Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

 

63

 



 

 

 



 

 

 



 

 

 



 

 

ЭЮЙ



 

ЭЮЛЦН


 

ЭЮЗ


 

ЙАШЛАРЫ


 

 

 



zərbaycan  Xalq  Cümhuriyyətinin  süqutundan,  ölkədə 

bolşevik-daşnak  rejiminin  bərqərar  olmasından  sonrakı 

dövrdə Ə.Cavadın hansı şəraitdə yaşamalı, bir şair, bir ziyalı kimi 

hansı  dözülməz  mənəvi  mühitdə  işləməli  olduğu  haqqında  aydın 

təsəvvür əldə etmək üçün Yazıçılar İttifaqının müxtəlif yığıncaq-

larının  stenoqramlarını,  eləcə  də  dövrü  mətbuatda  onun  əleyhinə 

təşkil  edilmiş  hücumları  müxtəsərcə  nəzərdən  keçirmək  kifa-

yətdir. Lakin  kitabın ilk səhifələrində bu barədə az-çox  məlumat 

verildiyini  nəzərə  alaraq  Ə.Cavadı  yaxşı  tanıyan  M.Ə.Rəsulza-

dənin  bu  barədə  bir  mülahizəsinə  müraciət  edəcəyəm.  Xaricdə 

olsa  da  vəziyyətdən  yaxşı  xəbər  tutan  M.Ə.Rəsulzadə  “Çağdaş 

Azərbaycan  ədəbiyyatı” əsərində  yazırdı  ki, “Cavad  Axundzadə-

nin  işi  bolşevik  dövründə  qətiyyən  gətirmir.  Əski  bir  müsavatçı 

olduğuna görə onu həbs edirlər. Mətbuat səhifələrində, ədəbiyyat 

qurultaylarında  hər  yerdən  uzaqlaşdırılır  və  qovulur.  Əsərlərini 

nəşr  etmirlər  və  nəşr  olunanları  isə  toplayırlar.  Bütün  bunlara 

baxmayaraq  onun  yazdığı  parçalar  əldən-ələ  gəzərək  gənc  kom-

munistlərin arasında belə yayılır. Gənc bolşevik şairlər öz yazdıq-

ları  şerlərini  Cavadın  tənqid  və  təqdirinə  ərz  edəcək  dərəcədə 

А

 



64

 

 



onun  təsirinə  düşürlər.  Siyasi  olmayan  parçaları  bəzən  fürsət 

olduqda  mətbuat  səhifələrində  özünə  yer  tapır.  Bunların  çoxu 

rəmzidir. Bu rəmzlər də çekist ruhlu tənqidçilər tərəfindən deşifrə 

olunub  şairə  hücum  üçün  bir  vasitə  olur.  Cavad  rəmziliyinin 

başlıca mövzusu Azərbaycan təbiətinin mənzərələridir. 

 

Bir sözün varmıdır əsən yellərə, 



Sifariş etməyə uzaq ellərə? 

 

beytində əksinqilabçı bir rəmz görürlər. Cavad, onların mü-



hakiməsincə,  “inqilab  tərəfindən  uzaq  ellərə  atılmış  müsavatçı 

millətçilərə  işarə  etmək  istəyirmiş”  (səh.68).  Göründüyu  kimi, 

burada  söhbət  Ə.Cavadın  sovet  dövründə  yazdığı  əsərlərinin  ən 

yaxşılarından biri, bəlkə də birincisi olan “Göy göl” şerilə əlaqə-

dar  şairin  başına  açılmış  oyunlardan  gedir.  Şeri  diqqətlə,  dönə-

dönə oxuyur və fikirləşirəm: axı burada sənətin qanunlarına zidd, 

əcayib nə var? Əgər heç bir hüdud bilməyən şair xəyalı bir obraz 

kimi  Göy  gölü  canlandırır  və  ona  uzaq  ellərə  sifariş  göndərmək 

iqtidarı  verirsə,  burada  təəccüblü  nə  var?!  Niyə  bu  misralarda 

mütləq  xarici  kəşfiyyatın  barmağı  axtarılmalıymış?!  Bu  cür  can-

landırmaya  Azərbaycan,  rus,  şərq  və  Avropa  liriklərindən,  xüsu-

sən romantizmə mənsub şairlərdən onlarca nümunə vermək imka-

nım  yoxdur.  Odur  ki,  Vidadidən  bir  nümunə  gətirməklə  kifayət-

lənəcəyəm.  Azərbaycan  poeziyasında  durnalara  həsr  edilmiş  bir 

silsilə  qoşmalar  üçün  başlanğıc  nöqtəsi  olan  məşhur  “Durna-

lar”ında Vidadi yazırdı: 



 

Bir baş çəkin dərdməndin halına, 

Ərzə yazsın, qələm alsın əlinə. 

Vidadi xəstədən Bağdad elinə 

Siz yetirin bir nişanə, durnalar! 


 

65

 



 

Belə  çıxır  ki,  o  zaman  şairin  doğma  yurdu  Şəmkirin  də 

daxil  olduğu  Qazağın  hakimi  Vidadini  Bağdad  hakimləri  ilə 

şübhəli  siyasi  əlaqələr  saxlamaqda  ittiham  etməliymiş.  Nə  qədər 

saxta,  nə  qədər  gülünc  bir  ittiham  olarmış  bu?!  Gözünü  qan  ört-

müş bolşeviklərdən bundan artıq nə gözləmək olardı? Məndə belə 

bir  fikir  də  oyandı  ki,  gətirilən  misralarda  Ə.Cavad  bəlkə  elə 

doğrudan da ürəyinin başını deşib dilinə, qələminə gələn bir duy-

ğunu  ifadə  etmiş,  lap  elə  özünün  Türkiyədə  mühacirətdə  olan 

dostlarını  anmışdır?  Senzor  qadağalarının  dəhşətlərini  bir  kənara 

qoyub insanlıq mövqelərindən yanaşanda burada da qeyri-adi heç 

nə yoxdur. Əgər şair uzun illər boyu bir yerdə böyük amal uğrun-

da çarpışdığı  dostlarını,  məsləkdaşlarını anıbsa, nisgilini üstü ör-

tülü də olsa, şerinə gətiribsə, bunun özü də onun sıxılmaqda oldu-

ğu siyasi-ideoloji məngənə mühitində də öz dostluq, insanlıq, şa-

irlik  borcuna  sadiq  qaldığından  xəbər  verirdi.  Bunu  başa  düş-

mək, məhz şairliyini nəzərə alıb ona güzəştə getmək olmazdımı? 

Min-min  təəssüflər  olsun  ki,  nəinki  o  müdhiş  idarənin  əmək-

daşları, hətta Ə.Cavadın qələm yoldaşlarının da bəziləri bunu an-

lamaq  əvəzinə  şairin  ətrafında  qalanmış  şübhə,  iftira  və  ittiham 

ocağına dolça-dolça benzin tökürdülər. 

“Göy  göl”ün  qələmə alındığı  illərdə  Azərbaycan poeziyası 

məlum ictimai-siyasi səbəblər üzündən böhran keçirirdi. Xüsusən 

lirika  çox  yoxsul  bir  vəziyyətə  düşmüşdü.  XX  əsr  şerimizin 

sütunları  M.Ə.Sabir,  M.Hadi,  A.Səhhət  artıq  həyatda  yox  idilər. 

Bolşevik  əsarəti,  mənəvi  sıxıntılar  nəticəsində  H.Cavid,  A.Şaiq, 

Ə.Cavad 1920-ci ilə qədər olduğu kimi yaradıcılıq fəallığı göstərə 

bilmirdilər.  1924-cü  ilin  əvvəllərindən  etibarən  “Kommunist” 

qəzetində  vaxtaşırı  dərc  olunan  “Gənc  qələmlər”  adlı  xüsusi  sə-

hifələrdəki yazılar isə əsasən alababat qafiyələnmiş zəif və solğun 

nəzm  parçaları  olub,  müəlliflərin  “proletkultçu”  mövqelərini  əks 

etdirirdi. Eyni sözləri “Göy  göl”ün yazıldığı ərəfədə  nəşrə başla-

 

66

 



 

mış “Şərq qadını” jurnalında dərc olunan bir çox şerlər haqqında 

da  demək  mümkündür.  On-on  beş  il  sonra  görkəmli  şairlər  kimi 

tanınacaq S.Vurğun, S.Rüstəm, M.Müşfiq, M.Rahim,  O.Sarıvəlli 

kimi  müəlliflər çox  gənc  idilər  və bir sıra hallarda başqalarından 

o  qədər  də  fərqlənməyən  ilk  qələm  təcrübələri  ilə  məşğul  idilər. 

Cavanların  əsərlərindən  ibarət  məşhur  “Gənc  qızıl  qələmlər” 

(1926) kitabının nəşrinə də hələ azı bir il qalırdı... Belə bir vaxtda 

lirikamızın  parlaq  incilərindən  olan  “Göy  göl”  Azərbaycan 

poeziyasına  təzə,  təmiz,  təbii  bir  yaradıcılıq  havası  gətirdi.  Şeri 

duyan,  ondan başı çıxan, sənətin  qeyrətini çəkən ziyalılar bu ha-

disədən  nə  qədər  sevinirdisə,  yaradıcılıq  təşkilatlarına  daraşmış 

istedadsızlar, kəmfürsət cızmaqaraçılar bir o  qədər qəzəblənir  və 

əsəri gözdən salmaq üçün onun müəllifinə siyasi rəng yaxır, şerdə 

M.Ə.Rəsulzadənin sonralar qeyd etdiyi rəmzləri axtarırdılar. 

Ə.Cavaddan təqribən 750 il öncə, onun şair babası Nizami-

nin anadan  olması ərəfəsində təbiətin ətraf mühitə qəzəbi tutmuş 

və 1139-cu ildə məşhur Gəncə zəlzələsi baş vermiş, bu hadisənin 

əks-sədası  isə az sonra “Xəmsə”də  də  öz təsvirini tapmışdır. La-

kin  zəlzələnin  insanlara  vurduğu  böyük  zərərlərin  təsirini  azalt-

maq, bəlkə də babalarımızı bir qədər ovundurmaq üçün təbiət elə 

həmin  gün  Azərbaycan torpağına dünyada tayı-bərabəri olmayan 

bir gözəllik dünyasını - Göy gölü bağışlamışdı. Yüz illər boyunca 

bütün  nəsillərə  mənsub  az-çox  zövqü  olan  insanlar  bu  gölə  hey-

ranlıqla  tamaşa  etmişlər.  Ə.Cavadın  şair  nəzərində  Göy  gölün 

timsalında uca dağlar qoynunda sözün həm lüğəti, həm də məcazi 

mənasında  yüksək  səviyyədə  bir  gözəllik  səltənəti  bərqərar  ol-

muşdur. Şair Göy göl önündə heyran qalanların çoxunun görə bil-

mədiyi  təbiət  möcüzəsinin  sanki  özünü  görmüş  və  bu  övqatı  də-

rindən  yaşamışdır. Kəpəzin  ətəkləri  ilə sürünən  duman, xəfif ba-

har  yeli  əsdikcə  atlas  yarpaqları  mavi  suların  qoynunda  çimişən 

ağaclar,  sahilə  yaxınlaşdıqca  suların  dibində  daha  aşkar  görünən 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə