Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

 
ƏDƏBİYYAT 
1.
 
Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması 
haqqında [Mətn]: Azərbaycan Respubliksı Prezidentinin Sərəncamı, 20 
aprel, 2007//Azərbaycan. – 2007.-  21 aprel 
2.
 
İsmayılov X. İ., Məmmədov  Ə.M. Azərbaycanın kitabxana 
mütəxəssisləri  İFLA-nın konfransında // Kitabxanaşünaslıq və 
biblioqrafiya: elmi-nəzəri və təcrübi jurnal. -2001. -№2. – S. 133-139. 
Saytlar 
1.
 
http://www.ala.com.-Amerika Kitabxanaçılıq Assosiasiyası 
2.
 
http://www.slis.alabama.edu/degrees/mis/- Alabama Universiteti 
3.
 
http://www.simmons.edu/gslis/academics/courses/ms.shtml-
Simmons kolleci
 
4.
 
http://www.my.simmons.edu/gslis/techlab/tor.shtml-Simmons 
kolleci
 
5.
 
http://www.school.syr.edu/academics/graduate/execim/index/asp
x.-Sirakuza Universiteti. 
 
А. МАМЕДОВА 
УЧЕБНАЯ ПРОГРАММА БИБЛИОТЕЧНО-
ИНФОРМАЦИОННЫХ ФАКУЛЬТЕТОВ ПЕРЕДОВЫХ 
ЗАРУБЕЖНЫХ УНИВЕРСИТЕТОВ 
 
РЕЗЮМЕ 
В данной статье дана общая информация об учебных програ-
мах  библиотечного  образования  в  университетах  Сиракуза  и  Ала-
бама, а также Симмонского колледжы США. 
 
A. MAMMADOVA 
ABOUT EDUCATİONAL PROGRAMS OF THE 
LİBRARİANSHİP İNFORMATİON FACULTİES OF 
ADVANCED FOREİGN UNİVERSİTİES 
 
SUMMARY 
İn this article have been given information about teaching prog-
rams of given high-level library science education of USA as 
Syracuse
 
university, Alabama university and Simmons college educational insti-
tutions. 


 
Zöhrab ƏLİYEV 
Əməkdar mədəniyyət işçisi, professor 
Əminə XƏLİLOVA  
Biblioqrafiyaşünaslıq kafedrasının  baş laborantı 
 
AZƏRBAYCANIN BEYNƏLXALQ ƏLAQƏLƏRİ 
BİBLİOQRAFİK MƏNBƏLƏRDƏ 
 
Azərbaycan Respublikası müstəqillik  əldə etdikdən sonra bir çox 
ölkələrlə xarici əməkdaşlığını genişləndirməklə yanaşı bir sıra beynəl-
xalq təşkilatlarla da əlaqələr yaratmışdır. Belə ki, ölkəmizin BMT, 
ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO və s. təşkilatlarla yarat-
dığı münasibətlər respublikamızın dünya siyasətinə inteqrasiya olu-
masında mühüm əhəmiyyət kəsb etmişdir. Xüsusilə 2001-ci il yanvarın 
25-də Azərbaycanın Avropa Şurasına qəbul olunmasını respublikamızın 
beynəlxalq  əməkdaşlıq sahəsində atdığı çox mühüm addım kimi 
qiymətləndirmək olar. 
Azərbaycanın Avropa Şurası ilə əlaqələrinin genişləndiyi bir vaxt-
da beynəlxalq  əməkdaşlıq sahəsində informasiya da durmadan artır. 
M.F.Axundov adına Azərbaycan Milli kitabxanası bu sahədə ədəbiyya-
tın toplanıb onun biblioqrafik resursunun yaradılması istiqamətində xü-
susi addım atmışdır. Kitabxananın “Diyarşünaslıq elmi biblioqrafiya” 
şöbəsi bu məqsədlə “Azərbaycan və Avropa Şurası” adlı tövsiyə bib-
lioqrafik göstəricisini nəşr etdirmişdir. Biblioqrafik göstəricinin tər-
tibçiləri G.Hüseynova və A.Babayevadır. Bu vəsaitdə 1996-cı ildən 
2008-ci ilin iyul ayına qədər Azərbaycanın bu qurumla beynəlxalq əla-
qələrini özündə əks etdirən ədəbiyyat haqqında biblioqrafik informasiya 
toplanılmışdır.  
Kitabın ön sözündə biblioqrafik göstərici haqqında ümumi mə-
lumatlar təqdim edilir. 
Biblioqrafik vəsaitdə Azərbaycanın Avropa Şurası ilə beynəlxalq 
əlaqələrini əks etdirən kitablar və digər mətbuat məqalələri ayrıca veril-
mişdir. Ümumilikdə  hər iki bölmədə 701 adda material haqqında bib-
lioqrafik məlumat almaq olar.  
“Kitablar” adlı I bölmədə 1998-ci ildən 2007-ci ilədək nəşr olun-
muş 23 kitabın biblioqrafik təsviri xronoloji qaydada əks etdirilmişdir. 
Vəsaitdən məlum olur ki, bu barədə yazılmış ilk kitab kimi 1998-ci ildə 


nəşr edilməyə başlamış Ümummilli liderimiz Heydər  Əliyevin 22 
cildlik “Müstəqilliyimiz  əbədidir” kitabının müvafiq bölmələrinin 
biblioqrafik təsviri  əks etdirilib. Burada həmçinin H.Rəcəbli, 
V.İbayevin, A.Vəliyev, Ü.İmaməliyeva və s. müəlliflərin Azərbaycanın 
Avropa Şurası ilə əlaqələri haqqında yazdığı kitablar barədə biblioqrafik 
məlumat almaq olur. 
Biblioqrafik göstəricidə diqqəti cəlb edən məqamlardan biri 
Ümummilli lider Heydər Əliyevin 22 cildlik “Müstəqilliyimiz əbədidir” 
adlı kitabının ayrı-ayrı cildlərinin biblioqrafik təsvirinin verilməsidir. 
Belə ki, kitabın 7-ci, 12-ci, 14-cü, 15-ci, 20-ci və 21-ci cildlərində Azər-
baycannın AŞPA ilə siyasi əlaqələri, prezidentin bu  mövzu ilə bağlı jur-
nalistlərə verdiyi müsahibələr, həmçinin AŞPA-nın nümayəndə heyəti 
ilə  həyata keçirdiyi görüşlər haqqında  ətraflı  məlumat toplanmışdır. 
Biblioqrafik vəsaitin təhlilindən məlum olur ki, 2007-ci ildə müəllifi 
Ü.İmaməliyevanın olduğu 166 səhifədən ibarət “Azərbaycanın ASPA 
ilə əlaqələri” adlı monoqrafiya da nəşr olunmuşdur. 
Tövsiyə  ədəbiyyat göstəricisinin II bölməsi “Dövri mətbuatda və 
məcmuələrdə çapdan çıxan məqalələr” adlanır. Bu bölmədən 1996-
2008-ci illərdə çap olunmuş 678 adda məqalə haqqında biblioqrafik mə-
lumat almaq olur. 
Bu bölmədə xronoloji ardıcıllığa riayət etməklə  əvvəlcə Azər-
baycanın AŞPA ilə  əməkdaşlığı, sonra Azərbaycanın təşkilata üzv 
olduqdan sonra qurumla yaranmış siyasi əlaqələr, Azərbaycanın qurum 
qarşısında götürdüyü öhdəliklər, respublikamızı təmsil edən nümayəndə 
heyətinin AŞPA-dakı çıxışları, həmçinin ölkəmizdə səfərdə olan AŞPA 
nümayəndələri ilə görüşləri və s. mövzularda məqalələr haqqında bib-
lioqrafik informasiya verilmişdir. 
Tövsiyə biblioqrafik göstəricisinin biblioqrafik monitorinqi nəti-
cəsində müəyyən oldu ki, bu mövzu ilə bağlı məqalələr daha çox Azər-
baycan, Respublika, Xalq qəzeti, Azadlıq, Yeni Azərbaycan qəze-
tlərində, “Diplomatiya aləmi”, “Qanun” jurnallarında çap olunmuşdur.  
Vəsaitin təhlili zamanı məlum oldu ki, mətbuat səhifələrində dərc 
edilmiş ilk sənəd 1996-cı il 9 iyul tarixində Azərbaycan qəzetində 
verilmiş “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaş-
lıq proqramının həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan res-
publikası Prezidenti Heydər Əliyevin sərəncamıdır. 
Biblioqrafik resursun təhlili nəticəsində  həmçinin müəyyən edildi 
ki, problemin öyrənilməsində ayrı-ayrı mütəxəssislərin xüsusi rolu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə