Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

cümlədən ilk dəfə Azərbaycan Respubliksaında kitabxana informasiya 
sahəsinin 2008-2013-cü illərdə inkişafi üzrə Dövlət proqramı Azərbay-
can Dövlətinin bu sahəyə prioritet bir məsələ kimi baxdığını və kitabxana 
ictimaiyyətinin bu qərarlardan irəli gələn məsələlərin  həyata keçirilməsi 
üçün çox böyük məsuliyyət daşımasının vacibliyini ortaya qoymuşdur. 
Bu və ya digər vəzifələrin həyata keçirilməsində digər kitabxanalar 
kimi, Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi də öz töhfəsini 
verməyə çalışır. 
Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1974-cu ildə 
Keçmiş SSRİ hökümətinin ölkədə kitabxana işinin inkişafında yeni 
keyfiyyət mərhələsi olan kitabxanaların mərkəzləşdirilməsi haqqında 
qərarından  sonra Bakıda eksperiment olaraq  ilk və yeganə sistem kimi 
1975-ci ildə yaradılmışdır. 
Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxa-
na və 4 filialı özündə birləşdirir və yarandığı gündən kitabxana işinin bü-
tün forma və metodlarından istifadə edərək əhaliyə kitabxana-biblioqrafi-
ya və informasiya xidməti göstərmiş, MKS-in maddi-texniki bazasının 
möhkəmləndirilməsi, digər kitabxanalarla əlaqələrin qurulması, zamana 
uyğun kitabxana işində baş verən yeniliklərin MKS-də tətbiqi və s. isti-
qamətdə iş aparmışdır ki, nəticədə Xətai rayon MKS hal-hazırda öz sə-
mərəli fəaliyyəti ilə digər kitabxanalardan fərqlənir. 
Mərkəzləşdirilmiş Kitabxana Sistemi fondunda müxtəlif məzmunlu 
170 min nüsxədən artıq ədəbiyyat qoruyub saxlamaqla 20 mindən artıq 
oxucuya xidmət göstərir ki, bunlar da müxtəlif kateqoriyaya (müəllim, 
həkim, mühəndis, fəhlə, tələbə  və  şagird, təqaüdçü, istehsalatda çalı-
şanlar, mütəxəssislər və s.) aid oxuculardan ibarətdir. 
İl  ərzində kitabxanaya ayrı-ayrı elm sahələri üzrə, milli və digər 
dillərdə  təxminən 4 minə  qədər yeni ədəbiyyat daxil olur ki, bunların 
kitabxana qaydasında işlənib kitabxanalara verilməsi və oxucuların isti-
fadəsinə çatdırılması üçün operativ şəkildə iş aparılır. 
Dövri mətbuata abunə ilə yanaşı  Mərkəzləşdirilmiş Kitabxana 
Sisteminin Mərkəzi Kitabxanasında internet vasitəsi ilə oxuculara xidmət 
işi təşkil olunmuşdur ki, bu da son vaxtlar kitabxanaya müraciətləri xeyli 
artırmış, kitabxanaya gəliş il ərzində 100 mindən artıq olmuş, oxuculara 
kitab verilişi isə 200 mindən çox olmuşdur. 
Mərkəzləşdirilmiş Kitabxana Sistemində kataloqlarla aparılan iş-  
ədəbiyyatın kataloqlaşdırılması, kataloqlara düzülmüş kartoçkalar, kata-
loqların redaktə olunması; məlumat-biblioqrafiya işi - oxuculara verilən 


yazılı və şifahi arayışlar, biblioqrafik kartotekaların və onlara daxil edil-
mış yeni kartoçkalarin işlənməsi; kütləvi tədbirlərin keçirilməsi - sər-
gilər, biblioqrafik icmallar, oxucu konfransları, kitab təqdimatları, ədəbi-
bədii gecələr, görüşlər, məruzə  və mühazirələr, stendlərin təşkili; təşki-
latı-metodik iş - filiallara gedişlər, metodiki məktubların və tövsiyələrin 
hazırlanması, kitabxana işçilərinə verilən məsləhətlər, seminarların keçi-
rilməsi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan yeni ədəbiyyat 
haqqında informasiya bülletenlərinin hazırlanması və digər metodiki təd-
birlər; kadrlarla iş- işçilərin ixtisasının artırılması üçün müxtəlif kurslara 
o cümlədən kompüter kurslarına göndərilməsi, işə qəbul zamanı təhsilli 
və təcrübəli işçilərə üstünlük verilməsi, təcrübə mübadiləsi üçün müxtəlif 
kitabxanalara ezamiyyələrin təşkili və s. xüsusi diqqət mərkəzində ol-
muşdur ki, nəticədə oxuculara verilən rədd cavabları  xeyli azalmışdır. 
İl boyu ayrı-ayrı  şöbələrin fondla aparılan sistemli işi nəticəsində 
fondun düzülüşü və ondan istifadə  işi yaxşılaşmış, fonddakı lazımsız 
ədəbiyyat silinmiş, lazımlı, lakin az istifadə olunan ədəbiyyat depozitar 
fonda verilmişdir. 
İnformasiya texnologiyalarının tətbiqi və istifadəsinə xüsusi diqqət 
yetirilmiş kitabxanada beynəlxalq təşkilatların köməyi ilə  resurs infor-
masiya mərkəzi yaradılmış, və mərkəz kömpüter, sürətçıxarma apatarı və 
digər lazımi avadanlıqlarla təmin olunmuş yüzlərlə oxucu həmin mər-
kəzdə pulsuz kömpüter kursları keçərək biliklərə yiyələnmişlər. 
Mərkəzkəzləşdirilmiş Kitabxana Sisteminin saytı yaradılmış (Xətai-
MKS.az) və oxucuların istifadəsinə verilmişdir, eyni zamanda M.F. 
Axundov adına Milli Kitabxananın dəstəyi ilə VTLS-Virtua proqramı 
əsasında Mərkəzləşdirimiş Kitabxana Sisteminin fondunda olan ədəbiy-
yatın elektron kataloqunun yaradılması üzərində bir neçə ildir iş aparılır 
və hal-hazırda fondda olan ədəbiyyatın 50%-ə qədəri kömpüterin yadda-
şına verilmişdir ki, bu da  oxucuların kitabxanadan istifadəsinin xeyli ya-
xşılaşdırmışdır. 
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi öz işini günün 
tələbləri səviyyəsində qurmaq üçün kitabxana işinin müxtəlif forma və 
metodlarından istifadə edir, ətrafdakı təhsil ocaqları və istehsalat müəssi-
sələrinə gedişlər edir, oxucular üçün səyyar xidmətlər təşkil edir, açıq rəf 
üsulundan istifadə edir, müxtəlif mövzularla əlaqədar məqalələr hazır-
lanır ki, bütün bunlar oxucuların kitabxanadan istifadəsini asanlaşdırır, 
diyarşünaslıq işi, ekologiya, gənclərlə  iş, ölkəşünaslıq, vətənpərvərlik, 


milli bayramlara aid olan işlər, əmək tərbiyəsi, estetik tərbiyə və s. bağlı 
müxtəlif tədbirlər keçirilir. 
Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin S. Vurğun adı-
na Mərkəzi Kitabxanası Mədəniyyət və Turizm  Nazirliyinin xüsusi əm-
rinə  əsasən Mərkəzi  İncəsənət kitabxanası statusu almışdır ki, bununla 
əlaqədar Mərkəzi Kitabxanada ayrıca İncəsənət və Fonoteka şöbəsi fəa-
liyyət göstərir və burada incəsənətin bütün sahələri ilə  əlaqədar çeşidli 
tədbirlər keçirilir. 
Kitabxananın fəliyyətinin səmərəli olması üçün ən vacib işlərdən 
biri kitabxanaların maddi-texniki bazasının möhkəmlədirilməsi olması-
nın  əhəmiyyətini dərk edərək, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 
rəhbərliyi bu sahəyə xüsusi diqqət yetirməsi, Mərkəzi Kitabxana və fi-
lialların təmirinə, yeni avadanlıq və inventarların alınmasına, xüsusilə 
yeni texnologiyaların alınıb tətbiq olunmasına kommunal təsərrüfat işi-
nin düzgün qurulmasına, problemlərin lazımi instansiyalar qarşısında 
qaldırılması və həllinə nail olunmasına səy göstərmişdir.  
Mərkəzi Kitabxana Sisteminin kollektivi eyni zamanda şəhər və 
rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş və bu işə öz töhfəsini 
vermişdir. 
Mərkəzi Kitabxana Sistemində kitabxana fəaliyyətinin vacib hissəsi 
olan sorğu-biblioqrafiya və  məlumat işi aparılır. Kitabların biblioqrafik 
icmalları keçirilir, biblioqrafik sərgilər, kataloqlarla iş, əlamətdar günlərə 
həsr olunmuş mövzu kartotekaları düzəldilir, informasiya bülletenləri 
tərtib olunur, biblioqrafiya dərsləri keçirilir, diyarşünaslıqla  əlaqədar 
Azərbaycana həsr olunun kitabların biblioqrafik icmalları: Azərbaycanın 
xoş  gələcəyi üçün çalışıb-vuruşmuş, mərd qəhrəman oğullarına həsr 
olunmuş kitabların bibiloqrafik icmalları, 20 yanvar, Xocalı faciəsinə 
həsr olunmuş biblioqrafik icmallar və s. keçirilir ki, bu da əhaliyə daha 
səmərəli xidmət göstərməyə kömək edir. 
XXI  əsrdə elmin, texnikanın inkişafı, qloballaşma, informasiya 
bolluğu, cəmiyyətin bütün sahələrində olduğu kimi kitabxanalarda da 
yeni texnologiyaların tətbiqi dünyada kitabxana işinə yeni məzmun 
vermiş, fəaliyyətimizin bütün sahələrində  işimizə tamamilə yenidən 
baxışı  zəruri etmişdir. Bu mənada kitabxanalarımızda maddi-texniki 
bazanın möhkəmlədirilməsinə müasir dövrün tələblərinə uyğun  əsaslı 
təmir və yenidənqurma işlərinə,yeni texnika və texnologiyanın tətbiqinə, 
inventar və avadanlıqların müasirləşdirilməsinə və s. ehtiyac vardır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə