Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

Cavid ZEYNALOV  
 Kitabxana resursları və informasiya axtarış sistemləri 
kafedrasının magistrantı 
 
F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 
FONDUNUN İSTİFADƏ SƏMƏRƏLİLİYİ VƏ 
TƏKMİLLƏŞDİRİLMƏSİ ( 2000-2008-ci illər ) 
 
    Respublikamızın milli sərvəti sayılan və mədəniyyətimizin ayrıl-
maz tərkib hissəsi olan respublika kitabxanalarının fondunun komplekt-
ləşdirilməsi və istifadə səmərəliliyi dövlətin daim diqqət mərkəzindədir. 
Kitabxanaların fondu haqqında məlumat  əldə etmək, çap əsərlərinin 
təsnifləşdirilməsi kataloq və kartoteka sistemi vasitəsilə həyata keçirilir.       
   Respublikanın aparıcı kitabxanalarından sayılan və ölkə 
ərazisində mövcud olan uşaq kitabxanalarına elmi-metodik mərkəz vəzi-
fəsini yerinə yetirən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 
fondunun təşkili və  səmərəli fəaliyyəti çap əsərlərinin məzmun  əlamə-
tindən asılı olaraq ilbəil dəyişir. Kitabxananın fəaliyyəti haqqında 
müxtəlif mənbələrdə  ətraflı  məlumat verilmişdir. (1,2,4) Məlumdur ki, 
çap  əsərləri məqsədyönlü  şəkildə  təsnifləşdirilərək kitabxana fondunu 
təşkil edir. Bu zaman sənədlərin məzmunundan və digər əlamətlərindən 
asılı olaraq təsnifat cədvəllərinin  şöbələri, bölmələri rubrikalar üzrə 
düzgün yerləşdirilməsindən asılıdır. Bunun üçün sistemləşdirməni xüsusi 
prinsiplər  əsasında həyata keçirmək lazımdır. Təsnifat cədvəllərinə 
əsasən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının fondunda 
ədəbiyyatın sistemləşdirilməsi zamanı tətbiq olunan metodik qaydalar iki 
hissəyə-ümumi və metodik hissəyə ayrılır. Kitabxana fondunda 
ədəbiyyatın təsnifləşdirilməsi zamanı təsnifat cədvəllərinə uyğun olaraq 
ədəbiyyatlar kitab rəflərində müəyyən edildikdən sonra fondda öz yerini 
alır, bəzi növ ədəbiyyat isə nümunəvi bölgülər üzrə təsnifləşdirilir. Qeyd 
etmək lazımdır ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 
fondunun daha səmərəli təşkil etmək üçün kitabxana müəyyən 
istiqamətlər üzrə fəaliyyət göstərir. 
1.
 
Kitabxana  əvvəlki illərdə olduğu kimi respublikanın bir sıra 
uşaq kitabxanalarına əməli və metodik köməklik göstərir; 
2.
 
Metodik-biblioqrafik vəsaitlər hazırlayır, tövsiyə  ədəbiyyatının 
siyahısını tərtib edir; 


3.
 
Mədəniyyət və Turizm, Ekologiya və  Təbii Sərvətlər, Təhsil 
Nazirliyi və digər  dövlət orqanları ilə sərgilər təşkil edir. 
4.
 
Yubilyar uşaq yazıçıları  və  şairlərinə  həsr olunan görüşlər ke-
çirir; 
5.
 
Bəzi uşaq jurnallarının təqdimatını keçirir və.s 
   Bu  fəaliyyət istiqaməti  əsasında  F.Köçərli adına Uşaq Kitab-
xanasının fondunun istifadə səmərəliliyi daha da artır (5,17). 
 Qeyd  etmək lazımdır ki, F.Köçərli adına Respublika Uşaq Kitab-
xanasının fondu haqqında məlumat kitabxananın sistemli kataloqunda 
əks etdirilməsi yolu ilə həyata keçirilir. Amma sistemli kataloqda əsasən 
elmi-sahəvi kitabxanalarda istifadə olunduğundan F.Köçərli adına 
Respublika Uşaq Kitabxanasının fondu haqqında məlumatı bu kataloqda 
əks etdirmək mümkün olmur. Bu da bəzi çətinliklər yaradır. Ona görə də 
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının fondunda yerləşən 
ədəbiyyatlar  əsasən məzmununa görə  təsnifləşdirilir. Lakin buna 
baxmayaraq, təsnifat prosesində  ən mühüm materiallar üçün təkrar  əks 
etdirmək üsulu tətbiq olunur. Bu baxımdan kitabxananın fondunda 
ictimai-siyasi tərbiyə, hərbi-vətənpərvərlik, uşaqların estetik tərbiyəsi, 
ölkəşünaslıq, əmək tərbiyəsi, əxlaq-hüquq tərbiyəsinə dair ədəbiyyatların 
sistemləşdirilərək kataloqda əks etdirilməsinin böyük əhəmiyyəti vardır 
(3, 107). 
Müasir dövrdə kitabxananın qarşısında duran mühüm vəzifələrdən 
biri də kitabxana fondunun səmərəliliyini artırmaq və  təkmil-
ləşdirməkdir. Uşaq ədəbiyyatını fondlarda düzgün əks etdirmək , düzgün 
təsnifləşdirilməsi, uşaq mütaliəsinə  rəhbərlik, oxucu müraciətinin qay-
daya salınmasına kömək edir. Odur ki, oxucuların fonddan səmərəli isti-
fadəsi günü-gündən artır. 
Fondun komplektləşdirilməsi və  səmərəliliyi baxımından  mütaliə 
potensialını yüksəltmək mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan 
kitabxananın fondu oxucu marağını ödəmək imkanına malik olan 
sənədlər toplusu ilə formalaşır. Bu da şübhəsiz kitabxana fondunun uzun 
müddət istifadə səmərəliliyini təmin edən amillərdən biri  hesab olunur. 
Bu baxımdan ölkə  ərazisində fəaliyyət göstərən sahəvi kitabxanalar öz 
fondunun təşkilində bir çox xüsusiyyətləri və prinsipləri nəzərə alır. Bun-
lar  ərazi, sahəvilik, məzmun, oxucu kontingentidir. Köçərli adına Res-
publika Uşaq Kitabxanasının fondu səmərəliliyinə görə xüsusilə 
fərqlənir. Bu fərqlilik həm fondun həcminə, həm oxucu sayına həm də 
sənədlərin komplektləşdirmə səviyyəsinə görə meydana çıxır. 


Kitabxana fondu çap əsərlərinin və digər sənədlərin kitabxananın 
vəzifəsi, tipi və profilinə uyğun olaraq oxucuların məqsədyönlü istifadəsi 
üçün sistemləşdirilmiş qaydada təşkili və müəyyən dövr ərzində 
mümkündür. Göründüyü kimi fondda ədəbiyyatın müxtəlif növləri eləcə 
də başqa sənədlər də mövcuddur. F.Köçərli adına Respublika Uşaq 
Kitabxanasının fondunun öyrənilməsi və onun oxucular tərəfindən mü-
hüm təhlili fondun daha məqsədə uyğun və sistemli şəkildə formalaşdı-
rılması üçün əsas amil hesab olunur. 
Respublika uşaq kitabxana fondunun səmərəlilik fəaliyyətini öyrə-
nərkən üç əsas metoddan istifadə olunur. Bunlar miqdar təhlili meto-
du,biblioqrafik metod və sosial metoddur.  
Miqdar təhlili metodu vasitəsilə fondu öyrənərkən statistik üsullar-
dan geniş istifadə olunur. Müxtəlif illər üzrə oxucuların istifadə səmərəli-
liyi statistik göstəricilərdə öz əksini tapıb. 
Məlum olduğu kimi 2000-ci ildən başlayaraq Respublika Uşaq 
Kitabxana  şəbəkəsinin genişləndirilməsi, onun maddi-texniki bazasının 
möhkəmlənməsi, fondunun zənginləşdirilməsi və beynəlxalq  əlaqələr 
istiqamətində mühüm və  məqsədli tədbirlər görülmüşdür. Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il aprelin  20-də im-
zaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması” 
haqqında sərəncam, “Azərbaycan Respublikasında kitabxana- 
informasiya  sahəsinin 2008-2013 –cü  illərdə inkişafı üzrə Dövlət proq-
ramı” bu məqsədlə  həyata keçirilən tədbirlərə misal ola bilər. 2000-ci 
ildən başlayaraq Respublika Uşaq Kitabxanasında kitabxana- informa-
siya xidmətini daha da yaxşılaşdırmaq və müasir kitabxana fondu ya-
ratmaq istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, F.Köçərli adına 
Uşaq Kitabxanasında avtomatlaşdırılmış kitabxana-informasiya texnolo-
giyasının tətbiqinə başlanılmışdır. Bəhs olunan dövrdə (2000-2008) 
kitabxanaya xeyli miqdarda kompüter, texniki vasitələr alınmışdır. 
Fondun səmərəliliyini təşkil etmək üçün filmoteka otaqları, məlumat 
bazaları, elektrodisklər otağı  təsis edilmişdir. Kitabxananın illik hesa-
batına istinad olaraq qeyd etmək lazımdır ki, hal-hazırda kitabxana fondu 
209700  ədəbiyyatdan ibarətdir. Kitabxana fondunda 2000-2008- ci 
illərdə    əksəriyyəti elektron vasitələr olmaqla bir çox materiallar əldə 
edilmişdir (4,96). 
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında avtomatlaşdırma 
və kompüterləşmə sahəsi 2005-ci ildən fəaliyyətə başlamışdır. Qeyd et-
mək lazımdır ki, müasir kitabxana işini  və fondunu müasir kompüter te-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə