Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   2   3   4   5   6   7   8   9   10   ...   44

1) Fondun formalaşmasının və inkişafının idarə olunması (həcmin-
də, tematikasında, dolğunluğunda və s.-də əks olunur);  
2) Fondun istifadəsinin idarə olunması (kitab verilişi, sorğu, rədd 
cavabı, uyğunluq indeksi, sitat-analiz və s.-də əks olunur).  
Beləliklə, fondun idarə olunması onun formalaşması strategiyası-
nın müəyyənləşdirilməsini, həmçinin onun inkişafı və istifadəsinə uçot 
və nəzarət olunmasını əks etdirir (7). 
1990-cı illərdə fondun formalaşması  məsələlərinə dair silsilə  mə-
qalələr nəşr olunur. Bu məqalələrdə  əsas diqqət aşağıdakı problemlərə 
ayrılırdı: prioritet oxucu kateqoriyalarının informasiya tələbatlarının 
dolğun və operativ təmin olunması; fondun nüvəsinin formalaşması və 
fonda daxil etmək üçün sənədlərin seçim və qiymətlilik kriteriyalarının 
müəyyənləşdirilməsi; komplektləşdirmə proseslərinin avtomatlaşdırıl-
ması (naşir və kitab ticarəti təşkilatlarının verilənlər bazasının yaradıl-
ması, perspektiv və cari informasiya əsasında  ədəbiyyat sifarişlərinin 
verilməsi); termin sisteminin işlənməsi; komplektləşdirmə prosesində 
kitabxanaçının rolu və s.  
Bu gün fondların formalaşması ilə bağlı kitabxanaların qarşısında 
bir çox əngəllər dayanır: kəskin maliyyə çatışmazlığı, daxilolmaların hə-
cminin azaldılması üçün texnoloji hazırlıqsızlıq, komplektləşdirmə üsul 
və metodlarının konservativliyi, əməyin qeyri-mükəmməl təşkili, milli 
depozitar mühafizə sisteminin dağılması, nəhəng milli kitabxanaların 
fondlarına yeni daxilolmaların natamamlığı, buraxılışa hazırlanan və ye-
ni nəşr olunmuş  ədəbiyyatlar haqqında tam və dolğun informasiyanın 
olmaması, məcburi pulsuz nüsxələrdə boşluqların mövcudluğu və s. 
(11) 
 
ƏDƏBİYYAT 
 
Azərbaycan dilində 
1.
 
Əliyev A. Kitabxana fondunun formalaşmasının yeni prinsip-
ləri və onlara müasir baxışlar // Kitabxanaşünaslıq və biblioqrafiya: 
Elmi-nəzəri və təcrübi jurnal.- 2001, № 2 (9).- 56-66 
2.
 
Xələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik: (üç hissədə). 
B., 2001.- 798 s. 
3.
 
Həsənov M. Kitabxana fondunun yaranması, formalaşması və 
idarə edilməsi: Dərs vəsaiti.- B.: BDU, 2004.- 143 s. 
 


 
Rus dilində 
4.
 
Библиотечные  фонды:  Учебник  для  библ.  фак.  ин-тов 
культуры, пед. ин-тов и ун-тов / Ю.Н. Столяров и др. М.: Книга, 
1979. С. 27—33.  
5.
 
Васильченко Н.П. Формирование библиотечных фондов // 
Научные и технические библиотеки 1996. № 5. С. 22—28;  
6.
 
Григорьев  Ю.В.  Теоретические  основы  формирования 
библиотечных фондов: Уч. пособие. М.: Книга, 1973. С. 47.  
7.
 
Жданова  Т.А.  Проблематика  научных  исследований  в 
области формирования фондов библиотек: некоторые акценты // 
Научные и технические библиотеки 1999. № 6. С. 3—14  
8.
 
Пилко И.С. Формирование библиотечного фонда: о тер-
минологии  и  технологии // Научные  и  технические  библиотеки 
1997. № 10. С. 16-25. 
9.
 
Столяров  Ю.Н.  Библиотечный  фонд:  Учебник  для  библ. 
фак.  ин-тов  культуры,  ун-тов  и  пед.  вузов.  М.:  Кн.  палата, 1991. 
271 с.  
10.
 
Столяров Ю.Н. Сто лет библиотечного фондоведения. // 
Научные и технические библиотеки .- 2001.- №6.- C 16-46 
11.
 
Шилов  В.В.,  Эйдемиллер  И.В.,  Тихонова  О.В.  и  др. 
Проблемы  формирования  фондов  на  современном  этапе // 
Библиотековедение. 1996.- № 3.-С.65-78. 
 
С.А.ХАЛАФОВА 
ФОРМИРОВАНИЕ БИБЛИОТЕЧНОГО ФОНДА: ИДЕЯ, 
ПОНЯТИЕ И РАЗВИТИЕ 
 
РЕЗЮМЕ 
 
В статье рассказывается о возникновении идеи формирования, 
понятии  и  развитии  библиотечных  фондов,  новшества,  внесенные 
выдающимся 
представителем 
библиотечного 
фондоведения 
Ю.В.Григорьевым  в  эту  область,  комментарии  по  отношению  к 
Григорьеву  его  продолжателями  и  существующие  проблемы  фон-
доведения. 
 
 


S.A. KHALAFOVA 
LİBRARY FUND FORMATİON: İTS İDEA, CONCEPT AND 
DEVELOPMENT 
                             
SUMMARY 
                              
The article is about the creation of idea of library fund formation
its concept and development and it makes comments on the innovations 
brought to this field by the outstanding researcher of the library fund 
studies Y.V.Grigoriev and his successors’ attitude and existing prob-
lems of the fund studies. 
 


Oruc QULİYEV  
Xətai rayon MKS-in direktoru    
 
İNFORMASİYALAŞDIRMA CƏMİYYƏTİNDƏ 
XƏTAİ RAYON MKS-İN FƏALİYYƏTİ HAQQINDA 
 
     Tarixi-mədəni,  ədəbi-bədii və elmi fəlsəfi irsin toplanıb sax-
lanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-
nəslə çatdırılmasında, cəmiyyətin intellektual mənəvi  potensialının inki-
şafında əvəzsiz rol oynayan və xalqın milli sərvəti olan kitabxanalarımız 
çox qədim bir tarixə malikdir. 
Azərbaycan ərazisində ilk kitabxanalar həmin ərazidə ən erkən döv-
lət qurumlarının mövcud olduğu dövrdə yaranmışdır. V əsrdə Albanların 
yazılı dili yarandıqdan sonra Qafqaz Albaniyasında kilsə və məktəblərdə 
bu dilə  tərcümə edilmiş kitablardan ibarət kiçik kitabxanalar yaradıl-
mışdır. VII əsrdə (bu dövrdə Azərbaycan  ərəblər tərəfindən istila edil-
mişdi) məscidlərin və mədrəsələrin nəzdində kitabxanalar yaradılmışdı. 
Orta  əsrlərdə Azərbaycanda saray kitabxanaları ilə yanaşı, dini, 
xüsusi elmi və şəxsi kitabxanalar mövcud idi. 
XIX  əsrin ikinci yarısında Azərbaycanda kütləvi kitabxana və 
qiraətxanalar,  əsrin sonunda isə neft sənayesi işçiləri üçün texniki 
ədəbiyyat fonduna malik olan kitabxanalar yaradılmağa başlanmışdı. 
XX əsrdə respublikanın ən böyük kitab xəzinələri yaradılmış, bütün 
bölgələri  əhatə edən geniş kiabxanalar şəbəkəsi qurulmuş  və  mərkəz-
ləşdirilmiş kitabxanaların maddi-texniki bazası möhkəmləndirilmiş  və 
kitab palatası təşkil olunmuşdur.  
Bu gün Azərbaycanda geniş kiabxana-informasiya şəbəkəsinə malik 
12 mindən artıq müxtəlif tipli kitabxana mövcuddur. 
Müasir informasiyalaşdırılmış  cəmiyyət  şəraitində kitabxanaların 
qarşısında  əhalini yüksək kitabxana və informasiya xidməti ilə  təmin 
etmək, Respublikanın sosial-iqtisadi, siyasi və mədəni inkişafında, müs-
təqilliyin irəli sürdüyü tələblərə uyğun yeni insanın yetişdirilməsində, 
ictimai-siyasi həyatın humanistləşdirilməsində, demokratiyanın və milli 
özünüdərkin inkişafında, azərbaycançılıq ideologiyasının təbliğində in-
sanların ümumbəşəri sərvətləri olan kitabxanalardan istifadə etmək 
hüququnu təmin etmək vəzifələri qoyulmuşdur. 
Azərbaycan Respublikası Prezidentinin son illər kitabxana sahə-
sinin inkişafı ilə bağlı bir-birinin ardınca qəbul etdiyi çoxsaylı qərarlar, o 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə