Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

həlli zamanı ilk növbədə iqtisadi maraqları rəhbər tuturlar, ikincilər isə 
(ərazi sakinləri) əhalinin mənəvi sorğularının (mədəni, mənəvi) səmərəli 
ödənilməsində maraqlıdırlar ( burada sosial məqsədlər nəzərdə tutulur). 
Məlumdur ki, kitabxana şəbəkəsinin yerləşdirilməsi  əhalinin sayı 
və sıxlığı, yaş həddi, ailə vəziyyəti, təhsili, eləcə də sosial-peşəkar qrup-
lara mənsubluğu kimi göstəricilər sistemi ilə  sıx bağlıdır. Bu göstə-
ricilərin kitabxana işinin təşkili xüsusiyyətləriylə qarşılıqlı əlaqədə öyrə-
nilməsi,kitabxananın inkşafının xarakteri və  şəraitindəki dəyişiklikləri 
izləməyə imkan verir. 
Kitabxananın yerləşdirilməsinə (və sayına)  əhalinin sıxlığının, 
konkret  ərazidə  əhalinin məskunlaşma dərəcəsi kimi göstəricilərin çox 
böyük təsiri vardır. Əhalinin yüksək sıxlığı, yaşayış məntəqələri şəbəkə-
si, onların bir-birinə bağlılığı informasiya mühitinin zənginliyini, kənd 
sakinlərinin  şəhər kitabxana şəbəkəsindən istifadə etmə imkanlarını 
müəyyənləşdirir.  
Belə bir faktı qeyd etməliyik ki, bütün bəşəriyyətin 70%-dən çoxu 
qurunun cəmi 7%-ni əhatə edən sıx məskunlaşma arealında yaşayır.   
(5,s 237) 
Azərbaycan Respublikasında isə son 100 ildə  əhalinin sayı 5 
dəfəyədək artmış, əhalinin sıxlığı hər kv.km-ə 103 nəfər düşür.(3, s. 29) 
Kitabxana xidməti kitabxanaları vahid sistemdə birləşdirərək get-
dikcə daha geniş əhatəli şəkil almağa başlayır. Ərazinin az öyrənilməsi, 
rabitə və digər əlaqə vasitələrinin normal olmaması, yaşayış məntəqələ-
rinə çatmaq imkanının çətinliyi, onların bir-birindən, eləcə  də  mədə-
niyyət mərkəzlərindən uzaq olması daha çox qapalı kitabxana sisteminə 
xarakterikdir. Qapalı kitabxana sistemi bir yaşayış  məntəqəsi üçün 
nəzərdə tutulduğuna görə kitabxanaların orta həcmi azalır və daha çox 
yüksək keyfiyyətli və yüksək səviyyəli kitabxana xidməti növləri idi. 
Kitabxanaların yerləşdirilməsi zamanı təbii şəraiti də nəzərə alma-
maq olmaz. Məsələn, ölkəmizin  ərazisindəki kəskin iqlim şəraiti (qar 
yığını, möhkəm  şaxtalar və küləklər)  əraziyə çatmaq imkanı, kitab 
təminatı, kitabxana sahəsi kimi anlayışlara başqa cür yanaşmağa vadar 
edir.  Burada kitabxananın  əhaliyə yaxın olması birinci dərəcəli məna 
kəsb edir. 
Kitabxananın yerləşdirilmə prinsiplərinin reallaşdırılması  hər bir 
konkret halda əhalinin imkanları və şəraitinin nəzərə alınması ilə həyata 
keçirilməlidir. Təbiidir ki, hər bir yaşayış yerinin özünün fərqli, bən-


zərsiz xüsusiyyətləri vardır. Məhz onlar kitabxanaların yerləşdirilməsi 
zamanı əsas məsələlərin həllini müəyyənləşdirmiş olurlar. 
Müasir tədqiqatlarda yaşayış  məntəqələri aşağıdakı kimi fərq-
ləndirilir: 
- mərkəzi regionlar;  
- məntəqələr; 
- aqlomerasiya, kiçik şəhər  əhalisi (50 minə yaxın), orta şəhər 
əhalisi (50-100 min), böyük şəhər əhalisi (500 mindən yuxarı).(9,с.61) 
Ümumiyyətlə,  şəhər-mürəkkəb sosial-iqtisadi hadisə olub bəşər 
mədəniyyəti tarixinin mühüm tərkib hissəsidir.Belə ki, 1800-cü ildə Yer 
kürəsinin  əhalisini 3%-ə yaxını ,1850-ci ildə 6.4%, 1900-cü ildə isə 
19.6%-i  şəhərlərdə yaşayırdı.Bu rəqəm 1800-cü ildən 2000-ci ilədək 
təqribən 18 dəfə artaraq 51.2%-ə çatmışdır. 
1800-cü ildə dünyada milyondan çox əhalisi olan təkcə 1 şəhər var 
idisə, 2000-ci ildə onların sayı 320-dən çox olmuşdur.(5  S.293-294) 
Planlaşdırma struktur tipinə görə yaşayış  məntəqələri: mərkəzi 
(məs: Bakı), kiçik ərazilərdə yerləşdirilmiş (bunlar çoxdur) şəhərlərə, 
ərazi xüsusiyyətlərinə görə isə kompakt, ayrılmış  və  əlaqəsi kəsilmiş 
məntəqələr fərqləndirilir. Yaşayış  məntəqələrin struktur elementlərinə 
gəldikdə isə  şəhərdaxili rayonlar, kvartallar, mikrorayonlar, funksional 
zonaları (parklar, istirahət mərkəzləri və s.) qeyd etmək olar. Yaşayış 
məntəqələri və kitabxanaların yerləşdirilməsi özlüyündə funksional 
olaraq kitabxana-informasiya resurslarının  ərazicə  təşkili formasını 
şərtləndirir və xarakterizə edirlər. 
Kitabxana-informasiya resurslarının yerləşdirilməsinin  ən mühüm 
səciyyəvi cəhətlərindən biri onun mühitlə  əlaqəsidir. Daxili və xarici 
mühitin bütün elementlərinin tarazlığı yerləşdirmənin kitabxana-
informasiya potensialı və onun səmərəliliyi təşkil edilir. Yerləşdirmənin 
uğurlu olmasının  əsas  şərtlərini kitabxananın daxilində deyil, ondan 
kənarda, yəni kitabxana obyektinin nə dərəcədə xarici mühitə uyğunlaş-
masında axtarmaq lazımdır. 
Yerləşdirmənin bu və digər forması kitabxanaların miqdarına və 
onların şəhərin ərazisində yerləşdirilmə formalarının seçiminə təsir gös-
tərir. Yerləşdirmənin xarakteri, məsələn,  əhalisi az olan şəhərdə, daha 
çox əhalisi olan şəhərlə müqayisədə nəyə görə çoxlu sayda kitabxananın 
olmasını izah edir. Uzun və dar şəhərin kompakt yerləşdirilmiş şəhərlə 
müqayisədə daha çox kitabxanası olacaqdır, çünki kitabxana sistemində 
kütləvi kitabxanalar çoxlu sayda əhaliyə xidmət göstərə bilər. Birinci 


halda ikinciyə nisbətən kitabxana şəbəkəsinin daha kiçik hissələrlə yer-
ləşdirilməsi tövsiyə olunur. 
Kitabxana şəbəkələrinin yerləşməsinə təsir edən amillərdən biri də 
əhalinin sıxlığıdır.Məsələn, Rusiya Federasiyasında əhalinin orta sıxlığı-
1 kv.km-ə 8.6 nəfər düşür.Ancaq Rusiya əhalisinin  80%-ə  qədəri 
Avropa hissəsində və Uralda yerləşir ki, bu da Rusiya ərazisinin 25%-
ini təşkil edir. Burada əhalinin sıxlığı  məskunlaşmanın orta göstəri-
cisindən ≈ 4 dəfə çoxdur (hər 1 kv.km -36.7 nəfər). 
Eyni zamanda Sibir və Uzaq Şərq regionu Rusiya ərazisinin 
74.6%-ini,  əhalisinin isə 21.4%-ini təşkil edir.Ölkə üzrə  əhalinin orta 
sıxlıq gostəricisindən burada sıxlıq 3.4 dəfə aşağıdır. 
Azərbaycan Respublikasında kitabxana-biblioqrafiya resurslarının 
inkşafında iki istiqamət diqqəti cəlb edir: birincisi, paytaxt və digər iri 
şəhərlərdə formalaşmış kitabxana resursları,ikincisi, mərkəzdən uzaq 
regionlar.  
Azərbaycan Respublikasında isə 1 kv.km-ə düşən  əhalinin sıxlığı 
103 nəfər təşkil edir.Abşeron iqtisadi rayonu isə ölkə ərazisinin 6.4%-ni 
təşkil edir və respublika əhalisinin 28.6%-i  bu ərazidə məskunlaşmışdır. 
Qalan 93.6% ərazidə isə əhalinin 71.4% yaşayır. 
Abşeron iqtisadi rayonunda əhalinin sıxlığı ölkə üzrə müqayisədə 
≈ 4 dəfə yüksəkdir.  
İqtisadi rayonda əhalinin sıxlığı orta respublika göstəricisindən 
yüksək olmaqla 139 nəfər təşkil edir. Göründüuü kimi Bakı da daxil ol-
maqla Abşeron iqtisadi rayonunda ölkənin  əsas iqtisadi, mədəni və 
infrastruktur potensialı  cəmlənmişdir. Bütün resursların, o cümlədən 
kitabxana-informasiya resurslarının da ölkə üzrə səmərəli yerləşdirilmə-
sinə ehtiyac vardır. 
Kitabxana şəbəkəsinin yerləşdirilməsinə şəhərin təsərrüfat və isteh-
salat profili də çox mühüm təsir göstərir. Neft, qaz yataqlarının olduğu 
ərazilərdə, yəni  mədən rayonlarında şəhərlər daha çox uzadılmış forma-
ya malik olurlar. Belə ki, mədən işçiləri qəsəbəsi bir qayda olaraq yataq-
ların yanında cəmləşir. Ona görə də elə şəhərlərdə kitabxana şəbəkəsi o 
qədər də böyük olmayan kiçik kitabxanalardan (filiallardan) ibarət olur. 
Əhaliyə daha yaxşı xidmətin göstərilməsinə şəhərin ərazicə kitab-
xana xidməti rayonları adlanan hissələrə ayrılması kömək edir. Kitab-
xananın rayonlara ayrılması ayrı-ayrı yaşayış rayonları arasında uyğun-
suzluğun, mərkəz və onun ətrafına xidmətin göstərilməsindəki qeyri-
bərabərliyin aradan qaldırılmasına imkan verir. Böyük şəhərlərdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə