Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

(11, S.76). Ə. Səidzadənin ilk dəfə olaraq bu çağırışına qoşulan alim
biblioqraf A. Baqri olmuşdur. 
A.Baqri «Azərbaycanı  Tədqiq və  Tətəbbö Cəmiyyəti»nin kitab-
xanasında biblioqrafiya bürosuna rəhbərlik etmişdir (9, S.102). Azər-
baycanın xalq təsərrüfatına, etnoqrafiyasına, tibb elminə,  şifahi xalq 
ədəbiyyatına, tarixinə, coğrafiyasına və eləcə  də iqtisadiyyatına aid 
ədəbiyyatın ilk dəfə olaraq toplanması  və biblioqrafiyalaşdırılması A. 
Baqrinin adı ilə bağlıdır. Professor A.Baqri Azərbaycan iqtisadiyyatına 
aid  ədəbiyyatın biblioqrafiyasını yaratmaq üçün keçən  əsrin  əvvəl-
lərində çap olunmuş  qəzet və jurnalları araşdırmış, Azərbaycan 
iqtisadiyyatına dair materialları toplayıb, həmin materiallar əsasında 
«Biblioqrafiya: Azərbaycan iqtisadiyyatı üçün materiallar» mövzusunda 
tərtib etdiyi elmi-köməkçi biblioqrafiyanı «Ali iqtisad şurasının əxbarı» 
jurnalında 1924-cü il 8-9, 10-11 və 12-13-cü nömrələrində hissə-hissə 
çap etdirmişdir. Materialların davamı jurnalın 1925-ci il 1-2-ci nömrə-
lərində çap edilmişdir. 
Biblioqraf alim F.Bayramovun qeyd etdiyi kimi, biblioqrafik 
göstəricinin  əvvəlində verilmiş «Giriş»dən  məlum olur ki, belə bir 
biblioqrafiyanın yaradılmasına ehtiyac duyulmuşdur (8, S.28-29). Belə 
ki, orada qeyd edilmişdir ki, Azərbaycana dair biblioqrafik əsərlər 
olmadığından onun öyrənilməsi də  çətinləşir. Jurnalda verilmiş  qısa 
izahatdan məlum olur ki, Azərbaycan haqqında olan materialların 
toplanması  işinə alimlər və ayrı-ayrı müvafiq təşkilatlar da cəlb 
edilmişdir. Jurnalın giriş hissəsindən sonra Azərbaycan iqtisadiyyatına 
dair 1134 ədəbiyyatın təsviri verilmişdir.     
Burada birinci olaraq N.A.Belovun 1887-ci ildə Tiflis şəhərində 
çap olunmuş  «İssledovaniə gkonomiçeskoqo bıta qosudarstvennıx 
krestğən v Qeoqçayskom i Şemaxinskom uezdax Bakinskoy qubernii» 
adlı kitabın təsviri verilmişdir. Bu onu göstərir ki, hələ XIX əsrdə qeyri 
millətdən olan mütəxəssislər, elm adamları Azərbaycan iqtisadiyyatı ilə 
maraqlanmış və bu sahədə kitablar, məqalələr yazıb çap etdirmişlər. 
A.Baqri materialların sistemləşdirilməsində  əlifba qaydasına tam 
əməl etsə  də, mənbələrin təsvirində  təsvir ünsürlərinin indiki qaydada 
verilmədiyi müşahidə olunmuşdur (9, S.103.). Lakin bunu o dövr üçün 
müqayisədə müəllifə əsas nöqsan kimi irad tutmaq düzgün olmaz. Ona 
görə ki, kitabxana-biblioqrafiya təsnifatına aid vəsaitlər o zaman yox 
dərəcəsində idi. Buna baxmayaraq, A.Baqrinin bu sahədə müəyyən 
təcrübəyə malik olduğu, tərtib etdiyi «Biblioqrafiya»dan hiss olunur. 


Biblioqrafik göstəricidə  Səməd Ağamalıoğlunun 1919-1920-ci 
illərdə çap etdirdiyi xeyli miqdarda məqalələr A.Baqri tərəfindən 
toplanaraq buraya daxil edilmişdir. Bundan başqa burada «İskra», 
«Novoe obozrenie», «Kavkaz», «Jiznğ Kavkaza», «Russkiy vestnik», 
«Sın oteçestva» və digər adda müxtəlif istiqamətli qəzet və jurnallarda 
Azərbaycan iqtisadiyyatına dair çap olunmuş çox zəngin materiallar 
vardır.  
Biblioqrafik mənbənin  əhəmiyyətli cəhətlərindən biri də onunla 
əlaqədardır ki, XIX əsrdə  və XX əsrin  əvvəllərində Azərbaycan 
iqtisadiyyatına aid yaranan ədəbiyyatın mənbələrinin öyrənilməsi üçün 
ikinci belə biblioqrafik göstərici  yaradılmamışdır. Ona görə  də 
Azərbaycan iqtisadiyyatına həsr olunmuş biblioqrafik göstərici müasir 
oxucular üçün çox əhəmiyyətli biblioqrafik mənbə hesab olunur. 474 
adda  ədəbiyyatın sıra nömrəsi ilə verilməsi oxucular üçün 
əhəmiyyətlidir. Vaxt itirmədən  ədəbiyyatın ümumi miqdarı haqqında 
məlumatı oxuculara çatdırır, həm də  mənbələrə  sıra nömrələrinin 
verilməsi ayrı-ayrı müəlliflərin məqalələrinin ümumi miqdarını daha tez 
müəyyənləşdirilməsini asanlaşdırır. Bu cəhətdən A.Baqrinin çap 
etdirdiyi «Biblioqrafiya» oxucuların informasiya təminatında mühüm 
biblioqrafik mənbə hesab olunur. Bunu «Biblioqrafiya»dan istifadə edən 
oxucuların qeyd etdikləri müxtəlif işarələrlə izah etmək olar (9, S.104).  
Azərbaycanda iqtisadiyyat üzrə ədəbiyyatın biblioqrafiyası 1970-ci 
ildən sonra təşkil olunmağa başladı. Bu sahədə Azərbaycan Milli Elmlər 
Akademiyası MEK-nın fəaliyyəti təqdirəlayiqdir. Kitabxana həmin 
ildən sonra yerli nəşrlərin biblioqrafik göstəricisini hazırlayıb çap 
etdirməyə başlamışdır. Göstərici Azərbaycan və rus dilində çap 
edilmişdir: «Biblioqrafiçeskiy spisok novıx oteçestvennıx kniq», «Yeni 
kitabların biblioqrafik siyahısı» adı ilə çap edilmişdir. Hər iki 
göstəricinin nəşrlərində «İqtisadiyyat. İqtisadi elmlər» adlanan bölmə öz 
əksini tapmışdır. 
Azərbaycanda iqtisadiyyat üzrə ədəbiyyatın yeni nəşrləri haqqında 
elmi işçilərə məlumat verilməsində Elmi-məlumat mərkəzinin fəaliyyəti 
də çox olmuşdur. Mərkəz tərəfindən «Azərbaycanda ictimai elmlər üzrə 
çap olunmuş ədəbiyyat» adlı göstərici 1990-cı ildən sonra nəşr edilməyə 
başlamışdır. Göstəricidə iqtisadiyyat üzrə çap olunmuş kitablar xüsusi 
bölmə üzrə sistemləşdirilib təsvir edilmişdir. Göstəricidə kitab və dövri 
mətbuat materialları da əks etdirilmişdir. Göstəricinin daxilində 


«Azərbaycan dilində», «Rus dilində» adlanan bölmələr informasiya 
istifadəçiləri üçün çox əhəmiyyətlidir. 
Göstəricidə iqtisadiyyat üzrə ədəbiyyat iqtisadiyyatın sahələri üzrə 
qruplaşdırılıb təsvir edilmişdir. «İqtisadiyyat» adlanan bölmə, «Ümumi 
məsələlər», «Xalq təsərrüfatının idarə olunması», «İqtisadi rayonlaşdır-
ma», «Sənaye  iqtisadiyyatı», «Əmək» və s. kimi bölmələr verilmişdir. 
Cari mənbələrlə yanaşı, keçmiş illərdə iqtisadiyyat üzrə ədəbiyyatı 
özündə əks etdirən ümumi xarakterli biblioqrafik göstəricilər də vardır. 
1920-ci ildən sonra respublikamızda iqtisadiyyata aid çap olunmuş 
kitablar «Azərbaycan kitabı»nın ikinci cildinin birinci kitabında öz 
əksini tapmışdır (4, S.140-150). Göstəricinin VII bölməsində «Siyasi-
iqtisadi nəzəriyyələr tarixi» adlanan bölmədə 28 ədəbiyyatın təsviri 
verilmişdir. Göstəricidən istifadəni asanlaşdırmaq üçün «Fərdi müəl-
liflərin  əlifba göstəricisi» və «Müəllifsiz kitabların  əlifba göstəricisi» 
kimi köməkçi aparat onun informasiya dəyərini daha da artırmış olur. 
Azərbaycan dilində iqtisadiyyata aid çap olunmuş  ədəbiyyatı 
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 
ümumi xarakterli biblioqrafik nəşrlərindən də öyrənmək olar (5). 1960-
cı ildən sonra AMEA MEK Akademiya nəşrlərinin ümumi xarakterli 
elmi-köməkçi biblioqrafik göstəricisini hazırlayıb çap etdirmişdir. 1923-
45-ci illəri  əhatə edən «Azərbaycan EA nəşrlərinin biblioqrafiyası» 
1984-cü ildə «Elm» nəşriyyatında çap olunmuşdur. Biblioqrafik 
göstəricinin 236-cı səhifəsində «İqtisadiyyat» bölməsi verilmişdir. 
Biblioqrafik göstəricinin ayrı-ayrı illərdə çap olunmuş  nəşrlərinə 
iqtisadiyyat üzrə də ədəbiyyat daxil edilmişdir. Göstəricinin 1945-1959-
cu illəri əhatə edən nəşrində «İqtisadiyyat, statistika, iqtisadi coğrafiya» 
adlanan bölmə öz əksini tapmışdır. Göstəricinin  əhatə etdiyi dövr 
ərzində iqtisadiyyat üzrə çap edilmiş 161 kitab və jurnal məqalələri 
toplanıb göstəriciyə daxil edilmişdir. Akademiyanın nəşrlərinin bib-
lioqrafiyası sonrakı illərdə «illik» formasında çap olunmuşdur. «İllik» 
nəşrlərində iqtisadi ədəbiyyat «İqtisadiyyat  İnstitutu» adı ilə verilmiş 
bölmə daxilində düzülüb təsvir edilmişdir.  
Qeyd etmək lazımdır ki, Azərbaycan Elmlər Akademiyasının 
nəşrlərinin biblioqrafiyasında daha bir göstərici müvafiq sahəni  əks 
etdirir (6). Azərbaycan EA-nın nəşrlərinin biblioqrafiyasının 1960-
1965-ci illər arasındakı dövrü əhatə edən 3-cü cildin 6-cı kitabında 
iqtisadiyyat üzrə AMEA-nın «Elm» nəşriyyatında Azərbaycan və rus 
dillərində  nəşr olunan monoqrafiyalar, məqalələr, dövri mətbuat 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə