Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

 

71

 



 

Nə  yazıqlar  ki,  şairin  bu  gözəl,  bəşəri  arzuları  çox  böyük 

maneələrlə rastlaşır. Onun xalqının, ailəsinin, şəxsən  özünün ba-

şının üstündə qara buludlar oynaşır, müdhiş ildırımlar çaxır, azad, 

dinc, gözəl həyat, solmaz yaşıllıqlar, hicransız sevdalar haqqında 

arzularını  yandırıb  külə  döndərir. 20-ci  illərin sonu, 30-cu illərin 

ortalarında  “sən  müasir  varlıqdan,  yeni  cəmiyyətdən  yazmırsan, 

sosializmi  vəsf  etmirsənsə,  bu  cəmiyyətin  də,  xalqın  da 

düşmənisən!”  deyə  müxtəlif  səviyyəli  yığıncaqların  xitabət  kür-

sülərindən  od-alov  püskürən  siyasətbaz  cızmaqaraçılar  köhnə 

müsavatçı  Ə.Cavadı  gözümçıxdıya  salır,  onun  keçmiş  fəaliyyəti, 

“xaricdəki  düşmənlərimizlə  cinayətkar  əlaqələri”  haqqında  o  za-

mankı  şəraitdə  çox  dəhşətli  nəticələr  verə  biləcək  böhtanlar  irəli 

sürürlər.  Şairin  qanına  susamış  bu  namərdlərin  təhlükəli  əməllə-

rinə son qoymaq  məqsədilə Ə.Cavad “İşçi”, “Bir  may bayramı”, 

“Moskva”, “Qızıl əsgər nəğməsi”, “Pambıq dastanı” kimi bir ne-

çə əsər yazmalı olmuşdur. Şairin yaradıcılıq simasını xalqa, onun 

taleyinə  münasibətini  bir  qismi  dözülməz  şantaj  şəraitində,  bəzi-

ləri tərəddüd içində, bir hissəsi isə qarşıda heç bir çıxış yolu gör-

mədiyi halda yazılmış bu bir neçə əsər müəyyən edə bilməz. Bun-

lar indi, üzərindən təqribən yarım əsr keçdikdən sonra, Ə.Cavadın 

rübabından  qopmuş  ötəri  notlar  kimi  səslənir.  Bu  günün  bir  çox 

tarixi  həqiqətlərə  gözləri  açılmış  qədirşünas,  obyektiv  oxucusu, 

Ə.Cavadı bu bir neçə yazısındakı keçici məqamlara görə yox, əsil 

sənət  möcüzəsi  olan  əsərlərinə,  vətəndaş  qayəli  şerlərinə  görə 

yüksək qiymətləndirir və əziz-əziz yad edir. Şair özü də bir sənət-

kar  kimi  sabaha  məhz  bu  şerlərlə  çıxacağına  ümid  edir,  bütün 

varlığı ilə buna inanırdı: 

 

Mən bir aşiqəm ki, bu çaldığım saz 

Dumanlı dağlara səs salacaqdır. 

Ağlatdığım teldə inləyən avaz 

Elin xatirində çox qalacaqdır! 

 

72



 

 

Gorun  nurla  dolsun,  şair,  dediyin  kimi  də  oldu!  Sənin  ən 



yaxşı  əsərlərinin  Azərbaycanın  ədəbi-ictimai  fikir  tarixində,  xal-

qımızın qan yaddaşında, nakam, cəfakeş şair taleyin isə elin-oba-

nın xatirində həmişə qalacaqdır. 

 

 



 

 

 




 

73

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

МЯЩЯББЯТИН

 

ГАНАДЫНДА



 

 

 



ilə  üzvlərinin  müxtəlif  müəlliflərlə  söhbət  əsnasında 

söylədikləri  şəxsi  təəssüratdan,  onların  özlərinin  bəzi 

yazılarından öyrənirik ki, Əhməd Cavad çox ailəcanlı, evin xanı-

mını, balalarını ürəkdən sevən, bütün varlığı ilə onlara bağlı olan 

qeyrətli  ər,  meriban  ata  olmuşdur.  Yəqin  elə  buna  görə  də  onun 

öz  sevgilisinə-övladlarının  anası  Şükriyyə  xanıma  həsr  olunmuş 

əsərləri  dərin səmimiyyəti  ilə fərqlənir. Bilavasitə  öz  evində, ba-

lalarının körpəlik çağlarında, onların məhz uşaqlara məxsus qəri-

bə hərəkətlərini  müşahidə edib bir çox  hallarda bədahətən  dediyi 

parçalar,  habelə  “Balalarıma”,  “Qızıma”,  “Almasım  üçün”,  “Qı-

zım  üçün”  şerləri  də  bu  fikri  təsdiq  etməkdədir.  Bu  şerlərin  bir 

qismi  uzun  müddət  heç  yerdə  çap  olunmamış,  yalnız  ünvanlan-

dığı adamın, yəni həmin əsərlərin ilk oxucusu və dinləyicisi olan 

Şükriyyə  xanımın  yaddaşında  qalmışdır.  Son  zamanlarda  nəşr 

edilmiş  bəzi  məqalələrin  müəllifləri  (Y.İsmayılov,  M.Aslan, 

S.Saləddin)  Şükriyyə  ananın  dilindən  eşitdikləri  həmin  parçaları 

çağdaş oxuculara çatdırmışlar. 

A

 



74

 

 



Ə.Cavadın  öz  sevgilisinə  həsr  etdiyi  təkcə  adından,  yaxud 

ithafından məlum olan “Şükriyyəm üçün”, yaxud “Gözüm yolda-

dır  (Şükriyyə  xanıma)”  şerləri  deyil;  “Qurban  olduğum”,  “Niyə 

gəlmədin”, “Haralısan, cənnətmidir  məkanın?”  kimi əsərləri diq-

qətlə oxuduqda görmək çətin deyil ki, onlar da bilavasitə Şükriy-

yə xanıma  yazılmışdır. Sonuncu şerin altındakı  yazılma tarixi  və 

yeri  haqqında  qeyd  (Batum,  25  yanvar  1916)  bu  gümanda  haqlı 

olduğuma  əsas  verir.  Şükriyyə  xanım  Ə.Cavad  üçün  ilahi  gözəl-

lik,  səmimiyyət  və  sədaqət,  qeyrət  və  namus,  dözüm  və  ləyaqət 

mücəssəməsi idi. Buna görə də ümumiyyətlə şairin məhəbbət liri-

kasının bütün nümunələrində öz sevgilisi, uşaqlarının anası, abad 

vaxtında  da,  sarsıdılıb  dağılanda  da  evinin  mənəvi  dirəyi  olan 

Şükriyyə  xanımın  dünyasından  nə  isə  bir  ətir  var.  Əgər  günlərin 

birində Ə.Cavadın məhəbbət lirikasından bir çələng hörmək (yəni 

onu ayrıca bir şer dəftəri  kimi  nəşr etmək)  mümkün olarsa, Şük-

riyyə xanıma həsr edilmiş şerlər həmin çələngin xoş rahiyəli təzə-

tər  gülləri  kimi  bu  dəftərdə  öz  layiqli  yerini  tutmalıdır.  Mən  bö-

yük məmnuniyyətlə o kitabın ilk səhifəsini “sənsiz” rədifli “Şük-

riyyəm üçün” qoşması üçün ayırardım: 

 

 



Bir gülsən, dərmişəm gənclik bağından, 

Bir gülü, çiçəyi dərmərəm sənsiz. 

Kam aldım ömrümün oğlan çağından, 

Bir bağa, bağçaya girmərəm sənsiz. 

 

Söylə, yadındamı Çakva, Batumi? 

Ovladın könlümü, çaldın ruhumu! 

Kamana dönmüşdü qəlbimin simi, 

Hurini, mələyi görmərəm sənsiz! 

 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə