Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

rir.(3, s.48) AMEA MEK fondunun komplektləşdirilməsi ənənəvi üsulla 
və internet vasitəsi ilə həyata keçirilir. Ənənəvi üsul deyərkən nəşriyyat-
ların işini xüsusi qeyd etmək yerinə düşər. Müasir dövrdə komplekt-
ləşdirmə şöbəsi MEK-ın kitab fondunun formalaşmasını aşağıdakı üsul-
larla təmin edir: 
1.
 
Kitab fondunun sistematik yeni ədəbiyyatla operativ təmin 
olunması; 
2.
 
Əlavə komplektləşdirmə- az nüsxədə olan və ya tələb olunan 
köhnə ədəbiyyatla zənginləşdirilməsi;  
3.
 
Dövri nəşrlərin komplektləşdirilməsi. 
Dövrləri xronoloji ardıcıllıqla müqayisə edərkən 1991-ci ildən bu 
günə kimi bir sıra dəyişikliklərin şahidi oluruq. Bu gün kitabxanalarda 
qazanılan nailiyyətin əsası həmin dövrdə, yeni müstəqillik qazandığımız 
ilk illərdə qoyulmuşdur. 1991-ci ildə kitabsaxlama şöbəsi rus və Azər-
baycan dilləri üzrə 31562 nüsxə kitab və jurnal qəbul etmişdir. İl ərzin-
də oxucular 113500 kitab və eləcə də 25000 nüsxə jurnallardan, bununla 
yanaşı, 162000 qəzetdən istifadə etmişdir. Bu illə müqayisədə 2001-ci 
ildə 95950 nüsxə kitab və jurnal, 116540 qəzet oxucuların istifadəsinə 
verilmişdir.  Əvvəlki illərə nisbətən 2001-ci ildə  sərgilərin çox təşkil 
edilməsi ilə əlaqədar olaraq daxildə 21440 nüsxə kitab və jurnaldan isti-
fadə edilmişdir. Bir ildə kitabxanaya daxil və xaric olunmuş qəzet, jur-
nal və kitablar haqqında kartoçkalarda qeydiyyat aparılmışdır. Kitab-
xana həmin ildə  aşağıdakı  nəşriyyatlar vasitəsi ilə komplektləşdiril-
mişdir: Azərnəşr, Yazıçı, Ayna, Gənclik, Qanun. 
Beynəlxalq kitab mübadiləsi kitabxanalararası  əlaqələrin bərpası 
və genişləndirilməsində elmi məlumatların yayılmasında  və istifadə 
olunmasında əsas yerlərdən birini tutur. Kitabxana 2001-ci ildə Ukrayna 
(1180 jurnal, 102 kitab), Belarusiya (27 nüsxə  ədəbiyyat), Qazaxıstan 
(19 nüsxə  ədəbiyyat), Litva (13 nüsxə), Türkiyə (6 nüsxə) və başqa 
ölkələrdən kitablar və dövri mətbuat qəbul etmişdir (4, 2001-ci il s.2).  
2003-cü ildə kitabxananın fondu, əsasən, hədiyyə, yeni nəşriyyatlardan 
alınan məcburi nüsxələr və əlavə komplektləşdirmə yolu ilə zənginləş-
dirilmişdir. Hədiyyə edilmiş kitablar məşhur  şair və yazıçılarımızın öz 
əsərlərindən, siyasi xadimlərin  şəxsi kolleksiyalarından və  bəzi təş-
kilatların ədəbiyyatlarından ibarətdir. Qeyd etmək lazımdır ki, Azərbay-
can Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilində latın 
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar 
2004-cü il tarixli sərəncamı ilə nəşr olunub, ölkə kitabxanalarına hədiy-


yə olunan kitablar AMEA MEK fondunun daha da zənginləşməsinə kö-
mək etmişdir. Belə ki, 2005-ci ilin iyun ayınadək nəşr olunan 106 adda 
kitabdan 5500 nüsxə kitab alınmışdır. 
Kitabxanada, həmçinin, fotosurət və mikrofilm bölmələri də vardır. 
Kitabxana fondunun düzgün təşkil edilməsi və idarə edilməsi müxtəlif 
texniki vasitələrin və müasir kommunikasiya texnologiyasının düzgün 
tətbiqindən də əsaslı surətdə asılıdır. Bu məsuliyyət kitabxananın avto-
matlaşdırma şöbəsinin üzərinə düşür. Şöbənin əsas iş istiqamətləri aşa-
ğıdakılardır: 
1.
 
Ədəbiyyatın komplektləşdirilməsi; 
2.
 
Ədəbiyyatın kataloqlaşdırılması; 
3.
 
Oxuculara kitabxana xidməti, KAA vasitəsi ilə sorğuların gedi-
şini və ödənilməsinin avtomatlaşdırılması; 
4.
 
Ədəbiyyat fondunun təşkili və mühafizəsi; 
5.
 
Beynəlxalq kitab mübadiləsi. 
Hazırda mərkəzi elmi kitabxanada aşağıdakı proseslər avtomatlaş-
dırılmış şəkildə həyata keçirilir: 

 
Kataloq və fondların rəqəmsal formata keçirilməsi; 

 
Oxucu sorğularının öyrənilməsi

 
İnformasiyanın alınması ,mühafizə olunması və paylanması; 

 
Şöbələrarası əlaqələr; 

 
Beynəlxalq və  daxili yazışmalar; 

 
Sənəd dövriyyəsi; 

 
Xarici informasiya mənbələrinə çıxış. 
Hazırda ölkəmizdə təbiətşünaslıq, humanitar və başqa elm sahələri 
üzrə ən iri elmi kitabxana sayılan AMEA-nın Mərkəzi Elmi Kitabxanası 
dünyanın 50-dən çox dilində nəşr edilmiş 3 milyondan artıq ədəbiyyatı 
əhatə edən nəhəng fonda malik olub, 30 mindən artıq oxucuya xidmət 
göstərir. 
 
ƏDƏBİYYAT 
 
Azərbaycan dilində 
1.
 
AMEA Mərkəzi Elmi Kitabxanası; Bələdçi/ Elmi redaktor: 
A.Kəngərli.-B., 2006.-50s. 
2.
 
Həsənov, M. Kitabxana fonduna rəhbərliyin təşkili 
problemləri// Kitabxana biblioqrafiya-B., 2002, №2, S.50-56 
3.
 
Həsənov M. Kitabxana fondunun yaranması, formalaşması  və 


idarə edilməsi. Dərs vəsaiti. B.- BDU, 2004, 143s. 
4.
 
Xələfov.A.A. Kitabxanaşünaslığa giriş:Dərslik: üç hissədə.-
Bakı,2001.-798s. 
5.
 
Rzayeva.S AMEA MEK-də  ədəbiyyatın komplektləşdirilməsi 
məsələləri // AMEA MEK Elmi əsərlər, 2008, s.69-77. 
6.
 
AMEA MEK hesabatları, 1991-2003-ci il. 
 
Rus dilində 
7. Создание и руководство фонда Центральная Научная 
Библиотеки  Национальной Академии Наук Азербайджана  в 
период независимости  
 
   Г.  САФАРОВА 
 ОРГАНИЗАЦИЯ И УПРАВЛЕНИЕ ФОНДОВ 
ЦЕНТРАЛЬНОЙ  НАУЧНОЙ БИБЛИОТЕКИ 
НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК 
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКОЙ В ПЕРИОД 
НЕЗАВИСИМОСТИ  
 
РЕЗЮМЕ 
 
Азербайджанской  Национальной  Академии  Наук,  которая  со 
своим  величайшим  научным  фондом  считается  одной  из  самых 
респектабельных  в  Азербайджане,  всесторонне  служил  своим 
читателям, чтобы оперативно решать их требования построил свой  
документально-информационное обеспечение на высшем уровне. 
              
 
G.SAFAROVA 
FORMİNG AND MANAGE İN THE İNDEPENDENCE 
TİME OF THE FUND OF THE CENTRAL SCİENTIFIC 
LİBRARY OF  NATİONAL ACADEMY OF SCİENCES OF 
AZERBAİJAN 
 
SUMMARY 
 
The fund of the biggest scients library NASAR  NSL servest the 
comprenensive readers contingent paid they needs in high level in the 
independent year. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə