Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   2   3   4   5   6   7   8   9   ...   44

 
9
X.AĞAYEVA 
Təhsilin biblioqrafik infоrmasiya 
təminatının müasir vəziyyəti 
S.SADIQOVA 
İqtisadiyyat elminə həsr olunmuş ümu-
mi xarakterli biblioqrafik informasiya 
mənbələri 
S.İSMAYILOVA 
Azərbaycanda uşaq və  gənclər üçün 
ədəbiyyatın biblioqrafik nəşrlərinin ya-
ranması və inkişafı 
Ə.MƏMMƏDOV 
Azərbaycanda yer haqqında elmlər 
kompleksinin biblioqrafik təminatının 
bəzi məsələləri 
İ.BAYRAMOVA 
Azərbaycan Respublikasının regionla-
rının kitabxana-informasiya resursları-
nın inkişafının bəzi məsələləri (Quba-
Xaçmaz iqtisadi rayonunun nümunə- 
sində) 
 


Xəlil İSMAYILOV 
Əməkdar mədəniyyət işçisi 
tarix elmləri doktoru  
professor 
 
KİTABXANA İŞİNİN METODİK TƏMİNATININ 
 YENİ İSTİQAMƏTLƏRİ 
 
Müasir dövrdə gündəlik həyatımızın real tələbatına uyğun olaraq 
həyatı  həqiqətlərin yerinə yetirilməsi, xüsusilə, kitabxana işi sahəsində  
konkret olaraq əməli tədbirlərin həlli olduqca vacibdir. Xüsusilə 
kitabxana işinin elə vacib sahələri vardır ki, bu fəaliyyət sahəsi tezliklə   
yeniləşməli, yeni texnologiyaların tətbiqi ön plana  çəkilməlidir. 
Bütün bu tədbirlərin həyata keçirilməsində, xüsusilə, kitabxana 
fəaliyyətinin yaxşılaşdırılması sahəsində metodik mərkəzlərin qarşısında  
çox ciddi vəzifələr durur.  
Artıq son onilliklərdir ki, kitabxana fəaliyyətinin müxtəlif 
aspektlərinin inkişafında metodiki təminat işinin tətbiq olunması  və bu 
sahədə metodistlərin fəaliyyəti dünya təcrübəsinə cavab verən səviyyədə 
təkmilləşdirilməlidir.  
Bu inkişaf ilk növbədə kitabxana işinin metodiki təminatına müasir 
prizmadan baxmaqla keçmişə tənqidi yanaşmaqla kitabxana-informasiya 
sahəsinə yeni meyarların tətbiqinə üstünlük verilməlidir. Tarixi təcrübə-
dən məlum olduğu kimi, kitabxanaların metodiki təminatında inzibati 
əmirlik işinin həmişə ön plana çəkilməsi və ona üstünlük verilməsi danıl-
maz bir faktdır. Metodiki təminat işində inzibati orqanlarla, metodik 
mərkəzlərlə, bir sıra təşkilatlarla birgə idarəetmə işinə ciddi nəzarət edil-
məklə demokratik prinsiplərin pozulması halları baş verir, yuxarı  təşki-
latların ciddi müdaxiləsi də mövcud idi.  
Görkəmli kitabxanaşünas alimlər, eləcə  də  təcrübi  kitabxana 
işçiləri öz əsərlərində və polemika xarakterli çıxışlarında dil və stilistika 
fərqlərinə baxmayaraq həmişə eynifikirlilik nümayiş etdirməklə bir 
qayda olaraq, bir məsələnin vacibliyini qəbul etmişlər ki, metodiki 
təminat işi kitabxana fəaliyyətinin vacib sahələrindən biri kimi, olduqca 
perspektivlidir və  onun inkişaf etdirilməsi olduqca vacibdir.  
 Mütəxəssislərin bu sahədə eyni fikirli olmaları    başa düşüləndir, 
ona görə ki, kitabxana  mütəxəssisləri  belə düşünürlər ki, kitabxanaların 
metodik təminatı, metodiki köməklik, metodiki yardım olduqca vacibdir.  


Kitabxana işçilərinin eyni fikirli olmaları başa düşülən və  qəbul 
olunandır.  
Hazırda kitabxana yeniliklərinin həddindən çox artması  və onların 
kitabxana rəhbərlərinin qarşısında çox mühüm bir vəzifə kimi durması 
ciddi və yeni tədbirlərin həyata keçirilməsini tələb edir. Həmçinin 
idarəetmənin konseptual, iqtisadi, marketinq, sosioloji, psixoloji tərəf-
lərini, həmçinin, idarəetmənin xüsusi forma və metodlarının, kitabxana  
işinin metodik vasitələrinin metodik təminatın fəaliyyətinə olduqca 
böyük təsiri vardır. Ona görə ki, kitabxanalarda metodiki fəaliyyətə çox 
mühüm tələblər qoyulur və bu tələblər professional düşüncəyə görə bir- 
mənalı olaraq yenilik xarakteri daşıyır. Daha doğrusu, mütərəqqi 
problemlərin tətbiqi ilə bağlı həyata keçirilir, yeniliklərin qəbul olunması 
ilə başa çatır.  
Qeyd etmək lazımdır ki, bu problemlər təhlil edilib işlənilərkən 
geniş kitabxana ictimaiyyətini, təcrübəli mütəxəssisləri, həmçinin, mər-
kəzi kitabxanalarda çalışan metodistləri cəlb etməklə diqqəti cəlb edən 
yeniliklərin müzakirəsinə həsr olunmuş araşdırma və polemika aparmaq-
la qərarlar qəbul etməlidirlər. Bu məsələlər müzakirə edilərkən “metodiki 
işin”  əhatə dairəsi və müasir mərhələdə ona verilən tələblər müəyyən-
ləşdirilməlidir.  İndiki zamanda “metodiki iş” nəzərə çarpan dərəcədə 
genişlənmiş,  əhatə dairəsi və  tətbiqi  xeyli zənginləşdirilmiş, müxtəlif 
istiqamətlərdə yeni funksiya və istiqamətləri  özündə  əks etdirmişdir. 
Metodik fəaliyyətin spesifik cəhətləri, yəni ənənəvi prinsipləri, xüsusilə 
təşkilati, informasiya, tədqiqat və pedaqoji funksiyaları artıq öz forma və 
üsullarını dəyişmiş, yeni və müasir cəhətlər kəsb etmişdir. 
Artıq dünyanın kitabxanaşünas alimləri, təcrübi kitabxana işçiləri 
kitabxana işinin metodik təminatında yeniliklərin tətbiqi ilə bağlı 
yeniləşmə prosesinin dünya təcrübəsinə  əsaslanan yeniliklərlə  əlaqəli 
inkişafına ciddi cəhd göstərirlər. Bununla bağlı müxtəlif ölkələrin aparıcı 
kitabxanalarında məqsədli konsepsiyaların işlənməsi və perspektivli me-
todiki tədbirlərin həyata keçirilməsi gündəlikdə duran əsas məsələ-
lərdəndir. Metodik təminatın yeniləşməsində bir sıra müxtəlif  fikirlilik 
hökm sürür. Bu müxtəlifliyi şərti olaraq iki istiqamətdə nəzərdən keçir-
mək olar. Birinci istiqamətdə böyük əksəriyyətin qəbul etdiyi  tədqiqatçı-
lar metodik fəaliyyətin ənənəvi formalarının təkmilləşdirilməsinə diqqət 
yetirilməsinə məqsədli proqramlaşdırma və planlaşdırmaya yeniləşmə və 
innovasiya fəaliyyətinin yüksəldilməsinə, menecmentin əsaslarının tət-
biqinə üstünlük verirlər. İkinci qrup iştirakçılar isə  əvvəlkilərdən fərqli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə