edirdi. Bu dövrün Azərbaycanda Yer haqqında elmlər kompleksinin inki-
şafı sahəsində ən əhəmiyyətli hadisəsi 1923-cü ildə Azərbaycanda müasir
anlamda ilk elmi-tədqiqat müssisəsi-Azərbaycanı Tədqiq və Tətəbbö Cə-
miyyətinin yaradılması oldu.Görkəmli yazıçı və maarifçi Ə.Ə. Haq-
verdiyevin sədrlik etdiyi bu cəmiyyətdə üç bölmə var idi ki, onlardan biri
Təbiyyat bölməsi idi. Yer haqqında elmlər üzrə tədqiqatlar Cəmiyyətin
məhz bu bölməsi tərəfindən həyata keçirilirdi. !929-cu ildə həmin
cəmiyyətin bazasında Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutu (Azər-
baycan DETİ)
yaradıldı.
1932-ci ildə Azərbaycan DETİ-nin əsasında
SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təş-
kil edildi. Şöbəyə R.Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir
neçə komissiya fəaliyyət göstərirdi. Bu bölmələrdən biri geologiya
bölməsi idi.
Lakin Azərbaycanda Yer haqqında elmlər üzrə ilk elmi-
tədqiqat institutunun-Azərbaycan MEA Geologiya İnstitutunun yaradıl-
ması tarixindən bəhs edərkən 1930-cu il əsas götürülür. Azərbaycanda
SSRİ EA Azərbaycan Filialının Geologiya İnstitutunun təsis edilməsi ilə
Azərbaycanda geologiya sahəsində elmi tədqiqatlarla məşqul olan ilk
ayrıca müəssisə işə başladı. Az bir müddət ərzində respublikamızda Yer
haqqında elmlər sahəsində planauyğun şəkildə geniş istiqamətdə tədqi-
qatlar aparılmağa başladı.
Ötən illər ərzində Azərbaycan MEA
Geologiya İnstitutunda neft və
qaz geologiyası, filizlərin geologiyası, Yer qabığı və üst mantiyanın
quruluşunun modelləşdirilməsi, faydalı qazıntıların yeni proqnoz metod-
larının işlənməsi, fanerzoy dövrünün stratiqrafiyası və faunası, çökmə və
vulkanikçökmə formasiyaları və onların formalaşması qanunauyğunluq-
ları kimi istiqamətlərdə nailiyyətlər qazanılmışdır. Hal-hazırda İnstitutda
petrologiya və metallogeniya, filiz yataqlarının geokimyası və mineralo-
giyası, regional geologiya və tektonika, neft və qaz geologiyası şöbələri,
palçıq vulkanizmi, paleontologiya və stratiqrafiya, elmi nailiyyətlərin
təsərrüfata tətbiqi bölmələri var. İnstitutun nəzdində həm də H.Zərdabi
adına Təbiyyat Tarixi muzeyi və Geoloji muzey də fəaliyyət göstərir.
Biz bilirik ki, Azərbaycanda geologiya sahəsində elmi potensial
təkcə Milli Elmlər Akademiyasının Geologiya İnstitutu ilə məh-
dudlaşmır. Bu institutdan başqa Akademiya sistemində uzun zaman
Dərin Neft və Qaz Yataqlarının Nəzəri Problemləri İnstitutu fəaliyyət
göstərmişdir ki, 2002-ci ildə həmin institut ləğv edilmiş və onun şöbələri
MEA Geologiya İnstitutunun tərkibinə qatılmışıdır. Akademiyadan
kənardakı elmi müəssisə və kollektivlərə gəldikdə isə Respublika
Ekoloğiya və Təbii Ehtiyatlar Nazirliyini, Azərbaycan Respublikası Döv-
lət Neft Şirkətinin geoloji bölmələrini və həmin şirkətin tabeliyində olan
Azərbaycan Elmi-Tədqiqat və Layihə Neft İnstitutunu, Azərbaycan El-
mi-Tədqiqat Geofizika İnstitutunu, eləcə də BDU-nun geologiya fa-
kültəsinin və Azərbaycan Neft Akademiyasının geologiya üzrə kafed-
ralarını göstərmək lazımdır.
Yer haqqında elmlər kompleksinin ikinci tərkib hissəsi isə coğrafiya
elmidir. Onun geologiyadan əsas fərqi ondan ibarətdir ki, əgər geologiya
əsasən Yerin təkini, orada baş verən prosesləri öyrənirsə, cografiya yerin
səthində baş verən təbii prosesləri tədqiq edir. Bu sahədə isə aparıcı elmi-
tədqiqat müəssisəsi Milli Elmlər Akademiyasının Həsən Əliyev adına
Coğrafiya İnstitutudur. 1937-ci ildə yaradılmış bu institut elm aləmində
həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda yaxşı tanınır. Bun-
dan başqa, ölkəmizdə coğrafiya sahəsində tədqiqatlar BDU-nun və res-
publikanın bir sıra universitetlərinin coğrafiya fakültələrində də aparılır.
Azərbaycanda geoloji tədqiqat müəssisələrinin flaqmanı olan
Elmlər Akademiyasının Geologiya İnstitutunda və digər elmi-tədqiqat
müəssisə və bölmələrində, elmi-pedaqoji kollektivlərdə çoxsaylı mütə-
xəssislər ordusu çalışır. Təbiidir ki, həmin kollektivlər və ayrı-ayrı
mütəxəssislər öz peşə vəzifələrini yerinə yetirərkən ən müxtəlif infor-
masiyaya tələbat meydana gəlir. Əgər həmin informasiya tələbatını sənəd
vasitəsi ilə ödəmək olarsa və tələbatçı belə bir imkandan xəbərdardırsa,
bu zaman həmin tələbat sənəd-informasiya tələbatı müstəvisindən
biblioqrafik informasiya tələbatı müstəvisinə keçir. Beləliklə, biblioq-
rafik informasiya (biblioqrafik tələbatlar) sənəd tələbatlarından meydana
çıxır, məzmun baxımından onunla eyniyyət təşkil edir, onun ödənil-
məsinə xidmət edir və sənəd tələbatının sadəcə xüsusi, biblioqrafik
formada təzahüründən ibarətdir.
İnformasiya tələbatı, eləcə də biblioqrafik informasiya tələbatı öz
təbiətinə görə obyektiv bir hadisədir və ayrı-ayrı fərdlərin arzularından
az asılıdır. Bu tələbatın təzahürü yeni biliklər əldə edilməsi zərurətindən
doğur ki, bunsuz da müasir elmin, o cümlədən, geologiyanın qarşısında
duran vəzifələrin həll edilməsi qeyri-mümkündür.
Mütəxəssis geoloqlar sənəd vasitəsi ilə əks olunan informasiyanı, o
cümlədən biblioqrafik informasiyanı həm formal, həm də qeyri-formal
(şəxsi ünsiyyət) kanalları vasitəsi əldə edirlər.
Müşahidələr göstərir ki, tələbatçı öz informasiya ehtiyacını ilk
növbədə qeyri-formal kanallarla ödəməyə çalışır. Bunun üçün o, iş yol-
daşlarına müraciət edir. Əgər həmin yolla informasiya əldə etmək müm-
kün olmazsa, mütəxəssis formal kanallara-bilavasitə informasiya xidməti
ilə məşğul olan struktur bölməsinə (müəssisənin elmi kitabxanasına,
elmi-texniki informasiya şöbəsinə, patent şöbəsinə) müraciət edir. Qeyd
etmək lazımdır ki, Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda
həmin bölmələrin hamısı mövcuddur. Mütəxəssisin sorğusu o zaman
meydana çıxır ki, mütəxəssis bu və ya digər məsələnin həlli üçün əlavə
biliklərə ehtiyacı olduğunu dərk etsin. Lakin nəzərə almaq lazımdır ki,
bir çox hallarda sorğu mütəxəssisin informasiya tələbatını tam əks etdir-
mir. Bu vəziyyət biblioqraf tərəfindən nəzərə alınmalı və real tələbatın
üzə çıxarılması üçün mütəxəssislə söhbət vasitəsilə sorğu dəqiqləşdiril-
məlidir.
Məlumdur ki, biblioqrafik fəaliyyətin optimal təşkili üçün onun hər
iki əsas elementi-həm sənədlər, həm də informasiya tələbatçıları
dərindən təhlil edilməlidir.
Söhbət Yer haqqında elmlərin, o cümlədən geologiya və coğra-
fiyanın ilkin sənədlərlə təminatından gedərkən müasir kitabxana işində
və biblioqrafik fəaliyyətdə məlum olan sənədlər və onun konkret tipi
olan nəşrlərin (çap əsərlərinin) bir çox növləri çox geniş təmsil olunmuş-
dur. Məlum standartda öz əksini tapmış elmi nəşrlər, monoqrafiyalar,
dissertasiyaların avtoreferatları, elmi konfranslarda edilmiş məruzələrin
tezisləri, elmi əsərlər məcmuələri, elmi kütləvi nəşrlər, tədris nəşrləri,
dərsliklər, sıra nəşrləri, lüğətlər geologiya üzrə də mövcuddur və geolo-
giyanın biblioqrafiyasının obyektini təşkil edir. Azərbaycanda Geologiya
İnstitutunun və digər elmi kollektivlərin elmi yaradıcılığının məhsulu
olan kitablar, monoqrafiyalar, məqalələr məcmuələri, Azərbaycan MEA
Xəbərlərinin Yer haqqında elmlər seriyası, eləcə də tədris ədəbiyyatı
həmin obyektə daxildir. Onu da qeyd etmək lazımdır ki, Yer haqqında
elmlər digər təbiət elmlərindən onunla fərqlənirlər ki, burada sənəd
kütləsinin və axının nəzərəçarpacaq hissəsini spesifik sənəd növləri-ən
müxtəlif xəritələr, atlaslar, kadastrlar, sxem və diaqram şəklində olan
sənədlər təşkil edirlər. Belə sənəd növləri kitabxananın, elmi informasiya
şöbəsini katalaq-kartoteka sistemində, soraq-axtarış aparatında xüsusi
olaraq əks etdirilir və bununla da həmin sənədlərin istifadəsi üçün daha
rahat geniş imkanlar yaranır.
Dostları ilə paylaş: |