Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

 

91

 



 

“Səsli  qız”a  formalist-konyunktur  mövqelərdən  yanaşan,  hər 

vəchlə onun məna və əhəmiyyətini azaldan, hətta poemanı əksin-

qilabi əsər adlandıran  müəlliflər  də  olmuşdur. Azərbaycan Sovet 

Yazıçılar İttifaqının 1937-ci ilin martında keçirilmiş plenumunda 

S.Rüstəmin  nitqi  buna  bariz  nümunədir.  Öz  qələm  yoldaşının 

əsərini  bəlkə  də  axıradək  diqqətlə  oxumadığı  üçün  onun  poema 

haqqında dedikləri adamda təəccüb doğurur: “Gərək ki, 1928-ci il 

idi. O (Ə.Cavad) “Səsli qız” adlı poema  yazmışdı. O zaman  qol-

çomaqların səsini alırdıq. Biz elə bildik ki, yəqin səsli qız qolço-

maqların qarşısına mübarizəyə çıxır... Məlum oldu ki, əksinqilabi 

(!) şer (poema! - B.N.) imiş”. 

“Pambıq dastanı” ilə “Kür” arasında kompozisiya baxımın-

dan  bəzi  ümumi  cəhətlər  var.  Onların  ikisinin  də  kökündə  şairin 

lirik duyğuları, təsvir və tərənnüm obyekti haqqında fərdi intibah-

ları  durur.  Birinci  əsərdə  pambığın  mədəni  bitki  kimi  vətəni  və 

sonralar  digər  ölkələrdə  yayılma  vüsəti,  Azərbaycanda  mənim-

sənilməsi  tarixçəsi,  ikinci  əsərdə  isə  Kürün  mənşəyindən  baş-

lamış  Xəzərə  tökülənə  qədər  davam  edən  yolu  izlənib-açıqlanır, 

yeri gəldikcə bu yol üstündəki ellər-obalar, təbiət mənzərələri təs-

vir olunur. Bir  neçə realist cizgi  ilə Kürün  lirik  obrazını  yaradan 

Ə.Cavad bir sıra incə təfərrüatlarla çayın, belə demək mümkünsə, 

portretini  tamamlayır.  Əsərin  mərkəzindən  keçən  lirik  təhkiyə 

oxucunun  xəyalına  zaman  və  məkan  baxımından  vüsət  verir  və 

biz tarixin  müxtəlif  kəsiklərində Kür sahillərində  dolaşan yunan, 

roma,  ərəb,  monqol,  rus  ordularını  görmüş,  onların  Kürdən  su 

içən atlarının kişnərtisini eşitmiş kimi oluruq. “Gah şah gəldi, gah 

da  çar,  suyundan  içdi  getdi,  hər  gələn  talan  saldı,  dağıtdı  keçdi 

getdi; ... Lakin sən  heç bir zaman  qalmadın axınından”  misraları 

ilə  şair  tarixə  bir  növ  keçid  edərək  Kür  çayını  Azərbaycanın 

timsalına  çevirir.  Dönə-dönə  hücumlara  məruz  qaldığına,  xal-

qının dilinə, mənəviyyatına qəsdlər törədildiyinə, müxtəlif əsrlər-

 

92

 



 

də gah bu, gah digər əyalətinin işğal edildiyinə baxmayaraq Azər-

baycanın  dözümü,  dəyanəti,  özündə  qüvvət  tapıb  odlar-alovlar 

içindən çıxması, milli mənliyimizi qoruması ideyasını şair bir da-

ha  təsdiq  edir.  Həmin  qüvvətli,  qüdrətli,  əbədi  Azərbaycanın 

adından  Ə.Cavad  təbiətin  bir  hissəsi  olan  çayın  özünə  müraciət 

edir,  onu  xalqın  iradəsi  önündə  təslim  olmağa  çağırır.  “Pambıq 

dastanı”nın ilk bəndlərində pambığın və Şuraların şərəfinə söylə-

nən  müstəqil  parçalardan  fərqli  olaraq,  “Kür”də  lirik  qəhrəman 

yeri gələndə xalqın adından çayın özünü də ittiham edir, onun bə-

zən  cızığından  çıxıb  əkinlərə  vurduğu  zərərdən  danışır,  ölkənin, 

onun qadir övladlarının əməllərini də bu zəmində tərənnüm edir: 



 

Nə qorxum, nə də hürküm 

Yoxdur çaydan, dənizdən. 

Mənim nəşəli türküm 

Ürkməz dumandan, sisdən. 

 

Bax məndəki qüvvəyə -  

Qarlı dağları yardım. 

Hayqırıb təbiətə, 

Yerin qoynuna vardım. 

 

...Qururam yeni həyat, 

Mən hara, durmaq hara? 

Quşlardan aldım qanad, 

Dırmaşdım buludlara! 

 

Qolunda beləcə  qüvvət  hiss  edib  öz fədakar əməyinin  bəzi 



ilkin  nəticələrini  görən  çağdaşlarını  təmsil  etmək  baxımından 

Ə.Cavadın  lirik  qəhrəmanı  çox  təbii  olaraq  indi  artıq  birbaşa 

Kürün özünə  meydan  oxuyur. 30-cu illərdə şairi addımbaşı təqib 



 

93

 



 

edən,  onun  hər  misrasına  bir  iftira  möhürü  vuran  siyasətbazların 

hər  cür  uydurmalarına  baxmayaraq  “Kür”  lirik  poemasında  mən 

heç bir sətiraltı məna (yaxud əks məna) görmürəm. Əksinə, dönə-

dönə  və  hər  dəfə  də  bir  nəfəsə  oxuduqda  heyran  qalıram  ki, 

uzaqgörən  şair  əslində  bu  poema  bitəndən  20-25  il  sonra  Azər-

baycanın xalq təsərrüfatına Kürün gətirdiyi yenilikləri irəlicədən, 

demək  olar  ki,  bütün  təfərrüatı  ilə  necə  görmüş  və  necə  də  usta-

lıqla tərənnüm  etmişdir! “Kür” poemasının  epiloqunda şairin ça-

ya  müraciətlə  dediyi  və felin əmr formasının işlənmə tezliyi əsa-

sında yazılmış iddiaların istisnasız olaraq hamısı artıq həyata keç-

miş və bu mənada Kür doğrudan da ram edilmişdir. 

 

Güvənmə çox qoluna, 

Düş doğruca yoluna. 

Sərsəm gəzmək yaramaz, 

Peyin daşı, tarla qaz! 

 

Çevir dəyirmanımı, 

Salıb göy xırmanımı, 

Qırxaraq qoyunumu, 

Əyir, dara yunumu! 

 

Dolanıb dağı, daşı, 

Qatırım ol, yük daşı! 

Əyil Kürüm, əyil keç! 

Meydan sənin deyil, keç! 

 

Təkcə poemalarında yox, 30-cu illərin ortalarında yazılmış 



bəzi  şerlərində  də  Ə.Cavad  yeni  dövrlə,  həyatda  baş  verən 

təbəddülatla  həmahəng  olmağa  müəyyən  meyl  göstərirdi.  “Mən 

olaydım”  (1934)  şerində  işçilər  yurdunun  sevincli  günlərindən, 

 

94



 

 

nəşəli  toylarından,  Araz  üzərindəki  bəndlərdən,  dağlara  çəkilən 



yollardan bəhs olunur, “uğurlu inqilabın carçısı olmaq” arzusu tə-

rənnüm  edilir,  hətta  “yanlış  yoldan  əl  çəkən”  firqəçi  zəhmətkeş-

lərə əsərlər həsr etmək arzusu bildirilirdi. “Qızım üçün” şerindəki 

aşağıdakı parça bu cəhətdən səciyyəvidir: 

 

Səndən sonra qızım, bir bayram oldu, 

İnsanlar axışdı, şəhərlər doldu. 

...Cərgələr dəmirdən, səflər poladdan, 

Hər kəs bəhs edirdi bir böyük addan. 

...Bir daha tarixə baxdı milyonlar, 

Ümidlə, inamla axdı milyonlar. 

 

İndi üzərindən 50-60 il keçəndən sonra Ə.Cavadı bu misra-



ları  yazmağa  vadar  edən  amilləri  dəqiq  müəyyənləşdirmək  asan 

deyil.  Xalqının  milli  istiqlal  ideallarına  divan  tutmuş  kommunist 

firqəsinin  Azərbaycanda  kütləvi  qırğınlar  törətdiyini  çox  yaxşı 

bilən  Ə.Cavad  niyə  belə  yazırdı?  Bütün  əyintilərə  baxmayaraq, 

bəlkə  ilk  beşilliklərdə  sənaye  və  kolxoz  quruculuğu  sahəsində 

qazanılan müəyyən nailiyyətlər idi bunları yazdıran? Ya bəlkə də 

dəmir  pərdə  vasitəsilə  xarici  mühitdən  bütün  əlaqələri  kəsilən, 

ümidi hər yerdən üzülən Ə.Cavad müxalifətin, yaxud yaxa kənara 

çəkməyin  mənasız  olduğu  qərarına  gəlmişdi?  Nəhayət,  bəlkə  də 

rejimin bütün amansızlıqlarına baxmayaraq Ə.Cavad  öz xalqının 

gələcəyini  artıq  “yenilərin”  fəaliyyətindəki  uğurlarda  görürdü? 

Demək  çətindir.  Həqiqət  budur  ki,  S.Vurğun,  S.Rüstəm,  M.Ra-

him  və  R.Rzanın  tərənnüm  ruhlu  şerləri  az-çox  səmimi  qəbul 

edildiyi halda, Ə.Cavadın bu cür poetik təqdimləri rəsmi dairələr, 

inzibati orqanlar və  Yazıçılar İttifaqının rəhbərliyi tərəfindən  qə-

bul  edilmir,  şairin  təqib  olunması,  mətbuat  səhifələrində  və  icti-

maiyyətin  yığıncaqlarında  “ifşası”  daha  böyük  miqyasda  və  əv-



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə