Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   36   37   38   39   40   41   42   43   44

sisələrdə 1 kitabxana  olduğu görünür.Kitabxanalarda cəmi 9  ədəd  
kompüter  var. Onlardan  8 ədədi şəhər  kitabxanalarında, 1 ədədi  kənd  
kitabxanalarındadır. Kompüterlərin 5 ədədi kitabxana-informasiya tələ-
batçıları üçün, 4 ədədi kitabxana işçiləri üçün nəzərdə  tutulmuşdur. 
Statistik hesablamalara görə, kitabxanada 54 nəfər mütəxəssis   
çalışır. Kitabxana kadrlarının təhsil səviyyəsinə görə bölgüsünə  əsasən, 
məlum olur ki, ali ixtisas təhsilli  kadrlar 2 nəfər və ya 3,7%-dir. Ali  
qeyri-ixtisas təhsilli 3 nəfər və ya 5,6%, orta  ixtisas təhsilli 4 nəfər və 
ya 7,4 %, orta qeyri- ixtisas təhsilli 2 nəfər, ümumi orta təhsilli 43 nəfər, 
yəni 79,6%-dir (bax:cədvəl.2). 
Siyəzən rayonunda cəmi təhsil alanlar 29422 nəfərdir. Onların 
1195 nəfəri, və ya 4,06%-i  ali  təhsilli, 64  nəfəri  natamam  ali  təhsilli, 
1966  nəfəri orta ixtisas təhsilli, 11700  nəfəri, və ya  39,77%-i  ümumi  
orta təhsilli, 5389 nəfəri və ya 18,32%-i natamam orta təhsilli, 721  
nəfəri  peşə təhsillilərdir.                                                                                       
Quba-Xaçmaz regionunda ümumilikdə 698 kitabxana var. Onların  
356-sı  və ya 51%-i Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində  
yerləşir. Bu  kitabxanalarda  569  nəfər  ştatda  olan  kadr  var. Onlardan  
cəmi  26  nəfərinin  və ya  4,6%-nin ali  ixtisas  təhsili, 23 nəfərinin yəni  
4%-nin ali  qeyri-ixtisas  təhsili, 106 nəfərinin və ya 18,6%-nin  orta  
ixtisas  təhsili, 78 nəfərinin və ya 13,7%-nin orta qeyri- ixtisas  
təhsili,336  nəfərinin  və  ya  59,1%-nin  ümumi  orta  təhsili var. 
Qloballaşma  nəticəsində  dünyada  baş      verən   sosial-iqtisadi,  
demoqrafik  və ekoloji  dəyişikliklər   nəzərə  alınmaqla,  Azərbaycanın   
milli   iqtisadiyyatının   formalaşması,  intellektual   insan   əmək   və  
kadr   potensialının  qiymətləndirilməsi,  inkişafa   nail  olmaq   ən   
mühüm   vəzifələrdən   biridir (14.s508-512). 
Quba-Xaçmaz iqtisadi rayonunda kitabxana-informasiya   resurs-
larından bəhs  edərkən,  şəhərlərdə yaşayan   əhalinin   həm  təhsil   
səviyyəsinin, həm də mədəni-intellektual potensialının zəngin  olmasını 
nəzərə almaq lazımdır.  İnformasiya tələbatçılarının sorğularının daha  
dolğun  ödənilməsi,  həm  də regionlarda   yaşayan   əhalinin milli 
tərkibinin müxtəlifliyi, müxtəlif dillərdə olan  informasiyanın fondda 
toplanılmasını tələb etdiyindən ixtisaslı  kitabxanaçı, biblioqrafların  da  
üzərinə çətin  və  məsuliyyətli  vəzifə  düşür.  
Şəhərlərin mühüm sənaye və  mədəniyyət mərkəzləri  kimi   
formalaşması  kitabxana-biblioqrafiya  ehtiyatlarının ən iri  informasiya   
mərkəzlərinin  bu məntəqələrdə yerləşməsinə   gətirib  çıxarmışdır (12). 


Təhlil  etdiyimiz bu regionda oxucuların  sayına  görə, adambaşına  
neçə nüsxə kitab düşdüyünü  hesablasaq, belə bir nəticə ilə  qarşılaşarıq: 
Təkcə  Mədəniyyət və Turizm Nazirliyi tabeliyində olan  kitab-
xanalarda olan kitab  fondu  2273009 nüsxə, oxucuların  sayı 115795  
nəfər, filialların  sayı 356  olduğunu  nəzərə alsaq, ali və orta  ixtisas  
təhsilli  işçilərin sayı 137 nəfər, qeyri - ali  və  qeyri-orta  ixtisas  təhsilli  
işçilərin  sayının  isə  50 nəfər  olduğunu görə bilərik  ki,  burada   
oxucuların  hər  birinə düşən  kitabların  sayının təqribən 19  nüsxə  
olduğunu  hesablamış  oluruq. Bu da təqribən  5,9%  edir.  Eyni  
zamanda   hər  845  nəfər  oxucuya  1 nəfər ixtisaslı   kitabxanaçı- bib-
lioqraf  xidmət  edir. 
Kitabxanaların ixtisaslı  kitabxanaçı-biblioqraf  kadrlarla  yaxşı  
təmin  edilməsi, kitabxana-informasiya   tələbatçılarının   sorğularının 
da daha  yaxşı ödənilməsinə, keyfiyyətinin  yaxşılaşdırılmasına  müsbət  
təsir  edir. 
Quba-Xaçmaz iqtisadi rayonunda əhalinin milli tərkibinin  
müxtəlifliyi kitabxanalarda olan fondun  da  müxtəlif  dillərdə  olmasına  
yəni azərbaycan, ləzgi, rus  və s.  dillərdə  olmasına  şərait  yaradır. 
Görkəmli   kitabxanaşünas  alim, professor   A.A.Xələfov  yazır:” 
Müasir  informasiyalaşdırılmış   cəmiyyətin  ən  mühüm  atributlarından  
biri  olan  kitabxanalar  informasiya  ehtiyatlarını  qoruyub  saxlayan, 
onu  cəmiyyətin  istifadəsisinə  verən, cəmiyyət  üzvlərinin  hər  birinin  
sorğu  və  tələbatını  ödəyən, internet  vasitəsi  ilə  bəşəriyyətin  yarat-
mış  olduğu  mənəvi  sərvəti   oxuculara  yaxınlaşdıran  bir  müəssisədir. 
Dünyanın  qabaqcıl  ölkələrinin  təcrübəsinə  əsasən  demək  olar  ki, 
kitabxanalar  dünyada  iqtisadi  tərəqqinin, elm, təhsil   və  mədəniyyə-
tin  inkişaf  bazasıdır. Məhz  buna  görədir  ki, müasir  informasiyalaşdı-
rılmış   cəmiyyətdə  onların  qarşısında  daha  böyük, qlobal  vəzifələr  
durur” (8.s.285).         
Müasir cəmiyyətin tələbləri səviyyəsində  hərtərəfli inkişaf etmiş  
insanların gündən-günə artan, genişlənən elmi maraqlarını təmin etmək 
və bu maraqlara cavab verən kitabxana şəbəkələrinin yaradılması  və 
inkişaf etdirilməsi üçün, «Azərbaycan Respublikasında kitabxana-infor-
masiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqra-
mı»nda da göstərildiyi kimi, qarşıda duran  mövcud  problemləri  həll 
etməklə, sistemli şəkildə fasiləsiz təhsilin təmin edilməsi, kitabxana-
informasiya resurslarının dünya məkanına inteqrasiyasının təmin  edil-
məsi   və s.  nəzərə  alınmalıdır. 


Proqramda  əhalinin  bütün   təbəqələrinə  kitabxana-informasiya  
xidməti səviyyəsinin   yüksəldilməsi, müasir  idarəetmənin  tətbiqi, kadr  
islahatının  həyata  keçirilməsi,  kitabxana  işi  sahəsində  elmi - tədqiqat  
işlərinin  aparılması, kitabların  nəşri, kitabxanaların  beynəlxalq  
əlaqələrinin   genişlənməsi,  beynəlxalq  informasiya   mübadiləsinin   
həyata  keçirilməsi   və. s  kimi  vəzifələrin  də  həyata    keçirilməsi   
qarşıya  qoyulmuşdur.(4.)      
 Dövlət proqramının həyata keçirilməsi üçün hazırlanmış  
Tədbirlər Planında, sırf regionlarla bağlı bir sıra məsələlər də   
göstərilmişdir. Onlardan 2010 -2011-ci illərdə «Kitabxana fondları- 
regionun  inkişafının   əsas  informasiya  resursu  kimi»  mövzusunda  
dəyirmi masaların keçirilməsi,  regionlardakı kitabxanalar arasında  «Ən 
yaxşı ictimai internet mərkəzi», «Ən maraqlı veb-sayt»  mövzusunda  
respublika müsabiqəsinin keçirilməsi, regionlarda MKS-lərin bazasında  
kitabxanaların mövcud  ştat  vahidləri  çərçivəsində  və  ictimai əsaslarla 
informasiya mərkəzlərinin yaranması,  regionlarda  nəşr  edilən yerli 
qəzetlərdə diyarşünaslığa dair  materialların toplanması,  qorunması  
məqsədi ilə onların  biblioqrafik  uçotunun  aparılması, əlifbanın  kiril  
qrafikasından  latın  qrafikasına  çevrilməsi,  informasiya  daşıyıcılarına 
köçürülməsi, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici 
ölkələrdə    təhsili  üzrə Dövlət Proqramı» çərçivəsində xarici ölkələrin 
ali məktəblərinin magistratura  şöbələrində  milli  kitabxanaçı kadrların 
hazırlığının təşkili məqsədi ilə müvafiq  tədbirlərin  keçirilməsi   və s.  
göstərmək  olar (4). 
Ümumilikdə, Azərbaycan Respublikasında informasiya tələbat-
çıları    tərəfindən kitabxanalara olunan müraciətlərə  nəzər saldıqda, bu  
müraciətlərin kitabxanaların  növlərinə görə  dəyişməsi, şəhər və  kənd  
yerlərində müxtəlif olması diqqəti cəlb edir. Belə ki, şəhər və  kənd  
yerləri də daxil olmaqla, cəmi müraciətlərin sayı 4774977 dəfə 
olmuşdur. Mədəniyyət  və Turizm Nazirliyinin tabeliyində  olan kütləvi   
kitabxanalara olunan müraciətlərin sayı  2543312  dəfə    olmuşdur ki, 
onların 493014-ü, yəni 19,4%-i 18 yaşınadək istifadəçilər tərəfindən 
edilmişdir. Bunların arasında virtual istifadəçilər tərəfindən olunan  
müraciətlərin sayı 26490 dəfədir. Onda belə bir nəticə əldə etmiş oluruq 
ki, cəmi kütləvi kitabxanalara edilən müraciətlərin sayı 53,3% 
 
olmuşdur. 
Elmi kitabxanalara, ali və orta ixtisas  təhsil  müəssisələrində, 
ümumtəhsil məktəblərində, digər idarə, müəssisələrdə yerləşən  kitabxa-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə