nalara olunan müraciətlərə diqqət yetirdikdə, bu müraciətlər arasın-
da gənclərin də önəmli yer tutduğunu görə bilərik.
Bu müraciətlərin şəhər yerlərində yerləşən kitabxanalara görə
bölgüsü zamanı, cəmi 2864282 dəfə qeydə alınmasını görürük.Bu
müraciətlər 1295300 dəfə kütləvi, 333167 dəfə elmi, 441707 dəfə ali
təhsil müəssisələrinin kitabxanalarına edilmişdir. Eyni zamanda onların
içərisində virtual istifadəçilər tərəfindən edilən müraciətlərin sayını
da nəzərə alsaq, ümumilikdə bu müraciətlərin sayının 33,8%-nin 18
yaşınadək uşaq və gənclər tərəfindən edildiyi görünür.
Təbii ki, müraciətlərdən bəhs edərkən, kənd yerlərində yerləşən
kitabxanalara edilən müraciətləri də nəzərdən qaçırmaq olmaz. Belə
ki, bu müraciətlərin sayı ümumilikdə 1910695 dəfə olmuşdur. Onlardan
922970 dəfə və ya 48,3%-i 18 yaşınadək gənclər tərəfindən edilmişdir.
Bu informasiya tələbatçıları arasında virtual istifadəçilər yoxdur.
Bununla belə, bu istifadəçilər tərəfindən Mədəniyyət və Turizm
Nazirliyi tabeliyində olan kütləvi kitabxanalara 1248012 dəfə müraciət
olunmuşdur. Bu müraciətlərin 275358 dəfəsi və ya 22,1%-i 18
yaşınadək uşaq və gənclər tərəfindən olunmuşdur. Ümumilikdə isə bu
müraciətlər 65,2%-dir, onların da, 29,8%-i 18 yaşınadək uşaq və gənclər
tərəfindən edilmişdir. Kənd yerlərində yerləşən kitabxanalara olunan
müraciətlərə diqqət yetirdikdə, ümumtəhsil məktəblərində yerləşən
kitabxanalara olunan müraciətlərin də önəmli yerlərdən birini
tutduğunu görürük. Belə ki, bu müraciətlərin sayı cəmi 639264 dəfə
olmuşdur.
İnformasiya tələbatçılarına verilmiş kitab və digər informasiya
mənbələrinin sayı cəmi 53377 min nüsxə olmuşdur ki, onların 11926
min nüsxəsi 18 yaşınadək istifadəçilərə verilmişdir. Kütləvi kitabxanalar
tərəfindən oxuculara 42624900 nüsxə kitab verilmişdir. İnternet vasitəsi
ilə elektron kitabxanalardan istifadə edənlərin informasiya təlabatları
41,8% ödənilmişdir.
Şəhər yerlərində tələbatçılara verilmiş kitab və digər mənbələrin
cəminin 272223 min nüsxə olduğunu, onlardan 206136 min nüsxənin
kütləvi,19872 min nüsxənin elmi,10846 min nüsxənin ali təhsil
müəssisələrində yerləşən kitabxanalar tərəfindən verildiyini görürük.
Kənd yerlərində istifadəçilərə verilmiş kitab və digər informasiya
mənbələrinin sayı cəmi 261547 min nüsxə olmuşdur.Onların 67688
min nüsxəsi 18 yaşınadək uşaq və gənclər tərəfindən istifadə
olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində yerləşən
kütləvi kitabxanalar tərəfindən informasiya tələbatçılarına 220113
min nüsxə informasiya mənbələri verilmişdir.
Ümumiyyətlə, informasiya tələbatçılarının cəmi 84,2% sorğuları
ödənilmişdir.Bunun da 48,8%-i 18 yaşınadək uşaq və gənclər olmuşdur.
Ümumtəhsil məktəblərində 41283 min nüsxə informasiya mənbələri
verilmişdir ki, bu da 15,8% edir.
Azərbaycan Respublikasının regionları üzrə kitabxanalarda
informasiya və kommunikasiya texnologiyalarının mövcudluğuna
görə bölgüsündən göründüyü kimi, Quba-Xaçmaz iqtisadi rayonunda
yerləşən 698 kitabxanada cəmi 2 ədəd və ya 6,7% elektron
katoloq, 2 ədəd və ya 2,3% elektron poçt var.
Regionda yerləşən kitabxanalarda ştatda olan, mütəxəssislərin
sayının 569 nəfər olduğunu nəzərə alsaq, onların təhsil səviyyələrinə,
kənd və şəhər yerlərində necə yerləşmələrinə baxaq. Bu kitabxana-
çılardan 26 nəfəri və ya 4,6%-i kitabxana üzrə ali təhsilli mütə-
xəssis, 23 nəfəri və ya 4%-i ali qeyri-ixtisas təhsilli, 106 nəfəri və
ya 18,6%-i kitabxana üzrə orta ixtisas təhsilli mütəxəssis, 78 nəfəri
və ya 13,7%-i orta qeyri- ixtisas təhsilli, 336 nəfəri isə orta təhsil-
lilərdir. Şəhər yerlərində yerləşən kitabxanalarda 90 nəfər mütə-
xəssis çalışır ki, onlardan 10 nəfəri kitabxana üzrə ali ixtisas təhsilli,
9 nəfəri isə kitabxana üzrə orta ixtisas təhsillidir. Kənd yerlərindəki
kitabxanalarda çalışan 479 nəfər işçidən 16 nəfəri kitabxana üzrə
ali ixtisas təhsilli, 97 nəfəri kitabxana üzrə orta ixtisas təhsilli,12
nəfəri ali qeyri- ixtisas təhsilli,292 nəfəri ümumi orta təhsillilərdir.
Beləliklə, Quba-Xaçmaz regionunda məskunlaşmış əhali respub-
lika əhalisinin 5%-ni, kitabxanalarda çalışan mütəxəssislər 6,5%-ni,
kitab fondu isə 8,2%-ni təşkil etdiyini görürük.
Regiondakı ayrı-ayrı rayonlarda yerləşən kitabxanalarda mütə-
xəssislərin təhsil səviyyələrinə görə bölgüsünü hər bir rayon üzrə
ayrıca apardığımızdan, ixtisaslı kadrlarla kitabxanaların tam təmin
olunması yüksək səviyyədə deyil. Kitabxanalarda mütəxəssislərin sayı-
nın çox olmasının, informasiya tələbatçılarının sorğularının daha
dolğun ödənilməsi demək olduğunu nəzərə alsaq, bu sahədə çatış-
mazlıqların olması diqqəti cəlb edir. Belə ki, yuxarıda bəhs etdiyimiz
kimi, hər oxucuya düşən kitab sayını, ixtisaslı kitabxanaçı-
biblioqrafların neçə oxucuya xidmət etmələrini və s. nəzərə alsaq, onda
bu sahədə dövlətin də diqqət mərkəzində olan kadr potensialının
artırılmasını nəzərə almaq lazımdır.
Ümumiyyətlə, kitabxanaların fondunu zənginləşdirmək, əhaliyə
kitabxana-informasiya xidmətinin səviyyəsini daha da yaxşılaşdırmaq,
kitabxanaların inkişaf etmiş cəmiyyətin tələblərinə uyğun şəkildə
inkişafını təmin etmək üçün, “Azərbaycan Respublikasında kitabxana-
informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramı”ı qarşıya bir çox məsələlərin yerinə yetirilməsi kimi mühüm
bir vəzifə qoyur. Bunlardan: kompüterləşdirilmiş kitabxana infra-
strukturunun qurulması; kitabxanaların yeni texnologiyalarla təchiz
edilməsi; kitabxana fondlarının mühafizəsi və təhlükəsizliyinin təmin
edilməsi; kitabxana işi sahəsində elmi-tədqiqat və elmi-metodiki
fəaliyyətin stimullaşdırılması, sahəyə aid ədəbiyyat nəşrinin geniş-
ləndirilməsi; Azərbaycanda kitabxana-informasiya şəbəkəsinin modern-
ləşdirilməsini təmin edən layihələrin işlənməsi üçün dövlət və donor
təş kilatlarının cəlb edilməsi və s. göstərmək olar (3).
Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı
kitabxanalarda keçiriləcək tədbirlər arasında şəhər və rayonlarda bir
çox kitabxana filiallarının birləşdirilməsi, internetin mövcud veb-
saytlarında Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti
haqqında informasiyaların monitorinqi, regionlarda nəşr edilən yerli
qəzetlərdə diyarşünaslığa dair materialların toplanması, qorunması
məqsədi ilə onların biblioqrafik uçotunun aparılması,ümummilli lider
Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildli kitabının bib-
lioqrafik göstəricisinin və elektron nəşrinin hazırlanması və s. var.
Hörmətli prezidentimiz İlham Əliyev cənablarının, son illərdə re-
gionlarla bağlı verdiyi bir sıra qanun və sərəncamlarda, həmçinin, re-
gionlara səfəri zamanı, əhalinin mədəni və təhsil səviyyəsinin artırıl-
masına, regionlarda iqtisadiyyatın daha da inkişaf etdirilməsinə və bu
kontekstdə kitabxanaların da inkişafına önəm verməsi diqqəti cəlb edir.
Quba
-X
aç
maz
iqtisadi ray
onund
a
ye
rl
əş
ən MKS-
lə
r
(c
ədv
əl.1)
№
MK
S
-
lə
r
Yara
n-
d
ığ
ı
Il
lə
r
Ki
ta
b
-
xa
n
a
fo
nd
u
əh
alin
in
say
ı
Ox
uc
u -
la
rı
n s
ay
ı
K
itab
-
xa
na
da
iş
lə
yə
n-
lə
ri
n
sa
yı
İnt
er
ne
t-
də
n
istif
ad
ə
ed
ənl
ər
Fi
li
al
-
la
rı
n
say
ı
Al
i
ix
tis
a
tə
hs
illi
l
ər
Al
i-
qe
yr
i
ix
ti
sa
-
sl
ıla
r
Ort
a
ix
ti
sa
s
tə
hs
il
-
li
lə
r
Ort
a
tə
hs
il
-
li
lə
r
Or
ta
Qe
yr
i
ix
ti
sa
sl
ılar
Te
xn
ik
i
iş
çil
ər
1. Q
ub
a
ra
yo
n
MK
S
1
932
6
66
.3
0
0
13
68
45
32
.4
00
14
4
_
1
07
7
1
3
1
87
_
9
2. Q
usar
ra
yo
n
MK
S
1
930
5
12
.4
0
0
80
81
6
16
.2
00
18
0
_
7
5
9
1
_
62
27
82
3. X
açm
a
z r
ay
on
MK
S
1
97
6
66
78
04
14
26
22
31
53
1
14
9 80
8 1
01
1
5
1
4
8
74
_
11
4.
Ş
abra
n
ra
yo
n
MK
S
1
979
3
14
.4
4
4
86
19
3
25
61
5
14
1
_
5
3
1
0
2
_
51
16
62
5. Siy
əz
ə
n r
ay
on
MK
S
1
99
2
11
20
61
33
46
2
10
04
9 60
_
1
9
5
1
1
2
16
1
25
C
ə
mi
22
73
00
9
47
99
38
11
57
95
67
4
3
55
4
6
6
9
1
29
0
44
18
9
DƏBİYYAT
1 . Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında.
I və II c.- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.-B
Nurlar,2007.-820 s.
2. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı
üzrə Dövlət Proqramı (2004- 2008-ci illər)»// Azərbaycan.- 2004.- 11
fevral.
3. «Azərbaycan Respublikası regionlarının 2009- 2013-cü illərdə
sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı»-Bakı: Nurlar, 2009.-
184s.
4. «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» // Kitabxa-
naşünaslıq və biblioqrafiya: elmi- nəzəri, metodiki və təcrübi jurnal.-
2008.№ 2.-S.6-29.
5. «Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması
haqqında». Azərbaycan Respublikası Prezidentinin sərəncamı//-
Azərbaycan.-2007.-21 aprel.
6. «Kitabxanaların fəaliyyəti haqqında» statistik müayinənin
nəticələri barədə. Statistik bülleten. Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi.-B.-2009.-88s.
7. Əliyev Z.H. Müasir biblioqrafik fəaliyyətin təşkili, inkişafı və
tətbiqi məsələləri // Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri,
metodiki və təcrübi jurnal.-2009.-№ 1.- s.91-98.
8. XələfovA.A. Kitabşünaslığa giriş: Dərslik(3 hissədə).-H.3.-
B.,2003.- 314s.
9. İsmayılov X. İ. İsmayılov N. İ. Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının biblioqrafik
informasiya təminatı // Humanitar elmlərin öyrənilməsinin aktual
problemləri: ali məktəblərarası elmi məqalələr məcmuəsi.-Bur.7.-B,
Mütərcim,2007.-s.318-320.
10. İsmayılov.X.İ, İsmayılov.N.İ, Bayramova.İ.Z, Azərbaycan
Respublikası regionlarının kitabxana-informasiya resurslarının inki-
şafının bəzi məsələləri (Gəncə-Qazax iqtisadi rayonunun nümunəsində)
// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi
jurnal.-2009.-№ 1.-S.99-112.
11.İsmayılov.N.İ. Azərbaycanda kitabxana-biblioqrafiya ehtiyat-
larının yerləşməsi və istifadəsinin bəzi məsələləri // Kitabxanaşünaslıq
və biblioqrafiya: elmi- nəzəri və təcrübi jurnal.-B.:BUN,1999,-№1, s.
94-100.
12. İsmayılov.N.İ. Azərbaycanın kitabxana-biblioqrafiya ehtiyatı //
Kitabxanaşünaslıq və biblioqrafiya: elmi- nəzəri və təcrübi jurnal.-
B.: BUN, 1998.-№2.-s. 81-89.
13. Məmmədov.Z.S. Regionların iqtisadi inkişaf problemləri.-
B.: Elm,2007.-465s.
14. Muradov.Ş.M. İnsan potensialı: Əsas meyllər, reallıqlar,
problemlər.-B.: Elm.2004.- 660 s.
15. Müstəqil Azərbaycan 10 il.- B.:Səda, 2001.- 698 s.
И.З.БАЙРАМОВА
НЕКОТОРЫЕ ВОПРОСЫ РАЗВИТИЕ БИБЛИОТЕЧНО-
ИНФОРМАЦИОННЫХ РЕСУРСОВ В РЕГИОНАХ
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ ( НА ПРИМЕРЕ
ЭКОНОМИЧЕСКОГО РАЙОНА КУБА-ХАЧМАЗ )
РЕЗЮМЕ
В статье говорится о развитии Централизированной Биб-
лиотечной Системы (ЦБС) во втором большом регионе Aзер-
байджанской Pеспублики-экономическом районе Куба-Хачмаз,
проявление заботы государства в этой области, о роли обеспечения
в повышение интеллектуально-культурного развития населения.
İ.Z.BAYRAMOVA
SOME PROBLEMS OF DEVELOPMENT OF LİBRARY-
İNFORMATİON RESOURCES OF REGİONS OF AZERBAİJAN
REPUBLİC( ON A MODEL OF GUBA- KHACHMAZ
ECONOMİC REGİON)
SUMMARY
This Article deals with development of Centralized Library Systems
(CLS) of Guba-Khachmaz Economical region-the second largest region
of Azerbaijan Republic, consern for this field provided by our
government and the role of library-information supply in increasing
intellectual and cultural level of population.
10
Kompüter tərtibçisi: Esmira ZƏRBALİYEVA
Jurnal Azərbaycan Respublikası
Mətbuat və İnformasiya Nazirliyində
qeydə alınmışdır.
Şəhadətnamə № 575. 27 mart 1997.
Yığılmağa verilmişdir:01.06.2010
Çapa imzalanmışdır: 21.06.2010
Kağız formatı 70x100 1/16
Fiziki ç.v. 9
Sayı 300
Qiyməti müqavilə ilə.
Ünvan: AZ-1073/1. Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Bakı Universiteti Nəşriyyatı
Bakı Universiteti Nəşriyyatının mətbəəsi.
Dostları ilə paylaş: |