8,2%-i Quba-Xaçmaz 7,1%-i Yuxarı Qarabağ, 5,8%-i Naxçıvan, 4,9%-i
Dağlıq Şirvan, 4,5%-i Kəlbəcər-Laçın və 2,1%-i Abşeron iqtisadi
rayonunun payına düşür.
2009-cu ilin 1-ci yarısında kitabxanalara 4,8 milyon müraciət
qeydə alınmış, 53,4 milyon kitab və ya digər informasiya mənbə-
lərindən istifadə edilmişdir. Müraciətlərin 39,6%-i 18 yaşınadək uşaq
və gənclər tərəfindən olmuşdur. İnternet vasitəsi ilə elektron kitab-
xanalara edilən müraciətlər kitabxanalara olunan ümumi müraciətlərin
cəmi 2%-ni təşkil etmişdir.
Kitabxanalardakı 1695 kompüterdən 94,2%-i şəhər,5,8%-i isə
kənd yerlərinin payına düşür. Müayinənin nəticələrinə görə mövcud
kompüterlərdən 56,5%-i istifadəçilər üçün,43,5%-i isə kitabxana əmək-
daşları üçündür. Eyni zamanda bu kompüterlərin 705 ədədi və ya
41,6%-i internetə qoşulmuş, 86 itabxanada elektron poçt, 30 kitab-
xanada elektron kataloq mövcuddur. Bu kitabxanalar isə şəhər yerlə-
rində yerləşir.
Respublikamızda yerləşən bütün kitabxanalarda işləyən işçilərin
cəmi 3346 nəfəri və ya 38,3%-i kitabxana üzrə ali və orta ixtisas
təhsili, 2579 nəfəri yaxud 29,6%-i digər sahələr üzrə ali və orta ixtisas
təhsili, 2802 nəfəri ə ya 32,1%-i isə ümumi orta təhsili olan şəxslərdir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin
2009-cu ilə olan statistik məlumatına görə, respublikamızda 8507
kitabxana var. Bu kitabxanaların 2322-si, yəni 27,3%-i şəhər yerlərində,
6185, başqa sözlə, 72,7%-i kənd yerlərində yerləşir. Mədəniyyət və
Turizm Nazirliyinin tabeliyində 3812, yəni 44,8% kitabxana yerləşir.
Azərbaycan Respublikasında 10 iqtisadi rayon var. Onlardan biri
də Quba- Xaçmaz iqtisadi rayonudur.
Respublikanın şimal-şərq hissəsində yerləşən Quba-Xaçmaz iq-
tisadi rayonunun əlverişli təbii şəraiti, bu bölgənin bütün tarixi
dövrlərdə, iqtisadi inkişafına müsbət təsir göstərmişdir. Ərazisi 7 min
kv.km olan iqtisadi rayon, respublika ərazisinin 8%-ni əhatə edir.
Bölgənin dəniz sahillərindən yüksək dağlıq sahələrə qədər uzanan
ərazisi, iqtisadi rayonun çoxsahəli təsərrüfatının inkişafına zəmin
yaratmışdır. İqtisadi rayonun ümumi ərazisinin 37%-i Quba, 22,1 %-i
Qusar,15,6% -i Xaçmaz, 11,3%-i Siyəzən,14%-i isə Şabran inzibati
rayonlarının payına düşür (13).
Quba-Xaçmaz iqtisadi rayonunun relyef müxtəlifliyi ərazidə
məhsuldar qüvvələrin inkişafına və əhalinin qeyri-bərabər məskun-
laşmasına səbəb olmuşdur.
Rayonun istehsal sahələrinin inkişafında təbii resursların zən-
ginliyi xüsusi əhəmiyyət kəsb edir (13.s.191-192).
Quba-Xaçmaz iqtisadi rayonunda, 2009-cu il əhalinin siyahıya
alınmasına görə 487000 nəfərin məskunlaşdığı qeydə alınmışdır.
Ayrı-ayrı inzibati rayonların əhalisinin sayı və milli tərkibi də
müxtəlifdir.Quba rayonunda 151900, Qusar rayonunda 87500, Xaçmaz
rayonunda 158800, Şabran rayonunda 51200,Siyəzən rayonunda 37600
nəfər əhali yaşayır ( bax: cədvəl.4).
İqtisadi rayonda yaşayan ümumi əhalinin 72%-i azərbaycanlılar,
22,7 %-i ləzgilər, 2,1%-i tatlar, 1,6 %-i türklər və s. təşkil edir. Əhalinin
siyahıya alınma məlumatlarına görə, burada yaşayan əhalinin 29,8 %-i
Xaçmaz, 28,6 %-i Quba, 17,9 %-i Şabran, 16,6 %-i Qusar, 6,9 %-i
Siyəzən inzibati rayonunun payına düşür (13).
Quba-Xaçmaz iqtisadi rayonu üzrə cəmi təhsil alanların sayı
388672 əfərdir. Onların yalnız 4,1%-i ali təhsillilər, 0,2%-i isə nata-
mam ali təhsillilərdir.
İqtisadi rayonun əsas bölgələrindən biri olan Quba rayonunun
ərazisi 2,58 min kv.m-dir.
Rayonda Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1932-ci ildə yara-
dılmış kitabxana əsasında formalaşdırılmışdır. Kitabxananın 107 filialı
var ki, bunlar Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində yerləşir
(bax: cədvəl.4; cədvəl.1).
Bundan başqa, rayonda 1 elmi, 1 ali təhsil müəssisəsi , 1 orta
ixtisas təhsili müəssisəsi, 2 ilk peşə-ixtisas təhsil müəssisəsi, 106 ümu-
mtəhsil müəssisəsi, 2 musiqi məktəbi, 1 səhiyyə müəssisəsi kitab-
xanaları fəaliyyət göstərir. Rayon ərazisində yerləşən kütləvi kitab-
xanalar 48,3 % təşkil edir.
Quba rayonunda təhsil alan 1197724 nəfər, iqtisadi rayon üzrə
cəmi təhsil alanların 30,8%-ni təşkil edir ki, bunlardan 4,32%-i və
ya 5172 nəfəri ali təhsilli kadrlardır. Rayonda 416 nəfər natamam ali
təhsili,7754 nəfər orta ixtisas təhsilli, 46554 nəfər və ya 38,88%
ümumi orta təhsilli,21447 nəfər və ya 17,91% natamam orta təhsilli,
3298 nəfər peşə təhsilli şəxs var.
Ümumiyyətlə, rayonda cəmi 221 kitabxana var ki, onlardan 34-
ü və ya 15,4%-i şəhərdə, 187-si və ya 84,6%-i kəndlərdə yerləşir. Bu
kitabxanalarda 14 ədəd kompüter var. Onlardan 12 ədədi şəhər kitab-
xanalarında, 2 ədədi isə kənd kitabxanalarında yerləşir. Kompüterlərin 8
ədədindən informasiya tələbatçıları, 6 ədədindən isə kitabxana işçiləri
istifadə edir.
Kitabxana-biblioqrafiya ehtiyatının əsas komponenti fond və
informasiyan tələbatçıları, oxuculardır (11).
Quba rayonunda kitabxana fondu 1498735 nüsxə təşkil edir.
Fondun 1456171 nüsxəsi kitablar, 43 nüsxəsi elektron informasiya
daşıyıcıları, 28129 nüsxəsi jurnallar,7538 nüsxəsi qəzetlər,6854 nüsxəsi
isə digər materiallardan ibarətdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
2007-ci ildə nəşr etdirdiyi «Azərbaycan kitabxanaları 21-ci əsrin
informasiya məkanında» adlı 2 cildlik kitabda, 2004-2005-ci illərdə
Quba rayonunda kütləvi kitabxanalarda işləyən mütəxəssislərin
ümumi sayının 144 nəfər olduğu göstərilir (1).
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2009-cu
ildə apardığı statistik müayinə zamanı, ümumiyyətlə, Quba rayonunda
kitabxanalarda işləyən mütəxəssislərin 169 nəfər olduğu hesablanmışdır.
Bu işçilərin 6 nəfərinin yəni 3,6 %-nin ali ixtisas təhsilli mütəxəssis,5
nəfərinin yəni 3% -nin ali qeyri - ixtisas təhsilli, 29 nəfərinin, yəni 17,2
%-nin orta ixtisas təhsilli, 36 nəfərinin orta qeyri-ixtisas təhsilli, 93
nəfərinin, yəni 54,9%-nin ümumi orta təhsilli olduğu bildirilir
(bax:cədvəl.2).
Quba-Xaçmaz iqtisadi zonasında yerləşən Qusar rayonu da
mühüm bölgələrdən biridir. Rayonun ərazisi 1,54 min kv.m-dir.
Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 1930-cu ildə
yaradılmış kitabxananın bazası əsasında qurulmuşdur. Kitabxananın
75 filialı var . Bu filialların 512400 nüsxə kitab fondu, 16200 nəfər
oxucusu var (bax: cədvəl.1).
Qusar rayonunda ümumilikdə 146 kitabxana var. Onlardan 68-i,
yəni 46,5%-i ümumtəhsil məktəblərində,1-i musiqi məktəbində, 1-i
səhiyyə müəssisəsində yerləşir (bax: cədvəl.4).
Rayonda yerləşən bütün kitabxanaların cəmi 1008583 nüsxə kitab
fondu var. Bu fondun 1002611 nüsxəsi kitablar, 10 nüsxəsi elektron
informasiya daşıyıcıları, 194 nüsxəsi jurnallar, 394 nüsxəsi qəzetlər,
5374 nüsxəsi isə başqa nəşrlərdir.
Qusar rayonundakı kitabxanalarda statistik məlumatlara görə, 107
nəfər mütəxəssis çalışır. Onlardan 7 nəfəri, yəni 6,5%-i ali ixtisas
Dostları ilə paylaş: |