Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

kitabxanaların rayonlaşdırılması kitabxana şəbəkəsinin səmərəli qurul-
ması üçün böyük əhəmiyyət kəsb edir. Bu təcrübə daha çox XX əsrin 
60-70-ci illərində inkişaf edərək, 3 mərhələdə  həyata keçirilmişdir: a) 
şəhərin və şəhər əhalisinə kitabxana xidmətinin əvvəlcədən öyrənilməsi; 
b) hər yaşayış rayonunda kitabxana xidməti rayonlarının təşkili və ki-
tabxananın yerləşdirilməsi üçün yerlərin müəyyən edilməsi; c) hər 
rayonda kitabxanadan istifadəyə cəlb edilməsi üçün sakinlərin uçotunun 
aparılması. 
Şəhərin əvvəlcədən öyrənilməsi bütünlükdə onun xarakteristikasını 
verməyə, kitabxanaların yerləşdirilməsinə  təsir göstərən daha vacib 
amilləri nəzərə almağa imkan verir. Lakin bununla kifayətlənmək ol-
maz. Belə ki, kitabxana şəbəkəsinin rasional ərazi təşkili üçün şəhərin 
xəritəsi öyrənilərək ayrı-ayrı yaşayış rayonlarının xüsusiyyətləri aydın-
laşdırılır. Nəticədə  şəhəri nisbətən xususi rayonlara ayıraraq, onların 
hüdudlarında sonrakı kitabxana rayonlarını reallaşdırmaq mümkün olur. 
Kitabxana rayonlarına şəhərin müasir vəziyyəti, eləcə də onun və 
ayrı-ayrı rayonların inkişaf perspektivi nöqteyi- nəzərdən baxmaq 
lazımdır.  Şəhərin böyüməsi prosesində  nəinki kitabxanaların sayı artır 
və funksiyaları mürəkkəbləşir, həmçinin yerləşdirilməyə olan tələblər də 
dəyişir. Əgər kitabxanalar o qədər də böyük olmayan şəhərdə rahat yer-
ləşmişdirsə, onun əhalisinin və ərazisinin artmasıyla kitabxanaların yer-
ləşdirilməsi də dəyişmiş olacaqdır. Əks halda yeni yaşayış rayonlarının 
əhalisi getdikcə kütləvi kitabxanalardan uzaqlaşacaq və  şəhər oxucu-
larına kitabxana xidməti pisləşəcəkdir. Hazırda yaşayış rayonları və ki-
tabxana  şəbəkələrinin inkişafındakı uyğunsuzluq  əslində vahid proses 
olan yaşayış binalarının və kütləvi kitabxanaların yerləşdirilməsinin 
müxtəlif təşkilatlar tərəfindən planlaşdırıldığına dəlalət edir. 
Kitabxana işinin inkişaf dərəcəsini 10 min nəfərlik  əhaliyə düşən 
kitabxanaların say göstəricisi əks etdirir. Bütünlükdə belə təxmin etmək 
olar ki, kitabxanaların sayı çox olduqca, əhalinin də (xüsusilə kənd ye-
rində) onların xidmətlərindən istifadə imkanları genişlənir. Lakin, digər 
tərəfdən, bu kitab fondunun və maddi vəsaitlərin dağıdılmasına və 
kitabdan qeyri-rasional istifadəyə gətirib çıxarır. Ona görə də kitabxana 
şəbəkələrinin yerləşdirilməsinin, informasiya resurslarının bir yerə 
toplanmasının optimal variantı tapılmalıdır ki, həm dövlət vəsaitinin 
itkisinin minimuma endirilməsinə, həm də  əhalinin kitabxana xidmə-
tindən istifadə zamanı yaranan vaxt itkisinin aradan qaldırılmasına nail 


olmaq mümkün olsun. Bu, bir sıra amillərin, o cümlədən yerli şəraitin 
xüsusiyyətlərinin nəzərə alınmasını tələb edir. 
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, 10 minlik əhalinin kitabxa-
na təminatına ehtiyacı əhalinin yerləşdirilməsinin pisləşməsilə əlaqədar 
olaraq artır.  Əhalinin kitabxana ilə  təminatı isə öz növbəsində tez-tez 
dəyişmə meyllərinə malikdir: əhalinin yerləşdirilmə şəraiti pis olduqca, 
az sayda əhali yaşayış yerləri üzrə stasionar kitabxanalarla təmin olunur-
lar. Məsələnin bu cür quruluşu nadir istifadə olunan və ya ümumiyyətlə 
yeni olan göstəricilərin cəlb edilməsini tələb edir; rayon (şəhər) üçün 
məntəqələr arasında olan məsafə; bir kitabxana tərəfindən xidmət edilən 
ərazinin orta radiusu; yaşayış yeri üzrə kitabxana ilə təmin edilən əha-
linin xüsusi çəkisi kitabxana ilə təmin olunan məntəqələrin xüsusi çəkisi 
və s. Deməli,  əhalinin yerləşdirilməsi və onların kitabxanalarla təmin 
edilməsi – bu iki amil kitabxanaların yerləşdirilməsində çox mühüm rol 
oynayır. 
Kitabxanaların şəhərdə yerləşdirilməsi də iki amillə müəyyən edi-
lir. Birinci, kitabxanaların  şəhərin  ərazisində yerləşdirilməsi; ikinci isə 
“ev – iş” marşrutunun uyğunluğu ilə. Bu amillər əsasında kitabxanaların 
yaxınlıqda yerləşdirilməsi tipologiyasını vermək olar: 
1)
 
Əlverişli yerləşdirmə (dislokasiya): istər işdən, istərsə də ev-
dən yaxın kitabxanaya qədər olan məsafə minimaldır; 
2) Kitabxanaların  əlverişsiz, qeyri-münasib yerləşməsi: göstərilən 
hər iki məsafə maksimaldır; 
3) Yaxın kitabxanaların bir qədər  əlverişli yerləşdirilməsi (evdən 
məsafə - minimal; işdən isə maksimaldır); 
4) Bir qədər qeyri- münasib yerləşdirmə (evdən məsafə- maksimal, 
işdən isə - minimal). 
Müasir kitabxana təcrübəsində bir qayda olaraq, məsafənin kitab-
xanalardan istifadənin intensivliyinə təsiri az nəzərə alınır. Bununla belə 
göstərilən amil digər  şəraitlərdə kitabxananın işinin əsas göstəricilərinə 
çox güclü təsir göstərir. Məsələn, oxucuların sayına, kitab verilişinə və s. 
Belə ki, əhalinin yaşayış və iş yerindən kitabxanaya qədər olan məsafə-
nin artmasıyla oxucuların sayı aşağı enir. Məsələn, məsafə 1 km olduq-
da oxucuların sayı tədricən aşağı düşürsə, məsafə 3 km-dən o yana ol-
duqda isə kütləvi kitabxana oxucularının miqdarı kəskin sürətdə azalır. 
Kitabxanalardan istifadənin intensivliyinə kitabxanaların yaşayış 
rayonları ilə nəinki piyada, həmçinin nəqliyyat əlaqələri, bundan əlavə 


onların kitab fondlarının həcmi də  təsir göstərir. Lakin bu göstəricilər, 
amillər heç də həmişə nəzərə alınmır. 
Qeyd etmək lazımdır ki, kitabxanaların sayı  və onların yerləş-
dirilməsi kitabxana xidmətinin səviyyəsi haqqında tam təsəvvür  əldə 
etməyə kifayət etmir. Belə ki, aparılan tədqiqatlardan məlum olmuşdur 
ki, kitab fondunun həcmi əhalinin kitabxanadan istifadəyə cəlb olunması 
üçün ən vacib şərtlərdən biridir. Kitab fondunun hesabını kitabxananın 
xidmət etdiyi və aid olduğu rayonun kateqoriyasından (şəhər,  şəhər 
inzibati rayonu, mikrorayon və s.) asılı olaraq fərqli aparmaq lazımdır. 
Rayonun kateqoriyasından asılı olaraq isə kütləvi kitabxanaları 3 qrupa 
bölmək olar: ümumşəhər, rayon və yerli təyinatlı kütləvi kitabxanalar. 
Kütləvi kitabxanaların bu cür təsnifatı – xidmət olunan rayonun təyina-
tından və  həcmindən asılı olaraq, əhalinin kitab təminatının fərqli nor-
malarının tətbiq etməklə kitab fondunun həcmini təyin etməyə imkan 
verir.  Əhalinin sayı azaldıqca kitab təminatı göstəricisi artmalıdır. 
Fondların regionlarda yerləşdirilməsinin optimallaşdırılması  məsələsi-
nin həlli - əhalini sayı, oxucuların miqdarı, kitab verilişinin və fondun 
(Ə-O-V-F) həcmi arasındakı  əlaqə formasının mütəmadi olaraq müəy-
yənləşdirilməsi şəklində mümkündür. 
Kitabxanaların fəaliyyəti kadrların mövcudluğu, onların peşəkar 
hazırlığı, təcrübəsiylə müəyyən edilir. Kitabxana kadrlarının bir-birinə 
bağlı iki xarakteristika qrupu fərqləndirilir:1) regionların kitabxana 
kadrları ilə (10 minlik əhaliyə) təminat səviyyəsi; 2) kadrların tərkibinin 
kitabxana xidməti səviyyəsinə təsir dərəcəsi. Aparılan təhlil göstərdi ki, 
ştatın həcmi birbaşa olaraq əhalinin kitabxana xidməti ilə təmin edilmə 
dərəcəsinə, oxuculara xidmətin səviyyə və keyfiyyətinə təsir göstərmir. 
Bir sıra hallarda az saylı kitabxanaçılara çoxlu oxucu düşür. Aparılan 
tədqiqatlardan o da məlum olmuşdur ki, kadrların ixtisasartırmalarını 
həyata keçirən metodiki mərkəzlərin yaxşı  işlədikləri yerlərdə kitab-
xanaların iş göstəriciləri də yüksək olur. 
Müasir iqtisadi münasibətlərlə əlaqədar, onu da qeyd etmək lazım-
dır ki, hal-hazırda kitabxanaların cəlbediciliyi və rahatlılığı da aktuallıq 
kəsb edən məsələlərdəndir. Təcrübə göstərir ki, kitabxanaların reytinqi 
onların texniki təchizatından, oxucuların informasiya tələbatlarının nə 
dərəcədə dolğun və diqqətli ödənilməsindən və b. amillərdən çox asılı-
dır. 
Kitabxanaların rasional yerləşdirilməsinin prinsip və amillərinin 
təcrübi olaraq həyata keçirilməsi  əhalinin nəinki  şəhərdə, regionda, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə