Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

sitetlərinin fəaliyyətləri maraqlıdır və onların öyrənilməsinə şərait yara-
dılmışdır.  
Hazırda kitabxanaçılıq sahəsinin  ən çox inkişaf etdiyi ölkə ABŞ-
dır və bu da onun nəticəsidir ki, burada yüksək və müasir tələblərə 
cavab verən kitabxanaçılıq   təhsili vardır. Bu səbəbdən də ölkəmizdə 
kitabxanaçılıq təhsilinin daha yüksək səviyyədə inkişaf etdirilməsi üçün 
bu ölkənin təcrübəsindən yararlanmaq daha məqsədəuyğun olar.  
Bildiyimiz kimi, Azərbaycan Kitabxana İşinin  İnkişafı Assosiasi-
yasının Prezidenti professor Xəlil İsmayılov assosiasiyanı təmsil edərək 
bir çox ölkələrdə  işgüzar səfərlərdə olmuş, konfranslarda iştirak etmiş 
həmin ölkələrin kitabxana işi sahəsindəki fəaliyyətləri ilə tanış olmuş və 
kitabxanaların iş  təcrübəsini  əks etdirən çoxlu sayda materiallar əldə 
etmişdir. 2001-ci ilin avqust ayının 15-25 tarixlərində isə  Xəlil 
İsmayılov və assosiasiyanın üzvləri  Ə.M.Məmmədov və  Ş.Xudiyeva 
ABŞ-ın Boston şəhərində keçirilmiş  İFLA-nın 67-ci konfransında 
iştirak etmişlər. Azərbaycan nümayəndə heyəti  İFLA-nın bir şurasında 
və konfransın bir sıra bölmələrinin işində  fəal iştirak etmişdi. 
Amerikada kitabxanaçılıq təhsili, bu sahədə kadr hazırlığı  məsələlərini 
öyrənmək üçün Bostonda yerləşən ABŞ-ın Yeni İngiltərə regionunun ən 
əhəmiyyətli kitabxanaçılıq təhsili müəssisəsi olan Simmons kolleci 
Azərbaycan nümayəndə heyətinə xüsusi təsir bağışladı. Buraya müxtəlif 
sahələrdə bakalavr diplomu olan mütəxəssislər qəbul olunur və onlar 
kitabxana-informasiya fəaliyyəti üzrə bir sıra ixtisaslar əldə edərək 
magistr dərəcəsi ilə kolleci bitirirlər. Kollecdə  tədris prosesinin 
xüsusiyyətləri Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı kimi 
AKİİA-nın prezidenti X.İsmayılovun xüsusi marağına səbəb oldu və o, 
kollecin əməkdaşlarına bu barədə bir çox suallar verdi. Məlum oldu ki, 
ABŞ-da 1-2 tədris müəssisəsindən başqa heç bir yerdə bakalavr pilləsi 
üzrə kitabxanaçı hazırlanmır və kitabxanaçı-biblioqraf ixtisası ilə bağlı 
vəzifələrə yalnız bu sahə üzrə diplomu olan mütəxəssislər qəbul edi-
lirlər. Bu da ölkədə həmin peşəyə verilən yüksək qiymətdən və peşənin 
nüfuzundan irəli gəlir. AKİİA-nın nümayəndə heyətinin İFLA-nın 67-ci 
konfransında və  şurasında iştirakı Assosiasiyanın həyatında  əlamətdar 
bir hadisə oldu. Bu konfrans zamanı  əldə edilmiş  məlumatlar, öyrə-
nilmiş təcrübə respublikamızda həm kitabxanaçılıq təhsilinin inkişafına, 
həm də ümumilikdə kitabxana işinin hərtərəfli inkişafına öz müsbət 
təsirini göstərmişdir (2, s.136). 


İndi isə Amerikanın kitabxanaçılıq-informasiya təhsili verən bir 
neçə universitetinin təhsil proqramları haqqında daha geniş  məlumat 
verək: 
 Alabama Universiteti-Kitabxana və İnformasiya Tədqiqatları 
məktəbi: 
Alabama Universiteti ABŞ-da yüksək səviyyəli kitabxanaçılıq təh-
sili verən qabaqcıl universitetlərdən biridir. Universitetdə  təhsil alan 
tələbələr
 
kitabxana və İnformasiya tədqiqatları üzrə elmi dərəcə almaqla 
yanaşı, oxuduqları müddət  ərzində üç sahə üzrə ixtisas seçimi apara 
bilərlər: 1) Kitabxana tədqiqatları; 2) Arxiv tədqiqatları; 3) İnformatika. 
Lakin tələbələrin ümumilikdə aldıqları icbari fənlər də vardır: cə-
miyyətdə informasiya, informasiya strukturları, kitabxana-informasiya 
xidmətləri layihələri, ictimai xidmət. Bundan başqa, tələbələr maraqlan-
dıqları ayrı-ayrı kitabxana tiplərinin fəaliyyətinə uyğun istiqamətlərdə 
dərslər götürüb ixtisaslaşa bilərlər. Universitetdə tələbələr həmçinin aşa-
ğıdakı istiqamətlər üzrə ixtisaslaşa bilərlər.  

 
Müxtəlif mədəniyyətlərə aid cəmiyyətlərdə  uşaqlara və  gənc-
lərə xidmət; 

 
Bütün formatlarda kitabxana materiallarının saxlanması; 

 
Etik və hüquqi problemlər, müəlliflik hüququ, intellektual 
azadlıq; 

 
Kitab və biblioqrafiya tarixi; 

 
İnsanların informasiya ehtiyacı və informasiya-axtarış qaydala-
rı; 

 
Kitabxana şirkətləri və əməkdaşlıqları; 

 
Kitabxana binalarının layihələşdirilməsi; 

 
Elektron ticarət strategiyaları; 

 
İnformasiya arxitekturası; 

 
Verilənlər bazası layihələri, idarəetmə və qiymətləndirmə.  
 Ümumiyyətlə, ABŞ universitetlərinin əksəriyyətində tələbələr hər 
kursda üç semestr təhsi alırlar 1)payız semestri 2)yaz semestri 3)yay 
semestri. Əgər tələbələr payız  və yaz semestrində yalnız nəzəri biliklər 
əldə edirlərsə yay semestrində təcrübi biliklər əldə edirlər. Bunun üçün 
universitet tərəfindən Yay məktəbləri (Summer school) təşkil edilir ki, 
burada tələbələr həm işləyərək təcrübə toplayır, həm də məvacib alırlar. 
Qeyd edək ki, universitet yay məktəblərini ölkənin ayrı-ayrı  şəhər-
lərində, əsasən, mərkəzdən uzaq yerlərdə təşkil edir ki, bu da tələbələri 
daha çox həvəsləndirir və həm də onlar bir növ istirahət də etmiş olurlar. 


Alabama universiteti də bu cür yay məktəbləri təşkil etməklə tələbələrin 
daha yüksək səviyyədə ixtisasa yiyələnmələrinə şərait yaradır (4). 
Sirakuza 
 
Universiteti
 
Bu universitet ABŞ-da az
  s
aylı universitetlərdən biridir ki, orada 
Kitabxana-informasiya elmləri üzrə bakalavr - İnformasiya menecmenti 
və texnologiyası üzrə bakalavr dərəcəsi almaq mümkündür. Tələbə il 
ərzində 120 kredit toplamalıdır ki, bunun da 40-ı İnformasiya  Elmləri 
məktəbində toplanmalıdır. Universitetdə  tələbələr üçün Media 
mərkəzləri fəaliyyət göstərir ki, burada sırf kitabxana ixtisası üzrə təhsil 
alan və bilik səviyyəsi daha yüksək olan tələbələr işləmək imkanı əldə 
edirlər. Bu Media mərkəzlərinin  əsas özəllikləri nədir? Media 
mərkəzləri fəaliyyət və quruluş etibarı ilə kitabxanaları xatırladır, lakin 
bir fərq vardır ki, bu mərkəzlər gündəlik olaraq dünyada baş verən 
siyasi, iqtisadi, sosial, mədəni, informasiyanın toplanması və yayımı ilə 
də  məşğul olur. Beləliklə, burada oxucular onlara lazım olan kitabları, 
dövri nəşrləri əldə etməklə yanaşı, gündəlik dünyada baş verən hadisələr 
haqqında məlumat ala bilirlər. Sirakuza universitetində Kitabxana 
İnformasiya Elmləri üzrə geniş magistr proqramı vardır. Burada 
aşağıdakı magistr dərəcələri verilə bilər.
 
1.
 
Kitabxana və İnformasiya üzrə magistr; 
2.
 
Məktəb Mediya mütəxəssisi; 
3.
 
İnformasiya menecmenti üzrə magistr; 
4.
 
Telekommunikasiya və şəbəkə menecmenti üzrə magistr; 
5.
 
İnformasiya menecmenti üzrə  icraçı magistr. 
Burada doktor dərəcəsi də almaq olar ki, o da belə adlanır-
İnformasiya Elmi və Texnologiyası üzrə Fəlsəfə Doktoru. Universitetdə 
aşağıdakı kurslar üzrə təhsil aparılır: 

 
İnformasiya texnologiyaları və təşkilatçılıq; 

 
Kitabxanalarda kompüterlərin tətbiqi

 
Biznes, cəmiyyət və internet; 

 
Web texnologiyalar. 

 
Bu kurslar üzrə kitabxanada aşağıdakı dərslər aparılır.  

 
Uşaqlar, Ədəbiyyat, Mədəniyyət;  

 
İnformasiya Texnologiyasında karyera;

 
İnformasiya, Texnologiya, təşkilatlar; 

 
İnformasiya Sistemlərinin sosial aspektləri;

 
Elm və İnternet; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə