ƏDƏBİYYAT
1.
Əliyev.Z.H. Azərbaycan biblioqrafiyasının tarixi: Dərslik.-
Bakı:BDU, 2007.-185 s
2. Большой А.А., Захаров А.Г., Каленов Н.Е. Информационно-
библиотечные потребности ученых Академии наук СССР.-Науч.и
техн. Б-ки СССР, 1982, № 4, с. 9-15.
3. Закутина Г.П., Пряникова В.К. Характеристика и анализ
потока первичных документов: Метод. Пособие. М., 1979.88 с
A.M.MAMEДOВ
НЕКОТОРЫЕ ВОПРОСЫ БИБЛИОГРАФИЧЕСКОГО
ОБЕСПЕЧЕНИЯ КОМПЛЕКСА
НАУК О ЗЕМЛЕ В АЗЕРБАЙДЖАНЕ
РЕЗЮМЕ
В статье вкратце рассмотрены предпосылки развития комплек-
са наук о Земле в Азербайджане, вследствие чего возникла необхо-
димость в первично–документального и библиографического обес-
печения. Особенное внимание уделено некоторым аспектам этого
развития в примере академической науки.
A.M.MAMMADOV
THE SOME İSSUES OF BİBLİOGRAPHİC PROVİSİON OF
THE COMPLEX OF EARTH SCİENCES İN AZERBAİJAN
SUMMARY
Given article describes basic conditions
of development of the
complex of Earth sciences in Azerbaijan as a result of was raised
necessity of the documental and bibliographic provision of these sconces.
The special attention was paid to some aspects of this development on
the simple of institutions of Academy of Sconces
.
İradə BAYRAMOVA
Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi
AZƏRBAYCAN RESPUBLIKASININ REGİONLARININ
KİTABXANA-İNFORMASİYA RESURSLARININ İNKİŞAFININ
BƏZİ MƏSƏLƏLƏRİ
(Quba-Xaçmaz iqtisadi rayonunun nümunəsində)
Azərbaycan Respublikası Prezidentinin imzaladığı «Regionların
sosial- iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004-2008-ci illər)»
nın 2008-ci ildə birinci mərhələsi
başa çatsa da, regionların inkişafının
daha da sürətləndirilməsi üçün dövlət qayğısı, hər bir sahədə olduğu
kimi kitabxana-informasiya fəaliyyəti sahəsində də öz əksini tapmışdı
(10).
Son illər Azərbaycanda informasiya cəmiyyətinin qurulması isti-
qamətində görülən işlər sırasında kitabxana işinin təşkili, idarə edilməsi,
oxuculara informasiya xidmətində ənənəvi iş üsulları ilə yanaşı müasir
texnologiyaların tətbiqinə başlanılması dövlətimizin kitabxana işi sahə-
sindəki siyasətinin prioritet istiqamətinə çevrilmişdir (9.s.318).
Kitabxanaların cəmiyyətin həyatındakı mühüm rolunu qiymətlən-
dirərkən «Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması
haqqında» Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2007-ci il
sərəncamında
da qeyd edildiyi kimi, «Bəşər mədəniyyətinin qazandığı
nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellek-
tual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol
oynayır» (5).
Sovet hakimiyyəti dönəmində, 1974-cü ildə qəbul edilən «Zəh-
mətkeşlərin kommunist tərbiyəsində və elmi-texniki tərəqqidə kitab-
xanaların rolunu artırmaq haqqında» verilmiş qərarın əsas müd-
dəalarından biri, kitabxanaların mərkəzləşdirilməsi kimi bir vəzifəni
qarşıya qoymuşdu. Kitabxanaların mərkəzləşdirilməsi keyfiyyətcə yeni
mərhələnin başlanması demək idi.
1976-cı ildən rayon kitabxanalarının mərkəzləşdirilməsi onların
biblioqrafik fəaliyyəti üçün yaxşı şərait yaratmışdı.
Cəmiyyətin bütün
sahələrində kitabxanalar, bir informasiya məkanı kimi mühüm rol
oynayırdı (7.s.92).
Ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanıl-
masını, mühafizəsini, onlardan istifadə imkanlarının artırılmasını təmin
etmək, kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və
istifadəsi nəticəsində, müasir kitabxana-informasiya infrastrukturunun
yaradılması və onun dünya standartları səviyyəsinə çatdırılması üçün,
dövlətimiz geniş-miqyaslı işlərin görülməsi məqsədi ilə,
yeni bir fəa-
liyyət strategiyasıişləyib hazırladı.
Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli
sərəncamı ilə «Azərbaycan Respublikasında kitabxana-informasiya sa-
həsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» təsdiq
olundu (4.s.6-29).
Bu proqramın tələblərinə uyğun olaraq,
Azərbaycan Dövlət Statis-
tika Komitəsi tərəfindən 2009-cu il sentyabr ayının 1-dən 10-dək sta-
tistik müayinə keçirilmişdir. Belə ki, bu müayinənin keçirilməsində əsas
məqsəd, əhaliyə göstərilən kitabxana-informasiya xidmətinin səviyyə-
sinin yüksəldilməsi, kitabxanaların kadr təminatının yaxşılaşdırılması,
fasiləsiz təhsilin təmin edilməsi, virtual kitabxanaların yaradılması
istiqamətində aparılan işlərin vəziyyətini öyrənməkdən ibarət olmuşdu.
2009-cu ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komi-
təsinin nəşr etdirdiyi «Kitabxanaların fəaliyyəti haqqında»
statistik
müayinənin nəticələri barədə statistik bülletenindən məlum olur ki,
Azərbaycan Respublikasında 110994331 nüsxə kitabxana fondu var. Bu
fondun 89399527 nüsxəsi kitablardır ki, bu da 80,5% deməkdir. Fonda
76114 nüsxə elektron informasiya daşıyıcıları, 3912645 nüsxə jurnallar,
2082879 nüsxə qəzetlər, 15523166 nüsxə digər materiallar daxildir
(bax:cədvəl.3).
Kitabxana fondunun 34,6%-i ümumtəhsil məktəblərində, 32%-i
Mədəniyyət və Turizm Nazirliyinin
nəzdində olan kitabxanalarda,
21,4%-i elmi və elmi-texniki kitabxanalarda, 12%-i isə digər təşkilatla-
rın kitabxanalarında yerləşir. Kitabxanalarda olan fondun 65,5%-i azər-
baycan, 31,1%-i rus, 2%-i ingilis, 1,4%-i digər dillərdədir. Azərbaycan
dilində olan ümumi fondun 71,9%-i latın, 28,1%-i isə kiril əlifbasında-
dır. Azərbaycan dilinin latın qrafikasında olan fondunun xüsusi çəkisi
şəhər yerlərində 81,6%, kənd yerlərində 56,8%-dir. Kitabxana fondunun
cəmi 0,1%-ni elektron informasiya daşıyıcıları təşkil edir ki, onların da
əksəriyyəti şəhər yerlərindədir.
Respublikamızdakı kitabxanaların 23,4%
-i Aran, 14,9%-i Gəncə-
Qazax, 11,2%-i Lənkəran, 9%-i Şəki-Zaqatala, 8,4%-i Bakı şəhəri,