Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   16   17   18   19   20   21   22   23   ...   44


 
Musiqi və səs  informasiya kimi

 
İnformasiya Təşkilatının prinsipləri; 

 
Şəbəkə Texnologiyaları və Texnikalar;

 
Uşaqlar  üçün ədəbiyyat və Resurslar;

 
Gənclər üçün ədəbiyyat və Resurslar;

 
Kitabxana və İnformatika;  

 
Hüquqi  və Etik İnformasiya Problemləri; 

 
İnformasiya-axtarış Sistemləri;  

 
Müasir Mədəniyyət və İnformasiya Sənayesi; 

 
ABŞ Telekommunikasiyaları (Telekommunikasiya vasitələri); 

 
Kitabxanalar, İnformasiya, Cəmiyyət;

 
Kitabxanaların və İnformasiya Mərkəzlərinin idarə edilməsi; 

 
Kataloqlaşdırma və Təsnifat;  
  

 
İncəsənət, humanitar elmlər və informasiya mənbələri;  

 
Dövlət nəşrləri;  

 
Kitabxana Binaları;  

 
İnformasiya Saxlanmasının və axtarış sistemlərinin yerinə 
yetirilməsi; 

 
İnformasiya Sistemlərinin arxitekturası;

 
On-line informasiya sistemləri; 

 
Kitabxanaların tarixi; 
 

 
Musiqi Biblioqrafiyası; 

 
Tibbi ədəbiyyat; 

 
Slavyan biblioqrafiyası; 

 
İşgüzar informasiya; 

 
Dünya biblioqrafiyası;  

 
İnformasiyanın istifadəsi və istifadəçiləri;

 
Texniki xidmətin funksiyaları;  

 
Arxivlərin və əlyazmalar toplularının administrasiyası; 

 
Uşaq ədəbiyyatı tarixi; 
 

 
Kitabxana materiallarının saxlanması;

 
İnformasiya iqtisadiyyatı; 

 
Sənədlərin işlənməsi; 

 
İnformasiya sistemlərinin etnoqrafiyası;

 
Elektron nəşr və informasiyanın işlənməsi standartları (7). 
 


Simmons Kolleci 
Simmons kolleci kitabxanaçılıq təhsili verən universitetlərdən heç 
də geri qalmır və burada yüksək ixtisasa malik peşəkar kitabxanaçılar 
yetişdirirlər. Kollecdə həm bakalavr, həm də magistr dərəcəsində təhsil 
almaq mümkündür. Simmons kollecindəki tədris proqramı Amerika 
Kitabxanaçılıq Assosiasiyasının təsdiqi ilə  qəbul edilmişdir. Çünki 
Amerika Kitabxanaçılıq Assosiasiyası Amerikada və onlarla əməkdaşlıq 
edən ölkələrdə kitabxanaçılıq təhsilinin inkişaf etdirilməsi üçün 2005-ci 
ildə proqram hazırlamış  və bu proqramı bir çox universitetlərə, 
həmçinin, Simmons kollecinə təqdim etmişdir. Doğrudan da, proqramın 
kitabxanaçılıq təhsilinin inkişafına çox böyük dəstəyi olmuşdur (3). 
Simmons kollecindəki tədris proqramına uyğun olaraq təhsil alan 
tələbələr istənilən semestrdə dərsə başlaya bilərlər. İl ərzində üç semestr 
olmaqla dərslər, adətən, gündüzlər, axşamlar hərdən həftə sonları olur. 
Tələbələr ardıcıl, yəni müntəzəm olaraq təhsil almaq üçün 36 kredit 
saatını toplamalıdırlar. Adətən, bu tələbi ödəyə bilməyən tələbə  ən azı 
12 semestr ərzində bunu tamamlamalıdır və  təhsilini davam etdirməli-
dir. Magistr dərəcəsində  təhsil alan tələbələrin isə ardıcıl təhsil alma 
müddəti dörd semestrdir. Ümumiyyətlə isə tələbələr altı il ərzində proq-
ramı tamamlamalıdırlar. Yəni bu və ya digər səbəbdən təhsili yarımçıq 
qalan tələbələr əgər altı il bitməyibsə yenidən qayıdıb təhsillərini davam 
etdirə bilərlər. Kollec bir çox istiqamətlərdə öz təhsil proqramını 
qurmuşdur ki, bunlardan biri  Texnoloji İstiqamətləndirmə proqramıdır. 
Kollec tələbələrin onların tədqiqatları müddətində rastlaşacağı texnoloji 
biliyinin ümumi əsasını təmin etmək üçün bu proqramı qəbul etmişdir. 
Proqrama daxil olan bütün tələbələr birinci semestrin ortalarına qədər 
texniki ustalığı nümayiş etdirən məsələlərin sırasını tamamlamağa 
məcburdur. Material ilə tanış olmayan tələbələrə kömək etmək üçün, 
semestrin birinci iki həftəsi ərzində simpoziumlar təklif edilir.  
Kollecin digər bir proqramı ARL Academy adlanır. ARL- Kitab-
xana Tədqiqatları Assosiasiyasıdır. Bu proqrama əsasən kollec kitabxa-
na tədqiqatları  mərkəzində    əlavə kurs keçmək üçün tələbələr seçir və 
həmin mərkəzə göndərir. Əlbəttə, proqrama yalnız magistr dərəcəsində 
təhsil alan tələbələr cəlb olunur.  ARL şəhadətnaməsi 36 kredit üçün 
ümumilikdə əlavə 6 krediti (Yoldaşlıq üçün 3 kredit və ARL Akademi-
yası üçün isə 3 kredit) tələb edəcək. Hər iddiaçı üçün  Simmons Kolle-
cindən  əlavə  təqaüd köməyi mümkündür. Sonda ARL Akademiyası 
Planlaşdırma Komitəsinin  və GSLIS (Simmons kolleci) Dekanı birgə 


qərara alacaqlar ki, kim GSLIS Komitəsinin qərarına  əsaslanan ARL 
proqramına qəbul ediləcək. Ümumilikdə 15 tələbə üç il müddətinə bu 
proqrama seçilə bilər. Simmons kollecində magistrlər üçün Məktəb 
Kitabxanası Müəllimi Konsentrasiyası proqramı da vardır. Bu proq-
ramın mahiyyəti aşağıdakılardan ibarətdir: 
Kolleci bu proqram üzrə bitirən tələbələrə  həm müəllim, həm də 
kitabxanaçı ixtisası verilir. Elə bu səbəbdən onlara Məktəb kitabxanası 
müəllimləri adı verilmişdir. Məktəb kitabxanası müəllimləri (SLT) 
məktəblərdə informasiyanın və pedaqoji maarifləndirici  fəaliyyətin 
mərkəzləri kimi xidmət edən Kitabxana media mərkəzlərini idarə edir.  
Onlar uşaqlar və böyüklər, eləcə də məktəb müəllimləri ilə əməkdaşlıq 
edərək  məktəb tədris planının artırılmasında bilavasitə  iştirak edirlər. 
Məktəb kitabxanası müəllimləri kimi şəhadətnaməni axtaran adamlar 
üçün, GSLIS Məktəb Kitabxanası Müəllimi proqramı xüsusi şərait 
yaratmışdır. Təhsil üzrə  Ştat Direktorlarının Milli Assosiasiyası bu 
proqramı təsdiq edir və xarici akkreditləşmə agentlikləri proqramı yük-
sək keyfiyyətlərinə görə  dəstəkləyirlər. Kollecdə  təhsil alan tələbələr 
üçün təcrübi məşğələ saatları isə aşağıdakı kimi təşkil edilir (6). 
Simmons kollecində tələbələr təcrübi məşğələlər keçməzdən əvvəl 
sınaq imtahanları verməlidirlər. Məhz bu testlərdən keçən tələbələr 
təcrübədə  iştirak edə bilərlər. Lakin bu təcrübələr fərqlidir. Belə ki, 
təcrübə planına əsasən tələbə azad şəkildə hər hansı sahə yaxud mövzu 
üzərində layihə hazırlamalı və onu həyata keçirməlidir. Bunlar hər hansı 
bir yeni texnologiyanın işlənməsi ilə  də bağlı ola bilər, yaxud kitab-
xanada çətin həyata keçirilən hər hansı bir işin sadələşdirilməsi ilə  də 
bağlı ola bilər və s. Layihəni işləməzdən əvvəl tələbələr professorları ilə 
məsləhətləşməli və layihəni müzakirə etməlidirlər. Proqrama görə tələ-
bələr bu təcrübəni 75 saata tamamlamalıdırlar. Bu saatlar üç semestrə 
bölünmüş və hər biri üçün 25 saat ayrılmışdır. Bu təcrübi layihələr Sim-
mons kollecinin yerləşdiyi Massaçusets ştatında-İctimai Məktəb Kitab-
xanasında tamamlanmalıdır (5).   
Beləliklə, qısa da olsa Amerika universitetlərinin kitabxanaçılıq-in-
formasiya fakültələri və onların tədris proqramları haqqında məlumat 
verə bildik. İnanırıq ki, gələcəkdə Bakı Dövlət Universitetinin Kitabxa-
naçılıq-informasiya fakültəsinin də  tələbələri adlarını  çəkdiyimiz uni-
versitetlərdə olduğu kimi daha müasir  təhsil səviyyəsindən yararlana-
caqlar.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə