Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   36   37   38   39   40   41   42   43   44

təhsilli, 8 nəfəri, yəni 7,5%-i  ali  qeyri- ixtisas  təhsilli, 32 nəfəri,  yəni  
29,9%-i  orta  ixtisas təhsilli, 22 nəfəri, yəni 20,6%-i orta  qeyri-ixtisas  
təhsilli, 38 nəfəri, yəni 35,5%-i isə ümumi orta təhsilli işçilərdir 
(bax:cədvəl.2). 
Qusar rayonunda cəmi təhsil  alanlar 70884  nəfərdir ki, onların  da  
3407 nəfəri, yəni 4,81%-i  ali, 139 nəfəri natamam ali, 5851 nəfəri və  
ya 8,25%-i orta  ixtisas, 26573 nəfəri və ya 37,49%-i ümumi orta, 11742 
nəfəri və ya 16,57%-i  natamam orta, 1803 nəfəri və  ya 2,54%-i  peşə  
təhsillidir.  
Ümumiyyətlə,  əhalinin  təhsil  səviyyəsi  ilə, peşə, ixtisas  seçimi  
ilə bağlı kitabxanalara müraciət edənlərin  bilavasitə  əlaqədar  olmasını, 
informasiya tələbatçılarının sırf bu baxımdan kəmiyyət və  keyfiyyətinin   
yaxşılaşmasını   nəzərə  almaq  lazımdır.                                                              
Qusar  rayonunda  14  və  ya  9,6%  kitabxana  şəhərdə, 132  və  ya  
90,4% kitabxana  kəndlərdə  yerləşir.Kitabxanalarda  4  ədəd  kompüter  
var. Onlardan 2 dədi kitabxana işçiləri üçün, 2 ədədi informasiya  
tələbatçıları  üçün  nəzərdə tutulmuşdur. 
Qeyd etmək lazımdır ki, Quba-Xaçmaz iqtisadi rayonunda 
kitabxana informasiya xidmətindən, kitabxanaların fondunun zəngin-
ləşməsindən bəhs edərkən  burada  yaşayan  əhalinin  çoxmillətli  olma-
sını  nəzərdən  qaçırmaq  olmaz. Elə   ona  görə də  müxtəlif  millətlərin  
nümayəndələri olan  informasiya tələbatçılarının dünyagörüşü, təhsil  
səviyyələri və  təbii ki,informasiya  maraqları  da müxtəlif  olacaq.  
Quba-Xaçmaz  iqtisadi  rayonuna  daxil olan  Xaçmaz  rayonunun 
ərazisi  1,05 min  kv.m-dir. 
Xaçmaz  rayon  Mərkəzləşdirilmiş  Kitabxana Sistemi 1976-cı  ildə 
yaradılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin  tabeliyində  101  
kitabxana filialı var ki, bu da 51,5% edir. İlk peşə-ixtisas təhsil  müəs-
sisəsində 2, ümumtəhsil məktəblərində 88, yəni 45%, musiqi məktəb-
lərində 3, səhiyyə müəssisələrində 2 kitabxana fəaliyyət  göstərir 
(bax:cədvəl.4). 
Xaçmaz  rayonunda  cəmi 196  kitabxana  var ki, onların  da  29-u,  
yəni 14,8%-i şəhər yerlərində,167-si, yəni 85,2%-i kənd yerlərində  
yerləşir. Bu kitabxanalarda 1331227 nüsxə kitab fondu var. Fondun  
1331089 nüsxəsi kitablar, 32 nüsxəsi jurnallar, 31 nüsxəsi qəzetlər, 75  
nüsxəsi digər  materiallardır (bax:cədvəl.3). 
Xaçmaz rayonunda yerləşən kitabxanalarda, Azərbaycan  Respub-
likası Dövlət Statistika Komitəsinin məlumatlarına görə 160 nəfər 


mütəxəssis işləyir. Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan 
kitabxanaları 21-ci əsrin informasiya məkanında” adlı itabında 
göstərildiyi kimi, aparılan  hesablamalar zamanı, bu mütəxəssislərin 149 
nəfərinin kütləvi kitabxanalarda  işlədiyi  məlum olur (1. bax:cədvəl.1). 
Kitabxanalarda  işləyənlərin təhsil  səviyyələrinə görə  bölgüsündə,  
kitabxana  üzrə  ali ixtisas təhsilli kadrların 7 nəfər, yəni 4,4%, ali  
qeyri- ixtisas   təhsilli  3 nəfər, yəni 1,9%, orta  ixtisas  təhsilli  27 nəfər, 
yəni 16,9%, qeyri- orta ixtisas təhsilli 11 nəfər, yəni 6,9%, ümumi  orta 
təhsillilərin 112 nəfər, yəni 69,9% olması diqqəti cəlb edir (bax: 
cədvəl.2). 
Xaçmaz  rayonunda  cəmi  təhsil  alanların  sayı 128171  nəfərdir. 
Bunların da  4553  nəfəri ali  təhsillilərdir ki, bu  isə  əhalinin  3,55%-ni 
təşkil edir. Natamam ali  təhsilli 358  nəfər, orta  ixtisas təhsilli  7395  
nəfər, ümumi  orta  təhsilli  50858  nəfər və ya 39,68%, natamam  orta  
təhsilli  24513  nəfər və ya 19,13%, peşə  təhsillilər  3900  nəfərdir.    
Xaçmaz rayonunda yerləşən kitabxanalarda cəmi 11 ədəd  
kompüter  var ki, onlardan  9 ədədi şəhər  kitabxanalarında, 2 ədədi isə  
kənd kitabxanalarında yerləşir. Kompüterlərdən 5 ədədi kitabxana-
informasiya tələbatçıları üçün, 6 ədədi isə kitabxana işçilərinin  
istifadəsi  üçün  nəzərdə  tutulmuşdur (6.s.57-65).  
Mədəniyyət və Turizm Nazirliyinin 2004-2005-ci illər üzrə verdiyi  
məlumata  görə, internetdən  istifadə  edənlərin  sayı 808 nəfər olmuşdur 
(bax:cədvəl.1). 
Quba- Xaçmaz   inzibati  rayonunda  turizmin də inkişafını   nəzərə  
alsaq, onu deməliyik ki, bu  regionun iqtisadiyyatının inkişafı, əhalinin  
təhsil və  mədəni  səviyyəsinin   yüksəlməsinə müsbət  təsir etməklə
kitabxanaların da üzərinə böyük vəzifələr qoyur. Sosial-iqtisadi  poten-
sialın inkişafı və yüksək  olması, kitabxana-informasiya  sahəsində  yeni  
texnologiyaların tətbiqi və istifadəsi nəticəsində kitabxanaların  da   
inkişafı, fondun  zənginləşməsinə, bir sözlə, dünya standartlarına  cavab  
verə biləcək kitabxanaların  yaranmasına  zəmin hazırlayır. 
Quba-Xaçmaz iqtisadi rayonunda yerləşən  Şabran  rayonunun   
ərazisi  1,09  min  kv.m-dir. 
Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan Şabran rayon 
 
Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1979-cu ildə  yaradılmışdır. MKS-
in Mədəniyyət və Turizm  Nazirliyinin  tabeliyində  54  kitabxana  filialı 
var ki, bu  da 58,7%  edir. Ümumiyyətlə,  rayonda cəmi 92 kitabxana 
var. Kitabxanaların idarə  mənsubiyyətinə görə bölgüsü zamanı, ilk  


peşə-ixtisas  təhsil  müəssisəsində  1, ümumtəhsil  məktəblərində  35  və  
ya 38%, musiqi məktəbində 1, səhiyyə müəssisəsində 1 kitabxana  
olması nəzəri  cəlb  edir (bax: cədvəl.1; 4). 
Azərbaycan Respublikası  Dövlət  Statistika  Komitəsinin  2009-cu  
il statistik hesablamalarına görə,  Şabran rayonunda  654275  nüsxə  
kitabxana  fondu  var. Bu fondun 640886  nüsxəsi  kitablar, 138  nüsxəsi 
jurnallar, 13249 nüsxəsi qəzetlər, 2 nüsxəsi digər materiallardır. 
Kitabxanada elektron informasiya daşıyıcıları  yoxdur (bax:cədvəl.3).  
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik  
müayinəsinin nəticələrinə görə, kitabxanalarda 79 nəfər mütəxəssis çalı-
şır. Məlum olur ki, kitabxanalarda işləyənlərin 4 nəfəri və ya 5,1%-i  ali 
təhsilli, 4 nəfəri və ya 5,1%-i ali qeyri-ixtisas təhsili, 14 nəfəri və  ya  
17,7%-i orta ixtisas təhsili, 7 nəfəri və ya 8,9%-i qeyri-orta ixtisas təh-
silli, 50 nəfəri və ya 63,2%-i isə ümumi orta təhsillilərdir (bax:cədvəl.2). 
Ümumiyyətlə,  Şabran rayonunda cəmi təhsil alanlar 40471 
 
nəfərdir. Onlardan 1650  nəfəri  və ya 4,18%-i ali  təhsilli, 66 nəfəri  
natamam ali təhsilli, 3170  nəfəri  orta ixtisas təhsilli, 13878  nəfər,  və 
ya  34,29%-i ümumi orta  təhsilli, 7983 nəfər, və ya 19,73%-i   natamam  
orta  təhsilli, 1967 nəfəri isə peşə  təhsillilərdir.                                                   
Oxucuların  sayı 25615 nəfər  olan  kitabxanalarda, cəmi  6 ədəd  
kompüter var  ki, onlardan  5-i  şəhər  kitabxanalarında, 1-i  isə  kənd  
kitabxanalarında yerləşir (6.57-65). 
Quba-Xaçmaz  iqtisadi  regionuna  daxil  olan   daha  bir  rayon  
isə Siyəzən  rayonudur. Rayonun  ümumi  sahəsi  0,70 min kv.metrdir.            
Siyəzən rayonunda Azərbaycan Dövlət Statistika Komitəsinin  sta-
tistik müayinəsinin nəticələrinə görə, cəmi 43 kitabxana var. Onlardan 
19-u Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində    yerləşir. Bu da 
44,2% edir.    
Qeyd etmək lazımdır ki, Siyəzən rayon Mərkəzləşdirilmiş  Kitab-
xana Sistemi 1992-ci ildə yaradılmışdır. Ümumiyyətlə, rayon ərazisində 
yerləşən kitabxanaların fondu 289783 nüsxədir. Fondun informasiya 
mənbələrinə görə bölgüsündən də göründüyü kimi, kitablar 285922 
nüsxə, elektron  informasiya daşıyıcıları 115 nüsxə, jurnallar 246 nüsxə, 
qəzetlər 609 nüsxə, digər materiallar 2891 nüsxə  təşkil edir 
(bax:cədvəl.3). 
Siyəzən rayonunda yerləşən  kitabxanaların  idarə  mənsubiyyətinə  
görəbölgüsündə  ilk  peşə-ixtisas  təhsil  müəssisəsində   1,  ümumtəhsil   
məktəblərində 21, və ya 48,9%, musiqi məktəbində 1, digər  müəs-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə