Xəlil İSMAYILOV
Əməkdar mədəniyyət işçisi
tarix elmləri doktoru
professor
KİTABXANA İŞİNİN METODİK TƏMİNATININ
YENİ İSTİQAMƏTLƏRİ
Müasir dövrdə gündəlik həyatımızın real tələbatına uyğun olaraq
həyatı həqiqətlərin yerinə yetirilməsi, xüsusilə, kitabxana işi sahəsində
konkret olaraq əməli tədbirlərin həlli olduqca vacibdir. Xüsusilə
kitabxana işinin elə vacib sahələri vardır ki, bu fəaliyyət sahəsi tezliklə
yeniləşməli, yeni texnologiyaların tətbiqi ön plana çəkilməlidir.
Bütün bu tədbirlərin
həyata keçirilməsində, xüsusilə, kitabxana
fəaliyyətinin yaxşılaşdırılması sahəsində metodik mərkəzlərin qarşısında
çox ciddi vəzifələr durur.
Artıq son onilliklərdir ki, kitabxana fəaliyyətinin müxtəlif
aspektlərinin inkişafında metodiki təminat işinin tətbiq olunması və bu
sahədə metodistlərin fəaliyyəti dünya təcrübəsinə cavab verən səviyyədə
təkmilləşdirilməlidir.
Bu inkişaf ilk növbədə kitabxana işinin metodiki təminatına müasir
prizmadan baxmaqla keçmişə tənqidi yanaşmaqla kitabxana-informasiya
sahəsinə yeni meyarların tətbiqinə üstünlük verilməlidir.
Tarixi təcrübə-
dən məlum olduğu kimi, kitabxanaların metodiki təminatında inzibati
əmirlik işinin həmişə ön plana çəkilməsi və ona üstünlük verilməsi danıl-
maz bir faktdır. Metodiki təminat işində inzibati orqanlarla, metodik
mərkəzlərlə, bir sıra təşkilatlarla birgə idarəetmə işinə ciddi nəzarət edil-
məklə demokratik prinsiplərin pozulması halları baş verir, yuxarı təşki-
latların ciddi müdaxiləsi də mövcud idi.
Görkəmli kitabxanaşünas alimlər, eləcə də təcrübi kitabxana
işçiləri öz əsərlərində və polemika xarakterli çıxışlarında dil və stilistika
fərqlərinə baxmayaraq həmişə eynifikirlilik nümayiş etdirməklə bir
qayda olaraq, bir məsələnin vacibliyini qəbul etmişlər ki, metodiki
təminat işi kitabxana fəaliyyətinin
vacib sahələrindən biri kimi, olduqca
perspektivlidir və onun inkişaf etdirilməsi olduqca vacibdir.
Mütəxəssislərin bu sahədə eyni fikirli olmaları başa düşüləndir,
ona görə ki, kitabxana mütəxəssisləri belə düşünürlər ki, kitabxanaların
metodik təminatı, metodiki köməklik, metodiki yardım olduqca vacibdir.
Kitabxana işçilərinin eyni fikirli olmaları başa düşülən və qəbul
olunandır.
Hazırda kitabxana yeniliklərinin həddindən çox artması və onların
kitabxana rəhbərlərinin qarşısında çox mühüm bir vəzifə kimi durması
ciddi və yeni tədbirlərin həyata keçirilməsini tələb edir. Həmçinin
idarəetmənin
konseptual, iqtisadi, marketinq, sosioloji, psixoloji tərəf-
lərini, həmçinin, idarəetmənin xüsusi forma və metodlarının, kitabxana
işinin metodik vasitələrinin metodik təminatın fəaliyyətinə olduqca
böyük təsiri vardır. Ona görə ki, kitabxanalarda
metodiki fəaliyyətə çox
mühüm tələblər qoyulur və bu tələblər professional düşüncəyə görə bir-
mənalı olaraq yenilik xarakteri daşıyır. Daha doğrusu, mütərəqqi
problemlərin tətbiqi ilə bağlı həyata keçirilir, yeniliklərin qəbul olunması
ilə başa çatır.
Qeyd etmək lazımdır ki, bu problemlər təhlil edilib işlənilərkən
geniş kitabxana ictimaiyyətini, təcrübəli mütəxəssisləri, həmçinin, mər-
kəzi kitabxanalarda çalışan metodistləri cəlb etməklə diqqəti cəlb edən
yeniliklərin müzakirəsinə həsr olunmuş araşdırma və polemika
aparmaq-
la qərarlar qəbul etməlidirlər. Bu məsələlər müzakirə edilərkən “metodiki
işin” əhatə dairəsi və müasir mərhələdə ona verilən tələblər müəyyən-
ləşdirilməlidir. İndiki zamanda “metodiki iş” nəzərə çarpan dərəcədə
genişlənmiş, əhatə dairəsi və tətbiqi xeyli zənginləşdirilmiş, müxtəlif
istiqamətlərdə yeni funksiya və istiqamətləri özündə əks etdirmişdir.
Metodik fəaliyyətin spesifik cəhətləri, yəni ənənəvi prinsipləri,
xüsusilə
təşkilati, informasiya, tədqiqat və pedaqoji funksiyaları artıq öz forma və
üsullarını dəyişmiş, yeni və müasir cəhətlər kəsb etmişdir.
Artıq dünyanın kitabxanaşünas alimləri, təcrübi kitabxana işçiləri
kitabxana işinin metodik təminatında yeniliklərin tətbiqi ilə bağlı
yeniləşmə prosesinin dünya təcrübəsinə əsaslanan yeniliklərlə əlaqəli
inkişafına ciddi cəhd göstərirlər. Bununla bağlı müxtəlif ölkələrin aparıcı
kitabxanalarında məqsədli konsepsiyaların işlənməsi və perspektivli me-
todiki tədbirlərin həyata keçirilməsi gündəlikdə duran əsas məsələ-
lərdəndir. Metodik təminatın yeniləşməsində bir sıra müxtəlif fikirlilik
hökm sürür. Bu müxtəlifliyi şərti olaraq iki
istiqamətdə nəzərdən keçir-
mək olar. Birinci istiqamətdə böyük əksəriyyətin qəbul etdiyi tədqiqatçı-
lar metodik fəaliyyətin ənənəvi formalarının təkmilləşdirilməsinə diqqət
yetirilməsinə məqsədli proqramlaşdırma və planlaşdırmaya yeniləşmə və
innovasiya fəaliyyətinin yüksəldilməsinə, menecmentin əsaslarının tət-
biqinə üstünlük verirlər. İkinci qrup iştirakçılar isə əvvəlkilərdən fərqli