Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

edilmişdir.  Bundan başqa biblioqrafik göstəricidə A.Şaiqin kitab halında  
çap olunmuş əsərləri ilə bərabər dövri mətbuatda dərc edilmiş əsərləri də 
təsvir edilmişdir. 
Biblioqrafik göstəricinin “Abdulla Şaiqin həyat və yaradıcılığı 
haqqında” bölməsində  yazıçıya həsr edilmiş bir sıra mühüm məqalələrin 
təsviri verilmişdir. 
Məlum olduğu kimi, A.Şaiq geniş yaradıcılığa  malik yazıçı 
olmaqla bərabər, həm də maarif sahəsində  də çox böyük xidmətləri  
olmuşdur. Belə  sənətkar haqqında cəmi 9 səhifəlik yaddaş onun 
yaradıcılığı haqqında oxuculara biblioqrafik  cəhətdən  çox az məlumat 
verə bilər. 
Müxtəlif yaşlı  uşaqlar üçün çap edilmiş  ədəbiyyatın təbliğində 
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası  tərəfindən tərtib 
edilmiş metodik-biblioqrafik vəsaitlərin də əhəmiyyəti böyük olmuşdur. 
Çünki  belə biblioqrafik vəsaitlər vasitəsilə uşaq kitabxanaları tərəfindən 
həyata keçirilən kütləvi tədbirlərdə  müvafiq ədəbiyyatlar seçilib tövsiyə 
olunmuşdur. Bu məqsədlə M.F.Axundov adına Azərbaycan Milli 
Kitabxanası  tərəfindən 1962-ci ildə S.Rzayevin “Uşaqları beynəlxalq 
müdafiə günü” (8)  mövzusunda tərtib etdiyi metodik - biblioqrafik 
vəsait çap edilmişdir. 
Respublika Dövlət Uşaq Kitabxanası    təşkil olunana qədər uşaq 
kitabxanaları üçün  belə vəsaitlər çox az miqdarda yarana bilmişdir. Ona 
görə də bu vəsait həmin illərdə yaranan ilk nümunələrdən olmaqla,  uşaq 
kitabxanalarına metodik köməklik üçün əhəmiyyətli vəsait hesab 
olunurdu. Müəllif vəsaitdə  uşaqları beynəlxalq müdafiə günü 
 
münasibətilə  uşaq kitabxanalarında, klublarda və  mədəniyyət evlərində 
bu mühüm əlamətdar tarixi günə aid kütləvi tədbirlərin planını verməklə 
yanaşı, həmin tədbirlərdə nümayiş etdiriləcək mühüm ədəbiyyatların 
biblioqrafik siyahısını  da vermişdir. 
Respublikamızda uşaq ədəbiyyatının tövsiyə biblioqrafiyası Firudin 
Bəy Köçərli adına Respublika Dövlət Uşaq Kitabxanası  təşkil 
olunmasından sonra (1965) öz müstəqil inkişaf  yolunu  tapa bilmişdir. 
Müasir dövrdə  də Respublika Uşaq Kitabxanası  uşaq  ədəbiyyatının 
tövsiyə biblioqrafiyasının mərkəzi hesab olunur. Kitabxana fəaliyyətə 
başladıqdan sonra onun biblioqrafik fəaliyyəti  genişlənmiş və müxtəlif 
yaşlı məktəblilər üçün tövsiyə vəsaitləri buraxmağa başlamışdır. 


Müxtəlif yaş  dərəcəsinə malik olan şagirdlərin sinifdənxaric 
mütaliəsinə  rəhbərlikdə tövsiyə biblioqrafik vəsaitlərin  əhəmiyyəti 
olduqca böyük olmuşdur. 
Kitabxana tərəfindən 1967-ci ildə çap olunmuş “Çto çitat letom” 
adlı tövsiyə biblioqrafik göstərici  II-III  sinif şagirdləri üçün nəzərdə 
tutulmuşdur. Göstəricidə tövsiyə olunan ədəbiyyat  şagirdlərin yaş 
dərəcələrinə görə qruplaşdırılmışdır. Biblioqrafik göstəriciyə 1960-cı 
ildən sonra müxtəlif nəşriyyatlar tərəfindən uşaqlar qçün çap olunmuş  
450-yə qədər ən mühüm kitablar daxil edilmişdir.  
Respublika Uşaq Kitabxanası tərəfindən oxucular üçün yaddaşlar da 
çap olunmuşdur ki, şagirdlər yaddaş vasitəsilə şair və yazıçıların həyat və 
yaradıcılıqlarına dair müxtəlif  məlumatları öyrənməklə yanaşı, onların 
əsərlərinin son nəşrləri ilə  də tanış olurlar. Kitabxana tərəfindən çap 
olunmuş yaddaşlardan  biri    Azərbaycan uşaq  ədəbiyyatının görkəmli 
nümayəndələrindən biri olan Süleyman Sani Axundova həsr olunmuşdur. 
Yaddaşın giriş hissəsində yazıçının ilk əsərləri haqqında oxuculara  
məlumat verilmişdir. Yaddaşda S.S.Axundovun  uşaqlar üçün yazdığı 
“Qaraca qız” (1966), “Mister Qreyin köpəyi” (1959), “Nurəddin” (1963) 
kimi əsərlərini  təsviri verilməklə, həmin əsərlərin məzmunu ilə uşaqları 
tanış etmək  üçün hər bir əsərə  qısa annotasiya verilmişdir. Sonra 
yaddaşda yazıçının  əsərlərinin son nəşrlərindən  nümunələr 
göstərilmişdir (10). 
Respublika Uşaq Kitabxanası tərəfindən  Akif Əsədullayevin tərtib 
etdiyi “Azərbaycan uşaq  ədəbiyyatı”  adlı annotasiyalı tövsiyə 
biblioqrafik göstərici uşaq  ədəbiyyatına həsr edilmiş  mükəmməl  bir 
vəsaitdir (7). 
Uşaq ədəbiyyatı gənc nəslin  tərbiyəsi məsələsi ilə ayrılmaz surətdə 
bağlıdır. Bu ədəbiyyat  uşaqlarda gözəl hisslər tərbiyə edir. Kiçik 
yaşlarından vətənə, xalqa məhəbbət,  əməyə, biliyə  həvəs oyadır, həyatı 
sevdirir,  uşaqları  fəallaşdırır,  mübariz, xeyirxah, cəsarətli və dözümlü 
olmağa çağırır. Uşaqlar bədii  ədəbiyyat vasitəsilə    keçmişi, bugünkü 
həyatımızı və inkişafımızı bədii  şəkildə öyrənirlər.  
Biblioqrafik göstəricidə 1950-1968-ci illərdə  uşaq  ədəbiyyatı üzrə 
kitab  şəklində çap olunmuş 419 bədii  əsər  əhatə edilmişdir. Bu 
biblioqrafik göstərici uşaqların mütaliəsinə rəhbərlik işini düzgün həyata 
keçirmək məqsədilə çap olunmuşdur. Göstəriciyə eyni adlı  əsərlərin 
bütün nəşrləri deyil, yalnız sonuncu nəşr və yaxud uşaqlar üçün  daha 
sadə şəkildə işlənmiş nəşrlər daxil edilmişdir. 


Göstərici şagirdlərin yaş xüsusiyyətlərindən asılı olaraq üç əsas böl-
məyə ayrılmışdır. Birinci bölmədə məktəbəqədər yaşlı uşaqlar və I-II  si-
nif şagirdləri üçün olan ədəbiyyat, ikinci bölmədə III-IV sinif şagirdləri 
üçün, üçüncü bölmədə isə V-VIII sinif şagirdlərinə aid ədəbiyyat 
verilmişdir. 
Biblioqrafik göstəricidə ədəbiyyat uşaqların yaş dərəcələrindən asılı 
olaraq  ədəbiyyatın janrı üzrə qruplaşdırılmışdır. Janra görə - şifahi xalq 
ədəbiyyatı, poeziya və nəsr əsərləri  kimi bölmələr əsas götürülmüşdür. 
Hər bölmə daxilində  uşaqlar üçün tövsiyə olunan əsərlər  əlifba 
qaydasında təsvir edilmişdir.  
Biblioqrafik göstəricinin əhəmiyyətli cəhətlərindən biri odur ki, hər 
bir əsərə annotasiya verilmişdir. Bu annotasiya vasitəsilə uşaqlar tövsiyə 
olunmuş bədii əsərlərin məzmunu ilə tanış ola bilirlər. 
Bu tövsiyə  vəsaiti oxucu istiqamətinə görə  uşaq kitabxanalarının 
işçiləri, aşağı sinif müəllimləri, tərbiyəçilər üçün nəzərdə tutulmuşdur. 
Biblioqrafik göstərici  1970-ci ildə çap edilmişdir. Vəsaitə müxtəlif yaşlı 
uşaqlar üçün cəmi  419 mənbə daxil edilmişdir.Vəsaitdən istifadəni 
asanlaşdırmaq üçün sonda köməkçi aparat verilmişdir. Köməkçi aparata  
“Müəlliflərin əlifba göstəricisi” və “Əsərlərin adlar göstəricisi” daxildir. 
Köməkçi aparat vasitəsilə müəllifləri və istənilən  əsərləri adlarına görə 
axtarıb tapmaq olur. 
“Azərbaycan uşaq ədəbiyyatı”  adlı biblioqrafik göstərici F.Köçərli 
adına Respublika Uşaq Kitabxanası tərəfindən tərtib olunmuş vəsaitlərin 
ən maraqlısı hesab olunur. 
Azərbaycanda uşaq  ədəbiyyatı biblioqrafiyasının intensiv inkişafı  
1970-ci ildən sonrakı  illərə  təsadüf edir. Bu sahədə fəaliyyət göstərən 
Respublika Dövlət Uşaq Kitabxanasının biblioqrafik nəşrlərinin sayı  və 
keyfiyyəti  xeyli artmışdır. Kitabxana tərəfindən 1970-ci il və sonrakı 
illərdə yubileylər,  əlamətdar və tarixi günlər  münasibətilə bir sıra 
vəsaitlər tərtib edilib çap olunmuşdur. 
F.Köçərli adına Respublika Uşaq Kitabxanası  yetişməkdə olan 
gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə  edilməsinə kömək 
etmək üçün müxtəlif xarakterli kütləvi tədbirlər həyata keçirməklə 
bərabər,  biblioqrafik vəsaitlər də hazırlayıb çap etdirmişdir. 
Hərbi vətənpərvərlik üzrə mövcud ədəbiyyatın gənclər arasında 
təbliğ edilməsində tövsiyə xarakterli biblioqrafik vəsaitlərin  əhəmiyyəti 
olduqca böyükdür. Aydın Abbasov tərəfindən tərtib olunmuş  “Uşaqların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə