edən bu kataloqun
hazırlanmasında Milli kitabxana ilə yanaşı ölkənin digər 157 kitabxana-
sı da yaxından iştirak edir. 1729-1728-ci illəri əhatə edən bu göstəricidə
biblioqrafik təsvirlərin düzülüşündə əlifba Prinsipi əsas götürülmüşdür.
2004-cü ilə kimi bu göstəricinin cəmi 6 cildi çap olunmuşdur ki, bunlar
da A-J hərflərini əhatə edir. Göstəricinin tərtibində dr.Müjgan Cunbur,
Dursun Kaya, Niyazi Ünver və başaqları yaxından işitirak edirlər.
Bu layihə çərçivəsində ölkədə başqa dillərdə çap olunmuş kitabla-
rın göstəricisi də hazırlanıb nəşr edilmişdir. Belə ki, 2002-ci ildə Milli
kitabxana Başkandlığı tərəfindən 1584-1986-cı illərdə ərəb, erməni və
yunan dillərində çapdan çıxmış və Türkiyə kitabxanalarında saxlanılan
əsərlərin biblioqrafik göstəricisi tərtib olunaraq buraxılmışdır. Burada
50760 əsər haqqında biblioqrafik məlumat verilir. Bu vəsaitin tərtibi iki
mərhələdə həyata keçirilmişdir. İlk növbədə Türkiyə Milli kitabxanası-
nın fondu əsas götürülmüş, daha sonra isə geniş diapazonda müxtəlif
biblioqrafik mənbələrdə, arxivlərdə axtarış aparılmışdır.
Türkiyədə qeyri-latın şriftilə başaq dillərdə çıxmış əsərləri əhatə
edən bu göstərici kompakt diskdə də buraxılmışdır. Bunu Milli kitabxa-
nanın sifarişi ilə Yayıncılıq LTD Nuvis Besari Araşdırmalar ve-si. Sti.
hazırlamışdır.
Türkiyə Əlyazmalar Toplu kataloqunun (TUYATOK) Mədəniyyət
nazirliyi nəzdindəki kitabxana və muzeylərdə, rəsmi qrumlarda, şəxsi
kitabxanalarda olan əlyazma əsərləri haqqında biblioqrafik məlumat
verir. 1978-ci ildən həyata keçirilən bu layihə çərçivəsində 2000-ci ilə
kimi 424 2 cild çap olunmuşdur. Bunlarda da 3316 adda əlyazma əsəri
bütünlükdə 6231 kitab əhatə edilmişdir.
2004-cü ildə Dursun Kaya, Niyazi Ünver, Selma Kutlu və
HasanSoyak tərəfindən Türkiyə Əlyazmalar Toplu kataloqunun CD
variantları hazırlanır İki CD-dən (CD-I-II) ibarət olan bu kataloqda
86.063 əsər / risalə haqqında məlumat verilir. Bundan başqa. Digər CD-
lərin hazırlanması sahəsində də əsaslı iş aparılır.
2005-ci ildə «Türkiyə Əlyazmalar Toplu kataloqu»ilə əlaqədar
CD-III hazırlanır. Kataloqun elektron variantı olan bu hissə ölkədə və
xaricdəki bəzi kitabxanalarda olan türkcə əlyazmalar haqqında
biblioqrafik məlumatı əks etdirir. Burada Türkiyənin bir sıra
kitabxanaları ilə yanaşı, ABŞ, İtaliya, rusiya, İngiltərə, Misir, Fransa,
Almaniya, Avstriya, Gürcüstan, İran, Vatikan, İrak, tatarıstan,
Qazaxıstan və digər ölkələrin iri kitabxanalarında saxlanılan 40.250
əlyazma əsəri haqqında istifadəçilərə məlumat verilir.
TUYATOK CD-3 vasitəsilə müxtəlif elm sahələrinə dair əlyazma
kitabları haqqında məlumatları ilə tanış ola bilmək mümkünlüyü də
təmin edilmişdir.
Dostları ilə paylaş: |