8.
Rzayev S. Uşaqları beynəlxalq müdafiə günü. (metodik-
biblioqrafik vəsait).B.,1962.-22s.
9.
Hacıyeva R. Möcüzələr aləmində (tövsiyə ədəbiyyat
göstəricisi) .-B.,1990.-44s.
10.
Süleyman Sani Axundov: Biblioqrafik göstərici.-B.,1975.-19s.
С. ИСМАИЛОВА
ВОЗНИКНОВЕНИЕ И РАЗВИТИЕ
БИБЛИОГРАФИЧЕСКОЙ ПЕЧАТИ ДЕТСКОЙ И
ЮНОШЕСКОЙ ЛИТЕРАТУРЫ В АЗЕРБАЙДЖАНЕ
РЕЗЮМЕ
В статье рассматриваются вопросы становления и развития
библиографии детской литературы в Азербайджане. Перечисляются
и анализируются существующие библиографические указатели. В
том числе, говорится о значении тех библиографических пособий в
библиографической информационной обеспечении детей и юношей.
S. İSMAİLOVA
RISE AND DEVELOPMENT OF BIBLIOGRAPHIC PRINT
CHILDREN AND YOUTH LITERATURE IN AZERBAIJAN
SUMMARY
SUMMARY
There was analyzed the establishment and development of a
bibliography of children's and youths literature in Azerbaijan. Identifies
and analyzes existing bibliographies. Also, according to the meaning of
the bibliographical aids in bibliographic information providing of the
children and youths.
Əliyusif MƏMMƏDOV
Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi
AZƏRBAYCANDA YER HAQQINDA ELMLƏR
KOMPLEKSİNİN BİBLİOQRAFİK TƏMİNATININ BƏZİ
MƏSƏLƏLƏRİ
Azərbaycanda son yüz il ərzində toplanmış elmi biliklər, tex-
nologiyalar, insan kapitalı ölkəmizin Üçüncü minillikdəki inkişafı üçün
mühüm hərəkətverici amil ola bilər. Lakin bildiyimiz kimi, istənilən
ciddi elmi nəticələr o zaman əldə edilə, səmərəli
elmi tədqiqatlar o za-
man yerinə yetirilə bilər ki, bu sahələrin ilkin sənəd informasiya və bib-
lioqrafik informasiya tələbatı lazımi səviyyədə öyrənilsin və bu tələbat-
ların təmin edilməsi planauyğun şəkildə həyata keçirilsin. Təbiət elmlə-
rinin mühüm sahəsi olan Yer haqqında elmlər də bu baxımdan istisna
təşkil etmir.
Yer haqqında elmlər kompleksi müasir elmlər sisteminin elə bir
qisminə aiddir ki,
burada tam, dolğun və dəqiq ilkin sənədli informasiya
təminatı xüsusi əhəmiyyətə malikdir və həmin təminatdakı istənilən
çatışmazlıq tədqiqatlara çox güclü mənfi təsir göstərə bilər. Buna görə
də, bu elmlərin ilkin sənəd və biblioqrafik təminat məsələsi həmişə
diqqət mərkəzində olmalı, onun təkmilləşdirilməsi heç vaxt elmi-
tədqiqat
fəaliyyətini idarə edən qurumların gündəliyindən çıxarılmamalıdır. Bu
problemi araşdırmazdan əvvəl ölkəmizdə bu elmlər kompleksinin inkişaf
və formalaşmasına qısaca nəzər salmaq zəruridir.
Azərbaycanda müasir mənada elmi-tədqiqat fəaliyyətinin meydana
gəlməsi XIX əsrin sonunda başlamış və bu proses XX əsrin əvvəllərində
davam etmişdir. Bu dövr ərzində Azərbaycanda yaradılmış elmi tədqiqat
müəssisələrinin, elmi cəmiyyətlərin fəaliyyəti az bir zamanda ölkəmizin
elmi potensialının formalaşmasına səbəb oldu. Azərbaycan dünya
elminin ən son nailiyyətlərini öyrənərək gənc nəslə çatdıran ali təhsil
müəssisələri də ölkəmizin elmi potensialının sürətlə artmasına rəvac
verdi. Başda Bakı Dövlət Universiteti olmaqla ali məktəblərimiz çox
sayda elmi kadrlar, müxtəlif sahələr üçün mütəxəssislər hazırlamaqla
ölkəmizdə elmin inkişafına güclü təkan verdi.
Azərbaycan elminin dünya orbitinə çıxmasında təbiətşünaslıq elm-
ləri kompleksinin (fizika, astronomiya, kimya,
biologiya, geologiya və
coğrafiya) böyük rolu olmuşdur. Həmin elmlərdən Yer haqqında elmlər
kompleksi xüsusi mövqeyə malikdir. Təbiət elmləri içərisində ən qədim
tarixə malik olan bu kompleks Yer qabığını və onun daha dərin qatlarını,
Yer qabığının tərkibini, quruluşunu, hərəkətini, onun inkişaf tarixini,
faydalı qazıntıların yerləşməsi qanunauyğunluqlarını
öyrənir.
Yer
haqqında elmlər kompleksinin iki əsas istiqaməti coğrafiya və geologiya
elmləridir.
Yer haqqında elmlər kompleksinə aid
edilə bilən tədqiqatlar Azər-
baycanda da çox erkən zamandan-orta əsrlərdən inkişaf etməyə baş-
lamışdır. Həmin dövrdə elmlərin diferensasiyası indiki qədər dərin olma-
dığından bu elmlər sahəsindəki tədqiqatlar ümumən təbiyyətşünaslığın
tərkibində inkişaf edirdi və bilavasitə o zamankı cəmiyyətin praktiki tələ-
batları ilə bağlı idi. Məsələn, Yerin təki, onun dərinliyində olan faydalı
qazıntıların öyrənilməsi(indiki mənada geologiya) insanlara metalların
istehsalı, yüngül sənaye üçün xammal əldə edilməsinə imkan yaradan
məlumatlar verirdi.Yerin səthi, onun relyefinin xüsusiyyətləri, çayları,
gölləri,
dənizləri, torpaq örtüyü insanlara ilk növbədə kənd təsərrüfatı
istehsalını təşkil etmək, iqlimlər haqqında bilikləri ümumiləşdirmək, ya-
xın və uzaq ölkələr haqqında məlumat əldə etmək (indiki mənada coğra-
fiya) imkanı yaradırdı. Azərbaycanda Yer haqqında elmlərə dair mə-
lumatların xüsusilə intensiv toplanıb təhlil edilməsininm səbəbi ölkəmi-
zin ərazisinin mürəkkəb geoloji relyefi, zəngin faydalı qazıntıları və sə-
nayenin, sənətkarlığın inkişafı nəticəsində yeraltı sərvətləri öyrənmək zə-
rurəti olmuşdur. Orta əsr Azərbaycan
alimləri Ömər Aləmin, Həmdullah
Qəzvinin tədqiqatları öz dövrlərinə görə çox qabaqcıl elmi səviyyəyə
malik idilər.
Azərbaycanda müasir elmi mənada Yer haqqında elmlər kompleksi
üzrə tədqiqatların başlanması XIX əsrin sonuna təsadüf edir. O zaman
Rusiya İmperiyasında sənaye inqilabı, kapitalizmin inkişafı, neftə və
digər yeraltı sərvətlərə kəskin ehtiyac yaratdı. Nəticədə Azərbaycanın
iqliminin, relyefinin və ən başlıcası yeraltı sərvətlərinin, ilk növbədə neft
yataqlarının intensiv öyrənilməsinə başlandı. Lakin ölkəmizdə Yer haq-
qında elmlər sahəsində tədqiqatların prinsipcə yeni mərhələsi XX əsrin
20-30-cu illərinə təsadüf edir.
Bu ən əvvəl, Azərbaycanın qisa müddətdə
olsa da, tam dövlət müstəqilliyi qazanması və 20-ci ildən etibarən isə
yarımmüstəqil olsa da, Sovet respublikası şəraitində mövcud olaraq
ictimai həyatın müxtəlif istiqamətlərində intensiv inkişafı ilə əlaqədar idi.
XX əsrin 20-30-cu illərindən başlayaraq sənayenin, elmin, təhsilin
ümumi inkişafı fonunda Yer haqqında elmlər də çox sürətlə inkişaf