Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

 

83

 



 

olunur, onlara qarşı çox ağır cinayətlərə yol verilir, bu cür qadın-

ların bəziləri qətlə yetirilirdi. Bir qismində Allah xofu, bir çoxun-

da isə ər qorxusu qadınların özlərinin də ictimai həyata qaynayıb-

qarışmasına  mane  olurdu.  Bu  münasibətlə  konkret  tədbirlər 

görmək, qadınlar üçün müvafiq imkan və şərait yaratmaq əvəzinə 

partiya-sovet  aparatı,  onun  tam  nəzarəti  altında  çıxan  kütləvi 

mətbuat orqanları “çadra doloy” (rədd olsun çadra-red.)kimi şüar-

lar ortalığa atır, bu yolla çadranın həm əleyhdarları, həm də tərəf-

darları arasında ehtirasları qızışdırırdılar. “Papaq doloy”, “Tar do-

loy”,  “Saqqal  doloy”  kimi  “Çadra  doloy”  da  əsl  xalq  ziyalıları, 

xüsusən də istedadlı şer, sənət xadimləri üçün  mübarizə yolu ola 

bilməzdi.  Əhməd  Cavad  “At  çadranı”  şerində  şüara  uymaq,  onu 

təkrar etmək yolu ilə getmir. Çadranın atılması onun əsərində sü-

jetin davamı, izlənən fikir axarının məntiqi nəticəsi idi. Bu nəticə-

yə gəlmək üçün Ə.Cavad axtarış zəhmətinə qatlaşmış, problemlə 

bağlı  tarixə  bir  ekskurs  etmiş,  çadra  örtməyin  köklərini  oxu-

cusuna çatdırmışdır: 

 

Eşitdim, ta əskidən daş bütlərin önündə 

Qurbanlıq qoyun kimi baş əyirdin bıçağa. 

 

 



Yesir edilib yad məmləkətlərə sürülən, azğın hökmdarların 

sarayında  əsarətdə  qalıb,  şərab  məclislərində  qulluq  edən,  fürsət 

tapanda  xısın-xısın  ağlayan  qadınların  acı  taleyi  şerin  misraları 

arasında canlanır. İnsanlığa süd verən bir məxluqun insanlıqdan qo-

vulmasına şiddətli etiraz edən Ə.Cavad şerin finalında qadınlara mü-

raciətlə  onları  öz  taleləri  barədə  düşünüb-daşınmağa,  dəbdən  geri 

qalmamaq  üçün  yox,  məhz  canını  xilas  etmək  üçün  çadra  ilə  vida-

laşmağa çağırırdı. 



 

 

84



 

 

Gəl gecikmə, çıx artıq, 



Çıx, qarış insanlara. 

Vur başına zahidin 

Eşqini, imanını! 

 

Bir nəhayət qoy artıq  

Verdiyin qurbanlara, 

İnsanlığın yolunda 

Qurtar əvvəl canını! 

 

Ə.Cavad  qadın  azadlığını  tərənnüm  edib  “at  çadranı!”  de-



yəndə analarımızın qüdrətini, potensial fiziki və mənəvi imkanla-

rını, inamını da nəzərə almışdı. Onun “Ana” şerində yaratdığı ana 

obrazının  artıq  dərisi  bürüşmüş  əllərində  ilahi  qüvvənin  əlamət-

ləri  var.  Övladının  ən  böhranlı  vəziyyətində,  “qərib  ruhu  yad  el-

lərdə cana doyanda”, fırtınalı göylər sökülüb dağılanda məhz ana-

nın həmin  qırışmış, bürüşmüş əlləri  möcüzə  göstərir, onun təmiz 

südü və bu südü ilə övladına içirdiyi müdriklik və bütövlük dərs-

ləri  onun  şəxsiyyət  kimi  təşəkkülündə  əvəzsiz  rol  oynayır.  Bu 

həqiqətin  yekunu  kimi  verilən  aşağıdakı  misralar  ana  haqqında 

Azərbaycan poeziyasının nadir nümunələrindəndir: 



 

Bəzən olur həyatımın dağlarını duman alır, 

O gün sənin titrək laylan yollarıma işıq salır, 

Sənin məmnun olduğun gün ruhum məndən məmnun qalır, 

İnandım ki, cənnət sənin ayağının altındadır. 

 

Balacalar  üçün  yazılmış  əsərlərində  uşaq  psixologiyasına 



enmək,  onun  incəliklərindən  faydalanmaq  əsasında  oxucunun 

zövqünü oxşamaq, bəyənmək keyfiyyəti var. 



 


 

85

 



 

Mən Tukayam, bir quşam, 

Oynayıb yorulmuşam, 

İstəməm yorğan-döşək, 

Anamın qoynu göyçək. 

 

Baxım onun gözünə, 

Qulaq verim sözünə. 

Mənə versin ağılı, 

Çox söyləsin nağılı! 

 

İkinci  övladı  Tukayın  adının  çəkilməsindən  güman  etmək 



olur ki, bu misralar şairin öz evində müşahidə etdiyi adi vəziyyət-

lərdən  birinin  əsasında  qələmə  alınmışdır.  Lakin  əslində  dörd 

beytlik bu parça mükəmməl bir uşaq şeridir. Uşaq üçün dünyanın 

ən  rahat  yaylı  çarpayısından  da  yumşaq  olan  doğma  ana  qucağı 

burada  özünün  ilıq,  munis  tərənnümünü  tapmışdır.  Hiss  etmək 

olur ki, burada təsvir edilən çağında Tukay üç-dörd yaşındaymış; 

məhz bu yaşında uşaqlar nağıldan doya bilmir, iradələrindən asılı 

olmayaraq  kiprikləri  qovuşana  qədər,  dönə-dönə  nağıl  eşitmək 

istəyirlər. Ananın südü uşağın fiziki  inkişafını təmin  etdiyi  kimi, 

anasının dilindən eşitdiyi laylalar, mahnılar, bayatılar, xüsusən də 

nağıllar onun mənəvi təşəkkülündə, doğma dilin sehirli dünyasına 

daxil  olmasında,  nitqin  incəliklərinə  yiyələnməsində  əvəzsiz  rol 

oynayır.  “Çox  söyləsin  nağılı”  misrasının  bu  təbii  labüdlükdən 

yarandığı şübhəsizdir. Belə  mühüm  həyati-estetik  qayəyə xidmət 

etdiyi  üçündür  ki,  Ə.Cavadın  şerlərinin  dili  yüksək  dərəcədə 

emosional və ahəngdardır. 

 

Bir gün göydə gəzən Ay, 

Sallanan Ay, süzən Ay 

On dördünə girərkən, 

 

86



 

 

Bir axşam çağı erkən 



Nurlu altun tas kimi; 

Parladı almas kimi. 

Oğurlayıb bu qızı 

Üfüq geydi qırmızı, 

Buludlar da əyib baş. 

Çəkildi yavaş-yavaş, 

Külək aldı sazını, 

Çəkdi onun nazını... 

 

Bu misralar “Ayla günəş” şerinin ekspozisiyasıdır. Əlbəttə, 



bu cür sadə, lakin oynaq, musiqili bir dillə başlanan şeri dinləyən 

uşaq heç vəchlə razı olmaz ki, onu yarımçıq qoysunlar... 

 

 

 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə