Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

olunmuş,  ədəbiyyat, xarici müəlliflərin türk dilinə  tərcümə edilmiş 
əsərləri. Həmçinin Türkiyənin azlıq təşkil edən millətlərinin dillərində 
çıxmış əsərlər vəsaitin uyğyn şöbələrində əks olunur. Ayrıca «Musiqi» 
bölməsində notlar, coğrafiya bölməsində isə  xəritə  və atlaslar təsvir 
olunur. «Türkiyə biblioqrafiyası» müasir Türkiyənin bütün çap məhsulu 
haqqında cari biblioqrafik məlumatı əks etdirir. 
«Türkiyə biblioqrafiyası»nda biblioqrafik təsvir 1985-ci ildən 
ingilis-amerikan kataloqlaşdırma qaydalarına uyğunlaşdırılmış və bura-
xılışlar aylıq olaraq yayımlanır. 
Göstəricinin sonunda mətbəə  və  nəşriyyatların  əlifba üzrə adları 
verilir və hər birininin qarşısında ünvanları göstərilir. 
Ölkənin cari Milli biblioqrafiya orqanı olan bu nəşr 1989-cu ildən 
avtomatlaşdırılmış qaydada kompüterdə hazırlanır. 2003-cü ildən isə 
CD-ROM formasında aylıq olaraq yayımlanır. Türkiyədə çapdan çıxan 
bütün nəşrlər haqqında burada biblioqrafik məlumat əks olunduğu üçün 
«Türkiyə biblioqrafiyası»nı ölkənin mətbu həyatının güzgüsü hesab et-
mək olar. Ayrıca «Türkiyə biblioqrafiyası»nın sonundakı statistik məlu-
matlar hansı mövzuda nə qədər əsərin çap olunduğunu müəyyənləşdir-
məyə imkan verir. Bu nəşr bir çox kütləvi, məktəb və uşaq kitabxanaları 
tərəfindən kataloqlaşdırma və təsnifləşdirmə işlərində rəhbər olaraq isti-
fadə edilir. 
1952-ci ildən Turkiyədə ikinci cari Milli biblioqrafiya orqanı olan 
«Türkiyə  məqalələr biblioqrafiyası» çap olunmağa başlayır. Bu Milli 
Kitabxanaya daxil olan elmə və mədəniyyətə dair dövri nəşrlərin anali-
tik olaraq məzmununu açan beynəlxalq səviyyəli biblioqrafik nəşrdir. 
1950-ci ildə YUNESKO tərəfindən Parisdə keçirilmiş beynəlxalq kon-
fransın tövsiyələrinə uyğun olaraq çap edilən bu nəşr rüblük nəşr  olu-
nurdu. Həmin konfransın qərarına müvafiq olaraq «Türkiyə  məqalələr 
biblioqrafiyası»nda məqalələrin sərlövhələri fransızca tərcümələri ilə 
birlikdə verilirdi. Belə ki, məqalələr təsvir olunarkən aşağıdakı  məlu-
matlar verilirdi: sıra nömrəsi (hər ilin dörd buraxılışında nömrələmə 
ardıcıldır), müəllifin soyadı, elmi dərəcəsi və ya hərbi rütbəsi, adı, mə-
qalənin sərlövhəsi (əgər məqalə türk dilində çap olunmayıbsa, mötə-
rizədə onun türkcə adı verilir), məqalənin fransız dilində  sərlövhəsi, 
dövri mətbuatın ixtisar olunmuş adı, nömrəsi, buraxılış tarixi. 
1964-cü ildən məqalələrin fransızca adları verilmir. «Türkiyə mə-
qalələr biblioqrafiyası»nda da materiallar «Türkiyə biblioqrafiyası»nda 
tətbiq olunan təsnifat əsasında qruplaşğdırılır. 


1952-1985-ci illər arasında üç aydan bir, yəni rüblük çap olunan 
«Türkiyə məqalələr biblioqrafiyası» 1986-cı ildən etibarən aylıq buraxı-
lır Göstərici üçün materimallar seçilərkən əsasən elmi və mədəni dəyəri 
olan məqalələrə üstünlük verilir. 
2003-cü ildən etibarən «Türkiyə  məqalələr biblioqrafiyası» CD 
formasında aylıq olaraq yayımlanmağa başlamışdır. Onlardan istifadəni 
asanlaşdırmaq, yəni çap formasında olan tərtibatı qoruyub saxlamaq 
məqsədilə göstəriciyə aid RDF fayllarına da yer ayrılır. CD-də verilmiş 
məqalələrin sərlövhəsi Türk və İngilis dillərində olan axtarış proqramla-
rı ilə  təmin olunmuşdur ki, bu da müvafiq biblioqrafik axtarışın səmərə-
liliyini təmin etmişdir. 
Milli kitabxananın çap etdirdiyi «Türkiyə məqalələr biblioqrafiya-
sı»nda əks olunan məqalələr haqqındakı biblioqrafik məlumatlar 1995-
ci ildən etibarən İnternetdə də verilir. 
Bütün bünlar Türkiyə cumhuriyyətində çap məhsulu haqqında 
müntəzəm, ardıcıl, hərtərəfli axtarış aparmağa imkan verir. 
Türkiyədə müəyyən dövrlərdə digər cari Milli biblioqrafiya 
orqanları da çap olunmuşdur. Bunlardan «Seçilmiş qəzet məqalələri bib-
lioqrafiyası», «Yeni kitablar» və digər nəşrləri göstərmək olar. 
«Türkiyə Milli kitabxanası türk kitablarının biblioqrafik  reper-
tuarının yaradılması sahəsində də əsaslı işlər aparır. Hələ 1956-1957-ci 
illərdə kitabxana öz fondunda olan Türkiyədə ərəb əlifbası ilə çap olun-
muş kitabların kataloqunu çap etdirmişdir. 1928-1929-cu illəri  əhatə 
edən bu iki cildlik kataloqda 30 minə yaxın ədəbiyyat haqqında məlu-
mat verilmişdir. Həmin kataloq ölkənin bütün iri kitabxanalarına 
göndərilmişdir. Bunda məqsəd Milli kitabxananın fondunda olmayan 
digər nəşrləri də aşkar etmək idi. 
Milli kitabxana bir çox şəxslərdən daxil olan hədiyyəllər və satın 
alma yolu ilə öz fondunu ərəb hərfli çap kitabları ilə daha da zənginləş-
dirmiş  və 1964-1968-ci illər arasında kataloqun ikinci nəşrini çap et-
dirmişdir. 1971-ci ildə isə buna əlavələr buraxılmışdır. 
1990-cı ildən mədəniyyət və Turizm Nazirliyi Milli kitabxana ilə 
birlikdə Türkiyə çap kitablarının toplu kataloqunun (TUVATOK) nəşri-
nə başlamışdır.  Ərəb hərfi türkcə kitabları  əhatə edən bu kataloqun 
hazırlanmasında Milli kitabxana ilə yanaşı ölkənin digər 157 kitabxana-
sı da yaxından iştirak edir. 1729-1728-ci illəri əhatə edən bu göstəricidə 
biblioqrafik təsvirlərin düzülüşündə əlifba Prinsipi əsas götürülmüşdür. 
2004-cü ilə kimi bu göstəricinin cəmi 6 cildi çap olunmuşdur ki, bunlar 


da A-J hərflərini əhatə edir. Göstəricinin tərtibində dr.Müjgan Cunbur, 
Dursun Kaya, Niyazi Ünver və başaqları yaxından işitirak edirlər. 
Bu layihə çərçivəsində ölkədə başqa dillərdə çap olunmuş kitabla-
rın göstəricisi də hazırlanıb nəşr edilmişdir. Belə ki, 2002-ci ildə Milli 
kitabxana Başkandlığı  tərəfindən 1584-1986-cı illərdə  ərəb, erməni və 
yunan dillərində çapdan çıxmış və Türkiyə kitabxanalarında saxlanılan 
əsərlərin biblioqrafik göstəricisi tərtib olunaraq buraxılmışdır. Burada 
50760 əsər haqqında biblioqrafik məlumat verilir. Bu vəsaitin tərtibi iki 
mərhələdə həyata keçirilmişdir. İlk növbədə Türkiyə Milli kitabxanası-
nın fondu əsas götürülmüş, daha sonra isə geniş diapazonda müxtəlif 
biblioqrafik mənbələrdə, arxivlərdə axtarış aparılmışdır. 
Türkiyədə qeyri-latın  şriftilə başaq dillərdə  çıxmış  əsərləri  əhatə 
edən bu göstərici kompakt diskdə də buraxılmışdır. Bunu Milli kitabxa-
nanın sifarişi ilə Yayıncılıq LTD Nuvis Besari Araşdırmalar ve-si. Sti. 
hazırlamışdır. 
Türkiyə Əlyazmalar Toplu kataloqunun (TUYATOK) Mədəniyyət 
nazirliyi nəzdindəki kitabxana və muzeylərdə, rəsmi qrumlarda, şəxsi 
kitabxanalarda olan əlyazma  əsərləri haqqında biblioqrafik məlumat 
verir. 1978-ci ildən həyata keçirilən bu layihə çərçivəsində 2000-ci ilə 
kimi 424  2 cild çap olunmuşdur. Bunlarda da 3316 adda əlyazma əsəri 
bütünlükdə 6231 kitab əhatə edilmişdir. 
2004-cü ildə Dursun Kaya, Niyazi Ünver, Selma Kutlu və 
HasanSoyak tərəfindən Türkiyə  Əlyazmalar Toplu kataloqunun CD 
variantları hazırlanır  İki CD-dən (CD-I-II) ibarət olan bu kataloqda 
86.063 əsər / risalə haqqında məlumat verilir. Bundan başqa. Digər CD-
lərin hazırlanması sahəsində də əsaslı iş aparılır. 
2005-ci ildə «Türkiyə  Əlyazmalar Toplu kataloqu»ilə  əlaqədar 
CD-III hazırlanır. Kataloqun elektron variantı olan bu hissə ölkədə  və 
xaricdəki bəzi kitabxanalarda olan türkcə  əlyazmalar haqqında 
biblioqrafik məlumatı  əks etdirir. Burada Türkiyənin bir sıra 
kitabxanaları ilə yanaşı, ABŞ,  İtaliya, rusiya, İngiltərə, Misir, Fransa, 
Almaniya, Avstriya, Gürcüstan, İran, Vatikan, İrak, tatarıstan, 
Qazaxıstan və digər ölkələrin iri kitabxanalarında saxlanılan 40.250 
əlyazma əsəri haqqında istifadəçilərə məlumat verilir. 
TUYATOK CD-3 vasitəsilə müxtəlif elm sahələrinə dair əlyazma 
kitabları haqqında məlumatları ilə tanış ola bilmək mümkünlüyü də 
təmin edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə