Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

Əvvəlki kitabxanada yer məhdudiyyəti yeni kitabların alınması  və 
başqa planların yerinə yetirilməsinə  imkan vermirdi. Buna görə də 1990-
cı ildə  Mərkəzi kitabxananın yeni binasının tikintisi başlandı və 2008-ci 
ildə başa çatdı.  İlbəil Mərkəzi kitabxananın maddi-texniki bazası xeyli 
yaxşılaşır. Yeni binada kitabsaxlayıcı üçün ayrılan yerin genişlənməsi 
yeni kitabların alınmasına şərait yaratmışdır (7,8). 
Kitabxana fondu əvvəllər bilavasitə Onluq Təsnifat  əsasında for-
malaşmışdır. Bu kitabxanada və  həmçinin fakültə kitabxanalarında 
Amerika Konqres kitabxanası (LC) təsnifatından istifadə edilir. Həm-
çinin fondun məzmununu açmaq üçün kitabxana kataloqlarının tərtib 
edilməsinə  də xüsusi diqqət yetirildi. Mərkəzi kitabxana universitetin 
elmi-tədqiqat və texnologiya şöbəsinin nəzarəti altında xidmət edir. 
Təbriz Universitetinin Mərkəzi kitabxanası  əvvəllərdə öz məlumat 
bazalarını Təbriz Universitetinin veb saytında əks etdirirdi. 2009-ci ildən  
Mərkəzi kitabxana İnternetdə öz fəaliyyətini  əks etdirən xüsusi veb 
saytını yaratmışdır. Həmin veb sayt vasitəsilə geniş elmi ictimaiyyət və 
kitabxana ictimaiyyəti kitabxananın fəaliyyəti ilə ətraflı tanış ola bilərlər
.
 
2010-cu ildən Təbriz universitetinin rəqəmli kitabxanası işə başladı 
və Təbriz universitetinin portalı  10 fakültə portalı ilə birliklə təsis olun-
du. Beləliklə, “Pars Azərəxş” proqram təminatının Veb versiyası vasitə-
silə  Mərkəzi kitabxananın fondunda və bütün fakültə kitabxanalarının 
fondunda axtarış aparmaq mümkündür. Həmçinin bu versiya vasitəsilə 
kitabxanaçılar bütün sənədlərin və kataloqların informasiylarını  bu proq-
ram təminata daxil edə və ya silə bilərlər.   
Mərkəzi kitabxananın veb saytının sol tərəfində elektron nəşrlərin 
siyahısı yerləşir. Birinci sətirdə abonementdə olan informasiya bazaları-
nın üzərində kilik etmək lazımdır. Sonra açılan səhifədə verilənlər 
bazalarının siyahısı ekranda təqdim olunur.  
Kitabxanada 16 verilənlər bazaları mövcuddur ki, onlar da aşağıda-
kılardan ibarətdir: 
1.
 
ScienceDirect: ScienceDirect tam mətnli verilənlər bazasıdır ki, 
2.500-dən artıq jurnal məqalələrini kitab fəsilləri və 11.000 artıq kitabı 
təqdim edir. Hal-hazırda onda 9.5 milyondan çox məqalə, fəsil var və hər 
il demək olar ki onun sayı 0,5 milyon artırılır. Science Direct, Elsevierin 
bir hissəsidir. Elsevier dünyanın  ən böyük elmi, texniki və tibbi infor-
masiya provayderidir və 2.000-dən artıq jurnal, kitab və verilənlər 
bazasını nəşr edir (9). 


2.
 
EBSCO: Dünyada çox məşhur məlumat bazasıdır ki, onun 
vasitəsilə tam mətnli e-jurnal, e-kitablar, verilənlər bazaları və s. istifadə 
etmək olar. Bu jurnallardan ən kütləvi və oxunaqlı  səciyyə daşıyanları 
CD-ROM-larda təqdim edilir. Bütün başqa məlumatlar isə  İnternet 
şəbəkəsi vasitəsilə  əldə olunur. EBSCO bütün bunlarla bərabər, təkcə 
ABŞ  və Avropada deyil, kontingentin başqa yerlərində  də  nəşr olunan 
sənədlərin elektron variantlarını oxucularımıza təqdim edir və 81.000-
dən artıq naşir ilə əlaqəsi var. Ümumilikdə EBSCO məlumat bazası 20-
dən artıq mövzunu özündə birləşdirmişdir. Buraya «Dil və dilçilik», 
«Ədəbiyyat və ədəbi tənqid», «Fəlsəfə», «Fizika», «Astronomiya, astro-
fizika», «İqtisadiyyat, biznes, menecment», «Kimya», «Tarix, arxeologi-
ya», «Hüquq, kriminalogiya», «Psixologiya, psixiatriya», «Coğrafiya», 
«Geologiya», «Riyaziyyat», «Biologiya və biologiya elmləri», «Tibb», 
«Kompüter və proqramlaşdırma texnologiyaları», «Kənd təsərrüfatı», 
«Ətraf mühit», «Sosiologiya, sosial elmlər», «Təhsil», «Politologiya, si-
yasi elmlər» və s. mövzular daxildir.  Bütün universitetlər  EBSCO Host 
məlumat bazasından sərbəst şəkildə istifadə edə bilərlər.(10) 
3.
 
ProQuest: Dünyada ən böyük elektron kitabxana Ann-Arborda 
(ABŞ. Miçiqan ştatı) yerləşmiş “ProQuest”şirkətinə məxsusdur. Bu elek-
tron kitabxana minlərlə dövri nəşri, dissertasiyanı, kitab və digər çap 
əsərini özündə əks etdirir. Bu məlumat bazası müxtəlif mövzularda, mə-
sələn, menecment, hüquq, iqtisadiyyat, kompüter, siyasi elmlər, ticarət və 
s. sahələr üzrə 6500-dən artıq Amerika qəzetlərinin xülasəsini əhatə edir. 
16 verilənlər bankı var ki, onlar da aşağıdakılardan ibarətdir: 
a)
 
ABI/ INFORM Global (iqtisadiyyat, bank, ticarət və s. mövzu-
larda).  
b)
 
Academic Research Library (humanitar elmlər, hüquq, qanun, 
uşaqlar, incəsənət, qadınlar, psixologiya və s. mövzularda).  
c)
 
Banking Information Source və s. 
ProQuestin dissertasiya verilənlər bazasında 700 universitet iştirak 
edir və hər il 60.000-dən arıq yeni dissertasiya ora əlavə olunur. 1861-ci 
ildən dünyada dissertasiyaların  biblioqrafik informasiyası  və xülasəsi 
mövcüddür və 1997-ci ildən magistratura və doktorantura pilləsində olan 
dissertasiyaların əvvəlki 24 səhifəsi onda əks edilib 11). 
4.
 
Wliey – BlackWell: 2007-ci ildə iki böyük naşir “John Wiley” 
və “Blackwell birləşdi və Wliey-BlackWell verilənlər bazası yarandı. 
Hazırda o  dünyanın ən məşhur universitet və professional naşirlərindən 
biridir. O, 1400 etibarlı elektron jurnalları,  fizika elmləri, tibb və səhiy-


yə, mühəndislik, humanitar və ictimai elmlər və s.  mövzusunda dünyada 
ən çox müraciət olunan elektron kitabları əhatə edir (12). 
5.
 
MathSciNet: Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən tanınan 
verilənlər bazasıdır ki, onda riyazi elmlər sahəsində məqalələr, istinadlar, 
xülasələr və s. biblioqrafik informasiyalar diqqətlə saxlanır və rahatlıqla 
axtarış aparılır. Hər il 100.000-dən artıq yeni riyazi mövzular təsnifatda 
yerləşdirilir,  əlavə edilir.  MathSciNet-nin 2 milyondan çox mənbəni 
özündə saxlayır və 1 milyon orijinal məqalələrin biblioqrafik informasi-
yasını əldə etməyə imkan verir. 400-dən artıq jurnalın istinad siyahısını 
toplayır və jurnallar, müəlliflər, məqalələr və icmallar üçün sitat informa-
siyasını  təmin edir. Bu verilənlər bazasının  əsas mövzuları riyaziyyat, 
kompüter elmləri, statistika və tətbiqi statistikadır (13). 
6.
 
Sage Journals Online: Hazırda 450 tam mətnli jurnaldan istifa-
dəni təmin edir. Bu jurnallar elmin müxtəlif sahələrini, məsələn, humani-
tar, dilçilik, texnologiya, tibbi  və s. əhatə edir (14). 
7.
 
Scopus: Ən böyük verilənlər bazasıdır ki, keyfiyyətli elmi-təd-
qiqat və veb mənbələrin xülasələrini və sitatını özündə əks edir və elmi-
tədqiqatı izləmək, analiz və aydın təsəvvür etmək üçün yaxşı vasitədir. 
Scopusda 500-dən artıq beynəlmiləl kitabxana iştirak edir.  Bu verilənlər 
bazası hər gün yenilənir və 4 000-dən artıq  naşirin 15.000 jurnalın xüla-
sələri və istinadlarını  əks etdirir. Bu verilənlər bazası vasitəsilə  1000 
açıq girişli jurnalların tam mətnli məqalələrindən istifadə etmək olar. Bu 
verilənlər bazası ən məşhur naşir “Elsevier” vasitəsilə yaradılır (15). 
8.
 
ISI Web of Knowledge: Bu verilənlər bazası humanitar elmlər, 
incəsənət, ictimai elmlər mövzusunda güclü informasiya-axtrış vasitəsi-
dir. Bu platforma dünyanın sitat gətirilən verilənlər bazalarına girişi tə-
min edir. 23.000 jurnal, 192000 konfrans materialı, 5500 veb saytı, 5000 
kitabı və s. əhatə edir. Thomson Reuterin nəzarəti altında işləyir (16). 
9.
 
EndNotWeb: Hazırda  şəxsı informasiyanın menecmenti 
tədqiqatçılara problemlər yaradır. “Thomson” şirkəti tədqiqatçıların ra-
hatlığı üçün Endnote proqram təminatını təmin edir. Bu proqram təminatı 
vastəsilə tədqiqatda informasiyanın menecmenti, istinadlarını yazmaq və 
biblioqrafiyaları yaratmaq üçün ən yaxşı vasitədir. Endnote tədqiqatçılara 
və elmi məqalələr yazan yazıçılara istinadların menecmenti, məqalə 
yazmaq və müxtəlif beynəlxalq naşirlərin standartına müvafiq məqalələri 
nəşr etməkdə böyük köməklik edir. WOK portalında bu proqram təmi-
natı veb sayt vasitəsilə  tədqiqatçılar, müəllimlər və  tələbələrin istifa-
dəsinə verilib. İstifadəçilər axtarış zamanı, axtarışın nəticələrini bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə