Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

Rəşad QARDAŞOV 
Kitabxana resursları və informasiya 
axtarış sistemləri kafedrasının müəllimi 
 
AZƏRBAYCANDA KİTABXANAÇILIQ ÜZRƏ ORTA 
İXTİSAS TƏHSİLİNİN YARANMASI VƏ İNKİŞAFI 
 
Azərbaycanda orta ixtisas təhsili məktəblərinin yaranma tarixi 
XIX  əsrin 80-ci illərinə  təsadüf etsə  də, bu təhsil  şəbəkəsinin geniş 
şəkildə inkişafı XX əsrin 20-ci illərində başlanır. Sovet hakimiyyəti döv-
ründə texnikumların açılması dövrün zəruri tələblərindən irəli gəlirdi. 
Sosialist təsərrüfat sistemi elm, maarif, mədəniyyət və istehsalat sahələri 
üçün sovet ideologiyasının daşıyıcıları olan ixtisaslı kadrlar hazırlanma-
sına xüsusi diqqət yetirirdi. Belə kadrların hazırlanması üçün açılan 
müxtəlif profilli texnikumlar çox sürətlə artıb çoxalırdı.  
1920-ci illərin axırlarına yaxın respublikada 39 orta ixtisas mək-
təbi fəaliyyət göstərirdi. 1930-cu illərin ortalarında onların sayı artıq 89 
idi. Savadsızlığın elliklə  ləğv edilməsi işinə  ölkənin bütün imkanları 
səfərbərliyə alınmışdı. Bu sahədə  təhsil müəssisələri ilə yanaşı 
kitabxanalar və klublar da mühüm işlər görürdülər. 1930-cu illərdə bütün 
cəbhə boyu yeni ideoloji əsaslar üzərində qurulan mədəni-maarif işləri 
Sovet ideologiyasının böyük həssaslıqla yanaşdığı bir iş sahəsi idi. Ona 
görə də bu istiqamətdəki quruculuq işləri ilə xüsusi peşə-ixtisas hazırlığı 
olan adamların məşğul olmasına böyük siyasi əhəmiyyət verilirdi. Bakı 
Mədəni-Maarif texnikumu da məhz bu zərurətdən yarandı. Azərbaycan 
Xalq Komissarları Sovetinin 5 mart 1938-ci il tarixli qərarı ilə yaradılan 
bu təhsil ocağı 1938-ci ilin sentyabr ayında Bakı  şəhər sovetinin 
kitabxanaçılıq məktəbi adı ilə fəaliyyətə başlayır (6, s.18).     
Fəaliyyət göstərdiyi dövrdə onun adı bir neçə  dəfə  dəyişsə  də, 
uzun illər profili dəyişməmişdir.  İstər sovet Azərbaycanında, istərsə  də 
müstəqillik  əldə etmiş Azərbaycanımızda kitabxana və klub 
şəbəkələrinin inkişaf edib formalaşmasında bu təhsil müəssisəsinin 
hazırladığı orta ixtisas təhsilli kadrların əvəzsiz rolu olmuşdur.  
Təkcə, 1920-1927-ci illərdə Respublikada 15 pedaqoji texnikum 
açılır. Bakıda onların sayı xüsusilə sürətlə artır. Rəssamlıq texnikumu 
(1920), Neft texnikumu, Sovet Ticarət texnikumu (1921), Bakı 
Məktəbəqədər Pedaqoji texnikumu və s. tədris müəssisələri ixtisaslı 
kadrlar hazırlayırlar. 1926-1927-ci tədris ilində respublikada artıq 39 


pedaqoji, kənd təsərrüfatı, sənaye-texniki, sənaye-iqtisad, nəqliyyat, tibb, 
bədii və s. sahələr üzrə orta ixtisas təhsil ocaqları var idi. Bu məktəblərdə 
7,1 min nəfər təhsil alırdı. 1930-cu ildən başlayaraq ikinci dərəcəli 
məktəblərin yuxarı siniflərinin (8-9-cu siniflərin) ixtisas texnikumlarına 
çevrilməsi prosesinə başlanılır. Birinci beşilliyin sonu (1920-1925-ci 
illər) üçün artıq respublikada 14,8 minə yaxın tələbə kontingentinə malik 
olan 85 orta ixtisas məktəbi fəaliyyət göstərirdi. Orta pillə üçün ixtisaslı 
kadrların hazırlanmasında  əhəmiyyətli rol oynamış bu təhsil 
ocaqlarından hər birinin özünəməxsus inkişaf yolu, ömür tarixçəsi vardır. 
Onların inkişaf mərhələləri Azərbaycanın siyasi, sosial-iqtisadi, mədəni 
və təsərrüfat həyatının inkişaf mərhələlərini əks etdirir. 
Belə orta ixtisas məktəblərindən də  biri  70  ilə yaxın fəaliyyət 
göstərən Bakı Mədəni Maarif texnikumudur.  
Mədəni quruculuğun kitab nəşri, mətbuat, kitabxanaçılıq və klub 
işi kimi vacib ideoloji sahələrinə sovet hökuməti xüsusi həssaslıqla yana-
şır. 1920-ci ildən başlayaraq kağız ehtiyatı  və  mətbəələrin milliləş-
dirilməsinə başlanılır. Yeni dövlət nəşriyyatları yaranır.  
Kitabların mövzu və mündəricəsi yeni quruluşun tələblərinə 
uyğun olaraq dəyişdirilir.  İlk sovet kitabları dövrün vacib ideoloji 
məsələlərinə, partiya və dövlət sənədlərinə, siyasətə, xalq təsərrüfatına, 
mədəni quruculuq məsələlərinə  həsr olunmuş kütləvi nəşrlər idi. Eyni 
zamanda kitab nəşrinin dinamik inkişafında nəzərə çarpacaq canlanma 
yaranır. Əgər 1920-ci ildə Azərbaycanda vur-tut 3 adda 63 min nüsxədə 
kitab nəşr olunmuşdursa, 1938-ci ildə artıq ümumi tiraj həcmi 9774,0 
min nüsxəni təşkil edən 1030 adda kitab məhsulatı buraxılmışdı. (4, s.7). 
1923-cü ildə Azərbaycan Dövlət kitabxanasının, 1925-ci ildə 
Azərbaycan Dövlət Kitab Palatasının açılması Azərbaycanın mədəni 
həyatında mühüm hadisə oldu.  
Mədəni quruculuq işində  mədəni-maarif müəssisələrinin təşkil 
edilməsi dövrün vacib və  təxirəsalınmaz vəzifələrindən idi. Kütləvi 
savadsızlığın ləğvi,  əhali arasında siyasi-maarif işinin gücləndirilməsi 
üçün mədəni-maarif müəssisələri mühüm əhəmiyyətə malik idi. Bunun 
üçün yerlərdə kitabxanalar, klublar, qırmızı çadrlar, qiraət komaları təşkil 
edilir, mədəni-maarif müəssisələrinin geniş  şəbəkəsi yaradılırdı. Bütün 
bunlar isə bir tərəfdən sovet hökumətinin  əhaliyə göstərdiyi qayğının 
təbliği idisə, digər tərəfdən sovet quruluşunun prinsiplərini müdafiə edən 
ideologiya bazarlarının yaradılması idi. Təkcə, 1921-ci ildə Bakıda və 
onun  ətrafında 40 klub açılmışdı. 1922-ci ilin sonuna yaxın isə onların 


sayı artıq 90 idi. Azərbaycanın  ərazisində olan bütün kitabxanalar 
Respublika Xalq Maarif Komissarlığının tabeliyinə keçirilir, mövcud 
kitabxanaların fondları əsasında ictimai kitabxanalar yaradılır. Yeni-yeni 
kitabxanalar açılır. 1921-ci ildə respublikada ümumi kitab fondu 390 min 
nüsxəni təşkil edən 69 kütləvi kitabxana fəaliyyət göstərdiyi halda, 1940-
cı ildə artıq 2 milyon 62 min nüsxə kitabı olan 1383 kütləvi kitabxana 
oxuculara xidmət edirdi.  
Bu kitabxanaların 1089-u kənd yerlərində idi. 1940-cı ildə 
fəaliyyətdə olan 1633 klub müəssisəsindən 1399-u rayon və  kənd 
yerlərində  iş aparırdı. Göründüyü kimi, mədəni quruculuq illərində 
Azərbaycanda klub və kitabxanaların sayı sürətlə artır.  Şəhər, rayon və 
kəndlərdə onların geniş şəbəkəsi yaradılırdı. Təbiidir ki, iş təkcə mədəni 
maarif müəssisələrinin sayını artırmaqla bitmirdi. Ən vacibi bu 
müəssisələri səriştəli işçilərlə, ixtisaslı kadrlarla təmin etmək idi.  
Lazımi kadrlar hazırlamaq üçün Bakıda Respublikanın digər iri 
şəhərlərində qısa müddətli seminarlar, kurslar təşkil edilir. Lakin bunlar 
günü-gündən artan və getdikcə daha vacib və  məsul vəzifələri yerinə 
yetirməli olan klub və kitabxanaçı kadrlarına olan ehtiyacı ödəyə 
bilməzdi. 1930-cu illərin axırlarına yaxın Azərbaycanda klub işçisi və 
kitabxanaçı hazırlayan bir dənə  də olsun tədris müəssisəsi yox idi. 
Azərbaycan höküməti 1934-cü ildən başlayaraq Moskvanın kitab-
xanaçılıq institutuna Leninqradın siyasi-maarif institutuna, habelə şəhər-
lərin siyasi-maarif məktəblərinə tələbələr göndərməyə başlayır. Sonralar 
həmin tədris müəssisələrini bitirib Azərbaycana qayıdan məzunlar demək 
olar ki, ilk milli kadrlar kimi mədəni-maarif işinin təşkilatçıları  və 
qurucularından oldular. Lakin onlar ümumən Respublikada aparılan 
geniş mədəni-quruculuq işlərinin tələbatını yerinə yetirə bilmirdilər. 
1938-ci ilin martında Azərbaycan hökuməti respublika kitabxa-
nalarını ixtisaslı kadrlarla təmin etmək məqsədilə Bakıda 1938-1939-cu 
dərs ilində kitabxanaçılıq texnikumunun yaradılması ilə bağlı qərar qəbul 
edir. Qərarda deyilirdi:  “1938/39-cu dərs ilinin əvvəli üçün Bakıda 3 
əsas  şöbədən ibarət təhsil müddəti 3 il olan texnikum açılsın. Azər-
baycan, rus və erməni dillərində kadr hazırlamaq üçün 300 nəfərlik və 
kitabxana işçilərinin ixtisasını artırmaq üçün təhsil müddəti 1 il olan 60 
nəfərlik kurslar təşkil edilsin”. 
Qərarda Azərbaycanın rayonlarından gələn tələbələr üçün 200 
nəfərlik və ixtisasartırma kurslarına gələn işçilər üçün 40 nəfərlik – cəmi 
240 yerlik yataqxana təşkil edilməsi, texnikumu ixtisaslı müəllimlərlə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə