Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

8.
 
Rzayev S. Uşaqları beynəlxalq müdafiə günü. (metodik-
biblioqrafik vəsait).B.,1962.-22s. 
9.
 
Hacıyeva R. Möcüzələr aləmində (tövsiyə ədəbiyyat 
göstəricisi) .-B.,1990.-44s. 
10.
 
Süleyman Sani Axundov: Biblioqrafik göstərici.-B.,1975.-19s. 
 
С. ИСМАИЛОВА 
ВОЗНИКНОВЕНИЕ И РАЗВИТИЕ 
БИБЛИОГРАФИЧЕСКОЙ ПЕЧАТИ ДЕТСКОЙ И 
ЮНОШЕСКОЙ ЛИТЕРАТУРЫ В АЗЕРБАЙДЖАНЕ 
 
РЕЗЮМЕ 
      
 В  статье  рассматриваются  вопросы  становления  и  развития   
библиографии детской литературы в Азербайджане. Перечисляются 
и  анализируются  существующие  библиографические  указатели.  В 
том числе, говорится о значении тех библиографических пособий в 
библиографической информационной обеспечении детей и юношей.    
 
S. İSMAİLOVA 
RISE AND DEVELOPMENT OF BIBLIOGRAPHIC PRINT 
CHILDREN AND YOUTH LITERATURE IN AZERBAIJAN 
SUMMARY 
                                                    
SUMMARY 
        
There was analyzed the establishment and development of a 
bibliography of children's and youths literature in Azerbaijan. Identifies 
and analyzes existing bibliographies. Also, according to the meaning of 
the bibliographical aids in bibliographic information providing of the 
children and youths.   
 


Əliyusif MƏMMƏDOV  
Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi 
 
AZƏRBAYCANDA YER HAQQINDA ELMLƏR 
KOMPLEKSİNİN BİBLİOQRAFİK TƏMİNATININ BƏZİ 
MƏSƏLƏLƏRİ 
   
Azərbaycanda son yüz il ərzində toplanmış elmi biliklər, tex-
nologiyalar, insan kapitalı ölkəmizin Üçüncü minillikdəki inkişafı üçün 
mühüm hərəkətverici amil ola bilər. Lakin bildiyimiz kimi, istənilən 
ciddi elmi nəticələr o zaman əldə edilə, səmərəli elmi tədqiqatlar o za-
man yerinə yetirilə bilər ki, bu sahələrin ilkin sənəd informasiya və bib-
lioqrafik informasiya tələbatı lazımi səviyyədə öyrənilsin və bu tələbat-
ların təmin edilməsi planauyğun şəkildə həyata keçirilsin. Təbiət elmlə-
rinin mühüm sahəsi olan Yer haqqında elmlər də bu baxımdan istisna 
təşkil etmir.  
Yer haqqında elmlər kompleksi müasir elmlər sisteminin elə bir 
qisminə aiddir ki, burada tam, dolğun və dəqiq ilkin sənədli informasiya 
təminatı xüsusi əhəmiyyətə malikdir və  həmin təminatdakı istənilən 
çatışmazlıq tədqiqatlara çox güclü mənfi təsir göstərə bilər. Buna görə 
də, bu elmlərin ilkin sənəd və biblioqrafik təminat məsələsi həmişə 
diqqət mərkəzində olmalı, onun təkmilləşdirilməsi heç vaxt elmi-tədqiqat 
fəaliyyətini idarə edən qurumların gündəliyindən  çıxarılmamalıdır. Bu 
problemi araşdırmazdan əvvəl ölkəmizdə bu elmlər kompleksinin inkişaf 
və formalaşmasına qısaca nəzər salmaq zəruridir. 
Azərbaycanda müasir mənada elmi-tədqiqat fəaliyyətinin meydana 
gəlməsi  XIX əsrin sonunda başlamış və bu proses XX əsrin əvvəllərində 
davam etmişdir.  Bu dövr ərzində Azərbaycanda yaradılmış elmi tədqiqat 
müəssisələrinin, elmi cəmiyyətlərin  fəaliyyəti az bir zamanda ölkəmizin 
elmi potensialının formalaşmasına səbəb oldu. Azərbaycan dünya 
elminin  ən son nailiyyətlərini öyrənərək gənc nəslə çatdıran ali təhsil 
müəssisələri də ölkəmizin elmi potensialının sürətlə artmasına rəvac 
verdi. Başda Bakı Dövlət Universiteti olmaqla ali məktəblərimiz çox 
sayda elmi kadrlar, müxtəlif sahələr üçün mütəxəssislər hazırlamaqla 
ölkəmizdə elmin inkişafına güclü təkan verdi. 
Azərbaycan elminin dünya orbitinə çıxmasında təbiətşünaslıq elm-
ləri kompleksinin (fizika, astronomiya, kimya, biologiya, geologiya və 
coğrafiya) böyük rolu olmuşdur. Həmin elmlərdən Yer haqqında elmlər 


kompleksi xüsusi mövqeyə malikdir. Təbiət elmləri içərisində ən qədim 
tarixə malik olan bu kompleks Yer qabığını və onun daha dərin qatlarını, 
Yer qabığının tərkibini, quruluşunu, hərəkətini, onun inkişaf tarixini, 
faydalı qazıntıların yerləşməsi qanunauyğunluqlarını 
öyrənir.
Yer 
haqqında elmlər kompleksinin iki əsas istiqaməti  coğrafiya və geologiya 
elmləridir.  
Yer haqqında elmlər kompleksinə aid edilə bilən tədqiqatlar Azər-
baycanda da çox erkən zamandan-orta əsrlərdən inkişaf etməyə baş-
lamışdır. Həmin dövrdə elmlərin diferensasiyası indiki qədər dərin olma-
dığından bu elmlər sahəsindəki tədqiqatlar ümumən təbiyyətşünaslığın 
tərkibində inkişaf edirdi və bilavasitə o zamankı cəmiyyətin praktiki tələ-
batları ilə bağlı idi. Məsələn, Yerin təki, onun dərinliyində olan faydalı 
qazıntıların öyrənilməsi(indiki mənada geologiya) insanlara metalların 
istehsalı, yüngül sənaye üçün xammal əldə edilməsinə imkan yaradan 
məlumatlar verirdi.Yerin səthi, onun relyefinin xüsusiyyətləri, çayları, 
gölləri, dənizləri, torpaq örtüyü insanlara ilk növbədə  kənd təsərrüfatı 
istehsalını təşkil etmək, iqlimlər haqqında bilikləri ümumiləşdirmək, ya-
xın və uzaq ölkələr haqqında məlumat əldə etmək (indiki mənada coğra-
fiya) imkanı yaradırdı.  Azərbaycanda Yer haqqında elmlərə dair mə-
lumatların xüsusilə intensiv toplanıb təhlil edilməsininm səbəbi ölkəmi-
zin ərazisinin mürəkkəb geoloji relyefi, zəngin faydalı qazıntıları və sə-
nayenin, sənətkarlığın inkişafı nəticəsində yeraltı sərvətləri öyrənmək zə-
rurəti olmuşdur. Orta əsr Azərbaycan alimləri Ömər Aləmin, Həmdullah 
Qəzvinin tədqiqatları öz dövrlərinə görə çox qabaqcıl elmi səviyyəyə 
malik idilər. 
Azərbaycanda müasir elmi mənada Yer haqqında elmlər kompleksi 
üzrə    tədqiqatların başlanması XIX əsrin sonuna təsadüf edir. O zaman 
Rusiya  İmperiyasında sənaye inqilabı, kapitalizmin inkişafı, neftə  və 
digər yeraltı  sərvətlərə  kəskin ehtiyac yaratdı. Nəticədə Azərbaycanın 
iqliminin, relyefinin və ən başlıcası yeraltı sərvətlərinin, ilk növbədə neft 
yataqlarının intensiv öyrənilməsinə başlandı. Lakin ölkəmizdə Yer haq-
qında elmlər sahəsində  tədqiqatların prinsipcə yeni mərhələsi XX əsrin 
20-30-cu illərinə təsadüf edir. Bu ən əvvəl, Azərbaycanın qisa müddətdə 
olsa da, tam dövlət müstəqilliyi qazanması  və 20-ci ildən etibarən isə 
yarımmüstəqil olsa da, Sovet respublikası  şəraitində mövcud olaraq 
ictimai həyatın müxtəlif istiqamətlərində intensiv inkişafı ilə əlaqədar idi.  
XX  əsrin 20-30-cu illərindən başlayaraq sənayenin, elmin, təhsilin 
ümumi inkişafı fonunda Yer haqqında elmlər də çox sürətlə inkişaf 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə