Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   36   37   38   39   40   41   42   43   44

edirdi. Bu dövrün Azərbaycanda Yer haqqında elmlər kompleksinin inki-
şafı sahəsində ən əhəmiyyətli hadisəsi 1923-cü ildə Azərbaycanda müasir 
anlamda ilk elmi-tədqiqat müssisəsi-Azərbaycanı Tədqiq və Tətəbbö Cə-
miyyətinin yaradılması oldu.Görkəmli yazıçı  və maarifçi Ə.Ə. Haq-
verdiyevin sədrlik etdiyi bu cəmiyyətdə üç bölmə var idi ki, onlardan biri 
Təbiyyat bölməsi idi. Yer haqqında elmlər üzrə  tədqiqatlar Cəmiyyətin 
məhz bu bölməsi tərəfindən həyata keçirilirdi. !929-cu ildə  həmin 
cəmiyyətin bazasında Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutu (Azər-
baycan DETİ)
 
yaradıldı.
 
1932-ci ildə Azərbaycan DETİ-nin  əsasında 
SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təş-
kil edildi. Şöbəyə R.Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir 
neçə komissiya fəaliyyət göstərirdi. Bu bölmələrdən biri geologiya 
bölməsi idi.
 
Lakin Azərbaycanda Yer haqqında elmlər üzrə ilk elmi-
tədqiqat institutunun-Azərbaycan MEA Geologiya İnstitutunun yaradıl-
ması tarixindən bəhs edərkən 1930-cu il əsas götürülür. Azərbaycanda 
SSRİ EA Azərbaycan Filialının Geologiya İnstitutunun təsis edilməsi ilə 
Azərbaycanda geologiya sahəsində elmi tədqiqatlarla məşqul olan ilk 
ayrıca müəssisə işə başladı. Az bir müddət ərzində respublikamızda Yer 
haqqında elmlər sahəsində planauyğun  şəkildə geniş istiqamətdə  tədqi-
qatlar aparılmağa başladı.  
Ötən illər ərzində Azərbaycan MEA
  
Geologiya İnstitutunda neft və 
qaz geologiyası, filizlərin geologiyası, Yer qabığı  və üst mantiyanın 
quruluşunun modelləşdirilməsi, faydalı qazıntıların yeni proqnoz metod-
larının işlənməsi, fanerzoy dövrünün stratiqrafiyası və faunası, çökmə və 
vulkanikçökmə formasiyaları və onların formalaşması qanunauyğunluq-
ları kimi istiqamətlərdə nailiyyətlər qazanılmışdır. Hal-hazırda İnstitutda 
petrologiya və metallogeniya, filiz yataqlarının geokimyası və mineralo-
giyası, regional geologiya və tektonika, neft və qaz geologiyası şöbələri, 
palçıq vulkanizmi, paleontologiya və stratiqrafiya, elmi nailiyyətlərin 
təsərrüfata tətbiqi bölmələri var. İnstitutun nəzdində  həm də H.Zərdabi 
adına Təbiyyat Tarixi muzeyi və Geoloji muzey də fəaliyyət göstərir. 
Biz bilirik ki, Azərbaycanda geologiya sahəsində elmi potensial 
təkcə Milli Elmlər Akademiyasının Geologiya İnstitutu ilə  məh-
dudlaşmır. Bu institutdan başqa Akademiya sistemində uzun zaman 
Dərin Neft və Qaz Yataqlarının Nəzəri Problemləri  İnstitutu fəaliyyət 
göstərmişdir ki, 2002-ci ildə həmin institut ləğv edilmiş və onun şöbələri 
MEA Geologiya İnstitutunun tərkibinə qatılmışıdır. Akademiyadan 
kənardakı elmi müəssisə  və kollektivlərə  gəldikdə isə Respublika 


Ekoloğiya və Təbii Ehtiyatlar Nazirliyini, Azərbaycan Respublikası Döv-
lət Neft Şirkətinin geoloji bölmələrini və həmin şirkətin tabeliyində olan 
Azərbaycan Elmi-Tədqiqat və Layihə Neft İnstitutunu, Azərbaycan El-
mi-Tədqiqat Geofizika İnstitutunu, eləcə  də BDU-nun geologiya fa-
kültəsinin və Azərbaycan Neft Akademiyasının geologiya üzrə kafed-
ralarını göstərmək lazımdır. 
Yer haqqında elmlər kompleksinin ikinci tərkib hissəsi isə coğrafiya 
elmidir. Onun geologiyadan əsas fərqi ondan ibarətdir ki, əgər geologiya 
əsasən Yerin təkini, orada baş verən prosesləri öyrənirsə, cografiya yerin 
səthində baş verən təbii prosesləri tədqiq edir. Bu sahədə isə aparıcı elmi-
tədqiqat müəssisəsi Milli Elmlər Akademiyasının Həsən  Əliyev adına 
Coğrafiya İnstitutudur. 1937-ci ildə yaradılmış bu institut elm aləmində  
həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda  yaxşı tanınır. Bun-
dan başqa, ölkəmizdə coğrafiya sahəsində  tədqiqatlar BDU-nun və res-
publikanın bir sıra universitetlərinin coğrafiya fakültələrində də aparılır. 
Azərbaycanda geoloji tədqiqat müəssisələrinin flaqmanı olan 
Elmlər Akademiyasının Geologiya İnstitutunda və digər elmi-tədqiqat 
müəssisə  və bölmələrində, elmi-pedaqoji kollektivlərdə çoxsaylı mütə-
xəssislər ordusu çalışır. Təbiidir ki, həmin kollektivlər və ayrı-ayrı 
mütəxəssislər öz peşə  vəzifələrini yerinə yetirərkən  ən müxtəlif infor-
masiyaya tələbat meydana gəlir. Əgər həmin informasiya tələbatını sənəd 
vasitəsi ilə ödəmək olarsa və tələbatçı belə bir imkandan xəbərdardırsa, 
bu zaman həmin tələbat sənəd-informasiya tələbatı müstəvisindən 
biblioqrafik informasiya tələbatı müstəvisinə keçir. Beləliklə, biblioq-
rafik informasiya (biblioqrafik tələbatlar) sənəd tələbatlarından meydana 
çıxır, məzmun baxımından onunla eyniyyət təşkil edir, onun ödənil-
məsinə xidmət edir və  sənəd tələbatının sadəcə xüsusi, biblioqrafik 
formada təzahüründən ibarətdir. 
İnformasiya tələbatı, eləcə  də biblioqrafik informasiya tələbatı öz 
təbiətinə görə obyektiv bir hadisədir və ayrı-ayrı  fərdlərin arzularından 
az asılıdır. Bu tələbatın təzahürü yeni biliklər əldə edilməsi zərurətindən 
doğur ki, bunsuz da müasir elmin, o cümlədən, geologiyanın qarşısında 
duran vəzifələrin həll edilməsi qeyri-mümkündür. 
Mütəxəssis geoloqlar sənəd vasitəsi ilə əks olunan informasiyanı, o 
cümlədən biblioqrafik informasiyanı  həm formal, həm də qeyri-formal 
(şəxsi ünsiyyət) kanalları vasitəsi əldə edirlər. 
Müşahidələr göstərir ki, tələbatçı öz informasiya ehtiyacını ilk 
növbədə qeyri-formal kanallarla ödəməyə çalışır. Bunun üçün o, iş yol-


daşlarına müraciət edir. Əgər həmin yolla informasiya əldə etmək müm-
kün olmazsa, mütəxəssis formal kanallara-bilavasitə informasiya xidməti 
ilə  məşğul olan struktur bölməsinə (müəssisənin elmi kitabxanasına, 
elmi-texniki informasiya şöbəsinə, patent şöbəsinə) müraciət edir. Qeyd 
etmək lazımdır ki, Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda 
həmin bölmələrin hamısı mövcuddur. Mütəxəssisin sorğusu o zaman 
meydana çıxır ki, mütəxəssis bu və ya digər məsələnin həlli üçün əlavə 
biliklərə ehtiyacı olduğunu dərk etsin. Lakin nəzərə almaq lazımdır ki, 
bir çox hallarda sorğu mütəxəssisin informasiya tələbatını tam əks etdir-
mir. Bu vəziyyət biblioqraf tərəfindən nəzərə alınmalı  və real tələbatın 
üzə  çıxarılması üçün mütəxəssislə söhbət vasitəsilə sorğu dəqiqləşdiril-
məlidir.  
Məlumdur ki, biblioqrafik fəaliyyətin optimal təşkili üçün onun hər 
iki  əsas elementi-həm sənədlər, həm də informasiya tələbatçıları 
dərindən təhlil edilməlidir. 
Söhbət Yer haqqında elmlərin, o cümlədən geologiya və coğra-
fiyanın  ilkin sənədlərlə təminatından gedərkən müasir kitabxana işində 
və biblioqrafik fəaliyyətdə  məlum olan sənədlər və onun konkret tipi 
olan nəşrlərin (çap əsərlərinin) bir çox növləri çox geniş təmsil olunmuş-
dur. Məlum standartda öz əksini tapmış elmi nəşrlər, monoqrafiyalar, 
dissertasiyaların avtoreferatları, elmi konfranslarda edilmiş  məruzələrin 
tezisləri, elmi əsərlər məcmuələri, elmi kütləvi nəşrlər, tədris nəşrləri, 
dərsliklər, sıra nəşrləri, lüğətlər geologiya üzrə də mövcuddur və geolo-
giyanın biblioqrafiyasının obyektini təşkil edir. Azərbaycanda Geologiya 
İnstitutunun və digər elmi kollektivlərin elmi yaradıcılığının məhsulu 
olan kitablar, monoqrafiyalar, məqalələr məcmuələri, Azərbaycan MEA 
Xəbərlərinin Yer haqqında elmlər seriyası, eləcə  də  tədris  ədəbiyyatı 
həmin obyektə daxildir. Onu da qeyd etmək lazımdır ki, Yer haqqında 
elmlər digər təbiət elmlərindən onunla fərqlənirlər ki, burada sənəd 
kütləsinin və axının nəzərəçarpacaq hissəsini spesifik sənəd növləri-ən 
müxtəlif xəritələr, atlaslar, kadastrlar, sxem və diaqram şəklində olan 
sənədlər təşkil edirlər. Belə sənəd növləri kitabxananın, elmi informasiya 
şöbəsini katalaq-kartoteka sistemində, soraq-axtarış aparatında xüsusi 
olaraq əks etdirilir və bununla da həmin sənədlərin istifadəsi üçün daha 
rahat geniş imkanlar yaranır. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə