Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   36   37   38   39   40   41   42   43   44

ƏDƏBİYYAT 
 
1.  Əliyev.Z.H. Azərbaycan biblioqrafiyasının tarixi: Dərslik.-
Bakı:BDU, 2007.-185 s 
2.  Большой  А.А.,  Захаров  А.Г.,  Каленов  Н.Е.  Информационно-
библиотечные  потребности  ученых  Академии  наук  СССР.-Науч.и 
техн. Б-ки СССР, 1982, № 4, с. 9-15. 
3.  Закутина  Г.П.,  Пряникова  В.К.  Характеристика  и  анализ 
потока первичных документов: Метод. Пособие. М., 1979.88 с 
        
A.M.MAMEДOВ 
НЕКОТОРЫЕ ВОПРОСЫ БИБЛИОГРАФИЧЕСКОГО  
ОБЕСПЕЧЕНИЯ КОМПЛЕКСА 
НАУК О ЗЕМЛЕ В АЗЕРБАЙДЖАНЕ                             
 
РЕЗЮМЕ 
 
В статье вкратце рассмотрены предпосылки развития комплек-
са наук о Земле в Азербайджане, вследствие чего возникла необхо-
димость в первично–документального и библиографического  обес-
печения.  Особенное  внимание  уделено  некоторым  аспектам  этого 
развития в примере академической науки.  
 
A.M.MAMMADOV 
THE  SOME  İSSUES OF BİBLİOGRAPHİC PROVİSİON OF 
THE COMPLEX OF EARTH SCİENCES İN AZERBAİJAN  
 
SUMMARY 
 
Given article describes basic conditions of development of the 
complex of Earth sciences in Azerbaijan as a result of was raised 
necessity of the documental and bibliographic provision of these sconces. 
The special  attention was paid to some aspects of this development on 
the simple of  institutions of Academy of Sconces

 


İradə BAYRAMOVA           
Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi 
 
AZƏRBAYCAN RESPUBLIKASININ REGİONLARININ 
KİTABXANA-İNFORMASİYA RESURSLARININ İNKİŞAFININ 
BƏZİ MƏSƏLƏLƏRİ 
 
(Quba-Xaçmaz iqtisadi rayonunun nümunəsində) 
                                                                                                           
Azərbaycan Respublikası Prezidentinin imzaladığı «Regionların 
sosial- iqtisadi  inkişafı    üzrə Dövlət  Proqramı (2004-2008-ci  illər)» 
nın 2008-ci ildə birinci mərhələsi başa çatsa  da, regionların   inkişafının 
daha  da  sürətləndirilməsi  üçün dövlət  qayğısı, hər bir sahədə  olduğu  
kimi  kitabxana-informasiya fəaliyyəti  sahəsində də öz əksini  tapmışdı 
(10).  
Son illər Azərbaycanda informasiya cəmiyyətinin qurulması isti-
qamətində görülən işlər sırasında kitabxana işinin təşkili, idarə edilməsi, 
oxuculara  informasiya xidmətində  ənənəvi iş üsulları ilə yanaşı  müasir  
texnologiyaların tətbiqinə başlanılması dövlətimizin kitabxana işi sahə-
sindəki siyasətinin  prioritet istiqamətinə  çevrilmişdir (9.s.318).           
Kitabxanaların cəmiyyətin həyatındakı mühüm rolunu qiymətlən-
dirərkən «Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması 
haqqında» Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2007-ci il 
sərəncamında da qeyd edildiyi kimi, «Bəşər mədəniyyətinin qazandığı 
nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellek-
tual-mənəvi potensialının artırılmasında kitabxanalarımız  əvəzsiz rol  
oynayır» (5). 
Sovet  hakimiyyəti  dönəmində, 1974-cü ildə  qəbul edilən «Zəh-
mətkeşlərin kommunist  tərbiyəsində və elmi-texniki  tərəqqidə  kitab-
xanaların rolunu artırmaq haqqında» verilmiş  qərarın  əsas müd-
dəalarından biri, kitabxanaların mərkəzləşdirilməsi kimi bir vəzifəni 
qarşıya qoymuşdu. Kitabxanaların mərkəzləşdirilməsi  keyfiyyətcə  yeni  
mərhələnin  başlanması   demək  idi.               
1976-cı ildən rayon kitabxanalarının mərkəzləşdirilməsi onların 
biblioqrafik fəaliyyəti üçün yaxşı    şərait yaratmışdı. Cəmiyyətin bütün 
sahələrində kitabxanalar, bir informasiya məkanı kimi mühüm rol 
oynayırdı (7.s.92). 


Ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanıl-
masını, mühafizəsini, onlardan istifadə imkanlarının artırılmasını təmin  
etmək, kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və 
istifadəsi nəticəsində, müasir kitabxana-informasiya infrastrukturunun 
yaradılması  və onun dünya standartları  səviyyəsinə çatdırılması üçün, 
dövlətimiz geniş-miqyaslı  işlərin görülməsi məqsədi ilə, yeni bir fəa-
liyyət strategiyasıişləyib hazırladı.                                                                        
Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 
sərəncamı ilə «Azərbaycan Respublikasında kitabxana-informasiya sa-
həsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» təsdiq  
olundu (4.s.6-29). 
Bu proqramın tələblərinə uyğun olaraq, Azərbaycan Dövlət  Statis-
tika Komitəsi tərəfindən 2009-cu  il sentyabr ayının 1-dən 10-dək sta-
tistik müayinə keçirilmişdir. Belə ki, bu müayinənin keçirilməsində əsas 
məqsəd,  əhaliyə göstərilən kitabxana-informasiya xidmətinin səviyyə-
sinin yüksəldilməsi, kitabxanaların kadr təminatının yaxşılaşdırılması, 
fasiləsiz təhsilin təmin edilməsi, virtual kitabxanaların yaradılması 
istiqamətində aparılan işlərin vəziyyətini öyrənməkdən  ibarət olmuşdu. 
2009-cu ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komi-
təsinin nəşr etdirdiyi «Kitabxanaların fəaliyyəti haqqında» statistik  
müayinənin nəticələri barədə statistik bülletenindən məlum olur ki, 
Azərbaycan Respublikasında 110994331 nüsxə kitabxana fondu var. Bu 
fondun 89399527 nüsxəsi kitablardır ki, bu da 80,5% deməkdir. Fonda 
76114 nüsxə elektron informasiya daşıyıcıları, 3912645 nüsxə  jurnallar, 
2082879 nüsxə  qəzetlər, 15523166 nüsxə digər materiallar daxildir 
(bax:cədvəl.3). 
Kitabxana fondunun 34,6%-i ümumtəhsil məktəblərində, 32%-i 
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan kitabxanalarda
21,4%-i elmi və elmi-texniki kitabxanalarda, 12%-i isə digər təşkilatla-
rın kitabxanalarında yerləşir. Kitabxanalarda olan fondun 65,5%-i  azər-
baycan, 31,1%-i rus, 2%-i ingilis, 1,4%-i digər dillərdədir. Azərbaycan 
dilində olan ümumi fondun 71,9%-i latın, 28,1%-i isə kiril əlifbasında-
dır. Azərbaycan dilinin latın qrafikasında olan fondunun xüsusi çəkisi 
şəhər yerlərində 81,6%, kənd yerlərində 56,8%-dir. Kitabxana fondunun 
cəmi 0,1%-ni  elektron informasiya daşıyıcıları təşkil edir ki, onların  da  
əksəriyyəti  şəhər yerlərindədir.                                                                            
Respublikamızdakı kitabxanaların 23,4% -i  Aran, 14,9%-i Gəncə-
Qazax, 11,2%-i Lənkəran, 9%-i Şəki-Zaqatala, 8,4%-i Bakı  şəhəri, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə