Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

 
4. Quliyev T. Azərbaycanda kitabxanaçılıq işi. Azərbaycan Dövlət 
Universiteti. 1986, 85 s. 
5. Nəcəfov  Ə. Azərbaycan Respublikasının Dağlıq Qarabağ 
Muxtar Vilayətində kitabxana işi tarixindən (1923-1990-cı illər).-Bakı: 
Səda, 2000, 232 s. 
Rus dilində 
6. Културная политика в Азербайджане. Министерство культу-
ры Азербайджанской Республики, Баку: «Нагыл еви» 2003, 252 с. 
         
     Р.ГАРДАШОВ 
ВОЗНИКНОВЕНИЕ И РАЗВИТИЕ СРЕДНЕГО 
БИБЛИОТЕЧНЕГО ОБРАЗОВАНИЯ  В 
АЗЕРБАЙДЖАНЕ 
 
РЕЗЮМЕ 
Библиотечное  образование  в  Азербайджане  прошло  очень 
длинный путь. В нашей статье освещается о библиотечных курсах, 
которые в первые прошли путь для создания библиотечных кадров. 
В  подготовление  кадров  средних  образовательных  специальности 
средней школы играет большую роль Просветительные Техникумы 
Баку,  Шушинский  Гуманитарный  Колледж.  В  статье  также  были 
перечислены имена некоторых школ и их деятельность, также было 
широко раскрыто их направление.   
 
 
 
 
 
R.QARDASHOV 
The ARISING and DEVELOPMENT of the EDUCATION of 
MIDDLE PROFESSION  for LIBRARY in AZERBAIJAN  
 
SUMMARY 
Education of library science has passed a long way in Azerbaijan. 
A long way which arising from librarian courses to the middle speciality 
schools has been lightened in the article. There are its role of Shusha 
humanitarian college and Baku cultural and educational technical school 
In the preparing of the secondary education librarian cadres.  There is has 
been talked about the way which they passed and activities directions of 
these schools in the article.  
 


Günel  SƏFƏROVA  
Kitabxana resursları və informasiya axtarış sistemləri 
kafedrasının magistrantı 
 
MÜSTƏQİLLIK DÖVRÜNDƏ AMEA MEK-in FONDUNUN 
TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİ 
 
Azərbaycanın müstəqilliyi  şəraitində, bir sıra sahələrdə irəliləyiş 
olduğu kimi, xalqımızın mədəni, təhsil və elmi səviyyəsinin də yüksəl-
məsində müşahidə olunan uğurlar gözdən qaçmamaqdadır. Bu tarixi 
dövr məhz informasiyalaşdırma əsrinə təsadüf etdiyindən kitabxanaların 
qarşısında cəmiyyətin elmə, biliyə olan tələbatını ödəmək, oxuculara da-
ha yüksək səviyyəli xidmət göstərmək kimi ümdə vəzifələri qoymuşdur.  
Kitabxanalar bəşəriyyətin mədəni elmi irsinin qoruyucusu, yaradı-
cısı və ən əsası müasir informasiya sistemi ilə birbaşa əlaqə yarada bilə-
cək mərkəz olmağa başlamışdır. Cəmiyyət gələcək kitabxanaları yalnız 
müxtəlif növ çap məhsullarının saxlayıcısı kimi deyil, həm də avtomat-
laşdırılmış    xidmət komplekslərini özündə  cəmləşdirən informasiya 
müəssisəsi kimi görmək istəyir. Azərbaycan kitabxana şəbəkəsində 
AMEA MEK çox əhəmiyyətli və  əsas yerlərdən birini tutur. Buna bir 
səbəb də Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2003-cü il 
tarixli fərmanı ilə təsdiq edilmiş AMEA nizamnaməsinin 5-ci maddəsi-
nin 54-cü bəndinə  əsasən Mərkəzi Elmi Kitabxananın elmi status 
almasıdır.(4,2003-cü il, s.2) Bundan əlavə Azərbaycan Respublikasının 
Prezidenti cənab  İlham  Əliyevin Azərbaycanda kitabxanaların fəaliy-
yətinin yaxşılaşdırılması haqqında imzaladığı  sərəncamda AMEA-nın 
MEK-a dünya standartlarına cavab verən yeni binanın tikilməsi, bu və 
digər kitabxanaların modernləşdirilməsi, müasir informasiya texnolo-
giyaları ilə təmin edilməsi və maddi texniki bazasının möhkəmləndiril-
məsi kimi əhəmiyyətli məsələlər öz əksini tapıb. Hazırki dövrdə MEK-ı  
nəinki akademiya, hətta, dünya və ölkə səviyyəsində elmi informasiya, 
kitabxana biblioqrafiya və sosial mədəni funksiyaları yerinə yetirəcək 
müasir informasiya mərkəzinə çevirmək üçün bir imkan yaranmışdır.  
Kitabxana Azərbaycanın görkəmli ziyalıları N.Nərimanov, Ə.Haq-
verdiyev, T.Şahbazi və başqalarının təşəbbüsü və yaxından köməyi ilə 
Azərbaycanın tarixini, təbii sərvətlərini, incəsənətini və s. öyrənmək 
məqsədi ilə 1923-cü ildə təşkil edilmiş “Azərbaycanı Tədqiq və Tətəbbö 
Cəmiyyəti”nin əsasında 1925-ci ildə yaradılmışdır. Kitabxana yaranan-


dan fondun da təməli qoyulmuşdur. Hər bir ictimai siyasi müəssisənin 
əsasını təşkil edən bir sistem olduğu kimi kitabxananın da əsasını fond 
təşkil edir. MEK fondları kitabxana kollektoru, kitab ticarəti müəs-
sisələri, nəşriyyat orqanları, poliqrafiya müəssisələri, abunə, məcburi 
nüsxə, beynəlxalq kitab mübadiləsi və  hədiyyələr yolu ilə komplekt-
ləşdirilir. Azərbaycan, rus, türk, fars, ərəb, ingilis, alman, fransız və b. 
dillərdə olan kitabların xronologiyası böyük bir dövrü əhatə etdiyindən 
AMEA MEK fondu çox zəngindir. 
Kitabxananın fondları əsas, ixtisaslaşdırılmış və yardımçı  fondlar-
dan ibarətdir (1, s.6-7). Əsas fondun tərkibinə Azərbaycan, rus, qərbi 
avropa dillərində kitab fondları, Sovet dövrünə  qədərki dövri mətbuat 
fondu, görkəmli alimlərin  şəxsi kolleksiyaları dissertasiya və 
avtoreferatlar fondları, dövri və nəşri davam edən ədəbiyyat fondu, foto-
sənədlər fondu, qəzetlər fondu və s. daxildir. İxtisaslaşdırılmış  fondlara 
şərq dillərində ədəbiyyat fondu, nadir və qiymətli nəşrlər fondu, məlu-
mat biblioqrafiya ədəbiyyat fondu daxildir. Yardımçı fondlar –kitabxa-
nanın ümumi və dövri mətbuat zallarında açıq rəf üsulu ilə oxucuların 
istifadəsinə verilmiş  ədəbiyyat fondlarıdır. Azərbaycan dilində  ədəbiy-
yat fondu, Azərbaycan  ədəbiyyatı fondu, Azərbaycan  ədəbiyyatı klas-
siklərinin  əsərlərindən, xarici ölkə klassiklərinin tərcümələrindən iba-
rətdir. Bundan əlavə, Azərbaycan tarixinə, ədəbiyyatına və incəsənətinə 
aid elmi-tədqiqat əsərləri, müxtəlif lüğətlər, məlumat kitabları fondun ən 
qiymətli hissəsidir. 
1998-ci ildə yeni yaranmış nadir nəşrlər  şöbəsinin (9 min) fondu 
əsas fondun ədəbiyyatından seçilmişdi. Nadir nəşrlər bölməsinə elmi 
əhəmiyyətinə, nəşr tarixinə görə qiymətli sayılan nümunələr daxildir. 
Nadir nüsxələr 3 minə yaxın rus dilində, 500 nüsxə Azərbaycan dilində, 
500 nüsxə xarici dillərdə  ədəbiyyat, ensiklopedik materiallardan və s. 
ibarətdi. 
Şərq  ədəbiyyatı fondu yaranarkən onun tərkibində  şərq dillərində 
cəmi 300 nüsxə ədəbiyyat toplanmışdır. Həmin dövrdə bu fondun xeyli 
hissəsini ərəb, fars və türk dillərində olan kitab, jurnal və qəzetlər təşkil 
edirdi. Hazırda fond əsasən  şərq ölkələrindən mübadilə yolu ilə alınan 
ədəbiyyatla zənginləşdirilib. 
Kitabxana fondunun komplektləşdirilməsi, təşkili bilavasitə onun 
idarə edilməsi ilə üzvi surətdə bağlıdır. Oxucu tələbatının, sorğusunun 
artması, peşə ixtisas təhsil dairəsinin genişlənməsi komplektləşdirmə 
prosesində idarəetmə  məsələlərinin yüksəldilməsinə ciddi təsir göstə-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə